Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

www.vivo-book.com 

 

82 



tapıb verdiyi qılınc var idi. 

Çiçҽk arvad üzünü göylҽrҽ tutub duanı nifrinҽ qatırdı. 

 – Xıdır Nҽbi, Xıdır Ġlyas, bҽndҽni bҽndҽdҽn xilas! 

Keflҽr duru olmasa da, ona sataĢan tapılırdı: 

 – Ay arvad, onu һamilҽ zҽnҽn doğanda deyҽrlҽr. 

 

 



 – BaĢıma xeyir, elҽ bu bҽndҽsindҽn can qurtarsaq, tҽzҽdҽn 

dünyaya gҽllik! 

 

Ġkindi vaxtı camaat namazını һҽmin qaya üstündҽki ҽl boyda 



yerdҽ qıldı. Düzҽnlikdҽn baxanda nҽ qazma, nҽ dҽ alaçıqlar 

görünürdü. Qҽbilҽnin ҽski, indicҽ saһiblҽri tҽrҽfindҽn tҽrk 

edilmiĢ evlҽri isҽ qҽribҽ bir sükuta dalmıĢdı. Elҽ bil adamlar 

yatmıĢ, ya da һarasa qonaq getmiĢlҽr. Bir az sonra 

qayıdacaqlar, soyumamıĢ ocaqlar tüstülҽnҽcҽk, boĢ qalmıĢ 

axurlara mal-qara bağlanacaq, kҽndin içi һay-küylҽ 

dolacaqdı. Amma bu, zaһirdҽ belҽ idi. Sanki özlҽrin 

һamısına qҽsdli-qҽrҽzli bir oğru gҽlmiĢ, otaqları silib-

süpürüb aparmıĢdı. 



www.vivo-book.com 

 

83 



 

 

 



               *  *  *   

 

... Qazıların ön dҽstҽsi kҽndҽ çatanda burada çox qҽribҽ bir 



һal gördülҽr. BoĢ evlҽr, ölüsüz tabut, açıq mҽzar tҽki 

ağızlarını açıb baxır, qara bir kaһa kimi nҽzҽrҽ gҽlirdi. 

Zağalarda bir qotur keçi dҽ yox idi. Hinlҽrdҽ bir axsaq cücҽ 

dҽ qalmamıĢdı... Qazıları һeyrҽt götürdü. Kҽndҽ davanın ҽli 

dҽymҽmiĢdisҽ dҽ, nҽfҽsi toxunmuĢdu. Qazılar boĢ evlҽrdҽ 

yerlҽĢib, ҽsas qüvvҽlҽrin gҽlib yetiĢmҽsini gözlҽdilҽr. Onlar 

burada birlҽĢҽcҽkdilҽr. Bir neçҽ gün qoĢuna dinclik 

verҽndҽn sonra ġirvanĢaһların yaz-yay iqamҽtgaһı olan Fit 

dağına yollanacaqdılar. QarĢı dağları keçmҽk üçün istiraһҽt 

zҽruri idi. Yol bundan o yana da GünҽĢli çayın dҽrҽsi 

boyunca gedirdi ki, bu da qoĢunu özü ilҽ su eһtiyatı daĢımaq 

zҽһmҽtindҽn xilas edirdi. Qazılar ilk ҽvvҽl GünҽĢli çayda 

çimib, sonra da yemҽk-içmҽk һazırlamağa baĢladılar. 

AxĢam düĢmҽsinҽ baxmayaraq ҽtrafda һҽlҽ dҽ kҽnd 




www.vivo-book.com 

 

84 



ҽһlindҽn kimsҽ görünmürdü. 

 

 



 

 

DҼRVĠġLҼR 



 

 Xҽzҽrim, ümidim, ümmanım mҽnim! 

Elҽ bu vaxtlarda dünyanın baĢqa bir sҽmtindҽ bizim 

Sultanım xanımı, Aytҽkini vҽ Ģeyx oğlu Ģaһ olacaq balaca 

Ġsmayılı tanımayan, onlarla һeç bir ҽlaqҽsi olmayan bir tacir 

ailҽsindҽ, demҽk olar ki, onlarla yaĢıd ҽkiz oğlan uĢağı 

böyüyürdü. Ҽsillҽri neçҽ illҽr ҽvvҽl һürufilҽr pҽrҽn-pҽrҽn 

düĢҽndҽ ĢirvanĢaһlığı tҽrk edib Koniyada yurd salmıĢ bir 

dҽstҽ azҽrbaycanlı tacirlҽrdҽn birinҽ mҽnsub idi. Hacı 

BҽĢirin türk qızı Lҽmandan doğulan ҽkiztay oğulları ayağı 

düĢҽrgҽli olmuĢdu. KiĢinin ticarҽtdҽ ҽli gҽtirmiĢ, ummadığı 

yerdҽn xeyli qazanc yiyҽsi olmuĢdu. Oğlanlar gözündҽ birҽ-

beĢ böyüdüyündҽn, onlardan dayҽni, mollanı ҽsirgҽmҽmiĢ, 

savad yiyҽsi olmalarına, sağlam böyümҽlҽrinҽ çalıĢmıĢ, bir 




www.vivo-book.com 

 

85 



ata kimi ҽlindҽn gҽlҽni dҽ, gҽlmҽyҽni dҽ elҽmiĢdi. Amma 

illҽr keçdikcҽ Hacı BҽĢir qҽribҽ Ģҽkildҽ uĢaqlardan 

pisikmiĢdi. Ҽkiztaylardan Ġsrafil ҽvvҽlcҽ qatı dindarlığı ilҽ 

seçilmiĢ, Ģҽһҽr qazısının müridinҽ çevrilmiĢ, cavan olmasına 

baxmayaraq qazının on inanılmıĢ bazar ҽmҽlҽcatından biri 

olmuĢdu. Atasının sҽnҽtinҽ, yҽni ticarҽtҽ һeç meyil 

göstҽrmҽmiĢdi. Ҽksinҽ, qazının sağ ҽli kimi bazarda 

tacirlҽrin qҽnimi kҽsilmiĢ, ҽn natҽmiz bir güdükçü olmuĢdu. 

Tacirlҽr, baqqal, ҽllaf, ҽttar kimi mötҽbҽr Ģҽxslҽr, elҽcҽ dҽ 

dostu sarbanlar, bҽzirganlar yanında atasının dilini gödҽk 

elҽmiĢdi. 

 

 Ҽkizlҽrin ikincisi – Ġbraһim belҽ deyildi. O, Ġsrafil kimi 



zaһirdҽ atasına, batindҽ qҽddar bir Cҽllada bҽnzҽmirdi. Uca 

boyu, zҽrif ҽndamı, iĢıqlı siması ilҽ Ġbraһim, daһa çox anası 

Lҽman xanımı xatırladırdı. Hҽrҽkҽtlҽri aram, danıĢığı 

tҽmkinli idi. Ҽlҽvi, BҽktaĢi dҽrviĢlҽrinҽ qoĢulduğundan o da, 

atasını xeyli mҽyus etmiĢdi. Bir dҽfҽ kiĢi onunla ciddi 

danıĢdı: 

 – Oğul, o bitli-sirkҽli, tҽkcҽ bığ-saqqalını deyil, qaĢlarını, 



www.vivo-book.com 

 

86 



kirpiklҽrini belҽ qırxan dҽrviĢlҽrdҽ nҽ görmüsҽn? 

 

 Ġbraһim qızardı, qızğınlıqla etiraz etdi: 



 – Heç nҽ, dҽdҽ, mҽn onların zaһirini yox, ҽrkanını qҽbul 

edirҽm. Mҽn dünyamızı görmҽk istҽyirҽm. Bilmҽk 

istҽyirҽm, görüm dünyada daһa necҽ insanlar, һansı dillҽr, 

nҽ cür adҽtlҽr var. 

 

Hacı BҽĢir sҽsini ucaltdı: 



 – Ҽzizim, sҽn tacir kimi dҽ dünyanı gҽzҽ bilҽrsҽn, istҽdiyin 

yerlҽri, insanları görҽ bilҽrsҽn. Halal-minallaһ ticarҽt 

iĢlҽrimi al ҽlinҽ. Mҽn daһa qocalmıĢam. QoĢul karvanlara, 

sҽn gҽtir, mҽn ötürüm. Ata-bala ҽl-ҽlҽ verҽk, һҽm mal-

qaramızı artıraq, һҽm dҽ sҽnin arzun ҽmҽlҽ gҽlsin. 

Ġbraһim xҽfifcҽ gülümsҽdi: 

 

 – BağıĢla, dҽdҽ, mҽnim dünya malında gözüm yoxdu. Onu 



artırmaq da xҽyalımdan keçmir. 

 

Bu yerdҽ bayaqdan diqqҽtlҽ atasını vҽ ҽkiztayını dinlҽyҽn 




www.vivo-book.com 

 

87 



Ġsrafil sözҽ qarıĢdı. Qaba gülüĢlҽ güldü: 

 – YaxĢı... Bҽs yemҽk istҽmҽzsҽn? Geymҽk istҽmҽzsҽn? Ev-

eĢik, arvad-uĢaq istҽmҽzsҽn? – Sonra sҽsini yalnız qardaĢı 

eĢidҽ bilҽcҽk qҽdҽr alçaldıb ҽlavҽ soruĢdu: – Bҽs Nҽsrini 

nҽynҽn dolandıracaqsan? Ҽyninҽ tuman almalısan, yox? 

Onu da dҽdҽn alacaq? 

 

 Ġbraһim qҽzҽbindҽn titrҽdi. Xısıntıyla “sҽnҽ qalmayıb”, 



pıçıldadı, iradҽsini toplayıb ucadan tҽmkinlҽ dedi: 

 – Dҽdҽ, sҽn mҽndҽn incimҽ. Sҽn bu iĢlҽrini böyük 

qardaĢımız Hҽmdullaya tapĢır. Mҽnim bu dünya ilҽ һeç bir 

ҽlaqҽm yoxdu vҽ olmayacaq da! Mҽnim yatağım 

yaradanımın xҽlq elҽdiyi çöllҽr, yemҽyim xaliqimin bҽxĢ 

etdiyi ot-ҽlҽf olacaq. Halal ticarҽt qardaĢlarımın boyuna 

biçilib. Mҽn xaliqimҽ bir an daһa tez qovuĢmaq eĢqilҽ 

yanıram. Mҽgҽr sҽn bunu duymursan, dҽdҽ? Sҽn 

dünyagörmüĢ, ҽqidҽsi üçün tҽrki-vҽtҽn olmuĢ Caһandidҽsҽn 

... Mҽn isҽ, bel atam, sҽnҽ ağ olmadan, rica edirҽm, һalal elҽ 

ҽmҽyini. Yol atamın yolunu tutub getmҽyimҽ mane olma... 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə