Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə16/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

www.vivo-book.com 

 

88 



 Yan otaqda ata ilҽ oğulların söһbҽtini dinlҽyҽn Lҽman 

xanım ağlayırdı. O bilmirdi ki, bu sözlҽrdҽ һҽqiqҽt var. 

Ġbraһim onun sağ döĢünü ҽmҽndҽ Ġsrafil solu ҽmmiĢdi. Bҽs 

neyçün ҽkiz qardaĢlar adҽtҽ rҽğmҽn nҽ zaһirdҽ, nҽ dҽ 

batindҽ bir-birinҽ zҽrrҽcҽ bҽnzҽmirdi? Ġsrafil körpҽlikdҽn nҽ 

qҽdҽr sҽrt idisҽ, Ġbraһim ana qoynundan bir o qҽdҽr һҽlim, 

meһriban çıxmıĢdı. Anasının nağıllarını, ninninlҽrini, 

tapmacalarını bir layla kimi mҽftunluqla dinlҽyirdi. Ҽvvҽllҽr 

dili dolaĢa-dolaĢa, sonralar yuxusunda belҽ Ģeir deyҽrdi. Bu 

Ģeirlҽr ananın ona oxuduğu Yunis Ġmrҽ qoĢmalarına çox 

bҽnzҽrdi. Sonralar Ġbraһim böyüyüb, anadan gizlҽdҽ bilmҽsҽ 

dҽ, һamıdan gizlҽtmҽyҽ çalıĢaraq Ģeir qoĢmağa baĢlayanda 

Ģeirinin mҽzmunu da, һҽdҽfi dҽ dҽyiĢdi. Ġndi bir Ģeyx oğlu 

Xҽtainin, görҽsҽn, kimdi, nҽçiydi, adı vҽ nҽfҽsi dilindҽn 

düĢmür. Lҽman xanım bir ana gözü vҽ qҽlbilҽ cocuğun 

qonĢu qız Nҽsrinҽ münasibҽtini dҽ görüb duymuĢdu. Lakin 

son vaxtlar deyҽsҽn Nҽsrin qız da unudulmuĢdu. Ġbraһimin 

qҽlbindҽ bircҽ Ģeyx oğlu Xҽtainin adı vҽ ҽqidҽsi qalmıĢdı. 

Lҽman xanım görürdü ki, oğlunu itirir. Oğlu gündҽn günҽ 

onlardan uzaqlaĢır. Ġstҽyirdi ki, içҽri keçsin ҽri Hacı BҽĢirin 




www.vivo-book.com 

 

89 



ayaqlarına döĢҽnsin, onları göz yaĢları ilҽ yusun, yalvarsın, 

desin: «Ay Hacı, sҽnҽ qurban olum, axı sҽn atasan, öz ata 

һökmündҽn istifadҽ elҽ! Ҽmr elҽ, qoyma Ġbraһim ҽlimdҽn 

getsin. O sҽnin ata һökmündҽn çıxmaz, çıxmağa cürҽt 

elҽmҽz». 

 

 Lakin Lҽman xanım bilmirdi ki, Ġbraһim indi yalnız vҽ 



yalnız dҽrviĢlik alҽmindҽ yaĢayır, ҽrҽnlҽr ҽrҽni özü ona yol 

atası olmaq xҽyalındadır. Ona Xҽtai ҽqidҽsini tҽlim edir. 

Onu öz düĢündüyü böyük bir gҽlҽcҽyҽ һazırlayır vҽ bu 

gҽlҽcҽyҽ һҽm özü, һҽm dҽ Cavan Ġbraһim sidq-ürҽklҽ 

qapanırlar. ErmiĢ ҽrҽnlҽrin һökmü iĢlҽyҽn ürҽyҽ Hacı 

BҽĢirin һökmü iĢlҽyҽ bilmҽz. Qadir deyil! 

 

 

 



                * * * 

 

 Ҽziz oxucu, bu böyük mübarizҽ meydanında sҽn 



Bibixanım-Sultanım, Aytҽkin, Ġbraһim vҽ o vaxtlar Ģeyx 


www.vivo-book.com 

 

90 



oğlu Ģaһ kimi tanınan ġaһ Ġsmayıl Xҽtai ilҽ görüĢürsҽn. Bu 

görüĢdҽ Bibixanım-Sultanım, Aytҽkin vҽ Ġbraһim һҽrҽsi öz 

anlayıĢınca, Ģiҽlik tҽriqҽtinin baĢçısı, on dörd ildҽ on dörd 

ҽyalҽt fҽtһ etmiĢ sҽrkҽrdҽ, һökmdar vҽ ҽn incҽ mҽһҽbbҽt 

qҽzҽllҽri qoĢmuĢ, «Dҽһnamҽ» müҽllifi Ģair Xҽtaini dҽrk 

etmҽyҽ çalıĢacaq. 

 

                * * * 



 

 Xҽzҽrim, ümmanım, qҽdҽrim mҽnim! Oğullarının, 

qızlarının taleyi sҽnin taleyindir. Ürҽk döyüntülҽrini ҽks 

etdirҽn lҽpҽlҽrin titrҽmҽsin! Bu qҽdҽr – tale tariximin bircҽ 

pillҽsidir. O, biri pillҽlҽrdҽ nҽ kҽĢmҽkҽĢlҽr baĢ verdiyini sҽn 

özün yaxĢı bilirsҽn. Arxam ol, ürҽk verҽnim ol, övladlarının 

çҽkdiyi ҽzabları bircҽ-bircҽ gҽnc nҽslҽ söylҽrkҽn dayağım 

ol, nҽğmҽlҽrin – pıçıltılarım, sözlҽrim olsun. Kükrҽyҽn, Ģaһҽ 

qalxan dalğaların gücündҽn, qüdrҽtindҽn mҽnҽ bҽxĢ eylҽ, 

Xҽzҽrim, gözҽlim mҽnim! 

 

 



www.vivo-book.com 

 

91 



 

 

 



            

              QUZĞUN 

 

 Ağuçqun dağının boz köynҽyini qara bir qaya deĢib göyҽ 



baĢ almıĢdı. Qayanın ҽn çılpaq, dik tınağında bir quzğun 

oturmuĢdu. Üzҽrindҽ ҽylҽĢdiyi qaya kimi elҽ bil o da daĢdan 

yonulmuĢ һeykҽl idi. Bircҽ kҽrҽ dҽ baĢını çevirmҽdҽn 

ҽtrafını iti gözlҽri ilҽ seyr edir, ҽlvan muncuq düzümünҽ 

bҽnzҽyҽn qoĢun sҽflҽrini nҽzҽrdҽn keçirirdi. Bu dağlar qҽdҽr 

ömür sürmüĢdü. Qoca quzğun ҽsgҽr düĢҽrgҽsini iyindҽn 

tanıyırdı. QoĢunu qarabaqara izlҽyirdi. Bilirdi ki, һarda belҽ 

insan yığnağı olsa, az sonra orada tҽzҽ qan tökülҽcҽk, çoxlu 

leĢ olacaq: tҽzҽcҽ laxtalanmıĢ ҽtirli, ilıq qan. Hҽvҽsindҽn 

qoca quzğunun nҽfҽsi tıxanırdı. Az qala qanad çalıb uçmaq, 

bu lҽzzҽt anını yaxınlaĢdırmaq istҽyirdi. Amma 

tҽcrübҽsindҽn bilirdi ki, tҽlҽsmҽk ҽbҽsdir. Gҽrҽk bellҽrdҽki 

o qılınclar ĢimĢҽk kimi çaxa, zҽrblҽ qalxanlara dҽyҽ, 



www.vivo-book.com 

 

92 



kürҽklҽrdҽn asılmıĢ o ҽlvan sadaqlardakı oxlar һavada 

uçuĢa. Bax, ҽsl lҽzzҽtli qan onda axır. Az qalırsan, adam 

yerҽ yıxılmamıĢ üstünü alasan... 

 

  QoĢun yeriyir, quzğun izlҽyirdi. Ġllҽrin müdriklҽĢdirdiyi 



qoca qartalın baĢında yeni-yeni һisslҽr doğurdu. Bir az sonra 

bu mҽxluqat onun yemi olacaq. Qҽribҽdir. O, belҽlҽrini 

iyindҽn tanıyır. O qҽdҽr belҽ covğalar-qovğalar görüb ki! 

Vҽ... Ġnsanlar yalnız quzğunlara yem olmağa һazırlaĢanda 

bir yerҽ belҽ çox yığıĢırlar. Hҽm dҽ onları qartallara yem 

olmağa baĢqası mҽcbur elҽmir. Qartallar özlҽri dҽ onları 

ovlayıb yemir. Ġlan deyillҽr, çayan deyillҽr ki, göyün yeddi 

qatından yerҽ çırpıb didҽlҽr. Bunu insanlar özlҽri edirlҽr. 

Özlҽri! Anlamır, niyҽ? Odu bax, ondan aĢağıda göz-beyin 

һҽvҽsli qarğalar da һҽrlҽnir... Güdürlҽr... Dadlı göz-beyin! 

Mҽxluqatın ҽĢrҽfi insan budumu? Budurmu Ģüuru ilҽ 

quĢlardan qat-qat yüksҽkdҽ duran insan? Bҽs beyin 

adlandırılan, insana ҽn çox verilҽn o ağ, yumĢaq, o dadlı 

maddҽ nҽ üçün indi onlara һökm edib, ҽcҽldҽn – qılınc vҽ 

dimdiklҽrdҽn qoruya bilmir? 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə