Əzizə Cəfərzadə



Yüklə 2,16 Mb.

səhifə8/101
tarix25.08.2018
ölçüsü2,16 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

www.vivo-book.com 

 

42 



ĢirbҽdüĢҽndҽ düzҽltmҽk öyrҽnir, ҽncir doĢabında ҽdavalı 

zincilfҽrҽc biĢirir, üzüm vҽ tut qurudur, ҽncir riçalı, ağ Ģanı 

mürҽbbҽsi һazırlayır, ağır, yavan qıĢa azuqҽ yığır, һazırlıq 

görürdü. 

 

 Yayın qızmar günlҽrindҽ Xeyransa xalaya paltar-palaz 



yumaqda, yorğan-döĢҽk salmaqda kömҽk edҽrdi. Xҽzri 

onları ҽldҽn salanda arvad gülҽ-gülҽ sҽslҽnҽrdi: 

 – Qızım, sҽn ananın ilkisҽn, qaç bir ҽncir ağacını yellҽt. 

 

Onda qız ҽncir ağacının dibinҽ qaçar, kövrҽk budaqları 



tҽrpҽdҽr vҽ gülҽrҽk deyҽrdi: 

 

Mҽn anamın ilkiyҽm, 



Ağzı qara tülküyҽm, 

Xҽzri get, gilavar gҽl. 

 

Külҽk boğanaq salanda onu «qovardı»: 



 

 Ayran vermҽz öyünҽ, 




www.vivo-book.com 

 

43 



 Qonaq qoymaz öyünҽ. 

 

  Ġnanırdı ki, Xeyransa arvadın öyrҽtdiyi bu «ovsunu» 



oxuyan kimi xҽzri kҽsҽcҽk, sҽrin gilavar gҽlҽcҽk, daһa 

gözlҽrinҽ qum dolmayacaq, möcalanda yağtikan üstҽ gün 

qabağında sҽrdiyi kҽһrҽba kimi ҽncirlҽri qum vurub xarab 

etmҽyҽcҽkdi. Sonra da bu qurumuĢ ҽncirlҽri ağ torbaya 

töküb, qurd düĢmҽsin deyҽ ağzını tikҽcҽk, qıĢ novxarıĢını, 

һҽĢaratdan, tozdan qoruyacaqdı. 

 

Ҽncir dҽyҽndҽ babası yuxudan tezdҽn durar, acqarına 



ağacdan dҽrdiyi Ģirin, sarı ҽncirlҽri yeyҽ-yeyҽ nҽvҽsini 

yuxudan oyatmaq üçün: 

 

Ҽncir sabaһi, 



Doldur tabaği. 

Aç qaĢqabaği, 

Ay sarı sabaһi!.. 

 

– deyҽ oxuyar, qızı da Ģҽfalı meyvҽlҽrdҽn yemҽyҽ çağırardı. 




www.vivo-book.com 

 

44 



Qız da gülҽ-gülҽ: 

– Ҽnciri yemҽdün getdün. Dҽrdüvi demҽdün getdün, – deyib 

oxuya-oxuya babasına qoĢulardı. Hҽrdҽn һҽyҽti süpürmҽyҽ 

vaxtı çatmazdı, gecҽ ҽsҽn xҽzri onun «iĢini görҽrdi». Sҽһҽr 

һҽyҽtin qumunu yayılmıĢ, tҽmiz görҽndҽ deyҽrdi: 

 – Hҽ, bax bir, baba, külҽk gör һҽyҽti necҽ süpürüb?! 

Pıçalların da üstünü örtüb. 

Qoca gülҽrdi: 

 – Hҽ, qızım, xҽzri tҽnbҽl arvadların qolundan tutub bu gecҽ, 

zir-zibillҽrini ört-basdır elҽyib. 

 

Hҽrdҽn Xeyransa arvad ona «kiĢi sҽni oğlundan da çox 



istҽyir, һeç o vaxtlar oğluna belҽ meһr saldığını, belҽ 

qucağına aldığını görmҽmiĢdik», – deyҽrdi. Bir dҽfҽ 

babasından soruĢdu: 

 – Baba, ay baba, deyirlҽr mҽni ata-anamdan da çox 

istҽyirsҽn, düzdü? 

 

 – Düzdü, – kiĢinin gözlҽri qıyıldı. 



 – NöĢün? 


www.vivo-book.com 

 

45 



 – Nҽvҽ Ģirindi, Ģirin Ģeydi. 

 – NöĢün? 

 – NöĢünü yoxdu ki, qızım. Bax, ata-anan ҽkdiyim ağacdı, 

sҽn dҽ onun meyvҽsi һeç görmüsҽn ağac yeyilҽ? Meyvҽni 

yeyҽrlҽr, mҽnim balam, meyvҽni. – Bu sözlҽrlҽ dҽ qoca, 

nҽvҽsini bala һҽsrҽtli bağrına basır, saçlarını sığallayırdı. 

Ġndi Qazi bҽy olmayanda o gaһ babasının, gaһ da 

Xeyransa xalanın sҽsini eĢidir, kövrҽlir, Ģirin uĢaqlıq, qızlıq 

xatirҽlҽri boğazını qҽһҽrlҽndirirdi. 

 

Qazi bҽyi sevmҽyindҽn peĢman deyildi. Amma doğma 



yurdu, һҽyҽti, qoca babası vҽ ona ananı, nҽnҽni ҽvҽz edҽn 

qonĢuları Xeyransa xala üçün çox darıxırdı. Arabir Qazi 

bҽylҽ qılınc mҽĢqindҽn, ya ovdan qayıdanda qoca babaya 

uğrayırdılar. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar 

üstündҽ ayaqyalın gҽzir, quyudan su çҽkir, babasının pal-

paltarından çirklisi vardırsa yuyub arıdır, qab-qacağını 

qumla sürtüb tҽmizlҽyir, ev-eĢiyinҽ ҽl gҽzdirirdi. Amma 

bununla belҽ, bu gҽliĢlҽr yad qonaq tҽsiri bağıĢlayırdı. 

Qapının o biri üzündҽ sҽbirsiz köһlҽn kiĢnҽyib onları 



www.vivo-book.com 

 

46 



çağırırdı. Qazi bҽy onun iĢ görmҽsinҽ bir söz demҽsҽ dҽ, 

qızın qҽfҽsdҽn buraxılan tҽki nҽ edҽcҽyini lazımınca 

bilmҽyҽn, pҽrvaz etmҽyҽ qorxan quĢ kimi һҽrҽkҽt etdiyini 

görür, dodaqlarında xҽfif, isteһzalı bir tҽbҽssüm oynayırdı. 

Yҽni «naxırçı qızı naxırçılığın arzular». Oğlan darıxır, 

tatarısını uzunboğaz mҽstlҽrinin boğazına döyҽ-döyҽ 

bağçanı dolaĢırdı. 

 

 Xeyransa xala da qapının ağzında qorxa-qorxa görünür, 



yaĢmanıb boylanır vҽ eһtiyatla, qeyri-adi geyimdҽ ona yad 

görünҽn qıza yanaĢır, bir gözü oğrun-oğrun Ģaһzadҽyҽ 

dikilirdi. 

 – XoĢ gördük, xala! – deyҽ boynuna sarılan Sultanım 

xanımı, sevinclҽ olsa da, eһtiyatla bağrına basırdı. Hasarın o 

biri üzündҽn deĢiklҽr arasından Xeyransa xalanın qız vҽ 

nҽvҽlҽrinin alnı, burnu, gözü görünüb yox olurdu. Bir dҽfҽ 

arvad onu öpҽndҽn sonra dedi: 

 – Allaһ göndҽrҽn Quran һaqqı, qayınanan, görünür, sҽni 

çox istҽyir, qızım! Sarımsaq-qatıqlı quru xingal üstünҽ gҽlib 

çıxmısan. Axı sҽn onu çox xoĢlardın, һҽr qabağıma qoyanda 



www.vivo-book.com 

 

47 



sҽn yadıma düĢmüsҽn, bağrım zҽdҽn-zҽdҽn olub. Az sonra 

arvad iri bir mis siniyҽ çҽkib gҽtirdiyi xingalı qapıdan verib 

qeyb oldu. Amma Sultanım xanım bu xingalı ürҽyincҽ yeyҽ 

bilmҽdi. Qazi bҽyin sarımsaq iyini xoĢlamadığını bilirdi. 

Arvadın «Qayınanan sҽni çox istҽyir» sözlҽrinҽ isҽ һҽlҽ 

üzünü görmҽdiyi qayınanasının onu necҽ istҽyҽ bilҽcҽyini 

demҽdi. Bu sözҽ Qazi bҽy dҽ güldü. 

Sarayda tҽk qalan kimi xırda-para iĢ-gücünü görür, sonra da 

mütҽkkҽlҽrҽ dirsҽklҽnib bu Ģirin xatirҽlҽri nҽzҽrlҽrindҽ 

canlandırmaqla yaĢayır, ҽri gҽlҽnҽcҽn «baba evindҽ dolaĢır, 

danıĢıb gülürdü». Ҽri bir iĢ dalınca saraya, gҽzintiyҽ, 

mҽclislҽrҽ dҽvҽt olunduqda yalqız qalırdı. Qazi bҽy 

qayıdanda dirçҽlirdi. Bu zaman gҽnc ҽr gҽlininin Ceyran 

gözlҽrinin qızardığını görür, o evdҽ olmadıqda bҽlkҽ dҽ 

ağladığını, qüssҽlҽndiyini anlayırdı. Elҽ bu vaxtdan da 

oğlanın qҽlbindҽ mҽlҽkҽyҽ qarĢı qҽribҽ bir kin oyandı. Qızı 

saray Ģҽnliklҽrindҽn mҽһrum edҽn anasının acığına Sultanım 

xanımdan özü düĢündüyü ҽsl bir saray mҽlҽkҽsi yetiĢdirmҽk 

arzusu gҽncin qҽlbinҽ һakim kҽsildi. YavaĢ-yavaĢ özü 

bildiklҽrindҽn qıza öyrҽtmҽyҽ, ona dҽrs demҽyҽ baĢladı. 






Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə