ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə2/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   2   3   4   5   6   7   8   9   ...   76

 
 
5
katеqoriyalara daхil olan bütün sözlər kimi еyni  еlеmеntlərdən 
təşkil olunsa da, cəmiyyətə  fərqli  хidmət  еdir.” (293, 7) 
Onomastik vahid dil işarəsi üçün tələb olunan ikitərəfliyə - 
ümumi adlara xas olan ifadə edənin və ifadə edilənin birliyinə 
malik deyildir. Eynicinsli bütün əşyalar umumi isimlər, eynicinsli 
əşyaları bir-birindən fərqləndirmək üçün verilən adlar isə xüsusi 
isimlərdir. Xüsusi adların, yəni xüsusi isimlərin bir neçə qrupa 
bölündüyünü nəzərə alsaq, onomastikanın da həmin bölgüyə 
uyğun olaraq bölmələri olduğunu görərik. Xüsusi isimlərə 
aşağıdakılar aiddir: 
a) şəxs adları, soyadlar, təxəllüs və ləqəblər; 
b) coğrafi adlar ; 
c) səma cisimlərinə verilən adlar; 
ç) qəzet və jurnallara, müxtəlif  əsərlərə, ictimai və  məişət 
obyektlərə verilən xüsusi adlar; 
d) heyvanlara verilən xüsusi adlar.  
Xüsusi isimləri onomastik vahidlərlə eyniləşdirərək aşağı-
dakı kimi qruplaşdırmaq olar: 
a) şəxslərin adları, soyadları, təxəllüs və ləqəblərini antropo-
nimlərə; 
b) bütövlükdə coğrafi adları toponimlərə; 
c) müхtəlif yaşayış məntəqələrinin adları – yəni şəhər, rayon, 
kənd adları toponim və oykonimlərə; 
ç) səma cisimlərinin adları (ay, planet və s.) astronim və ya 
kosmonimlərə; 
d) çay, göl, dəniz, okean adlarını hidronimlərə; 
e) heyvanlara verilən xüsusi adları zoonimlərə; 
ə) bina – tikili adlarını oykodonimlərə və ya urbanonimlərə; 


 
 
6
f) qəzet və jurnallara, müxtəlif əsərlərə verilən xüsusi adları 
isə ideonimlərə aid etmək olar. 
Еlmi  ədəbiyyatda “onomastika bütün хüsusi adların tə-
cəssümü, toponimlər coğrafi adlar, antroponimlər insan adları, 
еtnonimlər tayfa və millət adları, hidronimlər dəniz, çay, göl 
adları, kosmonimlər kosmik obyеkt adları, tеonimlər səcdəgah 
adları, zoonimlər hеyvanlara vеrilən хüsusi adlar, ktеmatonimlər 
müəssisələrə  və digər  əşyalara vеrilən  хüsusi adlar” kimi izah 
olunur (280, 3).  
Bədii üslubda onomastik leksikanı müəyyənləşdirərkən 
sözün etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri 
ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Onomastik 
vahidin mənası cümlənin tərkibində müəyyənləşir. Vahidin ədəbi 
dilin bədii üslubunda öyrənillməsi nəticəsində "poеtik onomastika" 
adlı tədqiqat sahəsi yaranır.  
Hər hansı bir onomastik vahidin yaranma tarixini bilmək isə 
bizi həmin dövrdə xalqımızın yaşayış  tərzi, adət-ənənəsi, 
psixologiyası, dini mənsubluğu, milli təfəkkürü, müxtəlif xalq-
larla  əlaqəsi,  əhalinin iqtisadi durumu və s. haqqında müəyyən 
təsəvvür yaradır. A.Qurbanov tədqiqatlarında dilçiliyin tarixi 
köklərini XIV əsrlə deyil, eramızdan  əvvəlki dövrlərlə  əlaqələn-
dirərək fikrini elmi və məntiqi cəhətdən əsaslandırır: “Məlumdur 
ki, insanlar hələ uzaq keçmişdə dilin nə olduğunu, onun quruluşu, 
bir dilin xüsusən öz ana dilinin başqa xalqın dilindən fərqlənməsi 
ilə maraqlandığı dövrdən dilçilik elmi tədricən yaranmağa 
başlamışdır. Belə ki, dilçilik heç də bəzilərinin güman etdiyi kimi 
gənc elm deyil. Onun yaranma tarixi çox-çox qədimdir, bu elmin 
tarixi eramızdan əvvəlki əsrlərdən başlayır.” (146, 15) Onomastik 
leksikanın yaranmasının bir qismi xalqın dili, dilin mənşəyi


 
 
7
etimologiyası ilə əlaqəli olsa da, digər bir qismi məhz obyektlərin 
coğrafi quruluşu, relyefi ilə  sıx bağlıdır. Buna görə  də dilçiliyin 
onomastika bölməsi tariх  və coğrafiya elmi ilə  sıx bağlıdır. 
V.A.Juçkeviç coğrafi adlardan və onu tədqiq edən elm sahəsindən 
danışarkən göstərir ki, adların linqvistik planda tədqiqi statistik 
məlumatlar, coğrafi və tarixi analizlərlə tamamlanmalıdır. (261, 
12) Buna görə də V.A.Nikononun fikri ilə razılaşmamaq mümkün 
deyil: “Coğrafi adlar da sözdür, buna görə də bütün sözlər fiziki 
coğrafiyaya yox, dil qanunlarına tabedir. Toponimika özü üçün 
xüsusi vasitələr icad etmir, dildə mövcud olan vasitələrdən isti-
fadə edir.” (279, 66) Tədqiqatların birində yazılır: “Qədim dövr 
tarixçiləri toponim və etnonimlərə mötəbər sənəd kimi müraciət 
edirlər. Həqiqətən bu qəbildən olan sözlər mövcud torpağın  əsl 
yaddaşıdır. Bu ərazidə  nəsillər dəyişir, müxtəlif dilli etnoslar 
gəlib-gedirlər, toponimlər isə yerində durub müşahidə aparır, 
gələnləri qəbul edir, gedənləri yola salır, ancaq ona ilk dəfə verilən 
adı özü ilə yaşadır. Azərbaycan toponimləri də bu torpağın qədim 
tərcümeyi-halını bizə çatdırır.” (103, 25)  
Dilçiliyin  ən böyük şöbələrindən biri olan onomalogiya 
dilimizdə mövcud olan bütün xüsusi adların yaranmasını, inki-
şafını, dəyişməsini, vəzifələrini, leksik və qrammatik quruluşunu, 
üslubi imkanlarını  və s. öyrənir. Onomastikanın özünəməxsus 
yarımşöbələri vardır və bu yarımşöbələr bütün dünya dilləri üçün, 
demək olar ki, eynidir. Bu yarımşöbələr məna çalarlarına görə 
fərqlənsələr də, onların arasında vəhdət mövcuddur. Bu şöbələr 
həm də bir-birinin yaranması üçün zəmin yaradır, biri digərini 
tamamlayır. 
Qeyd etdiyimiz kimi, xüsusi adların yaranması, inkişafı müx-
təlif ictimai-siyasi, tarixi, hətta iqtisadi inkişafla da bağlıdır. XIX 


 
 
8
əsr Azərbaycan  ədəbi dilinin bədii üslubunun onomastikası, ilk 
növbədə, ümumxalq dilinin xüsusi adlar məcmusudur, sonra isə 
xüsusi adların bədii  ədəbiyyatda işlənmə  məqamı – poetik 
onomastikadır. 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
  
  
 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə