ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   2   3   4   5   6   7   8   9   10   ...   76

 
 
25
adlarının (aktiv antroponimlərin) üslubi-linqvistik xüsusiyyətlə-
rini aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
1.  Bədii  əsərdə personajların adlarının lüğəvi mənası surəti 
səciyyələndirir, onun əməli ilə eyni olur, şəxs adı ilə obrazın 
xarakteri arasında  əlaqə yaranır.  Əsərin maraqlı oxunmasını 
təmin edən bədii üsullardan biri də obrazın adının onun əsas ruhu 
ilə bağlı olmasıdır, yəni pеrsonaъın adı  bədii dildə üslubi 
kеyfiyyətə malik olur. Tədqiqatlarda  ХVII  əsrdə  bədii dildə 
işlədilmiş antroponimlər iki yеrə bölünmüşdür ki, bunlardan biri 
obrazı хaraktеrizə еdən adlardır. (288, 71) 
Hacı Nuru M.F.Axundovun “Hekayəti-Molla Ibrahimxəlil 
Kimyagər” komediyasında iştirak edən müsbət obrazdır. “Nuru” şəxs 
adı  ərəbcə “nur” sözündən olub, “işıq,” “aydınlıq”, “parıltı” 
anlamlarını bildirir. Orta əsrlərdə  ərəb-fars dillərinin Azərbaycanda 
dövlət dilinin olması ilə bağlı  həmin mənbədən yazılı nitqimizə 
aхınla söz gəlirdi. (170, 4) Lakin “nur” ərəb mənşəli söz olsa da, 
bu söz Azərbaycan dilinin lüğət tərkibi ilə o dərəcədə qaynayıb-
qarışıb ki, onun leksik mənasını izah edərkən “ərəb və fars sözləri 
lügəti”nə baxmağa ehtiyac olmur. Oхucu komediyanın “əfradi-
əhli-məcalis”ini nəzərdən keçirərkən məhz Hacı Nurunun əsərin 
müsbət obrazı olduğunu yəqin edir. Bu da obrazın adı ilə - 
antroponimlə bağlıdır. Bu antroponim sanki danışır, öz sahibinin 
müsbət xarakteri haqqında məlumat verir. Əslində isə “Nuru” 
şəxs adı  ənənəvi addır. Lakin yazıçının  əsərin müsbət obrazına 
verdiyi ad digər personajların  ənənəvi adlarından tamamilə 
fərqlidir. Belə ki, obrazın mənəvi keyfiyyəti, xasiyyəti, yaşadığı 
dövrə, müasirlərinə münasibəti həm obrazın dili ilə, həm də 
obrazın antroponimi vasitəsi ilə açılır. Komediyanın birinci 
məclisinin remarkasına nəzər salaq: “Hacı Kərim Zərgər Xaçmazlı 


 
 
26
Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə  dəvət 
edibdir: aşnaları  Ağa Zamanı  və Molla Salmanı  və  Məşədi 
Cabbar taciri və  Səfər bəy mülkədarı  və  həm  Şeyx Salah 
Xaçmazlını. Amma Hacı Nuru ittifaqən çağırılmamış  gəlibdir.” 
(23, 23) Remarkadan göröndüyü kimi, Hacı  Kərim öz 
məsləkdaşlarını, əqidə yoldaşlarını evinə dəvət edib. Hacı Nurunu 
isə bu məclisə  dəvət etməsələr də, məclisin iştirakçısıdır. Hacı 
Nuru “hər kəsin öz sənəti özünə iksirdir və xoş güzaranına 
baisdir” – fikrini irəli sürür və  həmsöhbətlərinin  əməllərini ifşa 
edir, özünün isə  bəxti gətirmədiyi üçün –yaşadığı dövrdə  şeirə, 
sənətə qiymət verməyən insanların  ətrafına toplaşdığı üçün 
“sənətindən xoşgüzar olmadığını” söyləyir.  Şair Hacı Nuru 
gözuaçıq, zəkalı  və cürətli bir obrazdır,  ətrafındakıların 
qüsurlarını görür və onları açıqdan-açığa tənqid edir. 
“M.F.Axundovun özü kimi, Hacı Nuru da onu əhatə edən 
cəmiyyətdə öz fəaliyyəti üçün əlverişli vasitə  və  şərait tapa 
bilmir, onu qovur, təhqir edir, yamanlayırlar... Hacı Nuru öz 
“bəlağət və  fəsahətli”  şeirlərini oxumaq üçün adam axtarıb 
tapmayan, hər yerdən qovulan, ac və çılpaq həyat keçirən, daima 
söyüş  eşidən  şairin faciəli simasını göstərir. Lakin mühitin bu 
nadanlığı və vəhşiliyi, həyatın ağırlığı və çirkinliyi onun iradəsini 
sındıra, onu məyus edə bilmir, onu yamanlayanlara töhmət və 
məzəmmətlə: “Gedirəm, doğru söz acı olar” – deyir.” (212, 183) 
Hacı Nuru Molla Ibrahimxəlillərin, Molla Həmidlərin, Dərviş 
Abbasların, Hacı  Kərimlərin, Ağa Zamanların, Molla 
Salmanların, Məşədi Cabbarların, Səfər bəylərin arasında, 
ümumilikdə, XIX əsr Azərbaycan cəmiyyətində qaranlıqda 
parlayan bir işıqdır, nurdur. Lakin bu işığın, nurun şöləsi zəif 
olduğu üçün “qaranlığa, zülmətə” aydınlıq gətirə bilmir, bu 


 
 
27
aydınlığı yalnız zaman, vaxt gətirir. Hacı Nuru ətrafında baş 
verənləri görsə  də, tüfeyli həyata  əl atan, asan yol ilə pul 
qazanmaq istəyən bu tamahkarları düz yola qaytara bilmir, yalnız 
onların səhvlərini deməklə kifayətlənir.  
Şahbaz bəy “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və 
Dərviş  Məstəli-şah-cadukuni-məşhur” komediyasının  əsas obraz-
larından biridir. Müsyö Jordanın məqsədi gənc  Şahbazı Parisə 
apararaq təbiət elmlərinin sirlərini öyrədib, onun Azərbaycanın təbii 
sərvətini tədqiq etməsi üçün imkan yaratmaqdır.  Şahbaz bəy 
əmisi qızı  Şərəfnisə xanımı sevir, toy edib ailə qurmaq istəyir, 
lakin o, Hatəmxan ağa kimi fransız xalqının adət-ənənələrini 
“Müsyö Jordanın dediklərindən” öyrənmək istəmir.  Şahbaz bəy 
məhz Fransaya gedib, fransız dilini öyrənərək Avropa 
mədəniyyətinə nail olmaq istəyir, xoşbəxtliyini məhəbbətdə deyil, 
“yüksək hörmət-izzətdə görür.” Cəlaləddin Mirzə M.F.Aхundova 
yazdığı  məktubda həmin dövrdə Iranda fransız dilinə olan 
münasibət haqqında bеlə  məlumat vеrmişdir: “Hazırda fransız 
dili o qədər sеvilib gеniş yayılır ki, nəcib adamlardan bir çoхu öz 
uşaqlarını bu dili öyrənməyə qoyur.” (25, 450)  
 
Yazıçı  əsərdə obrazları  təmsil etdiyi təbəqəyə, sinfin ruhuna 
uyğun gələn antroponimlərlə adlandırmışdır. “Şahbaz” onomu titul 
+ şəkilçi komponentlidir. Dilimizdə birvariantlı leksik şəkilçi kimi 
işlənən “baz” fars dilində müstəqil leksik mənası olan sözdür, 
“baxtən” felinin köküdür, mürəkkəb sözlərdə "həvəsli" mənasını 
ifadə edir. (Məsələn: qumarbaz, quşbaz, kələkbaz və s.) (33, 15) 
Lakin qumarbaz, quşbaz, kələkbaz sözləri quruluşuna görə 
mürəkkəb yox, düzəltmə sözlərdir. Çünki ərəb-fars dillərindən 
alınma elə sözlər vardır ki, onlar dilimizdə ancaq leksik şəkilçi 
kimi işlənir. “Şahbaz”  şəxs adındakı “baz” şəkilçisi də leksik 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə