ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

 
 
28
şəkilçidir. Tədqiqatlarda “Şahbaz” şəxs adının üç mənası olduğu 
izah edilir: 1) qızılquş, tərlan; 2) məcazi mənada “şanlı adam”; 3) 
məcazi mənada “iri vücudlu yaraşıqlı  gənc.” (94, 211) Fars və 
ərəb dillərinin bütün incəliklərinə  bələd olan M.F.Axundov 
obraza antroponim seçərkən məhz sözün məcazi mənalarını əsas 
götürdüyünü güman etmək olar: yəni obrazın adını onun 
xarakteri, məqsədi, daxili aləmi, xarici görünüşü, hətta yaşı ilə 
əlaqələndirərək onom seçmişdir. Deməli, onomun anlamından 
məlum olduğu kimi, Şahbaz  şan-şöhrətə can atan, hündürboylu, 
yaraşıqlı bir gəncdir. Bu, onomla obrazın xarakteri arasında 
M.F.Axundovun yaratdığı əlaqədir.  
Hatəmxan ağa (“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli 
şah”) və Şahbaz bəy eyni təbəqənin nümayəndələridir. Hatəmxan ağa 
XIX  əsr və XIX əsrdən  əvvəlki burjuaziyanın – yəni köhnə 
nəslin,  Şahbaz bəy isə XIX əsrin ortaları  və daha sonrakı dövr 
üçün – yəni yeni nəsil burjuaziyası üçün xarakterik obrazlardır. 
Hatəmxan ağa düşüncə cəhətdən zəif və məntiqsizdir, müqayisəsi 
isə gülüncdür. O, Azərbaycanla Fransanı, yəni Şərqlə Qərbin adət-
ənənəsini belə müqayisə edir: “Mənə  yəqin hasil olubdur ki, 
bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn, 
biz  əlimizə  xına qoyarıq, firənglər qoymazlar; biz başımızı 
qırxırıq, onlar başlarına tük qoyarlar. Biz papaqlı oturarıq, onlar 
başı açıq oturarlar. Biz aşkara peşkəş alırıq, onlar gizlin alarlar. Biz 
hər zada inanarıq, onlar heç zada inanmazlar. Bizim arvadlarımız 
gödək libas geyər, onların arvadları uzun libas geyərlər. Bizdə 
çox arvad almaq adətdir, Parisdə çox ər almaq.” (23, 46) 
Göründüyü kimi, Hatəmxan ağa obrazının dili ilə antroponimi 
arasında  əlaqə vardır. Hatəmxan ağanın bu ifadəsi məhz XIX əsr 
Azərbaycan burjuaziyasının çox hissəsinin düşüncə  tərzinə 


 
 
29
uyğundur. Bu da bir çox xarici ölkə tədqiqatçılarının nəzərindən 
yayınmamışdır. Belə ki, 1889-cu ildə alman şərqşünası Vyana Şərq 
Dilləri Akademiyasının professoru A.Vahrmund “Müsyö Jordan 
və  Dərviş  Məstəli  Şah” komediyasını fars dilindən alman dilinə 
tərcümə edib kiçik müqəddimə, lüğət və izahla birlikdə kitab 
şəklində  nəşr etdirmişdir. Bir il sonra həmin tərcümə haqqında 
yazılmış  məqalədə göstərilir: “Gözəl kompozisiya və effektli 
razvyazkaya malik olan bu komediya Avropa dünyəvi elmlərinə 
yaxınlığı, satiranın sərrastlığı, müsəlman adət-ənənələrinin Paris 
adət-ənənələri ilə müqayisəsi, dərvişlərin məharətlə ifşa edilməsi, 
nəhayət, güclü Qərb ruhu ilə diqqəti cəlb edir.” (27, 285) 1906-cı 
ildə isə komediya fransız dilinə  tərcümə edilmişdir. L.Buna 
kitabın müqəddiməsində yazmışdır: “Onun bu komediyası bizim 
üçün əsərdə təsvir olunan xalqın adət-ənənəsini öyrənmək və əlli 
il bundan əvvəl Qafqaz müsəlmanının fransız xarakterinə müna-
sibəti nöqteyi-nəzərindən qiymətlidir.” (27, 91)  
“Hatəmxan” onomu şəxs adı + titul komponentlidir. Ob-
razların adlandırılmasında tipin mənsub olduğu ictimai təbəqənin 
sinfi xüsusiyyətlərinə uyğun adlar verilməsi son dərəcə 
mühümdür, çünki personajın ictimai təbəqəyə  mənsubluğunu 
müəyyənləşdirmək işində antroponimlər çox köməklik edir. 
“Hatəm” ərəb dilində “comərd, ürəyiyumşaq, əliaçıq” anlamlarını 
bildirir. Obrazın xarakteri ilə onomun lüğəvi mənası arasında da 
yaxınlıq vardır. Komediyada Hatəmxan ağa məhz ürəyiyumşaq, 
qonaqsevər, əliaçıq ev sahibi kimi oxucuya təqdim olunmuşdur. 
Gülçöhrə (“Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli Şah”) 
Hatəmxan ağanın doqquz yaşında olan kiçik qızıdır. 
Komediyanın yalnız birinci məclisində həmin obraza rast gəlirik: 
“Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, 


 
 
30
kiçik bacısı Gülçöhrə yanında oynayır.” (23, 39) Gülçöhrə 
komediyanın ən kiçik yaşlı obrazı olduğu üçün heç bir xarakterik 
cəhətə malik deyil, uşaqlara məxsus xüsusiyyətlərə malikdir, bəy 
qızı olduğu üçün ərköyündür. Buna görə də M.F.Axundov obrazı 
“siması gözəl, lətif, üzü gül kimi qəşəng” anlamlı fars mənşəli 
onomla adlandırmışdır. Ümumiyyətlə, ХIХ əsrin ikinci yarısında 
ədəbi dilin bədii üslubunda cavan, gənc azərbaycanlı  qızlarına 
sənətkarlarımızın saf, ülvi hissləri onlara verdiyi onomlarda aydın 
nəzərə çarpır. “Mürafiə vəkillərinin hekayəti”ndə Səkinə xanıma 
sadiq olan gənc qulluqçunun adı Gülsəbadır. N.Vəzirovun 
“Müsibəti-Fəxrəddin” faciəsində  Fəxrəddin bəyin bacısının, 
Mahmud bəyin isə övrətinin adı Gülbahardır. Hər üç şəxs adında 
“gül” sözünün olması heç də  təsadüfü deyil, adların forma və 
məna cəhətdən yaxınlığı sənətkarların gənc Azərbaycan qızlarına 
bəslədiyi rəğbət hissi ilə bağlı olub bədii üslub vasitəsidir.  
Dərviş  Məstəli  şah (“Hekayəti-Müsyö Jordan və  Dərviş 
Məstəli şah”) əsərin mənfi obrazıdır. Yazıçı Məstəli şahın kəskin 
satira dolu nitqi vasitəsi ilə onun özünü ifşa edir, fırıldaqlarının 
üstünü açır. Məstəli şah Azərbaycanın daxilində din xadimləri və 
istismarçı hakim təbəqə ilə xalq arasında baş verən kəskin 
münasibətdən söhbət açır, bu iğtişaşları öz hünəri kimi təbliğ 
edir: “Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, 
həmişə Şişə qalasında üsuli və şeyxi mollaların arasında fitnə və 
fəsad salıb onları dinc qoymasınlar. Ondan ötrü ki, onlar minbərə 
çıxıb aşkara xalqa vəz etmişdilər ki, cadukunə  və sairə 
inanmayın.” (23, 55) Lakin Məstəli  şah ayıqdır, xalqın çətin 
yaşayışını, istismarını digər təbəqələrdən tez görür və hiss edir. 
Xalq da Molla Ibrahimxəlilin  ətrafındakılardan fərqlidir, pisi 
yaxşıdan seçməyi bacarır. Məstəli  şahın dеdiklərindən məlum olur 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə