ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

 
 
31
ki, o, Salyandan qovulubdur, Naxçıvan və  Şərur mahalının  əhalisi 
ona torpaqlarından keçməyə icazə vermirlər. Buna görə  də 
Məstəli  şahın qurbanları daha zəif və  zərif məxluqlardır, yəni 
Ibrahimxəlil Kimyagər kişiləri aldadırdısa, Məstəli  şah qadınları 
aldadır. O, öz köməkçisi Qulaməliyə fars dilində deyir: “Bu qadın 
tayfası nə yazıq və sadəlövhdür, düşünüb daşınmadan inanırlar ki, 
mən Qarabağda oturub Parisi bir anda alt-üst edəcəyəm və ya 
mənim Mərrixim Arazın o biri tərəfindən Müsyö Jordanın 
boynunu vura bilər.” (23, 57) 
“Məstəli” iki komponentli şəxs adıdır, “məst” fars mənşəli 
olub “kefli, sərxoş”; məcazi mənada isə “ağlı çaşan, nəşələnən, 
xumar olan” mənalarını ifadə edir. “Əli” isə ərəb dilində “yüksək, 
ali, uca” deməkdir. (36, 92) M.F.Aхundovun arхivində 
“Hеkayəti-Müsyö  Ъordan”  əsərində - haşiyədə qara karandaşla 
M.F.Aхundovun avtoqrafı ilə dörd misralıq farsca bir rübaisi 
vеrilmişdir. Rübainin tərcüməsi bеlədir: “Biz Şah  Əlinin 
qulamlarıyıq, tamam mətləblərdən  хəbərdarıq, nə  məvacib, nə 
cirə, nə  yеm almayıb, Allahın sayəsində müftə dolanan 
nökərlərik.” (122, 37) 
Məstəli şah obrazının xarakteri ilə onomu arasında sıx əlaqə 
vardır, tipin xarakteri ilə adın leksik mənası eyniyyət təşkil 
edirsə, dеməli, ad üslubi kеyfiyyətə malikdir. Adətən, “bədii ad 
ya bir хəsisi, ya davakarı, ya da qəhrəmanı  хaraktеrizə  еdir.” 
(298, 119) M.F.Axundov belə bir tipin onomunu təsadüfən 
seçməmişdir. Xalqın nadanlığından, cəhalətindən istifadə edən 
Məstəli  şah da ətrafindakılar üçün bir “nəşə”dir, “mey”dir. O, 
xalqa bu “nəşə”dən, “mey”dən dadızdırıb, həmişə kefli, sərxoş 
vəziyyətdə saxlamaq istəyir. Yazıçı  təxəyyülünün məhsulu olan 
adlar sərbəst yaranır, yazıçı obrazın adından  əvvəl özünü bədii 


 
 
32
təfəkkür süzgəcindən keçirir, sonra ona müvafiq ad verir. (220, 
12) 
Mirzə  Həbib (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) Lənkəran 
xanının vəziridir. Mirzə  Həbib qulluq etdiyi Xan kimi kütbeyin 
və nadandır. Xan dövləti, Mirzə Həbib isə öz ailəsini, evini idarə 
edə bilmir. Evin ortasında olan xəlbirə görə xəlbiri gətirəni yox, 
öz nazirini – Ağa Bəşiri cəzalandırır. Nazirin cəzalandırılması isə 
əslində Mirzə  Həbibin özünün cəzaya layiq olması deməkdir. 
Çünki nazir vəzirin evini idarə edir, vəzir isə böyük bir vilayəti 
idarə edir. Mirzə Həbib evinin divarları arasında nə baş verdiyini 
bilmir, Teymur ağanın arvadı Ziba xanımın və ya Şölə xanımın 
yanına gəldiyini ayırd etməyi bacarmır. Mirzə Həbib baldızı Nisə 
xanımı Xana ərə verməklə öz mövqeyini möhkəmlətmək istəyir. 
Mirzə Həbib üçün Xanın cavan və ya qoca, çoxarvadlı olmasının, 
Nisə xanımın Xanı sevib-sevmədiyinin fərqi yoxdur. Çünki Xan 
xanlığın birinci şəxsidir, idarə edənidir. Bu səbəbdən də Mirzə 
Həbib Xanın nökəridir, quludur, dostudur. Bu baxımdan obraza 
yanaşdıqda M.F.Axundovun vəzirə “Həbib”  şəxs adının 
verməsinin səbəbi aydın olur. “Həbib”  ərəb mənşəli söz olub 
“dost, sevilən, aşiq” anlamlarını bildirir. 
Teymur ağa (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) Xanın 
qardaşı  oğlu, keçmiş xanın isə  oğludur. Xanlıq-üsuli-idarəsinə 
uyğun olaraq Teymur ağa xan olmalı idi, lakin Xan Teymur 
ağanın azyaşlı olmasından istifadə edərək hakimiyyəti ələ keçir-
mişdir. Keçmiş xanın vəliəhdi olan Teymur ağa vəzirin baldızı 
Nisə xanımı sevir, öz sevgisi uğrunda daim mübarizə aparır. 
Üçüncü məclisdə Xan Teymur ağanı hüzuruna dəvət edərkən 
birinci növbədə onun xəncər qurşanıb-qurşanmaması ilə 
maraqlanır. Məlum olur ki, Xan Teymur ağadan qorxur, çünki 


 
 
33
sadə və səmimi olduğu üçün onu həm bəylər, həm də xalq sevir. 
Teymur ağa həm də cürətli, cəsur və güclüdür. Komediyanın son 
pərdəsində  Səlim bəy Teymur ağaya Xanın ölümü barəsində 
məlumat verərək deyir: “Əmin Xan dərya üzündə seyrə çıxmışdı, 
qəflətən bərk külək  əsib, lötkə çevrilib, Xan dəryaya qərq 
olubdur. Indi xalq xanlıq imarətinin  ətrafında cəm olub səni 
özlərinə xan istəyirlər.” (23, 123) Teymur ağanın xan olduqdan 
sonra sevgilisi Nisə xanıma qovuşması üçün heç bir sədd, heç bir 
maneə yoxdur. 
Belə bir obraza “Teymur” şəxs adının verilməsi, yəqin ki, 
təsadüfi deyildir. Üsyankar ruhda olan, həm də  cəsarətli, qoçaq, 
cəsur bir obraz əsərin sonunda hakimiyyətə  gəlir, xanlıq üsuli-
idarəsinə sahib olur, dövləti idarə edir. Fikrimizcə, “Teymur ağa” 
antroponimi məhz XIV əsrdə yaşamış fateh, sərkərdə, Teymurilər 
sülaləsinin banisi Teymurləngin adı ilə bağlıdır. Bədii  əsərdə 
personajın adının məşhur tarixi-mifoloji və ya hamıya məlum 
olan  ədəbi personajın adı ilə eyniliyi, surətin adının folklordan 
götürülməsi ekspressivlik yarada bilir. (186, 68) 
“Teymur” qədim türk mənşəli adlardandır. Qədim türk di-
lində bunun “temir”, “temur” biçimləri də  işlənibdir. Yerdən 
çıxarılan metalın bir növü, təbiətdə çox yayılmış kimyəvi ele-
mentdir. Məcazi mənada isə “möhkəm, sərt, davamlı” anlamlarını 
bildirir. (29, 255) 
M.F.Axundov “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komedi-
yasında da dörd qadın obrazı yaratmışdır: Ziba xanım,  Şölə 
xanım, Pəri xanım və Nisə xanım. Ziba xanım və  Şölə xanım 
Mirzə  Həbibin hərəmləridir. Ziba xanım Mirzə  Həbibin birinci 
arvadıdır, yaşca Şölə xanımdan böyük olan bu qadın ola bilsin ki, 
nə vaxtsa Mirzə  Həbibin istəkli xanımı olmuşdur, lakin artıq 


 
 
34
vəziyyət dəyişmişdir. Vəzir ikinci hərəmi  Şölə xanımla kəbin 
kəsdirib,  Şölə xanım isə cavan və gözəl olduğu üçün Mirzə 
Həbibin istəkli hərəmidir. Buna görə  də Ziba xanım  ərini  Şölə 
xanıma qısqanır, evdə bütün danışıqlara qulaq asır,  Şölə xanımı 
güdür və müxtəlif bəhanələrlə Mirzə Həbibin gözündən salmağa 
çalışır. Mirzə  Həbib Nisə xanım üçün “iyirmi dörd dana dəxi 
toyuq yumurtasından kiçik, göyərçin yumurtasından böyük qızıl 
düyməli nimtənə” tikdirməyi Hacı Salaha sifariş edərkən Ziba 
xanım bu danışıqlara gizli qulaq asır və  Şölə xanıma böhtanlar 
yağdırır. O deyir: “Teymur ağanın gözü aydın olsun ki, 
sevgilisinə  təzə nimtənə buyrulur ki, geysin, onun qabağında 
süzsün.” (23, 102) Ziba xanım Teymur ağanın tez-tez evin 
hərəmlər üçün ayrılmış hissəsinə gəldiyini görür. Müəyyən həyat 
təcrübəsinə malik olan Ziba xanım Teymur ağanın  Şölə xanımı 
deyil, Nisə xanımı sevdiyini və onunla görüşdüyünü hiss etməli 
idi. Lakin Ziba xanımın düşməni və  hədəfi  Şölə xanımdır. Ona 
görə  də Teymur ağanın məhz  Şölə xanımla görüşməyi ona sərf 
edir, bu vəziyyətdən öz xeyri üçün istifadə etməyə çalışır. 
Ziba fars mənşəli addır, “zinət, bəzək, yaraşıqlı, bəzəkli” və 
s. mənaları var. (29, 72) Ziba obrazı ilə onomu arasında  əlaqə 
vardır. Belə ki, cavan yaşlarında çox gözəl, yaraşıqlı olan bu 
qadın sonralar zinətə, yaraşığına daha çox fikir verməyə çalışır ki, 
Mirzə  Həbibin yenə qadın kimi diqqətini cəlb etsin. Obrazın 
onomu daha çox onun meşşanlığına işarədir. Tamaşaçı Ziba 
xanımın maraq dairəsinin məhdudluğunu, obrazın meşşanlığını 
əvvəlinci məclisdə - Mirzə  Həbibin  Şölə xanıma “qızıl düyməli 
nimtənə” sifariş verərkən şahidi olur.  
Şölə xanım gənc, gözəl və yaraşıqlıdır. Buna görə  də Mirzə 
Həbibin yanında onun hörməti daha çoxdur. Mirzə  Həbib həm də 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə