Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
  1   2   3   4   5   6   7   8   9   ...   64


 
ƏZİZXAN TANRIVERDİ 
 
 
 
 
 
 
 
 
 
 
 
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN 
ŞƏXS ADLARININ TARİXİ-
LİNQVİSTİK TƏDQİQİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2012 


 
Язизхан Танрыверди 
 
 

 
 
Elmi redaktoru:                                         Fikrət XALIQOV 
                                   filologiya elmləri doktoru, professor 
 
Rəyçilər:                                                      Elbrus ƏZİZOV 
                                   filologiya elmləri doktoru, professor 
 
                                                                  Aydın PAŞAYEV 
                   filologiya elmləri doktoru 
 
                
 
                    Məmmədxan SOLTANOV 
                    filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
Monoqrafiyada  türk  mənşəli  Azərbaycan  antroponimləri  dia-
xronik və sinxronik  müstəvidə təhlil edilmiş, bir sıra antroponimlərin 
etimologiyası öyrənilmiş, arxaikləşən, apelyativi arxaikləşən, apelya-
tivi  arxaizm  səciyyəli  dialektizm  və  dialektizm  olan  antroponimlər 
sistemli  şəkildə  tədqiq  edilmişdir.  Kitabdan  filoloq-mütəxəssislər, 
həmçinin hər bir Azərbaycan vətəndaşı faydalana bilər. 
 
 
                                         
 
 
 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

 
ÖN SÖZ 
 
Azərbaycan  dilçiliyində  antroponimlərin  tədqiqi  ilə  bağlı 
bir  sıra  məqalə  və  monoqrafiyaların  çap  edilməsi,  bir  neçə 
namizədlik  və  doktorluq  dissertasiyasının  müdafiə  olunması 
onomastikanın  inkişafında  xüsusi  rol  oynamışdır.  Lakin  Azər-
baycan antroponimiyasının həll edilməmiş problemləri də çox-
dur. Belə problemlərdən biri  bu vaxta qədər türk mənşəli və tə-
rəflərindən  biri  türk  mənşəli  olan  hibrid  antroponimlərin  diax-
ronik,  xüsusən  də  sinxronik  istiqamətdə  kompleks  və  sistemli 
şəkildə  linqvistik  tədqiqata  cəlb  edilməməsidir.  Təbii  ki,  belə 
bir  mövzunun  tədqiq  edilməsi  arxaik,  apelyativi  arxaikləşən, 
apelyativi  eynilə  müasir  ədəbi  dildə  işlənən  antroponimləri 
müəyyənləşdirə  bilər,  tarixi  fonetika,  leksikologiya,  morfolo-
giya və sintaksislə bağlı zəngin  materiallar verər, sözlərin ilkin 
semantikasını, fono-morfoloji tərkibini və s. aydınlaşdıra bilər,  
həmçinin  adyaratmada  apelyativin  funksiyası,  motivləşmə  me-
yarları və s. müəyyənləşə bilər ki, bu da türk estetikası, etnoq-
rafiyası və psixologiyasını öyrənmək baxımından geniş imkan-
lar aça bilər. 
Əsərdə  60-a  qədər  antroponim  (Annax,  Bəslər,  Bulduq, 
Səgrək, Duman, Duxa Qoca, Ərol, Güzəməli, Usandıq və s.) ilk 
dəfə olaraq etimoloji baxımdan təhlil edilmişdir. Arxaik antro-
ponimlər,  apelyativi  arxaikləşən,  apelyativi  müasir  ədəbi  dildə 
işlənən  əsl  şəxs  adları,  apelyativi  ilə    birlikdə  arxaikləşən  əsl 
şəxs  adlarının  müasir  ədəbi  dilimizdəki  antroponimlərlə  si-
nonimliyi  (Bulduq-Tapdıq, Sunqur-Şahin və s.),  apelyativi ar-
xaizm,  arxaizm  səciyyəli  dialektizm  və  dialektizm  olan  ləqəb-
lər,  həmçinin  tərəflərindən  biri  türk  mənşəli  olan  hibrid  antro-
ponimik  vahidlər  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq  işıq-
landırılır. Kitabda türk mənşəli Azərbaycan antroponimləri türk 
xalqları  antroponimikası  müstəvisində  öyrənilmiş,  Azərbaycan 


 
Язизхан Танрыверди 
 
 

antroponimikasında  ləqəb,  qırğız  antroponimikasında  isə  əsl 
şəxs adı funksiyasında işlənən vahidlərə ilk dəfə olaraq münasi-
bət bildirilmişdir. Türk mənşəli kişi və qadın  adlarının leksik-
semantik  qruplarına  mövcud  tədqiqatlar  kontekstində  müna-
sibət  bildirilmiş,  motivləşmə  meyarları  öyrənilmiş  və  həmin 
əsasda  konkret  leksik-semantik  qruplar  müəyyənləşdirilmişdir. 
Məyusluqla bağlı yaranan qadın adlarında (Gülyetər, Bəslər və 
s.)  mənfi motivlərlə yanaşı, müsbət motivlər də aşkarlanmışdır. 
Arxaik titulların qədim və müasir şəxs adlarında işləklik dərə-
cəsi öyrənilmiş, titul və təxəllüslərin əsl şəxs adlarına çevrilmə 
səbəbi  və  etnonim  əsasında  qadın  adlarının  yarana  bilməməsi  
izah olunmuşdur. 
Əsərdə fonetik, leksik, morfoloji və sintaktik semantikası 
donmuş  antroponimik  vahidlərə,  onların  apelyativinə  dil  tarixi 
prizmasından yanaşılmışdır. Təyini söz birləşmələrinə daxil ol-
mayan  ismi  birləşmələrin  inkişafı  əsasında  formalaşan  mürək-
kəb quruluşlu antroponimik vahidlər də izah edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

 
I  FƏSİL 
 
TÜRK MƏNŞƏLİ ANTROPONİMLƏRİN 
TƏDQİQİ TARİXİ 
 
a) Türkologiyada şəxs adlarının  
tədqiqi tarixi 
 
Türk  mənşəli  antroponimlərin  tədqiqi  tarixini  sistemli 
şəkildə təqdim etməzdən əvvəl bir sıra Avropa türkoloqlarının, 
xüsusilə  A.Qaben,  L.Razoni,  S.Kakuk  kimi  alimlərin  araşdır-
malarına münasibət bildirmək lazım gəlir. 
A.Qaben türk dillərinin qrammatikasına dair bir neçə ma-
raqlı əsər yazmışdır. Onun 1941-ci ildə çap olunan ―Alttürkiche 
Grammatik‖ əsəri 1974-cü ildə üçüncü dəfə yenidən nəşr edilir. 
Həmin nəşri Mehmet Akalın Türkiyə türkcəsinə tərcümə edərək 
―Eski  türkçenin-qrameri‖  (Ankara,  1988)  adı  ilə  çap  etdir-
mişdir.  Kitabda  türk-run,  uyğur,  soğut,  mani,  brahami  yazıla-
rının  xarakterik  xüsusiyyətləri,  əski  türk  dilinin  fonetikasında 
ünlülər  (saitlər),  ünsüzlər  (samitlər),  vurğu  və  diftonqlar,  eyni 
zamanda türk dilləri baxımından səciyyəvi olan kök və şəkilçi 
morfemləri, söz birləşmələri, cümlə və s. məsələlər tarixi-linq-
vistik  prizmadan  araşdırılmışdır.  Onomastik  vahidlərin  əsərin 
lüğət hissəsinə daxil edilməsi diqqəti cəlb edən cəhətlərdəndir. 
Burada  hər  bir  onomastik  vahid  barədə  məlumat  verilmişdir. 
Məsələn,  ―Yoluğ‖  antroponimik  vahidinin  ―Yolluğ‖  variantı 
təqdim edilməklə yanaşı, Yoluğun Bilge Kağan və Kül Teginin 
adına  düzəldilmiş  daş    kitabələrin  yaradıcısı  olduğu  da  qeyd 
edilir.  Əsərdə  arqu,  bayırku,  karluq  (qarluq),  kirkiz  (qırğız), 
moğol,  tabğac,  oğuz,  çiqil,  izqil  və  s.  etnonimlər,  Arğu,  Bosu, 
Kadırkan, Ötüken, Töpüt və s. toponimlərlə yanaşı, Bumın Ka-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə