ҺӘЗРӘти рүГӘЈЈӘ


İslam və İslam Peyğəmbərinin (s) düşməni, Əbu Süfyan



Yüklə 1,95 Mb.
səhifə2/25
tarix14.04.2018
ölçüsü1,95 Mb.
#38301
1   2   3   4   5   6   7   8   9   ...   25

İslam və İslam Peyğəmbərinin (s) düşməni, Əbu Süfyan


Peyğəmbərin (s) besətinin əvvəlindən, o həzrətin vəfatına kimi Əbu Süfyan İslam və İslam Peyğəmbəri (s) ilə aşkar düşmənçilik etdi, Qüreyş müşriklərinə bu işdə rəhbər olub, onlara himayədarlıq etdi. O, küfrün bayrağını əlində tutaraq İslama qarşı qılınc çəkdi.

Məşhur əhli-sünnə alimi, Zəməxşəri deyir: Əbu Süfyan qısa boylu, bəd qiyafəli idi və Hind (Əbu Süfyanın arvadı) ərinin muzduru, təravətli bir cavan olan Səbaha, alıcı gözü ilə baxdı, nəhayət, özünü saxlaya bilmədi, onu özünə tərəf çağırdı. Onların arasında gizli əlaqə bərqərar oldu, bu əlaqənin nəticəsində, tarixçilərin əqidəsinə görə, Muaviyədən əlavə Ütbə də Səbahdandır. Yenə deyiblər: Hind, bu uşağı Əbu Süfyanın evində dünyaya gətirməyinə razı deyildi, ona görə də biyabanlara üz qoydu və Ütbəni orada, tək dünyaya gətirdi.

Hind ciyərçeynəyən adı ilə tarixdə məşhurdur. O Peyğəmbərin (s) əmisi Həmzənin ciyərini Ühüd döyüşündə dişinə çəkdi və cəyəri tikə-tikə etdi, ipə düzüb boynundan asdı.

Bu ailənin İslamla düşmənçiliyi gör nə həddədir!

Əbu Süfyan deyirdi: İlahi, cahiliyyət dövrünü bir daha bizə qaytar...2 Yenə deyirdi: And olsun Allaha, əgər diri qalsam, hökuməti Haşimilərin əlindən alacağam.3 Osman xilafətə çatan zaman Əbu Süfyan onun yanına gəlib dedi: Xilafəti top kimi Bəni Üməyyənin əlində fırlat. Çünki, xilafət və risalət, səltənətdən başqa bir şey deyil, mən cənnət və cəhənnəm bilmirəm.1

Oğlu Muaviyə də imam Həsəni (ə) sülhə məcbur edib xilafəti ələ keçirdikdən sonra aşkarcasına dedi: "Mən din yolunda sizinlə döyüşməmişəm. Bəlkə, sizə hakim olmaq üçün sizinlə döyüşdüm."2


Muaviyə hiyləgər


Peyğəmbəri Əkrəm (s) buyurub:

اذا راءيتم معاوية علي منبري فقتلوه

"Hər vaxt Muaviyəni mənim minbərimin üstündə görsəniz, onu öldürün".3

Muaviyənin cinayəti saysız-hesabsızdır. O, Əliyə (ə) tabe olmadı, İmam Həsəni (ə) sülh bağlamağa məcbur etdi və sülhnamənin maddələrinə əməl etmədi, şiələri çoxlu əziyyətlər etdi. Xülasə, Muaviyə istədiyini edirdi.

Muaviyə mənfur


Bir gün Peyğəmbər (s), ibn Əbbası, Muaviyəni çağırmağa göndərdi. İbn Əbbas, neçə dəfə gedib Peyğəmbərin (s) sifarişini ona çatdırdı, amma hər dəfə Muaviyə, yemək yeməyə məşğul olduğunu deyirdi. İbn Əbbas, bunu Peyğəmbərə (s) xəbər verdi. Həzrət buyurdu: Allah heç vaxt onun qarnını doyuzdurmasın. Peyğəmbərin (s) nifrini nəticəsində Muaviyə heç vaxt yeməkdən doymurdu. O deyirdi: Mənim yeməkdən əl çəkməyim doymaq üzündən deyil, bəlkə yeməkdən yorulmağıma görədir.

Muaviyə şərab içirdi və İslam adı ilə hökumət edirdi.1


Muaviyə xilafəti səltənətə çevirdi


Əmir əl-möminin Əlinin (ə) şəhadətindən sonra, xalq ikinci imam, Həsən ibn Əli (ə) ilə biət etdilər. Səltənət havasında olan Muaviyə sakit otura bilmədi və imama qarşı qoşun çəkib, döyüşə qalxdı.

Muaviyə müxtəlif hiylələr və pul verməklə imamın adamlarını və sərkərdələrini ələ alıb, özünə tərəf çəkdi. Nəhayət, sülh ünvanı ilə imam Həsəni (ə) xilafəti ona tapşırmağa məcbur etdi. İmam (ə), xilafəti bu şərtlə Muaviyəyə verdi ki, Muaviyə öləndən sonra yenə xilafəti imam Həsənə (ə), (və imam Hüseynə) qaytarsın, şiələri incitməsin, Muaviyə, Allah Kitabı və Peyğəmbərin (s) sünnəsi əsasında xilafəti idarə etsin...2 Qırxıncı hicri ilində Muaviyə İslam xilafətini ələ keçirdi, fasiləsiz olaraq İraqa gəlib, moizə etdi, camaata xədərdarlıq edib, dedi: "Mən sizinlə namaz, oruca görə döyüşmürdüm, bəlkə sizə hökumət etmək istəyirdim və öz məqsədimə çatdım".3 O yenə deyirdi: "İmam Həsənlə (ə) bağladığım sülh müqaviləsi mənim ayağım altındadır".4

Muaviyə bununla işarə edirdi ki, dini öhdəliklərə əməl etməyəcək və bütün qüvvəsini öz hökumətini saxlamağa sərf edəcək. Əlbəttə, məlum idi ki, o dini işlər, İslamın irəliləyişi və xalqın rifahı barəsində fikirləşsəydi, heç vaxt xilafəti imam Həsənin (ə) əlindən almazdı. Çünki Muaviyə də yaxşı bilirdi ki, xilafəti idarə etməyə ən layiqli şəxs, imam Həsəndir (ə).

Muaviyə xilafəti şahlığa çevirdi və hətta onun hüzuruna gələnlərin bəziləri ona padşah ünvanı ilə salam verirdilər.1 Özü də bəzi xüsusi məclislərdə öz hökumətindən şahlıq təbir edirdi.2

O heç bir dini anlayışı olmayan, aşkara vaxtını şərab məclislərində keçirən, it və meymun oynadan, öz məhrəmləri ilə zina edən, heç bir ədəbi olmayan, hətta siyasətdən belə xəbəri olmayan oğlu Yezidi, özündən sonra xəlifə təyin etdi və bu işin qarşısında mane ola biləcək qüvvələri aradan götürdü, o cümlədən, imam Həsəni (ə) zəhərlətdirdi.3 O, elan etdi ki, hər kəs əhli-beytin (ə) fəzilti barəsində hədis nəql etsə, onun canı, malı, namusu, nəsli amanda deyil, başqa tərəfdən isə özü kimi səhabələrin və başqa xəlifələrin barəsində hədislər qurmağı göstəriş verdi, hədis quranlara çoxlu hədiyyələr verdi. Həmçinin, İslam ölkələrinin minbərlərinin hamısında Əliyə (ə) nasəza deyilməsini göstəriş verdi. Muaviyə, Əlinin (ə) şiələri olan Peyğəmbər (s) səhabələrini öldürdü.4

Acı təbliğat


Bəni Üməyyə aparatı Şamda, Əlinin (ə) ziddinə elə təbliğ etmişdi ki, camaat haqla batili bir-birindən ayıra bilmirdilər, hətta Muaviyədən başqa Peyğəmbər (s) üçün heç bir qohum tanımırdılar. İmam Səccad (ə), Yezidin sarayında özünü və əhli-beyti (ə) xalqa tanıtdıqdan sonra, yetmiş nəfər qəbilə başçısı gəlib o həzrətdən üzr istədi və Muaviyədən başqa Peyğəmbər (s) üçün qohum tanımadıqlarını dedilər. Şamda Əlinin (ə) əksinə o qədər təbliğ olunmuşdu ki, o həzrət mehrabda şəhadətə çatarkən, Şam əhli təəccüb edib dedilər: məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib və onu mehrabda öldürüblər?!

Muaviyənin tərəfdarları naqə və nər arasında fərq qoymurlar


Kufə əhlindən olan bir kişi, Süffeyindən qayıdarkən dəvəyə minib, Dəməşqə gəldi. Şam camaatından olan birisi dəvənin onunku olduğunu iddia edib dedi: Sənin mindiyin dəvə mənimdir və onu Süffeyn döyüşündə qarət etmişdilər, sənin əlinə düşüb. Onların mübahisəsi heç bir nəticə vermədi və nəhayət, Muaviyənin yanına getdilər. Dəməşqli kişi, naqənin (dişi dəvə) onun malı olmasına əlli nəfər şahid gətirdi. Yəni, əlli nəfər, dişi dəvənin bu kişinin olmasına şəhadət verdilər. Muaviyə də bu əlli nəfərin şahidliyi əsasında, naqənin Dəməşqli kişinin olmasına hökm etdi və İraqlı kişini dəvəni ona təhvil verməyə məcbur etdi. İraqlı kişi dedi: Bu dəvə naqə deyil, cəməldir (erkək dəvədir). Muaviyə dedi: Hökmü vermişəm, qayıda bilmərəm! Camaat getdikdən sonra İraqlı kişini çağırıb dəvənin qiymətini ondan soruşdu. Sonra dəvənin qiymətindən də artıq ona pul verib dedi: Əliyə (ə) xəbər apar ki, onunla döyüşə yüz min elə adam gətirirəm ki, naqə ilə nər arasında fərq qoymurlar! Yəni, əgər naqəyə nər, nərə naqə desəm, sorğu-sualsız qəbul edirlər.

Məsudi bu dastanı nəql etdikdən sonra yazır: "Camaatın Muaviyədən itaəti və onun hökmünün nüfuzu bir yerə çatdı ki, Süffeyn döyüşünə gedərkən, cümə namazını çərşənbə gününə elan etdi və camaatla cümə namazı qıldı, heç kim: "bu gün çərşənbədir, nə üçün cümə namazı?" demədi.1



Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə