ҺӘЗРӘти рүГӘЈЈӘ


Həzrət imam Hüseynin (ə) Rüqəyyəyə (ə) məhəbbəti



Yüklə 1,95 Mb.
səhifə5/25
tarix14.04.2018
ölçüsü1,95 Mb.
#38301
1   2   3   4   5   6   7   8   9   ...   25

Həzrət imam Hüseynin (ə) Rüqəyyəyə (ə) məhəbbəti


Həzrət imam Hüseyn (ə), atası həzrət Əlini (ə) və anası Fatimə Zəhranı (ə) çox sevirdi. Ona görə də hər vaxt, Mütəal-Allah ona övlad əta etsəydi, əgər oğlan olsaydı, atası Əlinin (ə) və qız olsaydı, anası Fatimə Zəhranın (ə) adını o körpəyə qoyurdu. Sonra onları bir-birindən seçmək üçün, hər birinə bir ləqəb verirdi. Həzrət Rüqəyyənin (ə) də adı Fatimə olub və imam Hüseynin (ə) kiçik qızı olduğu üçün ona Fatimeyi Süğra ləqəbini verib.1

İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı.


Həzrət Rüqəyyənin (ə) ləyaqəti


Kərbəla hadisəsi İslam dinini canlandıran, ona yenidən ruh verən, Qiyamətə kimi əbədi qalmalı və İslam dinini sapınmalardan qoruya bilməli olan, bir hadisə olmalı idi. Ona görə də bu hadisənin iştirakçıları ilahi insanlar olmalı, bütün müsibətlərə səbr edə bilən, Allahdan başqa heç bir qüdrət qarşısında baş əyməyən, təkcə Allaha təslim olub, həmişə Onun razılığına razı olan, hər harada olarlarsa, öz məntiqli söz və əməlləri ilə əsil İslam dinini, Peyğəmbəri (s) və əhli-beyti (ə) insanlara tanıda və xalqı hidayət edə bilən şəxslər olmalı idilər. Ona görə də biz tarixdə çoxlu şəxsləri görürük ki, Kərbəla həmasəsində iştirak edə bilmədi və ya başqa sözlə desək, buna ləyaqətləri çatmadı. Amma həzrət Rüqəyyə (ə) üç yaşında olmasına baxmayaraq, bu işə layiq idi, necə ki, biz tarixdən buna şahidik. O həzrətin bərəkətindən, əhli-beytin tanınmadığı və həqiqi İslamdan uzaq düşmüş, hətta möminlər ağası Əli (ə) məsciddə səcdə halında şəhadətə çatdıqda, camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyilən belə bir yerlərdə, əhli-beyti (ə) tanıdılar və həqiqi İslamdan xəbərdar oldular, əhli-beytin (ə) məzlumiyyətinə göz yaşı tökdülər. İndinin özünə qədər minlərlə insan (hətta xristian və yəhudi), o həzrətin bərəkətindən İslama iman gətirmiş və əhli-beytin (ə) aşiqi olmuşdur. Camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyən bir şəhərin, məscidlərinin minarələrindən indi "Əşhədu ənnə mövlana Əmir əl-mömininə Əliyyən vəliyulah" kəlamı zəmzəmə olunur.

Həzrət Rüqəyyə (ə) Kərbə lada

İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi


Həzrət imam Səccad (ə) buyurur: Aşura gecəsi mən xəstə idim və bibim Zeynəb, mənə xidmət edirdi. Birdən atam bizdən uzaqlaşıb öz xeyməsinə getdi. Covn (Əbuzərin azad etdiyi qülam), imamla birlikdə idi və o həzrətin qılıncını təmir edirdi. Atam bu şeri oxudu:

يا دهر افّ لك من خليل کم لك يا لاشرلق و الاصيل

من صاحب و طالب قتيل و الدهر لا يقنع با لبديل

و انّما الامر الي الجليل و کلّ حي سالک سبيل

“Ey dünya! Uff sənin dostluğuna, nə qədər dostları və sənin üçün çalışanları sübhlər və gecələr öldürdün!

Bəli, dünya onların yerinə başqasını istəmir. Doğrudan da işlərin sonu Cəlil olan Allahın əlindədir və hər bir canlı gərək bu yoldan keçsin.”

Ürək yandıran bu şeri atamdan eşidərkən onun məqsədini başa düşdüm, böyük bir bəlanın nazil olduğunu və imamın şəhadəti qəbul etdiyini bildim. Ona görə də ağlamaq boğazımı tutdu, amma səbr edib səsimi ucaltmadım. Hərəm əhli və uşaqlar bu şeri eşidərkən ağlamaq və nalə səsləri ucaldı. Bibim həzrət Zeynəb (ə), qadın idi (və qadınlar ürəyi yumşaq olduqları üçün) özünü saxlaya bilmədi, ayağa qalxıb tez imamın yanına gedib dedi: "Vay oğul ölən anam! Ey kaş mənim ölümüm çataydı və diri olmayaydım! Bu gün, anam Zəhra, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gündür! Ey qardaşım! Sən gedənlərin yadigarı və qalanların pənah yerisən!"

İmam Hüseyn (ə) ona baxıb buyurdu: "Bacı, ayıq ol ki, şeytan sənin səbrini əlindən almasın!"

Sonra yaş imamın mübarək gözlərində həlqə vurduğu halda bu atalar sözünü buyurdu: "Əgər Qəta quşunu azad buraxsaydılar, gecəni öz yuvasında yatardı".

Həzrət Zeynəb (ə) dedi: "Vay olsun mənə! Sənin heç bir çarən olmayıb və çarəsizlikdən ölümü qəbul etmisən, bu daha çox mənim ürəyimi yandırır və mənə çox çətindir. Məni qərib və tənha, zalım münafiqlərin arasında qoyursan?!"

Həzrət Zeynəb, bu sözləri deyib öz üzünə sili vurdu və huşdan gedib yerə yıxıldı. İmam Hüseyn (ə) qalxıb bacısının üzünə su töküb onu huşa gətirdi. Sonra onu sakitləşdirib buyurdu: "Bacı! Allahdan qorx və səbirli ol. Bil ki, yer əhli hamısı öləcək və göylərin sakinləri də əbədi deyillər. Həqiqətən Allahdan başqa hər bir şey həlak olacaq ki, O, bütün məxluqatı Öz qüdrəti ilə yaradıbdır və camaatı öldürüb, yenidən dirildəcək. Odur yeganə və misli, bərabəri olmayan. Cəddim, atam, anam və qardaşım, hamısı məndən yaxşı idilər. Onların hamısı dünyadan gedib və onunla vidalaşıblar. Yaxşıdır ki, mən və hər bir müsəlman, Allah Rəsuluna (s) iqtida edək və onu özümüzə örnək qərar verək".

İmam Hüseyn (ə) belə sözlərlə bacısına dildarlıq edib, buyurdu: "Bacı! Səni and verirəm və sən gərək bu anda əməl edəsən. Mən şəhid olarkən, sinəni və üzünü cırma, mənim şəhadətimdə vaveyla ilə fəryad etmə".

İmam Səccad (ə) buyurur: Sonra atam bibim həzrət Zeynəbi mənim yanıma gətirib, orada oturtdu.1

İmam Hüseyn (ə) əziz bacısını sakitləşdirdikdən sonra, öz ailə-uşağının yanına getdi və onlara səbr etmələrini buyurdu. Sonra buyurdu:

يا اختا ه يا گلثم و انت يا زينب و انت يا رقية و انت يا فاطمة و انت يا رباب ! انظرن اذا انا قتلت فلا تشققن علي جيبا و لا تخمشن علي وجها و لا تقلن علي هجرا

Bacı! Ümmü Gülsum! Və sən ey Zeynəb, sən ey Rüqəyyə, ey Fatimə, ey Rübab! Mənim sözlərimə qulaq asın. Mən şəhid olarkən yaxanızı və üzünüzü cırmayın, dilinizə pis sözlər gətirməyin!1


Aşura gecəsi həzrət Rüqəyyənin (ə) və başqa uşaqlarIn susuzluğu


Həzrət Səkinədən (ə) rəvayət olub:

Məhərrəm ayının doqquzuncu günü bizim suyumuz qurtardı. Susuzluq uşaqlara çox təsir etmişdi. Bütün qabların və məşglərin suyu tamamilə qurumuşdu. Mən və başqa uşaqlar möhkəm susamışdıq. Uşaqların susuzluğunu xəbər vermək üçün bibim Zeynəbin (ə) xidmətinə getdim. Onun yanına çatdıqda südəmər qardaşımı qucağında saxladığını gördüm. Qardaşım Əli Əsğər gah oturur, gah qalxırdı, sudan uzaq düşmüş balıq kimi narahat idi və ağlayırdı.

Bibim Zeynəb ona deyirdi: Səbr elə qardaşımın balası! Bu qədər susuz olduğun halda necə səbr edəsən?! Bibin üçün nə qədər çətindir ki, sənin səsini eşidə, amma bunun sənin halına heç bir faydası olmaya.

Həzrət Səkinə buyurur: Mən bibimdən bu sözləri eşidəndə ağladım. Həzrət Zeynəb buyurdu: Səkinə?!

Dedim: Bəli.

Buyurdu: Nə üçün ağlayırsan?

Dedim: Qardaşım Əli Əsğərin susuzluğuna ağlayıram.

Daha ona özümün nə qədər susuz olduğumu demədim.

Sonra bibimə dedim: Bibican, kaş dostların və ənsarın yanına gedəydin, bəlkə onların xeyməsində su tapıla.

O, Əli Əsğəri qucağına alıb, əmilərimin xeymələrinə getdi amma, onların da suyu qurtarmışdı.

Həzrət Rüqəyyə (ə) və başqa azyaşlı uşaqlar susuzluğun şiddətindən çox zəifləmişdilər, artıq taqətləri yox idi. Onlar da bizim ardımızca yola düşdülər. Bibim, əmim oğlanlarının (imam Həsənin (ə) övladlarının) xeyməsində oturdu və su tapmaq ümidi ilə bir nəfəri səhabələrin xeyməsinə göndərdi.

Amma onları da xeyməsində su tapılmadı. Su tapmaq ümidindən məyus olduqdan sonra öz xeyməsinə qayıtdı. İyirmiyə yaxın azyaşlı uşaq onunla birlikdə idilər.

Uşaqlar susuzluğun şiddətindən ağlayır, fəryad edirdilər. Biz də fəryad edirdik. Bu vaxt atamın dostlarından olan Büreyr, bizim ağlamaq səsimizi eşidib, özünü yerə vurdu və başına torpaq tökdü. Sonra öz dostlarına xitab edib, dedi: Bu qılınclar bizim əlimizdə olduğu halda, siz Fatimeyi Zəhranın (ə) qızlarının ölməyini istəyirsinizmi?! Yox! And olsun Allaha ki, bunlardan sonra yaşamağın heç bir xeyri yoxdur. Biz gərək Fatimeyi Zəhranın (ə) uşaqlarından və qızlarından qabaq ölək.

Ey mənim dostlarım! Bu uşaqlar susuzluqdan ölməmiş, bizim hər birimiz bu uşaqların əlindən tutaq və suya tərəf hücum edək. Ömər Sədin qoşunu bizimlə döyüşsələr, biz də onlarla döyüşək.

Büreyrin dostlarından biri, Yəhya ibn Mazəni, dedi: Biz Fəratın keşikçiləri ilə döyüşsək, bu uşaqlara ox dəyə bilər və bunun səbəbi biz olarıq. Yaxşıdır ki, özümüzlə məşg götürək və onu su ilə dolduraq. Fəratın keşikçiləri bizimlə döyüşsələr, biz də onlarla döyüşək və bizlərdən biri öldürülsə, həzrət Fatimeyi Zəhra (ə) qızlarına fəda olsun.

Büreyr dedi: Bu yaxşı fikirdir.

Onlar dörd nəfər olub, hər biri əlinə bir su məşgi götürüb, suya tərəf getdilər. Fəratın keşikçiləri onlara dedilər: Siz kimsiniz? Özünüzü tanıdın ki, biz başçımıza xəbər verək.

Büreyr və onların başçılarının arasında qohumluq var idi. Bu xəbəri ona verəndə dedi: Onlara yol verin, su içsinlər.

Büreyr və dostları Fərat çayına daxil oldular. Suyun sərinliyin və soyuqluğunu hiss edərkən ağladılar və dedilər: Allah lənət etsin Ömər Sədə. Bu axar sudan bir qətrə belə, Məhəmməd (ə) övladları içə bilmirlər.

Büreyr dedi: Öz arxanıza baxın və tez su götürün. Çünki, Hüseynin (ə) uşaqlarının ürəkləri susuzluqdan yanır. Həzrət Fatimeyi Zəhranın (ə) övladları su içməyincə siz su içməyin.

Büreyrin dostları dedilər: Ey Büreyr: And olsun Allaha, Hüseynin (ə) uşaqları bu sudan içməyincə, biz sudan bir qətrə olsun belə içmərik.

Fərat keşikçilərindən bir nəfər bu sözləri eşidib, dedi: Sizin özünüzün Fərata daxil olmağınız bəs deyil, bu xaricilər üçün də su aparmaq istəyirsiniz?

Büreyr ona dedi: Bizim işimizi gizli saxla.

Sonra Büreyr yaxın gedib, onu tutdu ki, başqalarına xəbər verməsin. Amma o kişi qaçıb onların işini öz başçılarına xəbər verdi. Başçı dedi: Onları tutub mənim yanıma gətirin! Əgər gəlmək istəməsələr, onlarla vuruşun!

Fəratın keşikçiləri Büreyr və onun dostlarının yolunu bağladılar. Onların arasında döyüş başladı. Büreyr onlara nəsihət etdi. İmam Hüseyn (ə) onun səsini eşidib, bir neçə nəfəri köməyə göndərdi. Fəratın keşikçiləri qaçdılar.

Büreyr və onun dostları su gətirdilər. Hüseynin (ə) susuzluqdan dodaqları qurumuş balaları suyun başına yığışdılar, qarın və sinələrini su məşginin üstünə qoydular. Birdən məşgin bağı açıldı və su yerə axdı. İmam Hüseynin (ə) övladlarının nalə və fəryadı ucaldı. Büreyr öz üzünə vurub dedi: Əfsus, həzrət Fatimeyi Zəhranın (ə) qızlarının susuzluqdan yanan ciyərlərinə bu su yetişmədi!1



Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə