ҺӘЗРӘти рүГӘЈЈӘ



Yüklə 1,98 Mb.
səhifə2/8
tarix30.12.2017
ölçüsü1,98 Mb.
#18798
1   2   3   4   5   6   7   8

Üməyyə kimdir?


Üməyyə, bədnam, arvadbaz bir kişi idi və zinada məşhur idi. O həmin kəsdir ki, on il vətəndən uzaqlaşdırıldı, Məkkədən Şama getdi, orada on il qaldı, ərli bir yəhudi qadınla zina etdi. O qadın ərinin evində (o da yəhudi idi) bir oğlan dünyaya gətirdi. Üməyyə onu öz övladı elan etdi və Zəkəvan adlandırıb, Əbu Əmr künyəsi verdi. Sonra özü sağkən öz arvadını ona verdi.1

İslam və islam Peyğəmbərinin (s) düşməni, Əbu Süfyan


Peyğəmbərin (s) be’sətinin əvvəlindən, o həzrətin vəfatına kimi Əbu Süfyan İslam və İslam Peyğəmbəri (s) ilə aşkar düşmənçilik etdi, Qüreyş müşriklərinə bu işdə rəhbər olub, onlara himayədarlıq etdi. O, küfrün bayrağını əlində tutaraq İslama qarşı qılınc çəkdi.

Məşhur əhli-sünnə alimi, Zəməxşəri deyir: Əbu Süfyan qısa boylu, bəd qiyafəli idi və Hind (Əbu Süfyanın arvadı) ərinin muzduru, təravətli bir cavan olan Səbaha, alıcı gözü ilə baxdı, nəhayət özünü saxlaya bilmədi, onu özünə tərəf çağırdı. Onların arasında gizli əlaqə bərqərar oldu, bu əlaqənin nəticəsində, tarixçilərin əqidəsinə görə, Müaviyyədən əlavə Ütbə də Səbahdandır. Yenə deyiblər: Hind, bu uşağı Əbu Süfyanın evində dünyaya gətirməyinə razı deyildi, ona görə də biyabanlara üz qoydu və Ütbəni orada, tək dünyaya gətirdi.

Hind ciyərçeynəyən adı ilə tarixdə məşhurdur. O Peyğəmbərin (s) əmisi Həmzənin ciyərini Ühüd döyüşündə dişinə çəkdi və cəyəri tikə-tikə etdi, ipə düzüb boynundan asdı.

Bu ailənin İslamla düşmənçiliyi gör nə həddədir!

Əbu Süfyan deyirdi: İlahi, cahiliyyət dövrünü bir daha bizə qaytar...2 Yenə deyirdi: And olsun Allaha, əgər diri qalsam, hökuməti Haşimilərin əlindən alacağam.1 Osman xilafətə çatan zaman Əbu Süfyan onun yanına gəlib dedi: Xilafəti çarx kimi Bəni Üməyyənin əlində fırlat. Çünki, xilafət və risalət, səltənətdən başqa bir şey deyil, mən Cənnət və Cəhənnəm bilmirəm.2

Oğlu Müaviyyə də İmam Həsəni (ə) sülhə məcbur edib xilafəti ələ keçirdikdən sonra aşkarcasına dedi: "Mən din yolunda sizinlə döyüşməmişəm. Bəlkə, sizə hakim olmaq üçün sizinlə döyüşdüm."3


Müaviyyə hiyləgər


Peyğəmbəri Əkrəm (s) buyurub: اذا راءيتم معاوية علي منبري" فقتلوه" "Hər vaxt Müaviyyəni mənim minbərimin üstündə görsəniz, onu öldürün."4

Müaviyyənin cinayəti saysız-hesabsızdır. O, Əliyə (ə) tabe olmadı, İmam Həsəni (ə) sülh bağlamağa məcbur etdi və sülhnamənin maddələrinə əməl etmədi, şiələri çoxlu əziyyətlər etdi. Xülasə, Müaviyyə istədiyini edirdi.


Müaviyyə mənfur


Bir gün Peyğəmbər (s), ibn Əbbası, Müaviyyəni çağırmağa göndərdi. İbn Əbbas, neçə dəfə gedib Peyğəmbərin (s) sifarişini ona çatdırdı, amma hər dəfə Müaviyyə, yemək yeməyə məşğul olduğunu deyirdi. İbn Əbbas, bunu Peyğəmbərə (s) xəbər verdi. Həzrət buyurdu: Allah heç vaxt onun qarnını doyuzdurmasın. Peyğəmbərin (s) nifrini nəticəsində Müaviyyə heç vaxt yeməkdən doymurdu. O deyirdi: Mənim yeməkdən əl çəkməyim doymaq üzündən deyil, bəlkə yeməkdən yorulmağıma görədir.

Müaviyyə şərab içirdi və İslam adı ilə hökumət edirdi.1


Müaviyyə xilafəti səltənətə çevirdi


Əmir-əl-möminin Əlinin (ə) şəhadətindən sonra, xalq ikinci imam, Həsən ibn Əli (ə) ilə bi’ət etdilər. Səltənət havasında olan Müaviyyə sakit otura bilmədi və imama qarşı qoşun çəkib, döyüşə qalxdı.

Müaviyyə müxtəlif hiylələr və pul verməklə imamın adamlarını və sərkərdələrini ələ alıb, özünə tərəf çəkdi. Nəhayət, sülh ünvanı ilə imam Həsəni (ə) xilafəti ona tapşırmağa məcbur etdi. İmam (ə), xilafəti bu şərtlə Müaviyyəyə verdi ki, Müaviyyə öləndən sonra yenə xilafəti imam Həsənə (ə), (və imam Hüseynə) qaytarsın, şiələri incitməsin, Müaviyyə, Allah Kitabı və Peyğəmbərin (s) sünnəsi əsasında xilafəti idarə etsin...2 Qırxıncı hicri ilində Müaviyyə İslam xilafətini ələ keçirdi, fasiləsiz olaraq İraqa gəlib, moizə etdi, camaata xədərdarlıq edib, dedi: "Mən sizinlə namaz, oruca görə döyüşmürdüm, bəlkə sizə hökumət etmək istəyirdim və öz məqsədimə çatdım".3 O yenə deyirdi: "İmam Həsənlə (ə) bağladığım sülh peymanı mənim ayağım altındadır"4

Müaviyyə bununla işarə edirdi ki, dini öhdəliklərə əməl etməyəcək və bütün qüvvəsini öz hökumətini saxlamağa sərf edəcək. Əlbəttə, mə’lum idi ki, o dini işlər, İslamın irəliləyişi və xalqın rifahı barəsində fikirləşsəydi, heç vaxt xilafəti imam Həsənin (ə) əlindən almazdı. Çünki Müaviyyə də yaxşı bilirdi ki, xilafəti idarə etməyə ən layiqli şəxs, imam Həsəndir (ə).

Müaviyyə xilafəti şahlığa çevirdi və hətta onun hüzuruna gələnlərin bəziləri ona padşah ünvanı ilə salam verirdilər.1 Özü də bəzi xüsusi məclislərdə öz hökumətindən şahlıq təbir edirdi.2

O heç bir dini anlayışı olmayan, aşkara vaxtını şərab məclislərində keçirən, it və meymun oynadan, öz məhrəmləri ilə zina edən, heç bir ədəbi olmayan, hətta siyasətdən belə xəbəri olmayan oğlu Yezidi, özündən sonra xəlifə tə’yin etdi və bu işin qarşısında mane ola biləcək qüvvələri aradan götürdü, o cümlədən, imam Həsəni (ə) zəhərlətdirdi.3 O, elan etdi ki, hər kəs əhli beytin (ə) fəzilti barəsində hədis nəql etsə, onun canı, malı, namusu, nəsli amanda deyil, başqa tərəfdən isə özü kimi səhabələrin və başqa xəlifələrin barəsində hədislər qurmağı göstəriş verdi, hədis quranlara çoxlu hədiyyələr verdi. Həmçinin, İslam ölkələrinin minbərlərinin hamısında Əliyə (ə) nasəza deyilməsini göstəriş verdi. Müaviyyə, Əlinin (ə) şiələri olan Peyğəmbər (s) səhabələrini öldürdü.4

Acı təbliğat


Bəni Üməyyə aparatı Şamda, Əlinin (ə) ziddinə elə təbliğ etmişdi ki, camaat haqla batili bir-birindən ayıra bilmirdilər, hətta Müaviyyədən başqa Peyğəmbər (s) üçün heç bir qohum tanımırdılar. İmam Səccad (ə), Yezidin sarayında özünü və əhli beyti (ə) xalqa tanıtdıqdan sonra, yetmiş nəfər qəbilə başçısı gəlib o həzrətdən üzr istədi və Müaviyyədən başqa Peyğəmbər (s) üçün qohum tanımadıqlarını dedilər. Şamda Əlinin (ə) əksinə o qədər təbliğ olunmuşdu ki, o həzrət mehrabda şəhadətə çatarkən, Şam əhli təəccüb edib dedilər: məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib və onu mehrabda öldürüblər?!


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə