ҺӘЗРӘти рүГӘЈЈӘ



Yüklə 1,98 Mb.
səhifə6/8
tarix30.12.2017
ölçüsü1,98 Mb.
#18798
1   2   3   4   5   6   7   8

Həzrət Rüqəyyə (ə) Şamda


Yezidin qoşunu əsirləri və müqəddəs başları Şamın yaxınlığına gətirdilər və Şama dörd fərsəx qalmış dayandılar. Onlar məqsədlərinə çatdıqları üçün şadlıq edirdilər. Yezidə namə yazıb, əsirləri və müqəddəs başları gətirdiklərini və şəhərə daxil olmaq üçün onun əmrini gözlədiklərin xəbər verdilər.

Əhli beytin (ə) halı çox ağır idi. Onlar Yezid ilə necə üzləşəcək və onun şəmatətlərinə, dil yaralarına necə dözəcəkdilər?

Qasid, Yezidin yanına çatanda, o xəbis məl’un alnına dəsmal bağlamışdı və ayağını teştdə isti suya qoymuşdu, həkim də onu müalicə etməyə məşğul idi. Bir dəstə Bəni Üməyyə məclisdə oturub söhbət edirdilər. Qasid dedi: Gözün aydın, düşməninin başı şəhərə daxil oldu. Yezid məclis əhlini aldatmaq üçün zahirdə dedi: Sənin gözün aydın olmasın. Sonra göstəriş verdi ki, onu zindana salsınlar. Sonra Yezid əmr etdi ki, əhli beyti (ə) üç gün həmin yerdə saxlasınlar, ta şəhəri bəzəmək işi sona çatsın. Sonra əmr etdi ki, cəvahir və qiymətli daş-qaşlardan onun üçün tac və taxt düzəltsinlər, sərkərdələr, başçılar, və şəhərin ağsaqqalları saraya yığılsınlar, şəhər camaatı qoca və cavan, kişi və qadın, fəqir və varlı, gözəl və qiymətli libaslar geyinsinlər, qadınlar özlərinə zinət versinlər və bəzənsinlər. Heç kəs evdə qalmasın. Hamı çalğı aləti götürsün, təbillər çalsınlar, rəqqaslar oynasınlar. Əsirləri cəmiyyət çox olan məhəllə; "Saət" darvazasından gətirsinlər və şəhidlərin başını əsirlərin önündə gətirsinlər, əməvilər və yəhudilər yaşayan mərkəzlərdən keçirsinlər ki, darul-imarəyə çatan yol bir az uzaq olsun və bu məntəqələrin camaatı daha çox tə’nə vura bilsinlər1.

Əhli beyti (ə) şəhidlərin kəsilmiş başları ilə birlikdə, içəri daxil olmağa icazə alana qədər Yezidin qəsrinin yanında saxladılar. Əvvəl, imam Hüseynin (ə) başını aparmağa məmur olan Zəcr ibn Qeys məl’un, icazə istədi və Yezidin yanına getdi. Sonra İmam Hüseynin (ə) əhli beytini boyun və ayaqlarında zəncir olan halda Yezidin məclisinə gətirdilər. (İlahi, taqətim kəsildi, bu nə müsibətdir. Ya imam Səccad! Ya Zeynəb! Ya Rüqəyyə!)

Əhli beyt (ə) məclisə daxil olarkən, Yezid məl’un bu şeri oxudu: "Biz, Bədr döyüşündə öldürülənlərimizin sayı qədər, onların böyüklərini öldürdük."

Şəhidlərin müqəddəs başlarını Yezidin məclisinə gətirərkən, şəhidlər sərvəri həzrət imam Hüseynin (ə) mübarək başını qızıl teştdə Yezidin qarşısına qoydular. Bütün ömrünü şərab içməkdə keçirən Yezid, bu halda da yenə şərabın məsti idi və öz düşməninin başını görəndə sevindi.

Əlbəttə, həzrət Zeynəb (ə) öz məntiqli xütbəsi ilə Yezid və bütün yezidpərəstləri rüsvay etdi və əhli beyti (ə) onlara tanıtdırdı, hətta belə ki, bütün məclis əhli imam Hüseynin (ə) məzlumiyyətindən xəbərdar olub, ağladılar və bəziləri, hətta Yezidin öz arvadı, Yezidin əleyhinə qalxdılar, axırda Yezid rüsvay olduğunu görüb, bu işi öz boynundan atıb, ibn Ziyadı bu işdə təqsirləndirdi. (Sonrakı səhifələrdə Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki xütbəsini gətirəcəyik)

Ən ağır müsibətlər


Rəvayət olub ki, imam Səccaddan (ə) soruşdular: Kərbəla səfərində sizə ən ağır müsibətlər harada oldu? Həzrət buyurdu: "الشام الشام الشام" "Şam, Şam, Şam."

Başqa bir rəvayətdə gəlib, imam Səccad (ə), Nöman ibn Münzər Mədainiyə buyurdu: Biz Şama daxil olduğumuz zaman zaman çəkdiyimiz müsibətdən ağır müsibət görmədim. Çünki, biz yeddi müsibətlə üzləşdik ki, əsirliyin əvvəlindən axırına qədər belə müsibət olmamışdı:

1- Məmurlar Şamda bizim ətrafımızı yalın şəmşirlər və nizələrlə dövrələmişdilər və nizənin kəəbi ilə bizi vururdular. Onlar bizi cəmiyyətin arasında saxlamışdılar, saz və təbil çalır, şadlıq edirdilər.

2- Şəhidlərin başlarını nizələrdə bizim qadınların arasında saxladılar və əmim Əbbasın (ə) başını, bibilərim Zeynəb (ə) və Ümmü Gülsümün (ə) gözü önündə saxladılar və qardaşım Əli Əkbərin, əmim oğlu Qasimin başını, Səkinə və Fatimənin gözü önünə gətirdilər. Başlarla oynayırdılar və bəzən o başlar yerə düşür və atların ayaqları altında qalırdı.

3- Şamın qadınarı evlərin üstündən bizim başımıza od və su tökürdülər. Od əmmaməmə düşdü, amma mənim əllərimi boynuma bağladıqları üçün onu söndürə bilmədim, əmmaməm yandı, od başıma çatdı və başımı da yandırdı.

4- Gün çıxandan, gün batmağa az qalana qədər bizi saz və avazla, camaatın gözü qarşısında küçə və bazarlarda gəzdirdilər və deyirdilər: Bunları öldürün, çünki İslamda heç bir hörmətləri yoxdur.

5- Bizi dəvələrdən yerə endirdilər və hamımızı bir kəndirə bağladılar. Sonra yəhudi və nəsranilərin evlərinin önündən keçirir, onlara deyirdilər: Bunlar, ataları sizin atalarınızı (Xeybərdə və b...) öldürən və evlərini viran edənlərdilər. Bu gün siz onların intiqamını bunlardan alın.

"يا نعمان فما بقي احد منهم الا و قد القي علينا من التراب و الحجار و الخشاب ما اراد"

Ya Nöman, onların hamısı istədikləri qədər torpaq, daş və ağacla bizə tərəf gəldilər.

6- Bizi qul bazarına apardılar, qul və kəniz yerinə satmaq istədilər. Amma, Allah bu işdə onlara imkan vermədi.

7- Bizə təvanı olmayan bir yerdə mənzil verdilər. Gündüzlər istidən, gecələri isə soyuqdan, aclıqdan və öldürülməyin qorxusundan həmişə vəhşət və iztirabda idik.1

Ahu balası


Ali Mühəmməd (s) əsirlərinə səqfi olmayan və divarları uçmaq üzrə olan bir xarabada yer verdilər ki, bu vasitə ilə onların işgəncələri çox olsun, heç bir asayiş və əmniyyətləri olmasın.

Bir gün Əba Əbdillah Hüseynin (ə) balaca qızı xaraba kənarında əyləşmişdi. Bu vaxt əlində ahu balası aparan bir ovçunu gördü. Ahunu istəyirəm, bəhanəsi ilə ağlamağa başladı. Şamlılar ovçunun ətrafını dövrələdilər və onu almaq üçün hərəsi bir qiymət deyirdi. Beləliklə, ahunun qiyməti həddindən çox yuxarı qalxdı. Şamlılar bu işləri ilə əhli beyt (ə) əsirlərini aciz göstərmək istəyirdilər. Bu vaxt, imam Səccad Zeynul-Abidin (ə), ovçuya baxıb, onun qarşısındakı torpaqdan bir ovuc götürdü və ovçuya verdi. Ovçu, onu imam Səccadın (ə) əlindən aldı və baxanda torpğınq qiymətli cəvahirata çevrildiyini gördü. Ovçu imamdan bu kəraməti müşahidə edərkən, ahu balasını Əba Əbdillah Hüseynin (ə) nazdanəsinə verdi. O, bazarda camaata deyirdi ki, imam Səccad (ə) gözümün qabağında bir ovuc torpağı qiymətli cəvahirata çevirdi. Ey camaat, bu imam Səccadın (ə) möcüzəsidir. Bu xəbər dildən-dilə düşərək, Yezidin sarayına çatdı. Yezid, ovçunun boynunun vurulmasını əmr etdi. Ovçunun öldürülmək xəbəri imama çatdıqda, həzrət onun qəbrinin kənarına gəldi və Allahın istəyi ilə onu diriltdi.


Əssəlamu ələykə ya əbəta!...


Haris Şami deyir: Bir gecə neçə nəfərlə imam Hüseynin (ə) əhli beytinə keşikçi idik. O gecə, Peyğəmbər (s) övladlarına xarabada yer verdilər və imam Hüseynin (ə) pak başını xaraba yaxınlığında olan bir ağacın budağından asmışdılar.

Səhərə yaxın vaxtlar idi. Gördüm, balaca bir qız, qadınların arasından çölə çıxdı. Heç kim görməsin deyə, yavaş-yavaş ağaca tərəf gedirdi. Məndən başqa, keşikçilərin hamısı yuxuya getmişdilər. Özümü yatmışlığa vurdum və bir söz demədim. O qızın hara getmək istədiyini bilmək istəyirdim. O balaca qız, neçə dəfə qorxa-qorxa başa tərəf gəlib, geri qayıtdı. Amma axırda özünü ağacın altına çatdırdı və yerə oturub, səslədi:



يا ابتاه! و افرقتاه بعد فراقک

Atacan! Aman uzaqlıq və ayrılıq əlindən.

O qız atasının başına baxır, onunla danışır və ağlayırdı.

Bu vaxt imam Hüseynin (ə) başı aşağı endi və o qızla üz-üzə dayandı. Həzrət Rüqəyyə (ə) atasının başına xitab edib, dedi:



السلا م عليك يا ابتاه! وا مصيبتاه بعد فراقک وا غربتاه بعد شهادتك

Salam olsun sənə atacan! Sənin ayrılığından sonra, vay qəm və qüssədən. Sənin şəhadətindən sonra, vay qəriblikdən.

Sonra yenə xitab etdi:

يا ابتاه! اسرونا و هتکوا حرمتنا و احرقوا خيامنا و نهبوا اموالنا واشهرنا و رطبوا و قيدنا و الان حبسونا فيما تراه

Atacan bizi əsir etdilər, bizə hörmətsizlik etdilər və xeymələrimizə od vurdular. Bizi zəncirə bağladılar. İndi də bizə xarabada yer veriblər.

İmam Hüseynin (ə) balaca qızı bu sözləri dedikdən sonra bir fəryad çəkib, huşdan getdi.

Haris deyir: Əzim Allaha and içirəm ki, mən gördüm, o ağacın budağı əyildi, imam Hüseynin (ə) mübarək başı, balaca qızının üzünə çatdı. Onu öpürdü və təsəlli verir, buyururdu: Ey gözlərimin nuru! Səbr et, çünki, bizə yetişən bəlalara görə, günahkarların şəfaəti bizimlədir.

Sonra imam Hüseynin (ə) mübarək başı buyurdu: Qızım! Əsirliyin çətinlikləri, yolun işgəncələri və sənin müsibətlərin sona çatdı. Sən, neçə gecədən sonra mənim yanıma gələcəksən. Şəfaət məqamı sənə nəsib olmaq üçün əziyyətlərə səbr et.1

Haris Şami deyir: Mənim evim Şamın xarabasının yaxınlığında idi. Gözləyirdim ki, görüm, o qız uşağı atasının dediyi kimi bu yaxınlarda dünyadan gedəcəkmi? Gecələrin birində Şamın xarabasından nalə və fəryad səsi eşitdim. Soruşdum: Nə xəbərdir?

Dedilər: Həzrət Rüqəyyə (ə) dünyadan gedibdir.2

Həzrət Rüqəyyənin (ə) şəhadəti


İmam Hüseynin (ə) üç yaşlı nazdanəsi gecələrin birində aləmi-röyadə atasını görür. O xanım, yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşurlar, cavabında deyir: Atam haradadır? Mənim atamı, gözümün nurunu gətirin. Onlar bildilər ki, nazdanə atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də sakitləşdirə bilmədilər. Əhli beyt (ə) özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də gecənin sükutunu sındırıb, hamılıqla o qıza qoşulub, ağlamağa, nalə etməyə başladılar, öz üzlərinə sili vurub, saçlarını pərişan etdilər və başlarına torpaq tökdülər. Onların ağlamaq səsi o qədər ucaldı ki, lənətə gəlmiş Yezidin qulağına çatdı.

Tahir ibn Əbdillah Dəməşqi deyir: Mən Yezidin (Allahın lə’nəti olsun ona) nədimi idim və çox gecələr onun üçün söhbət edib, başını qarışdırırdım. Bir gecə də yenə o məl’unun yanında idim. Gecədən bir qədər keçmişdi. Mənə dedi: Ey Tahir! Bu gecə vəhşət mənə qələbə edib, ürəyim döyünür, qüssə və hüznlə dolub. O qədər qəm-qüssəliyəm ki, oturmağa və söhbət etməyə taqətim yoxdur. Gəl başımı ətəyinə al və mənim keçmişimdən, pis işlərimdən danışma. Tahir deyir: Mən onun nəhs başını ətəyimə aldım. O məl’un yuxuya getdi. O vaxt, şəhidlər sərvəri, həzrət imam Hüseynin (ə) nurani başı qızıl teştdə bizim qarşımızda idi. Bir saatdan sonra imam Hüseynin (ə) hərəmlərinin xarabadan nalə səsləri ucaldı. Yezid məl’un yuxuda, mən isə qüssədə idim ki, bu nə zülmüdür, Yezid, Əbu Türab övladlarına etdi?!

Teştə tərəf baxıb gördüm, imam Hüseynin (ə) gözlərindən yaş süzülür, təəccüb etdim! Sonra gördüm, o nurani baş, elə bil dörd zira’ ( təqribən iki metr) yuxarı qalxdı və mübarək dodaqları hərəkətə gəldi, o möcüzəli ağzından qəmli və zəif bir səs ucaldı, deyirdi: "اللهم هئولاء اولادنا و اکبادنا و هئولاء اصحابنا" "İlahi, bunlar mənim övladlarım, ciyərlərimdir və bunlar mənim səhabələrimdirdlər."

Tahir deyir: Mən bu halı o həzrətdən müşahidə etdikdə qorxuya düşdüm və məni dəhşət götürdü, ağlamağa başladım. Yezidin imarətinin üstünə gəldim. Əsirlər saxlanılan xaraba onun arxasında idi. Elə bilirdim ki, Rəsulullahın (s) əhli beytindən biri dünyasını dəyişib və onun ölümü onların bu nalələrinə səbəb olub. Qəsrin üstünə çatdıqda gördüm, əhli beyt hamılıqla bir balaca qız uşağını araya alıblar. O qız başına torpaq tökür, nalə və fəğan edib, deyir:"يا عمتي و يا اخت ابي اين ابي اين ابي" "Ey bibi, ey atamın bacısı, atam haradadır, atam haradadır?"

Onları çağırıb, soruşdum: Nə olub ağlayırsınız, nalə edirsiniz? Dedilər: Şəhidlər sərvərinin qızı atasını yuxuda görüb, ayılandan bəri bizdən atasını istəyir. Nə qədər təsəlli versək də, aram olmur.

Tahir deyir: Mən bu dərdli halı müşahidə edəndə Yezidin yanına qayıtdım. O bədbəxt, Hüseyn ibn Əlinin (ə) başına tərəf baxır, qorxusundan öz-özünə söyüd yarpağı kimi titrəyirdi. Bu vaxt Hüseynin (ə) mübarək başı Yezidə tərəf baxıb, buyurdu: Ey Müaviyyənin oğlu, mən sənin haqqında nə pislik etmişdim ki, sən mənə bu zülmü etdin və əhli beytimə xarabada yer verdin?

Sonra o həzrət, Allaha üz tutub dedi:

اللهم انتقم منه بما عامل بي و ظلمني و اهلي و سيعلمم الذين ظلموا ايي منقلب ينقلبون "İlahi, Yeziddən mənə qarşı etdiyi rəftarın və əhli beytimə etdiyi zülmün intiqamını al!"

Yezid, bunu eşidərkən bədəni lərzəyə düşdü, az qaldı ki, bəndləri bir-birindən ayrılsın. Sonra məndən əhli beytin (ə) ağlamaqlarının səbəbini soruşdu və Hüseynin (ə) başını o qıza göndərib, dedi: Bunu görəndən sonra bəlkə təsəlli tapa. Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəldilər. Əhli beyt (ə) bildilər ki, imam Hüseynin (ə) müqəddəs başını gətiriblər, ona görə də hamılıqla o başı qarşılamağa çıxdılar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tutdular. Məxsusən, Zeynəbi Kübra (ə) pərvanə kimi, o mübarək başın dövrəsinə dolanırdı. O balaca qız, mübarək başı görən kimi soruşdu: Bu kimin başıdır? Dedilər: Bu atanın mübarək başıdır. O qız, atasının mübarək başını teştdən götürüb, bağrına basdı və ağlamağa başladı.

Bir zibh1 olunan baş mənə mehman gəlib, əmmə

Dərmansız olan dərdimə dərman gəlib, əmmə

***

Əmmə, bu gecə külbəm2 olub rövzeyi-rizvan3



Tarik4 evimi rövşən edib, təl’əti-canan5

Məşuqə gərək aşiq edə, canını qurban

İndi edərəm canımı qurban, gəlib əmmə

***


İzzət mənə vermiş bu gecə, Xaliqi İzzət

Dünya boyunca etdi mənə lütf, inayət

Var məndə bibi gör necə iqbal və səadət

Peyğəmbərin oğlu mənə mehman gəlib əmmə

***

Min aləmilə bu gecə olmaz ola miqyas6



Tofiqi-Xüdadır1 mənə bu ləhzeyi-həssas2

Ey kaş bu baş ilə gəlirdi əmim Əbbas

Şəms3 ilə deyirdim məhi taban4 gəlib indi

***


Bu rə’si mütəhhər5 ki, edib külbəmi rövşən

Min baği behiştlə əvəz eyləmərəm mən

Dillənmir, gəl bəlkə bibi dindirəsən sən

Göz açmır edib, qəlbimi şan-şan, gəlib əmmə

***

Bu rə’si mütəhhərdə bibi, nuri xuda var



Min dərdə bunun bir lə’əb-lə’lində6 dəva var

Heyf olsun axır qanı, dodaqində yara var

Qannan gül açıb, ləbləri7 xəndan gəlib əmmə

***


Min kövsəri-canbəxşi-canan8 var dodağında

Kövsər nədi?! Min ruh, rəvan var dodağında

Əfsus! Səd9 əfsus ki, qan var dodağında

Bilməm kimə mehmandı, hardan gəlib, əmmə

***

Min canım ola, bu başa qurban edərəm mən



Hər qədri mənə naz edə, nazın çəkərəm mən

Açmır gözünü, açsa gözündən öpərəm mən

Öpdükcə gözündən deyərəm, can, gəlib əmmə

***


Dur, bəzmi əza1 qur bu başa, ağlıyaq əmmə

Bahəm2 baş açıb, sinəmizi dağlıyaq əmmə

Bir qarə gətir, yarəsini bağlıyaq əmmə

Çox yarəsi var, qaninə qəltan gəlib əmmə

***

Mən xəsteyi dərd-o-qəmi hicrandım3, əmmə



Müddətdi bu viranədə giryandım4, əmmə

Amma bu gecə mən çox hərasandım5, əmmə

Dildən apara bu qəmi canan gəlib, əmmə

***


Baxdıqca yanır xirməni can6 bu başa, əmmə

Yox busə7 yeri, yarədi başdan başa, əmmə

Bu baş ilə mən, ömrümü vururam başa, əmmə

Məndən ala bu yarəli baş, can gəlib, əmmə

***

Ey kaş düşüb aləmə od, aləmi yansın



Qəlbim kimi yansın dünyanı talansın

İnsafdı gör, bir belə baş qanə boyansın

Qanilə olub, surəti əlvan gəlib, əmmə

***


Mən talibi didari rüxi yar idim8, əmmə

Dərmansız olan dərdə giriftar9 idim, əmmə

Dərdim var idi qəlbdə, bimar10 idim, əmmə

İndi o həmən dərdimə dərman gəlib, əmmə

***

Gəl oxşayaq əmmə, bu başı zul-mənə1 xatir



Əşgilə2 yuyaq, qanı dodağından mənə xatir

Gəl bəlkə bibi, gözlərin açdı sənə xatir

Bəlkə sənə mehman bu ləbi ətşan3 gəlib, əmmə

***


Gəl qəmlə keçən günlərimi, san verim4, əmmə

Az ömridə çox dərdimə payan5 verim, əmmə

Gəl al qucağımdan bu başı can verim, əmmə

Bağla gözümü, mövsümi-hicran6 gəlib, əmmə

***

Bildim niyə bu yarəli gəlmiş mənə mehman



Tutdum o çuxur yerdə buna, şami-qəriban

İstəyib o gecə zəhmətimə eyliyə cübran7

Tutsun qızına şami qəriban, gəlib, əmmə

***


Bu nohələri "Ədlcu" göz yaşiylə, əmmə

Yazdıqca yanıb, ahi şərər başilə, əmmə

Nə yoldaşla xoşdu, nə qardaş ilə, əmmə

Hər yandan üzüb əl, bizə mehman gəlib, əmmə8

O balaca qız, atasının mübarək başını qucağına alıb, ürək sözlərini, qəmlərini, yol boyu düşərgələrdə çəkdiyi müsibətləri... o başa deyirdi və atasının məzlumluğuna ağlayırdı: Atacan, kaş mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyanmasını görmürdüm. O məzlumə qız, dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağladı ki, axırda huşdan getdi.

Höccətül-islam Sədrəddin "Səmərətul-həyat" kitabında, öz sənədi ilə birlikdə gətirib: Həzrət Rüqəyyə öz dodağını atası Hüseynin (ə) dodağına qoydu və o həzrət (imam Hüseyn) buyurdu: اليي الي هلميي فانا لك با لانتظار "Ey gözümün nuru, gəl mənə tərəf, mənim gözüm sənin yolundadır."

Bu vaxt, gördülər həzrət Rüqəyyə (ə) dünyadan gedib.

Gecə yarısı...


Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını bəhanə edir və deyirdi: Elə indicə atam yanımda idi, məni dizinin üstə oturtmuşdu, başıma əl çəkib, nəvaziş edirdi. Bibican, o mənim üzümdən öpdü və mənə təskinlik verirdi. Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...

O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məl’un gecə yarısı imam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Neçə nəfər mə’mur əllərində bir neçə şam tutaraq, başı teştə qoyub, üstünü örtərək xarabaya gətirdilər.

Nazdanə üzünü həzrət Zeynəbə (ə) tutub dedi: Bibi mən xörək istəmirdim, mən atamı istəyirəm...

Bibi Zeynəb, dedi: Sənin istədiyin o örtüyün altındadır. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Təkcə o qız yox, bəlkə hamısı bunu görəndə ağlayıb, şivən etdilər. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata sən meydana gedərkən, alnın salamat idi, kim sənin nurani alnını sındırıb? O, atasının yaralanmış alnından öpdü. Ata saqqalın niyə qana və külə boyanıb?

Sonra atasına giley etməyə başladı: Ata üzümə bax, bu göyərən yerlər düşmən silisinin yeridir. Ata, bədənimə bax, o qədar taziyanə vurublar ki, qaralıb. Ata ayaqlarıma bax, tikanla dolub. Ata təsəlli və nəvaziş əvəzinə, məni sili ilə sakitləşdirirdilər. O qədər ata, ata etdi ki, daha səsi kəsildi. Tarixə əsasən onun anası da xarabada idi. Anası gəlir, onu nə qədər çağırır ki, qızım, ürəyimin meyvəsi, qalx, amma daha Rüqəyyədən (ə) səs gəlmir. Nə qədər tərpədirlər, tərpənmir. Atasının başını sinəsinə almış halda, dünyanı vida etmişdi.

Sənsiz baba hər ləhzə işim ahi-fəğandı

Hər ləhzə vüsalın mənə min ləzzti-candı

Səndən olalı ağlamışam hər gecə-gündüz

Şahid bu sözə gözdən axan əşki-rəvandi1

Çox ağlamışam and ola öz canına baba

Əşgim qutarıb, gözdən axan dildəki2 qandı

Mən salmamışam damən vüsalın3 ələ asan

Bu vəslətə4 bais, o həmən ah, fəğandı

Çarə qəmi-hicranə tapam, nalədi gördüm

Bildim ki, məni nalə bu qəmdən qutarandı.

Etdim o qədər nalə inandım bu vüsalı

Bu vəsləti qəlbimdəki eşqim də inandı

Nalə gücünə qatil əlindən başın aldım

Yoxsa belə müşgül5, çətin asan olunandı

Gəlməzdi gümanım gecə yarı, gələ yarım

Yüz şükr ola Allaha, yatan bəxtim oyandı

Viranəyə xoş gəlmisən ey qibleyi-eşqim

Bu gəlməyin ilə başım, ərşə dayandı

Abad elədin külbəmi, olsun evin abad

Viranə evim indi mənim rişki-cinandı1

Eşqində sənin hər qəm, hər möhnətə dözdüm

Aləmdə vəli ayrılığın dərdi yamandı

Haşa, sənə şükuh2 edərəm kəsrəti-qəmdən3

Aşiq bilirəm atəşi-eşq ilə yanandı

Hərgiz, demirəm qalmışam ac, sevgilim, amma

Heç isti ğəza4 görməmişəm mən nə zamandı

Başın yuxuda çox gecə gördüm, dedim ey vay

Məndən qabaq ey vay səsimə əmməm oyandı

İndi ucadan ağlamaram, düşmən oyansın

Şam əhli gəlib görsə deyərlər: bu babandı?

Sinən güli bax gör haranı məskən edibdi

Axır nə deyim mən sənə ki, dərdim əyandı

Naçar olu viranəni məskən edər axər

Bir quş ki, onun lanə-o-kaşanəsi5 yandı.

Sani6 anamı, Zəcr məni vurdu yol üstə

Zəhra nənəmin dərdi mənə indi ə’yandı

Zəhrayə dəyən sili mənə dəydi yıxıldım

Od tutdu üzüm Şamə kimi yandı ki, yandı.

Su verdilər içdin, de görüm, ya susuz öldün?

Qurbanə verəllər su, bu mərsumi-cahandı7.

Bu parçalanan başın öpüm mən harasından?

Yox saf yeri başın, başə-baş yarədi qandı

Çoxdur yara başındə, məni bir yaran amma

Çox yandırır, alnından axan ləxtəli qandı.

Bildim, niyə əmməm başını Kufədə yardı

Qan axdı başından üzünə qanə boyandı

Hətmən bu alnında olan yarəni gördi

Vurdu başını məhmilə başdan yaralandı.

Alnın yaralıdı bilirəm, kərb və bəladən1

Dillən görüm axər bu dodağında nə qandı

Bir kəlmə danış, heç mənə yox, əmməmə xatir

Məndən də çox əmməm, dodaqundan nigərandı

Ey vay mənə bir busə yeri yox dodağında

Dərdin mənə gəlsin, bu nə dəndandı2, dəhandı3?!

Qoy bir də dodağından öpüm canımı çıxsın

Hər bir öpüşün qiyməti minlər belə candı

Bir busə də ver əmməmə qanlı dodağından

Hicrində nə müddətdi bibim əşgi-fəşandı4

Dərdin qocaldıb əmməmi, başın qəm ağardab

Aç gözlərini, necə gör qəddi kəmandı 5

Bədənə bədənə qüsl verib, kəfənə bükmək üçün ğəssalə gətirdilər. Bədəni qüsl və kəfən üçün hazırladılar. Qadınlar və uşaqlar bu səhnəni müşahidə edərkən, nalə və şivən səsləri ucaldı. Ğəssalə, həzrət Rüqəyyənin (ə) bədənini görən kimi qüsl etməkdən əl çəkib dedi: Bu əsirlərin başçısı kimdir?

Həzrət Zeynəb (ə) buyurdu: Nə istəyirsən?

Ğəssalə dedi: Bu qız hansı xəstəliyə tutulmuşdu ki, bədəni belə qaralıbdır?

Həzrət Zeynəb (ə) buyurdu: Ey ğəssalə, o xəstə deyildi. Bu qaralan yerlər düşmənlərin taziyanələrinin və zərbələrinin yeridir.

Hamılıqla ağlamağa başladılar. Ğəssalə qadın da nazdanənin zəif və yaralı bədənini yuyarkən gözlərindən yaş axırdı.

Əhli beyt (ə) Şamdan Mədinəyə qayıdarkən Şamın qadınları qara geyərək, onları yola salırdılar. Hər tərəfdən onların nalə və ağlamaq səsləri gəlirdi və əhli beyt (ə) ilə vidalaşırdılar. Zeynəbi Kübra (ə) bu fürsətdən çoxlu istifadələr etdi: o cümlədən, vida vaxtı, birdən başını gəcavədən çölə çıxartdı və xitab etdi: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qalıb. Hər vaxt onun qəbrinin kənarına getsəniz (o bu diyarda qəribdir) məzarının üstə su səpin və qəbrinin kənarında çıraq yandırın.

Şamlı qız


Ali-Mühəmməd (s) əsirləri nəhayət, Şama çatdılar. Bir əsirlər ki, hamısı ərlərini və cavanlarını əldən vermiş qadınlar, qardaşlarını itirmiş bacılar, atalarını itirmiş qızlardırlar. Onlar müsibətlər görüblər, işgəncələr və əziyyətlər çəkiblər, dil yarası eşidiblər, yol yorğunluğu onları əldən salıb, təsəlliyə, dildarlığa və təskinliyə ehtiyacları var. Şam şəhərinə daxil olurlar. Təsəlli əvəzinə dəf, tənbur, əl çalma və rəqslə onları qarşılayırlar. Dil yaraları ilə ürək yaralarının üstünə duz tökürlər. Evlərin üstündən onların başına toz-torpaq, kül tökürlər. Onlara döşəməsi və çırağı olmayan, təvanı olmayan və divarları uçmaq üzrə olan bir xarabada yer verdilər.

Bir gün həzrət Əba Əbdillah Hüseynin (ə) qızı xaraba kənarında oturub çölə tamaşa edirdi ki, bəlkə bununla dərd və əziyyətlərindən azala. Şam əhlindən olan, az yaşlı bir qız gəlib, Hüseynin (ə) qızının yanında oturur və onunla söhbət edir. Şamlı qız, o nazdanədən bir neçə sual soruşur; o cümlədən soruşur: Niyə çöhrən göyərib? Niyə üzün saralıb? Niyə bu qədər zəif və gücsüzsən? Niyə ayağın tikanla doludur və yaralıdır? O belə suallar soruşduqca Rüqəyyə (ə), yol boyu başına gələn macaraları ona danışırdı. Düşərgələrdə onlara verilən yeməyin çox az olmasından, yol boyu ona nə qədər sili vurmaqlarından, atasının necə şəhadətə çatmasından... o şamlı qıza danışırdı.

O gün keçir. Səhər, günortadan sonra, şamlı qız yenə xarabaya gəlir və əsirlərdən nazdanəni soruşub deyir: O surəti göyərmiş, ayaqları yaralı və tikanla dolu, aclığın şiddətindən rəngi saralmış və çox zəifləmiş qız, həradadır? Ona dedilər ki, sənin onunla nə işin var?

Şamlı qız dedi: Dünən o başına gələnlərdən və çəkdiyi çətinliklərdən mənə danışdı.

Şamlı qız yenə soruşur: Bu əlamətlərlə dediyim qız haradadır? Amma cavab eşitmir. Qadınlardan biri irəli gəlib dedi:

O qız ki, deyirsən ayağı tikanla dolu idi,

O qız ki, deyirsən çox zəif idi,

O qız ki, deyirsən sənə deyib, acam,

O qız ki, sənə deyib, bədəni döyülməkdən qaralıb, ey şamlı qız, o, dünən gecə can verdi və atasının yanına getdi. (Deyirlər, o şamlı qız öz şam yeməyini də yeməyib, Rüqəyyəyə (ə) gətirmişdi)

Ürəkdə dərdə edib, əşgilə müalicəni

Xiyali-vəsli-Rüqəyyəylə1 yatıb, ol gecəni

Deyərdi öz-özünə bu sözü, edərdi fəğan

Bu necə zülmidi dünya, səni xərab olasan

Yatım mən necə gecəni həriri-bəstərdə2

Bilirəm indi yatıb Rüqəyyə, quru yer üstə

Qəmilə aləmi-imkani3 dağlayır indi

Üzün qoyub quru toprağə ağlayır indi

Gecə keçib səhər oldu, durub o xırdaca qız

Edibdi qəlbidə şəmi-məhəbbəti əfruz4

Götürdü hissə-təamı5, qəlbi dincəldi

Çıxıb şitab6 ilə xərabəyə gəldi

Məraminə yetişib, rəxti-firqəti7 soydi

Yetişdi mənzili-viraniyə qədəm qoydi

Həmin o vəqtidə qəlbin əza oxu yardı

Görüb xarabadə qəmli bir mənzərə vardı

Cəfa daşıyla şikəst oldu8, şişeyi-səbri

Alıb araya xanımlar balaca bir qəbri

Xanımlara o zaman bir-bə-bir nəzər saldı

Hezar9 heyf ola qəlbində həsrəti qaldı

Düşübdü heyrətə etdi təəccüb öz-özünə

Nə qədri baxdı, Rüqəyyə dəymədi gözünə

Yanıbdı qəlbi o dəm həsrət-ehtiraqilən10

Dayandı Zeynəbi məzlumənin qabaqində

Sipehri-qəmdə11 dedi, tutqun ulduz axtarıram

Rüqəyyə adlı xanım, nazlı bir qız axtarıram

Onunla dildə mənim sirli söhbətim vardı

O xırdaca xanıma bir əmanətim vardı

Toxandı tiri-bəla2 qəlbi-zarini3 dəldi

Həmin o vəqtidə Zəhra qızı dilə gəldi:

Əbü-cəfalər4 saldı Rüqəyyəmi candan

Ürəkdə nisgilinə əmməsi ola qurban

Keçən gecə ürəyin tiri-qəmlə5 böldü balam

Qiyamətə kimi yannam, acından öldü balam.

Həzrət Rüqəyyənin (ə) şəhadəti Şam əhlini qəflət yuxusundan ayıldır


Şamın xarabasında həzrət Rüqəyyənin (ə) ürəkyandırıcı şəhadətindən sonra əhli beyt (ə) xanımları əzadarlığa və ağlamağa məşğul oldular. O gün, Şam şəhərinin bütün küçələrindən ağlamaq səsi eşidilirdi. Artıq Şam əhli qəflətdən ayılmış, Peyğəmbəri Əkrəmin (s) əhli beytinin məzlumiyyətindən agah olmuşdular. Onlar bazarları tə’til etdilər və Ali-Əbaya (ə) əza saxladılar. Şam əhli deyirdilər: And olsun Allaha, biz o başın Hüseyn ibn Əlinin (ə) başı olduğunu bilmirdik. Bizə o başın, Yezid əleyhinə çıxmış, bir nəfər xaricinin başı olduğunu demişdilər. Camaatın xəbərdar olması xəbəri Yezidə çatdıqda, o, Qür’an cüzvələrinin məsciddə camaata paylanmasını əmr etdi ki, camaat namazdan sonra Qür’an oxusunlar, bəlkə bununla imam Hüseyni (ə) onların yadından çıxara bilə. Amma daha heç bir şeylə imam Hüseyni (ə) camaatın yadından çıxara bilməzdi.1

Bibi bunlar bizi müsəlman bilmirlərmi ...?


Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra, onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib, qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn etdilər.

Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli beytin (ə) xanımları nə qədər təsəlli versələr də o, sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm o, bərk ağlayır və sakit olmur. Ondan soruşdum: Niyə ağlayırsan?

Rüqəyyə (ə) mənə dedi: Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?2

Bəs bizə demişdilər Yezid ğəssalə və kəfən göndərib...


Ayətullah İsna Əşəri buyurdu: Hacı Həsən Ağa Şirazidən eşitdim ki, mərhum Ayətullah Seyid Möhsindən nəql edirdi:

Ayətullah Seyid Möhsin Cəbəl Amilinin zamanında az qalmışdı ki, həzrət Rüqəyyənin (ə) pak qəbrini su tutsun. (o yaxınlıqda bir çay var idi).

Dedilər ki, biz çayı döndərə bilmərik, bədəni buradan başqa bir yerə aparın.

Ayətullah Seyid Möhsinə dedilər ki, bu işi sən et.

Seyid Möhsin dedi: Əgər, çayı döndərmək mümkün olmasa, biz bu işi edərik. Qəbri açarıq və bədəni çıxararıq.

Seyid Möhsin, qəbri açmağa hazırlaşdı. O qüsl edib, ağ libas geyindi və qəbri açmaq əmrini verdi.

Qəbrin üstünün torpağını götürdülər. Ləhədin kərpicinə çatdıqda, Seyid Möhsin dedi: Səbr edin, ləhədi öz əlimlə açım.

Seyid Möhsin qəbrin içinə girdi. Həzrət Rüqəyyənin (ə) başı üzərindəki kərpicləri götürən kimi o, huşdan getdi. Camaat seyidin yerə yıxılmağını görəndə, onu qucaqlarına aldılar. Seyid huşa gəldi və dayanmadan, ardıcıl deyirdi: Ey vay mənə! Ey vay mənə! Bizə demişdilər ki, Yezid, ğəssalə qadın və kəfən göndərib, amma indicə başa düşdüm ki, yalan imiş, çünki bu balaca qızı elə həmin öz köynəyi ilə dəfn ediblər. Onun bədəni ətir saçan bir gül kimidir. Mən onun bədəninin yerini dəyişdirə bilmərəm. Çünki, qorxuram bundan sonra bir daha “Rüqəyyə binti Hüseyn (ə)” ünvanı ilə tanınmasın.və mən onun cavabını verə bilmərəm. Çayı döndərmək üçün nə qədər xərc lazım olsa mən verirəm, çayı döndərin.1


Qəm karvanı Rüqəyyəsiz (ə) imam Hüseynin (ə) qəbri kənarında


Əhli beyt (ə) Şamdan Mədinəyə qayıdır. Qafilənin saribanı Bəşir, Peyğəmbərin (s) əhli beytini izzət və ehtiramla aparır. Hər yerdə istəsələr, istirahət üçün dayanırlar. Burada həzrət Rüqəyyə (ə), atasının nazdanəsi, üç yaşında çoxlu müsibətlər çəkən, nəvaziş əvəzinə taziyanə görən, o başı bəlalı qız yada düşür. Elə bil, bütün çətinliklər onun zamanında imiş. Axı Rüqəyyə (ə) üryan naqələr üstə çox yorulmuşdu, hətta canı ağzına gəlmişdi. Qəmçi vuranların qorxusundan səsini çıxara bilmirdi. Axır dözməyib, bacısı Səkinəyə (ə) dedi: Bacı saribana de: qafiləni saxlasın, bir az istirahət edək. Dəvə üstündə daha ürəyim qurtardı.

Amma Yezidin dinsiz-imansız mə’murlarından qəmçidən başqa bir cavab görmədi.

Bəşir qafiləni gətirib, Mədinə və Kərbəlayə gedən yol ayrıcına çatdırdı. Əhli beyt (ə) Bəşirə, əvvəl onları Kərbəlayə aparmalarını əmr etdilər. (Ya Hüseyn zəvvarın gəlir, amma nazlı qızın Rüqəyyə...) Bəşir onları Kərbəlayə gətirdi. Qafilənin Kərbəlaya çatması ilə nalə və şivən ucaldı. Hamı vay imamım, vay Hüseynim deyə fəryad edirdi. O qədər ağlayıb, şivən etdilər, başlarına torpaq tökdülər ki, o yaxınlıqda yaşayan camaat, onların ətrafına yığışdılar və ağlamağa məşğul oldular. Hər biri özünü əzizinin qəbri üstə atıb ağlayır, başına torpaq tökür, dərdini deyirdi. Həzrət Zeynəb (ə) növhə oxuyur, qalanları ağlayır, əgər o yorulsa, həzrət Ümmü Gülsüm növhəni davam etdirirdi.1

Həzrət Zeynəb (ə) yanıqlı nöhə oxuyurdu, birdən qardaşına bir söz dedi ki, hamıdan ah qopdu. O, qardaşının qəbrinə üz çevirib, ərz etdi: Hüseyncan! Daha Rüqəyyəni soruşma. Çünki ondan danışmağa taqətim yoxdur. Hüseyncan, balalarının hamısını gətirmişəm, amma təkcə, şirin dilli qızın, Rüqəyyəni soruşma. Hüseyncan, nazdanənin ölümünü sənə necə xəbər verim? Onu Şam şəhərinin xarabasında, Əli (ə) və Əli övladlarının düşmənlərinin arasında tənha qoydum.1


Mədinədə həzrət Rüqəyyəyə (ə) əza məclisi


Əhli beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul oldular və gecə-gündüz matəmə qərq olub, göz yaşı tökür, nalə edirdilər. Onlar ləziz yeməklər yemədilər və sərin su içmədilər. Yeddi il onların mətbəxində xörək bişmədi. Zəiflikdən gözlərinin yaşı qurumuşdu. O qədər xörək yemədilər ki, həzrət imam Zeynul-Abidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyirdi. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına xörək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı.

Seyid ibn Tavus, imam Sadiqdən (ə) nəql edir ki, buyurdu: İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: Ey mənim ağam, buyurun xörək meyl edin.

İmam buyururdu:

"قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا"

"Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər."

O həzrət ardıcıl bu sözü təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı xörək və suyuna qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu.2

Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli beytin (ə) nə gecələr və nə gündüzlər sakitliyi və aramlığı olmadı.

Mədinə camaatı hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə), Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar.

Həzrət Zeynəb (ə), Şamda çəkdikləri müsibətlərdən danışarkən xaraba və həzrət Rüqəyyə (ə) yadına düşdü və buyurdu: Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü və saçımı ağartdı.

Qadınlar, həzrət Rüqəyyənin (ə) müsibətini eşidəndə nalə və şivən səsləri ucaldı, belə ki, daş ürəkləri yumşaldırdı.1


Həzrət Rüqəyyəyə (ə) kəfən gətirmişəm


Əhli beyt (ə) məddahı Hacı Əsədullah Süleymani nəql edir:

Tehranlı məddah Həsən Zülfüqaridən və əhli beyt (ə) şairi Hacı Qulam Riza Sazigardan nəql olubdur ki, dedi: Bir nəfərdən eşitdim ki, deyirdi: Həzrət Rüqəyyəni (ə) ziyarət etmək üçün Şama getmişdim. Bir gün hərəmi-mütəhhərdə dayanıb, ziyarətnamə oxuyurdum. Bir qız uşağının hərəkəti məni özünə cəlb etdi. O, bir qədər ağ parçanı zərihin üstünə atmaq istəyirdi, amma bacarmırdı. Yaxınlaşıb dedim: Qız, nə etmək istəyirsən? Cavab verəndə gördüm, azəri dillidir və ata-anası ilə birlikdə gəlib. Dedim: Hamı həzrət Rüqəyyə (ə) üçün oyuncaq gətirir, sən nə üçün parça gətirmisən?

Dedi: ata-anam (onları göstərdi) mənə dedilər ki, həzrət Rüqəyyənin (ə) kəfəni yoxdur. Mən də ona kəfən gətirmişəm.1

Gəldim görüm, ayaqlarının yaraları sağalıb ya yox


Şamın “Zeynəbiyyə” elmi hövzəsinin tələbələrindən biri, höccətül-islam vəl-müslimin Seyid Əsgər Heydəri nəql etdi:

1356-cı hicri şəmsi ilində namazdan sonra həzrət Rüqəyyənin (ə) səfalı zərihinin kənarında qəribə bir mənzərə gördüm.

Təbriz əhlindən olan türk bir qoca kişi pak zərihə yapışıb, hey fəryad edir, ağlayırdı. Camaat da bu mənzərəni görürdülər, ağlayırdılar. Bir qovğa yaranmışdı.

Qoca kişi imam Hüseynin (ə) qızı ilə türk dilində danışır və göz yaşı tökürdü. Mən türkcə bilmədiyim üçün, türk dilini bilənlərin birindən onun nə dediyini soruşdum.

Dedi: O, deyir: Rüqəyyəcan, çoxdandır ki, adımı qeyd etdirmişəm və Şama gəlməyi arzulayırdım. Mənim istəyim bu deyil ki, uşağıma şəfa verəsən, ya dünyəvi və maddi halım yaxşılaşsın, ya Qiyamətdə əlimi tutasan. Yox, yox, bunların heç biri üçün gəlməmişəm. Təkcə gəlmişəm ki, görəm halın necədir? Bədənin sağalıb, ya yox? Ayaqlarının yaraları sağalıb, ya yox? Ürəyin sağalıb? Gedək İrana, Təbrizə gedək, orada qızıldan sənə həyət düzəldim. Öz canımı sənə qurban edim.

Bunları deyib ağlayırdı və təvəssül etmişdi.

Öz-özümə dedim: Kaş mən də bu əqidə və ixlasda olurdum.1

Həzrət Rüqəyyə (ə) təvəllüddən şəhadətə qədər


Morği-təb’im2 pər3 açıbdır, feyzi-məna4 axtarır

Fil-misəl bir qətrədir ki, vəsli-dərya5 axtarır

Sineyi-Sinayi-dəftər, dəsti-bəyza6 axtarır

İstərəm Zəhrayi-sani7, qəmli ulduzdan yazam

Guşeyi-viranədə məzlum ölən qızdan yazam

Gövhəri-dəryayi-ismət8, fəxri-Ali Turab9

Bəndi-qəlbi-padişahi-Kərbəla10, iffət niqab11

Qönçeyi-baği-fəzilət12, doxtəri-paki-Rübab13

Valideyni ruzi-miladində ğərqi-iftixar14

Gül üzündən öpdülər, adın Rüqəyyə qoydular.

Verdi Zeynəb, bağiban ağuşinə ziba15 gülü

Al, dedi, qardaş qucaqə, öp bu xoş-sima gülü

Oxşayır Zəhrayə eynən gülşəni-Zəhra gülü.

Həmd ola lütf eyləyib, Allah, bənati-Yasinə16

Könlüvə Zəhra düşəndə bax gözəl simasinə.

Xaliqi Rəhman sənə öz rəhmətindən pay verib

Aftab mülki-Bəthayə gözəl bir ay verib

Boş görüb Zəhra yerin, Zəhraya Allah tay verib.

Öp doyunca ləblərin, qəlbində həsrət qalmasın

Çox gözəl qızdır, Hüseyn, Allah əlindən almasın

Ver icazə bir neçə gün, mehman olsun mənə

Mənzilimdə baisi-təskini-can1 olsun mənə

Qəmərilərtək sinəm üstə nəğməxan olsun mənə

Razı olsan Yasəmən ülfət tapar Nilufərə2

Söz verirəm qoymaram, qardaş qucaqimdən yerə.

Etdi fərmayiş Hüseyn, ey xahəri-niku-məab3

Razıyıq, Zeynəb bu istidayə4 həm mən, həm Rübab

Hər nə əmrin var gərək, olsun bu evdə müstəcab5.

Şahidəm gərçi bu nozadim6 əzizindir sənin

Min Rüqəyyəm olsa Zeynəbcan, kənizindir sənin.

Tərbiyət kaşanəsin7 tədbir ilə abad elə

Zeynəbiyyəndə bu tiflin yaz adın, irşad8 elə

Dərsi-eşqi-mərifət öyrət özün ustad elə.

Xoşdu xəncərlər misalı məntiqi, bürra9 ola

Hər cəhətdən könlüm istir, ayrı bir Zəhra ola.

Bağiban ol, baği-Zəhrada bu qəmli susənə

Pərvəriş ver gül kimi, versin təravət gülşənə

Məndən artıq sən məhəbbət eylə, öyrənsin sənə.

Fani dünyadı, vəfası ruzigarın1 yox bacı

Bilmək olmaz, bəlkə ömrün məndən oldu çox bacı.

Sinən üstündə yatırt, gəhvarəyə öyrəşməyə

Öyrədin bir ayrı rəngə, qarəyə öyrəşməyə

Könlüm istir, Zeynəbim, guşvarəyə2 öyrəşməyə.

Caməsin tez-tez dəyiş, gərd-o-ğübarə3 batmasın

Gəlməyincə mən evə dindir, danışdır yatmasın.

Həzrətin fərmayişindən Zeynəb, oldu əşgi-bar4

Ərzi qıldı, bu suzindən5 yandı qəlbim ey nigar

Taro-pud peykərim6 oldu Hüseyncan, şöləbar.

Bacı istər qardaşın çiynində getsin mədfənə7

Səndən artıq ömrüm olsa, onda qardaş vay mənə.

Sən özün şahidsən ey bəzmi-sittin məhrəmi

Bir tükünlə versələr, Zeynəb dəyişməz aləmi

Mən səni görməkdən ötri keçmişəm mehriyyəmi.

Var ümidim qəlbimə tufani-hicran əsməsin

Sayövi Allah, Hüseyncan başim üstdən kəsməsin.

Bacı istər gözlərin can versə qardaş bağlaya

Layiq öz şə’ni şəhrində əzasın saxlaya

Könlüm istir qəbrimin üstə Rüqəyyən ağlaya

Mehribanlıq görsə məndən əmmə canım vay deyər

Qara məcər başda, şirin dil balam, lay-lay deyər.

Tərbiyət etdi qərəz Zeynəb, o əla gövhəri

Oldu eynən zahir və batində Zəhra məzhəri

Sürmədi eşqin olublar badə nuş sağəri8

Gəzdilər qolbağlı bahəm pa-be-pa1 səhraları

Guşeyi-viranə oldu aqibət məvaları2

Guşeyi viranə yox, bəzmi-əzadarani-eşq3

Məclisi-dildadəgan4 həzrət-Sültani-eşq

Bir tərəfdə ağlaşırlar dəsteyi-tiflani-eşq

Bir tərəfdə bir xanım boş qundaqə lay-lay deyir

Bir ucaboy, qarəpuş örət5, Hüseynim vay deyir.

Ravi nəql eylir: üsəranın Hüseynim vay səsi

Bir gecə bədxab edib6, guya Yəzidi nakəsi

Yatmağa imkan dedi: vermir əsirlər naləsi.

Görməsə qoymaz məni asudə Zeynəb, qardaşın

Yollayın viranəyə dilbəndi Zəhranın başın

Səs düşübdü yol verin, dürdaneyi Zəhra gəlir

Teşti-zərdə7 rə’si-şahənşahi-aşura8 gəlir

Gəl Rüqəyyə hardasan? didaruvə9 baba gəlir.

Gül yox idi, rahi şahənşahidə pərvər ola10

Başlarından yoldu qızlar, saçların tökdü yola

Dəsteyi-nisvan11 aşura qurubdur əncümən

Etdilər viranəni Yəsrib kimi beytul-hüzn

Açdılar sərpuşini12 gün çıxdı güya teştidən

Etdilər mehmanə hörmət qəmli sahibxanələr13

Şəm’i görcək başladı pər2 vurmağa pərvanələr.

Hakim idi çün ədəb, nisvani-beytul-əhzənə3

Əvvəlin növbətdə Zeynəb, başlayıbdı şivənə

Qəmli zairdən4 dedi: əvvəl salam olsun sənə

Ağ geyər hacı gedəndə Məkkəyə ey möhtəşəm

Kə’bədən başsan mənə əfv elə qarə geymişəm

Sərfəraz5 olsun adun, olduq Hüseyncan sərfəraz

Almışam ey ruhi-əqdəs6, göz yaşimdən dəstəmaz

Üz-bə-üz dur, Kə’bəyə istir bacın qılsın namaz.

Gözlərin məş’ər, ləbin zəmzəm, üzün beytul-hərəm

Baxdıqca Kə’beyi-Zəhrayə vəllah doymaram

Heyf ola indi bu qürbətdə qəribi bikəsəm

Bir əli boş mizbanəm7, bəxtimə dilva pəsəm8

Kaş olurdu əldə imkanım, sənə qurban kəsəm

Vardı həqqim göz yaşımdan olsa dərya damənim9

Parça-parça ləblərin ovraqi-eşqimdir10 mənim

Zeynəbin bəli! Vəfası oxşayır əfsanəyə

Aşiqanə sözləri təsir edər biganəyə

Əlqərəz növbət yetişdi bülbülü-viranəyə

Tellərin rədd eylədi əvvəl üzündən, ax, dedi

Fatimə oxşarına, Zəhrayə xatir bax! dedi

Xoş gəlmisən bu məhqər11 mənzilə, ey məhliqa

Layiqi şə’nin deyil bu səqfsiz viransəra

Bu nə küldür gözlərin üstündə, hardaydın baba?

Səslədim Şamın yolunda vermədin sən hay mənə

Bari ver bir busə qanlı ləblərindən pay mənə.

Könlüm istir bu gecə hicranimə payan1 verəm

Canımı xoşdur ki, öz cananıma qurban verəm

Vardı peymanım2, öpəm gül ləblərindən can verəm.

Fikrin olsa getməyə ayrı diyarə ay baba

Səbr elə qoysun məni əmməm məzarə, ay baba

Olmasaydı ləblərində yarə ey ziba-nigar3

Buseyi-məstanivə4 indi çəkərdim intizar

Neyləyim, çarəm nədir, gül ləblərində yarə var.

Arzu eylər öpə çün, dəm-bə-dəm ulduz ayı

Əzbəs5 öpdüm surətindən, busəmin yoxdur sayı6


İntiqam


Əmir Qütbəddin Teymur Qurqani böyük məmləkət sahibi idi və müxtəlif ölkələri öz hökumətliyi altına gətirmişdi, kafirlərə cizyə təyin etmişdi. O, 803-cü qəməri ilində Şama gedir, Hələb ətrafında Şam əmirləri ilə döyüşür və onları məğlub edir. Əmir Teymur Dəməşqə gəlir və Şamın vilayətlərini qarət edir, o qədər qənimət ələ gəlir ki, yazmağa aciz qalırlar. Şam şəhəri alındıqdan sonra şamlıların əhli beytə (ə) zülm və sitəmlərindən əmir Teymura xəbər verirlər. Qeyrət atəşi onun sinəsində zəbanə çəkir. Şamın böyükləri hamısı ona müt’i olmuşdular. Teymura xəbər verdilər ki, Şam sultanının bir qızı var. Teymur o qıza elçilik etdi və Şam şəhərin bəzətdirib, çil-çıraq asdırdı. Bütün toy və şadlıq vasitələri hazır olduqdan sonra, sultanın qızını hamama apardılar. Əmir Teymur öz xidmətçisini çağırıb, hamamın qapısına üryan dəvə göndərməsini və sultanın qızını o dəvəyə mindirib, çıpaq halda şəhərdə gəzdirmələrini ona əmr etdi.

Şam camaatı bu əmrdən xəbərdar olduqda əlləri yaxalarında əmir Teymurun hüzuruna gəlib, ərz etdilər ki, bu nə zülmdür ki, bizə rəva görürsən?

Əmir Teymur, həsrətlə onlara bir nəzər salıb buyurdu: Bu nə qovğa, fəğan və şivəndir. Mənim bir kəsə zülm etmək qəsdim yoxdur. Mən, elə güman etdim sizin qanun və adətiniz belədir ki, böyüklərin və ali şəxslərin qızını başı açıq bazarda gəzdirirsiniz?! Şamlılar dedilər: Hansı dinsiz, belə bir əməli, bir müsəlmanın namusuna rəva görər?

Əmir Teymur, göz yaşı yağdırdı və dedi: Ey bihəya dinsizlər və zülmkar yezidpərəstlər! Hansı padşahın övladı Peyğəmbərin (s) övladından nəcibdir? Hansı böyük, həzrət Fatimeyi Zəhranın qızından əzizdir ki, siz onları üryan dəvələrə mindirib, bazarlarda gəzdirdiniz, Cəbrailin (ə) su verdiyi ağaclara (əhli beytə) zülm etdiniz, xeymələrini yandırdınız?

Sonra dedi: Ey qeyrətsiz tayfa! Siz bununla belə ki, gördünüz Əhmədi Muxtarın (s) övladlarını haqsız olaraq şəhid etdilər və Peyğəmbərin (s) qızlarını bu diyara gətirdilər, şəhəri, bazarları bəzədiniz və Peyğəmbərin (s) itrətinə tamaşa etməyə gəldiniz. Əfsus! Əfsus! Mən o gün dünyada olmamışam, ta o binamusların nəslini yer üzündən kəsəm.

Ey şamlılar, and olsun Allaha, yaddan çıxartmaram, o zamanı ki, Peyğəmbərin (s) əhli beytinin hamısını bir kəndirə bağlayıb, rum və firəng əsirləri kimi haramzadə Yezidin yanına apardınız. Ey şamlılar, o gün Yezidin məclisində bir firəngli (fransalı) Peyğəmbər (s) övladlarının təəssübünü çəkdi. Allahın lə’nəti sizin ata-babalarınıza olsun ki, qeyrətiniz olmadı. Şamlılar onun sözlərindən başlarını aşağa saldılar və heç bir cavab vermədilər.

Sonra dedi: Ey şəxsiyyətsiz, mürtəd tayfa və ey Allahın və Peyğəmbərin (s) düşmənləri! Bir şamlı qızın əsirliyi sizə ağır gəlir, bəs Fatimənin (ə) qızlarını Şamda dolandırdınız, Peyğəmbərə (s) ağır gəlmədi?!

Əmir Teymur qoşununa əmr etdi ki, oradakı camaatı qılıncdan keçirsinlər və Şamı viran etsinlər.

İndiki Şam şəhəri son zamanlar abad oldu.1

Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəmi


Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəminin yaxınlığında, təqvalı və zahid alim, mərhum Ələmul-Hüda Seyid Mürtəzanın nəvələrindən olan Seyid İbrahim Dəməşqi sakin idi. Onun ömrü doxsanı ötmüşdü. Dəməşq camaatı arasında xüsusi hörməti var idi. Seyidin üç qızı var idi və oğlu yox idi.

Bir gecə onun böyük qızı, Əba Əbdillah Hüseynin (ə) qızı, həzrət Rüqəyyəni (ə) yuxuda görür ki, ona buyurur: Atana de, hakimə desin, mənim qəbrimlə ləhədin arasına su nüfuz edib və bədənim əziyyətdədir, gəlsin mənim qəbrimi və ləhədi tə’mir etsin.

Böyük qız yuxudan ayılab öz yuxusunu atasına danışır. Seyid İbrahim, sünnü və nasibilərin qorxusundan hakimin yanına getmir. İkinci gecə seyidin ortancıl qızı həmin yuxunu görür və atasına danışır. Seyid yenə yuxunun ardınca düşmür. Üçüncü gecə kiçik qız, həmin yuxunu görür və atasına danışır. Seyid bu dəfə də hakimin yanına gedib, macaranı demir. Dördüncü gecə seyid özü, həzrət Rüqəyyəni (ə) yuxuda görür ki, ona buyurur: Nə üçün hakimə xəbər vermədin?

Seyid İbrahim sübh, Şam hakiminin yanına gedib, yuxusunu ona danışır və həzrət Rüqəyyənin (ə) mütəhhər hərəmini yenidən düzəltdirməsini xahiş edir. Hakim, şiə və sünnü böyüklərini çağırır və onlardan qüsl edib, təzə libas geyinib, sonra hərəmi mütəhhərə tərəf getmələrini istəyir və deyir ki, hərəmi mütəhhərin qapısı hər kimin əlində açılsa, qəbri açmaq, pak cəsədi çıxarmaq və qəbri yenidən tə’mir etmək şərəfi ona nəsib olacaq. Onlar hakimin göstərişinə uyğun olaraq növbə ilə qapıya tərəf gedirlər və qıfılı açmaq istəyirlər, amma qıfıl açılmır. Növbə Seyid İbrahimə çatır. O vüqarla qapıya tərəf gedir. Əlini qıfıla vuran kimi, qıfıl onu gözləyirmiş kimi açılır. Onlar hərəmə daxil oldular. Qəbri açmaq üçün hər biri növbə ilə gülüng vurular, amma Seyid İbrahimdən başqa heç kimin əlində işləmir. Mütəal Allah öz qüdrətini göstərir və Hüseynin (ə) nazdanəsinin vasitəsi ilə əhli beytin (ə) məzlumiyyətini və izzətini göstərir.

Naməhrəmləri, bəli, naməhrəmləri mütəhhər hərəmdən çıxarırlar. Seyid özü tək, pak qəbri açır və ləhədi sındırır. Hüseynin (ə) nazdanəsinin kəfən və nazənin bədənini salamat halda müşahidə edir. Göz yaşları ona aman vermir.

Seyid, göz yaşı tökən halda o nazdanənin düşmən taziyanəsi ilə döyülməkdən göyərmiş bədənini qucağına alır və ləhəd yenidən tə’mir olunana qədər, yəni üç gün dizləri üstə saxlayır. Namaz vaxtı olarkən seyid o nazənin bədəni pak bir şeyin üstə qoyub, namazını qılar.

Seyid deyir: Həzrət Rüqəyyənin (ə) kəramətindən bu üç günün ərzində yeməyə, suya və dəstəmazımı təzələməyə ehtiyacım olmadı. Qəbir tamamilə düzəldikdən sonra, o pak bədəni ləhədə qoydum və qəbrin üstünü torpaqla örtdüm. Pak bədəni ləhədə qoyarkən, oğlum olmadığı üçün həzrət Rüqəyyəni (ə) vasitə qərar verdim. Allah mənə bir oğul əta etdi və adını Mustafa qoydum.

Axırda hakim macaranı sultan Əbdul Həmid Osmaniyə yazdı və o da həzrət Zeynəbin (ə), həzrət Rüqəyyənin (ə), həzrət Səkinənin (ə) və həzrət Ümmü Gülsümün (ə) müqəddəs hərəmlərinin idarəçiliyini mənə tapşırdı.1


Həzrət Rüqəyyənin (ə) kəramətləri


Fələc qızın şəfası

Bir nəfər deyir: Xəstə bir qızım var idi. Xəstəliyi o qədər ağırlaşdı ki, onu zəiflətdi və axırda fələc oldu. Həkimlərə nə qədər müraciət etsək də, bir nəticə almadıq və onun müalicəsindən aciz qaldıq. Hər yerdən ümidim kəsildi. Özümün və xəstə qızımın halını fikirləşirdim ki, nə edim? Hara gedim? Birdən zehnimdə bir ümid işıqlandı. Özümdə ümidvar oldum ki, çarə var. Tibb evlərinin qapısına getsək (bizim üzümüzə) bağlıdır. Amma bir tibb evinin qapısı həmişə xəstələrin üzünə açıqdır və heç bir xəstə o tibb evindən naümid geri qayıtmır. Ürəyim Əba Əbdillahın (ə) nazdanəsinin hərəminə pərvaz etdi. Dedim, düzdür ki, yaşdan kiçikdir, amma o balaca əlləri ilə böyük düyünlər açır. Düzdür ki, balacadır, amma Mütəal Allahın yanında çox əzəmətli məqamı var, əlləri cəddi Yədullah Əlinin (ə) əlində olduğu üçün müşgülləri həll edir. Dedim, qızımın şəfasını ondan istəyim. Bu qəsd ilə hərəmə tərəf hərəkət etdim. Hərəmə daxil oldum. Gözüm onun hərəminə düşən kimi, göz yaşı mənə aman vermədi, ürəyim sındı, dərdi-dil etməyə başladım, dedim: Xanım, doktorlar məni geri qaytarıblar, amma sən məni naümid geri qaytarma, uzaq yoldan gəlmişəm.

Qızımı zərihin kənarına gətirdim. Gecə dəxil ünvanı ilə kəndirin bir tərəfini qızıma və o biri tərəfirni zərihə bağladım. Qızıma tapşırdım ki, bu qız, imam Hüseynin (ə) qızıdır və atası onu çox sevirdi. Ondan istə ki, sənə şəfa versin. Ağla, yalvar, dərdini de. Mən də bir tərəfə gedib, dua, ziyarət, namaz və təvəssülə məşğul oldum, öz halıma qərq oldum. Dünyadan ayrılıb, Həqq Təalanın Zatına müttəsil oldum. O halda qızımın şəfasını istədim. Bir müddətdən sonra özümə gəlib gördüm, gecədən xeyli keçib, hərəm sakitlikdir və heç kim yoxdur. Səhər, ya səhərə yaxın idi. Qızımı yaddan çıxarmışdım. Bir səs məni özümə gətirdi. Yaxşı qulaq asdıqda qızımın səsi olduğunu bildim. Ona tərəf getdim, gördüm ağlayır. Məni görən kimi dedi: Ata mən sağalmışam, ata mən sağalmışam. Onu qucağıma aldım, soruşdum, qızım nə oldu? Niyə ağlayırsan? Dedi: Ata çox ağladım, axırda məni yuxu apardı. Yuxuda gördüm ki, zərihdən üç yaşlı bir qız çıxıb, mənə tərəf gəldi. Mənə yaxınlaşıb, dedi: Nə istəyirsən? Qalx! Dedim xanım, mən xəstəyəm, yerimdən tərpənə bilmirəm. Yanımda oturdu və o kiçik əlləri ilə bədənimə əl çəkdi. O vaxt mənə dedi: Sağaldın! Dur, atanın yanına get. Yuxudan ayılıb, heç bir narahatlıq hiss etmədim, amma ata, nə üçün o üç yaşlı qızın çöhrəsi qaralmışdı? Dedim, qızım o düşmənlərin ona vurduqları sili zərbələrinin yeridir.1

Anam və bibimlə gəlmişəm


Əhli beyt (ə) dostlarından olan bir qadın həmişə, harada Əba Əbdillah Hüseynin (ə) adına məclis olsaydı, o məclisdə iştirak edirdi və o həzrətin müsibətində göz yaşı tökürdü. O qadının əri sünnü məzhəbli idi. Bir gün arvadına dedi ki, səhər qonağımız olacaq, yemək hazırla və evi qonaqlar üçün hazırla.

O günün səhəri qonşu qadınlarından biri gəlib, o qadına filan məhəllədə əza məclisi olduğunu dedi. O qadın bu xəbəri eşidən kimi, evi təmizləyib, əza məclisinə getdi və özlüyündə dedi ki, qalan işləri qayıtdıqdan sonra edərəm.

Məclis uzun çəkdi və o qadın, o qədər ağlamışdı ki, huşdan getdi və özünə gəldikdə artıq xeyli gec idi. Öz-özünə dedi: çox gecikmişəm, ərim məni incidəcək, indi mən nə edim?

O qadın deyir: Tələsik özümü evə çatdırdım ki, bəlkə yemək hazırlaya biləm. Evə çatdım, qapını açıb gördüm, bir balaca qız, evi süpürməyə məşğuldur. Gəlib onun yanında dayanıb, dedim: Haradan gəlmisən? Burada nə edirsən? Olduqca şirin və dilrüba ləhcə ilə cavab verdi: Mən bibimlə birlikdə gəlmişəm və o, indi mətbəxdə yemək hazırlayır.

Qadın deyir: Mətbəxə gəldim, çox nurani və əzəmətli bir xanımın yemək bişirməyə məşğul olduğunu gördüm. İrəli gedib soruşdum: Xanım, olar ki, buyurasınız siz kimsiniz? Burada nə edirsiniz? Cavab verdi: Mən anamla gəlmişəm ki, yemək hazırlayaq. İndi anam otaqdadır.

Tez otağa keçdim. Onun nurunu görəndə, ixtiyarsız özümü onun qədəmlərinə atdım və yalvarıb, ondan xahiş etdim ki, xanım siz kimsiniz? Səndən başqa o iki xanım kimdir? Canım sizə qurban olsun, özünüzü mənə tanıtdırın. Xanım cavab verdi: Mən Hüseynin (ə) anasıyam və mətbəxdəki banu, Hüseynin (ə) bacısı, həyətdə gördüyün qız isə Hüseynin (ə) qızıdır. Mən o kəsin anasıyam ki, getdin ona ağlayasan. Mən də onun əvəzində gəldim ki, sənə əziyyət olmasın və sənin işlərinə kömək edək.1


De, adını Hüseyn qoysun


Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəminə daxil olduqda, bir dəstə adamın, müqəddəs zərihin qarşısında ziyarətnamə oxumağa və əzadarlığa məşğul olduqlarını gördüm. İxlaslı məddah, Hacı Nikuyi rövzə oxuyurdu. O, deyirdi:

Həzrət Rüqəyyənin (ə) hərəmini genişləndirmək üçün ətrafdakı, evləri alırdılar. Yer sahiblərindən biri yəhudi, ya xristian idi. Evini hərəmin genişlənməsi üçün satmaq istəmirdi. Alıcılar hətta 2,5 dəfə yuxarı qiymətə almağa razı idilər, amma o satmaq fikrində deyildi. Bir müddətdən sonra, onun arvadı hamilə olur və doğuş vaxtı yaxınlaşarkən həkimə aparırlar. Müayinədən sonra həkim deyir: Ana və uşaq, hər ikisi təhlükədədirlər və həkim nəzarəti altında olmaları lazımdır. Onlar qəbul edirlər.

Ev sahibi deyir: Elə ki doğuş ağrıları başladı, həyat yoldaşımı xəstəxanaya apardım və özüm qayıdıb, həzrət Rüqəyyənin (ə) hərəminin qapısına gəldim. Ona təvəssül edib, dedim: Arvadıma və övladıma nicat versən, onların şəfasını Allahdan istəsən, evimi sənə təqdim edərəm.

Bir müddət təvəssülə məşğul oldum. Sonra xəstəxanaya getdim, həyat yoldaşımın çarpayıda oturduğunu və uşağın da onun qucağında sağ-salamat olduğunu gördüm. Həyat yoldaşım dedi: Hara getmişdin? Dedim: bir yerə getmişdim, işim var idi. Dedi: Yox, getdin imam Hüseynin (ə) qızına təvəssül etdin! Dedim, haradan bilirsən? O dedi: Mən doğuş halında ağrının şiddətindən bəzən, huşdan gedirdim. Bu vaxt, bir qız uşağı xəstəxananın otağına daxil oldu və mənə dedi: Narahat olma, biz sənin və uşağının salamatlığını, Allahdan istəmişik. Övladınız da oğlandır. Mənim salamımı ərinə çatdır və de, adını Hüseyn qoysun. Dedim siz kimsiniz? Dedi: Mən, imam Hüseynin (ə) qızı, Rüqəyyəyəm.

Rövzə qurtardıqdan sonra məddahdan (Hacı Nikuyi) soruşdum ki, bu əhvalatı kimdən nəql edirsən? Cavab verdi: Həzrət Rüqəyyənin (ə) hərəminin xadimindən nəql edirəm. O özü sünnüdür və imam Hüseynin (ə) nazdanəsinin hərəmində xidmət etməyi ilə iftixar edir. Onun atası da həzrət Rüqəyyənin (ə) hərəminin xadimlərindən olubdur.1

Bu üç yaşlı qızım Rüqəyyədir (ə)


Təqvalı və ixlaslı vaiz, Hacı Seyid Əbdullah Təqəvi deyir: Mən neçə ildir ki, Tehranda məclislərə, yığıncaqlara və mənzillərdə minbərə gedirəm, məzlum cəddim, imam Hüseynin (ə) nökəri olmağımla fəxr edirəm. Gecələrin birində minbər qurtardıqdan sonra evə qayıtdım. Telefonun zəngi səsləndi, götürdüm gördüm, dostlarımdan biridir. Mənə dedi: Filan tacir dunyasını dəyişib və sabah filan məsciddə onun fatihə məclisidir. Mən, minbərə getmək üçün, onun varislərinə səni nişan vermişəm, saat üçdə (ya dörddə) orada ol və minbərə getməyə hazırlaş.

O vaxt yadıma düşdü ki, keçən gün, hər ay gedib rövzə oxuduğum mənzildə, bir xanım, səhər günortadan sonra, bu evin qarşısındakı evə gəlib rövzə oxumağımı məndən xahiş etdi. Dedi ki, mənim hacətim var və nəzr etmişəm ki, həzrət Rüqəyyə xatunun (ə) adına süfrə açam və siz gərək o balaca xanıma, imam Hüseynin (ə) əzizinə təvəssül rövzəsi oxuyasınız. Mən də ona tə’yin olunmuş saatda orada olacağıma söz verdim. Xülasə, telefonda dostuma dedim ki, mən sabaha qabaqcadan söz vermişəm ki, bir mənzildə həzrət Rüqəyyə xatun (ə) rövzəsi oxuyam. Dostum dedi: Ey ağa, mən istəyirdim sizə bir xidmət edəm, siz nə fikirləşirsiniz?!

Öz-özümə fikirləşdim ki, mən gərək neçə belə məclis, həzrət Rüqəyyə (ə) və həzrət Əli Əsğər (ə) rövzəsi oxuyam ki, mənə otuz min pul verələr, amma bu dünyasını dəyişən, varlı bir tacirdir, heç olmasa yaxşı pul verərlər. Hər halda, o xanımın evinə gedib rövzə oxumaq fikrindən döndüm. Gedib yatağıma girib yatdım.

Yuxu aləmində gördüm, xiyabanda, dünən orada rövzə oxuduğum həmin küçənin başında, nurani bir seyid durub və üç yaşlı bir qızın da əlindən tutub. Bir-birimizlə salamlaşdıq, mən ondan soruşdum: Adınız nədir və Tehranın harasında yaşayırsınız? Cavab verdi: Mən özümün əza məclislərimin hamısında hazır oluram və bu da üç yaşlı qızım, Rüqəyyədir. Siz, biz ailəni maddiyyat və dünyaya satmayın. Nə üçün o qadına, evində rövzə oxumağa söz vermisən və gözü yolda qoymusan? Nə üçün vəfat etmiş tacirin vərəsələri sənə bir az çox pul verəcəklərinə xatir və’dənə xilaf edirsən? Bərk ağlamağa başladı və o qızla, mən və’də verdiyim qadının evinə tərəf getdi.

Mən yuxudan ayıldım və dostuma zəng etdim. Saat iki radiələri, gecənin yarsını keçmişdi. Ağlayaraq ona dedim: O tacir üçün keçiriləcək sabahkı məclisdə məni gözləməyin. Heç cür gələ bilməyəcəyəm.

Səhər söz verdiyim saatda, o xanımın evinə getdim, həzrət Rüqəyyə xatunun (ə) müsibətindən rövzə oxudum və gördüyüm yuxunu da minbərdə danışdım. Həm özüm, həm də eşidənlər bərk ağladıq, hətta rövzə qurtardıqdan sonra da biz ağlayırdıq. Xoş bir ətir iyi evin fəzasını bürümüşdü. Mən indiyə qədər özümdə belə bir hal görməmişdim.1


De, neçə cümlə qızımın (Rüqəyyə) müsibətindən oxusun


Mərhum mühəddis Hacı Şeyx Əbbas Quminin oğlu, Mirza Əli Mühəddiszadə Tehranın məşhur vaizlərindən və xətiblərindən idi. O, deyir:

Bir ilisi xəstəliyə, boğaz narahatlığına və səsimin tutulmasına düçar olmuşdum. İş o yerə çatdı ki, hətta minbərə getmək və söhbət etmək imkanına belə qadir olmadım. Aydındır ki, hər kəs belə bir vəziyyətdə gərək müalicə fikrində olsun. Mən də mütəxəsis və təcrübəli bir həkimə müraciət etdim.

Müayinədən sonra məlum oldu ki, mənim xəstəliyim o qədər ağırdır ki, səs tarlarından bə’zilər işədən düşüb və fələc olub. Həkim nüsxə yazmaqdan əlavə neçə ay minbərə getməməyimi və heç kimlə söhbət etməməyimi, bir şey istəməli olsam onu yazmaq vasitəsilə istəməyimi tapşırdı Bəlkə bu istirahət və dərmanlardan istifadə etməyin vasitəsi ilə əldən getmiş sağlamlığı yenidən qaytarmaq mümkün oldu.

Əlbəttə, belə bir xəstəliyin qarşısında səbr etmək və camaatla, hətta ailə-uşaqla danışmamaq çox çətindir. Çünki insanın ən çox danışıb-eşitməyə ehtiyacı vardır. Necə olar ki, neçə ay heç nə deyib-danışmayam və ardıcıl istirahətdə olam?! Nəticənin isə nə olacağı mə’lum deyil. Hamıya aydındır ki, belə bir qorxulu xəstəliyin qarşıya çıxması ilə xəstə hansı hala düşür və onun narahatlığı fövqül’adə qüdrəti adamın yadına salır. Bu bir pərişanlıq halıdır ki, insan ümidini bütün bəşəri çarələrdən kəsib, ilahi dərgaha yaxın olanların sorağına gedir ki, onların vasitəsi ilə Mütəal Allahın dərgahına hacətini ərz edib, Allahın sonsuz lütf dəryasından bir bəhrə alsın.

Mənim də həzrət imam Hüseynin (ə) inayətinə təvəssül etməkdən başqa çarəm yox idi. Bir gün zöhr və əsr namazlarından sonra mən təvəssül halı tapdım. Çox ağladım və müqəddəs vücuduna təvəssül etdiyim, həzrət Əba Əbdillah Hüseyni (ə) müxatəb qərar verib dedim: Ey Allah Peyğəmbərinin (s) oğlu, belə bir xəstəliyə səbr etmək taqətimi əldən alıb. Bundan əlavə mən minbər əhliyəm və camaat, mənim onlar üçün minbərə getməyimi gözləyirlər. Mən ömrümün əvvəlindən indiyə kimi minbərə getmişəm və siz əhli beytin (ə) nökərlərindənəm. İndi nə olub ki, mən xəstəliyimə görə birdən-birə belə bir həssas məqamdan kənarlaşam. Mübarək Ramazan ayı da yaxınlaşıbdır, dəvətləri nə edim? Ağa inayət buyur, Allah mənə şəfa versin.

Bu təvəssüldən sonra məni yavaş-yavaş yuxu apardı. Yuxuda özümü böyük bir otaqda gördüm. Onun yarısı nurlu və işıqlı, yarısı isə qaranlıq idi. İşıqlı olan tərəfdə kainatın mövlası, həzrət imam Hüseyn (ə) oturmuşdu. Çox sevindim və ovqatım yaxşılaşdı. Oyaq olduğum halda tapdığım təvəssül halını yuxuda da tapdım. Hacətimi ərz etməyə başladım. Məxsusən israr edirdim ki, Ramazan ayı yaxınlaşıbdır və mən neçə məscidə dəvət olunmuşam. Amma bu işdən düşmüş həncərə ilə necə minbərə gedərəm və söhbət edərəm. Bir halda ki, həkim uşaqlarımla belə söhbət etməyi qadağan edibdir.

Çox nalə edib, ağladığım üçün, həzrət mənə işarə edib buyurdu: Qapının ağzında oturmuş seyidə de, neçə cümlə qızımın (Rüqəyyə) müsibətindən oxusun və siz də bir az ağlayın, inşaallah yaxşı olar. Mən otağın qapısına tərəf baxdıqda, bacımın həyat yoldaşı, Hacı Ağa Mustafa Təbatəbai Quminin (ki, Tehranın alim, xətib və imam camaatlarından idi) oturduğunu gördüm. Həzrətin əmrini ona çatdırdım. O, əvvəl müsibət oxumaqdan boyun qaçırmaq istədi. Şəhidlər sərvəri (ə) buyurdu: Qızımın rövzəsini oxu. O, həzrət Rüqəyyənin (ə) müsibətindən oxumağa başladı, mən də ağlayıb, göz yaşı tökdüm. Amma çox təəssüflər olsun ki, uşaqlarım məni yuxudan oyatdılar. Mən də narahatlıqla yuxudan ayıldım və feyzlə dolu elə bir məclisdən məhrum olduğum üçün çox təəssüf etdim. Amma belə bir ali mənzərəni yenidən görmək imkanı yox idi.

O gün, ya səhəri həmin mütəxəsis həkimə müraciət etdim. Xoşbəxtlikdən, müayinədən sonra mə’lum oldu ki, qabaqkı xəstəlik və narahatlıqdan heç bir əsər-əlamət qalmayıb. Həkim çox təəccübdə idi və məndən soruşdu ki, siz nə yemisiniz ki, belə tez nəticə almısınız?! Mən, öz yuxumu və təvəssülümü ona danışdım. Doktorun əlində qələm var idi və ayaq üstə idi, amma mənim təvəssül hekayəmi eşitdikdən sonra, ixtiyarsız olaraq qələmi əlindən düşdü və kainatın mövlası imam Hüseynin (ə) adının təsirindən, mə’nəvi bir hal ilə təbabət mizinin arxasında oturdu və qətrə-qətrə göz yaşı üzünə axırdı. Bir az ağladıqdan sonra dedi: Sizin bu xəstəliyinizin təvəssüldən, qeybi kömək və inayətdən başqa heç bir çarəsi yox idi.1


Məsihi qadın həzrət Rüqəyyəyə (ə) təvəssül edib, şəfa alır


Höccətül-islam vəl müslimin Hacı Şeyx Mühəmməd Məhdi Tac Ləngərudi yazır:

Məşhur vaiz və dəfələrlə həzrət Rüqəyyənin (ə) qəbrinin ziyarəti üçün Şama getmiş, dostlarımdan biri minbərdə deyirdi:

Həzrət Rüqəyyənin (ə) hərəmində bir fransalı qadının müqəddəs asitanəyə hədiyyə ünvanı ilə iki qiymətli xalı gətirdiyini gördüm. Camaat onun fransız və xristian olduğunu bildikləri üçün, bu işdən çox təəccüb edirdilər, öz-özlərinə deyirdilər ki, görəsən qeyri-müsəlmanın bura gəlib və qiymətli hədiyyələr gətirməsinə nə bais olub?! Camaatda o qədər maraq yarandı ki, onun bu işinin səbəbini soruşdular. O, cavabında dedi:

Bildiyiniz kimi mən müsəlman deyiləm. Fransadan mə’muriyyət ünvanı ilə bura (Suriyaya) gəlmişdim. Bu müqəddəs asitanəyə yaxın bir mənzildə, məskən etdim. Birinci gecə istirahət etmək istəyərkən ağlamaq səsi eşitdim. Bu səslər dayanmadığı üçün soruşdum: Bu ağlamaq səsi haradan gəlir? Dedilər: Bu ağlamaq səsləri bu yaxınlıqda dəfn olunmuş bir qızın qəbrinin kənarından gəlir. Mən elə bildim ki, o qız bu gün ölüb və bu gecə dəfn olunub, onun ata-anası, yaxınları növhə oxuyurlar. Amma mənə dedilər ki, onun ölümündən və dəfnindən min ildən çox keçir. Mənim təəccübüm bir az da artdı və öz-özümə dedim ki, camaatın yüz illərdən sonra onu belə bir məhəbbətlə sevmələrinin səbəbi nədir?! Sonra mə’lum oldu ki, bu qız, adi qızlardan fərqlidir. Bu, imam Hüseynin (ə) qızıdır. Onun atasını müxalifləri və düşmənləri öldürüblər, övladlarını Yezid hökumətinin paytaxtı olan bu şəhərə əsirliyə gətiriblər və bu qız da burada atasının ayrılığından canını tapşırıb və dəfn olunub. Bu macaradan sonra, bir gün buraya (hərəmə) gəldim. Camaat hər tərəfdən aşiqanə gəlir, nəzir edir və hədiyyələr gətirir, təvəssül edirdilər. Onun məhəbbəti qəlbimdə möhkəm yer elədi.

Bir müddətdən sonra məni doğmaq üçün xəstəxanaya, doğuş yerinə apardılar. Müayinədən sonra mənə dedilər ki, sizin övladınız qeyri-təbii dünyaya gəlir və biz cərrahiyə əməli aparmağa məcburuq.

Cərrahiyə əməlini eşidən kimi ölümlə üzləşdiyimi bildim. Allah nə edim, ilahi narahatam, çarə nədir? Fikirləşdim ki, təvəssüldən başqa çarəm yoxdur. Gərək təvəssül edəm...

Çarəsiz qalıb, əlimi bu qıza tərəf uzatdım və dedim: İlahi, səni and verirəm bu qızın haqqına ki, əsirlikdə döyüblər, taziyanə ilə vurublar və atasının haqqına ki, haqq imam və Sənin Peyğəmbərinin (s) nümayəndəsi olubdur, onu zülm yolu ilə öldürüblər, mənə bu həlakətin təhlükəsindən nicat ver. Onda bu qızı müxatəb qərar verib dedim: Əgər bu həlakətdən nicat tapsam, iki qiymətli xalımı sənin asitanənə hədiyyə edərəm.

Allah şahiddir ki, nəzr və təvəssül etdikdən sonra çox çəkmədi ki, həkimlərin gözlədiyinin əksinə olaraq, övladım təbii yolla dünyaya gəldi və mən ölümdən nicat tapdım. İndi öz əhdimə və nəzrimə əməl edib, xalıları o qızın müqüddəs asitanəsinə təqdim edirəm.1


Məsihi qızın şəfası


Məsihi bir qadın, öz fələc qızını Livandan Suriyaya gətirir. Çünki Livan həkimləri ona mənfi cavab vermişdilər.

Qadın, xəstə qızı ilə həzrət Rüqəyyənin (ə) əzəmətli hərəminin yaxınlığında mənzil tutur ki, oradan qızının müalicəsi üçün həkimə müraciət etsin.

Aşura günü çatır və o, camaatın dəstə-dəstə həzrət Rüqəyyənin (ə) hərəmi olan məkana tərəf gəldiklərini görür.

Şam camaatından bunun səbəbini soruşur. Deyirlər, burada həzrət imam Hüseynin (ə) qızının hərəmi var. O da xəstə qızını evdə tənha qoyub, otağın qapısını bağlayır və həzrət Rüqəyyənin (ə) hərəminə gəlir. Orada həzrət Rüqəyyəyə (ə) təvəssül edir, o qədər ağlayır ki, qəşş edib huşdan gedir. O halda kimsə ona deyir, ayağa dur, get evə, qızın təkdir və Allah ona şəfa veribdir. Ayağa qalxıb, evə tərəf hərəkət edir və gəlib evin qapısını döyür, qızının sağ-salamat olduğunu və oyuncaqlarla oynadığını görür.

Ana qızının vəziyyətini görür və onun halını soruşur. Qız ananın cavabında deyir: Sən getdikdən sonra Rüqəyyə adlı bir qız otağa daxil oldu və mənə dedi: Dur, birlikdə oynayaq. O qız mənə dedi: Ayağa dura bilmək üçün "Bismillahir-rəhmanir-rəhim" de. Sonra mənim əlimdən tutdu və mən durdum, tamam bədənimin sağ-salamat olduğunu gördüm. O, mənimlə söhbət edirdi ki, sən qapını döydün. Dedi: Anan gəldi.

Məsihi ana imam Hüseynin (ə) qızından bu kəraməti gördükdə müsəlman oldu.1


Kiçik beşik


Qum elmi hövzəsinin ustadlarından olan, təqvalı alim, höccətül-islam vəl-müslimin, Seyid Mürtəza Müctəhidi Sistani nəql edir:

Müqəddəs Məşhəd şəhərinin sakini, imam Hüseynin (ə) hərəminin xidmətçisi, Hacı Sadiq Müttəqi 1418 (h.q) məhərrəm ayında mənə belə nəql etdi:

Qızımın izdivacından altı il keçməsinə baxmayaraq hələ də övlad sahibi olmamışdı. Bir neçə həkimə müraciət etdik, çoxlu nüsxələrə əməl etdik, heç bir faydası olmadı. 1417 ci ilin səfər ayında Şama getdim. Getməzdən qabaq (qızımın) anası bir kiçik beşik düzəltdi və mənə dedi: Onu həzrət Rüqəyyənin (ə) mütəhhər zərihinə bağla, ta o xanımın lütfündən bəhrələnək və hacətimiz rəva olsun.

Mən kiçik beşiyi özümlə Şama apardım. Şamda imam Hüseynin (ə) üç yaşlı qızı həzrət Rüqəyyənin (ə) ziyarətinə getdim və o xanımın əzəmətli və qəmli hərəminə daxil oldum. O məzlumənin hərəmi elədir ki, bütün ziyarət edənləri öz təsiri altına alır. Beşiyi zərihin yanına aparıb, ümidlə onu həzrətin nurani zərihinə bağladım.

Orada dayanıb mənim işlərimə nəzarət edən bir şəxs dedi: Sizin nə üçün belə işlərə etiqadınız var? Dedim: Mənim etiqadım həzrət Rüqəyyəyədir (ə), beşiyə yox. Bu beşiyi, o həzrətə öz əqidə və etiqadımı aşkar etmək üçün vasitə qərar vermişəm ki, bu yolla həzrət Rüqəyyənin (ə) diqqətini özümə cəlb edim. Hər kəs öz mə’rifəti qədərində iş görür və mənim mə’rifətim bu qədərdir, daha o həzrətin əzəməti qədər yox.

Şamda əhli beytin (ə) hərəmlərinin ziyarətindən sonra İrana qayıtdım. Bir müddət keçmişdi ki, anası dedi: Gərək qızımızı yoxlanışa aparaq, ta yəqinimiz olsun ki, həzrət Rüqəyyə (ə) bizim hacətimizi Allah dərgahından alıb, ya yox?

Yoxlanışdan sonra cavab müsbət oldu. Mə’lum oldu ki, bir kiçik beşiklə, öz etiqad və ümidimizi o həzrətə göstərib, onun lütf nəzərini özümüzə tərəf cəlb etmişik. İndi qızımın beşikdə bir uşağı var.1


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə