ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,8 Kb.

səhifə1/37
tarix22.07.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   37



 
Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyi 
 
 
 
 
 
 
ƏZĠZ ƏLƏKBƏRLĠ 
 
 
 
 
 
 
QƏRBĠ AZƏRBAYCAN ABĠDƏLƏRĠ 
 
 
 
 
 
 
Bakı – 2007 
 
 



 
Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyinin 
sifariĢi ilə nəĢr olunur. 
 
REDAKTORLAR:      Budaq BUDAQOV, 
                                    akademik;  
                                    Vəli ƏLĠYEV, 
                                    tarix elmləri doktoru, professor,  
                                    AMEA-nın müxbir üzvü;  
                                    Cəfər QĠYASĠ, 
                                    memarlıq doktoru,  
                                   AMEA-nın müxbir üzvü. 
 
MƏSLƏHƏTÇİLƏR: MəĢədixanım NEMƏT, 
                                    tarix elmləri doktoru, 
                                    AMEA-nın müxbir üzvü; 
                                    Həsən MĠRZƏYEV, 
                                    filologiya elmləri doktoru, professor; 
                                    Süleyman MƏMMƏDOV, 
                                    tarix elmləri doktoru, professor. 
 
RƏYÇİLƏR:               Hüseyn ĠSMAYILOV, 
                                    filologiya elmləri doktoru;  
                                               Ġsrafil MƏMMƏDOV, 
                                    tarix elmləri namizədi;  
                                    Abbas SƏFƏROV, 
                                   Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri. 
 
Əziz  Yusif  oğlu  Ələkbərli.  Qərbi  Azərbaycan  abidələri,  Bakı,  "Nurlan" 
nəĢriyyatı, 2007, 272 səh. 
 
ĠSBN - 978-99528108-0-6 
 
Kitabda  qədim  Türk-Oğuz  yurdu  olan  Qərbi  Azərbaycan  (indiki  Ermənistan  Respublikası) 
ərazisindəki  Azərbaycan  xalqına  məxsus  maddi  mədəniyyət  nümunələri  haqqında  qısa  məlumat  və 
abidələrin bir və ya bir neçə görüntüdə Ģəkilləri verilmiĢdir. 
 
Ə  0503020907       Qrifli nəĢr 
   N-098-2007 
 
 
© Ə.Ələkbərli, 2007. 



 
Son  iki
 
əsrdə  Qafqazda  azərbaycanlılara  qarşı  məqsədyönlü  şəkildə 
həyata  keçirilmiş etnik  təmizləmə  və soyqırım siyasəti nəticəsində  xalqımız  ağır 
məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ 
gerçəkləşdirilən  belə  qeyri-insani  siyasət  nəticəsində  azərbaycanlılar  indi 
Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-
etnik torpaqlarından didərgin salınaraq  kütləvi qətl və qırğınlara məruz qalmış, 
xalqımıza  məxsus  minlərlə  tarixi-mədəni  abidə  və  yaşayış  məskəni  dağıdılıb 
viran edilmişdir. 
HEYDƏR ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti,  
Bakı şəhəri, 18 dekabr 1997-ci il. 
 
 
 
Azərbaycanlılara  qarşı  soyqırımı  siyasəti  erməni  şovinist  millətçiləri 
tərəfindən  yüzillər  boyu  planlı  surətdə  həyata  keçirilmişdir.  Bu  siyasətin 
mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki 
cəhətdən  məhv  etmək  yolu  ilə  bu  ərazilərdə  mifik  "böyük  Ermənistan  dövləti" 
yaratmaq idi. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki 
ilə  yeridilən  bu  siyasət  hərbi,  ideoloji,  mədəni,  saxta  "elmi"  vasitələrlə  davam 
etdirilmiş,  tarixi  faktların  və  arxiv  sənədlərinin  saxtalaşdırılmasından, 
dezinformasiyadan,  dünya  ictimai  fikrinə  ünvanlanmış  bədii  və  psixoloji  təsir 
metodlarından istifadə edilmişdir. 
İLHAM ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti 
Bakı
 
şəhəri, 29 dekabr 2005-ci il. 
 
 



 
Qədim Türk-Oğuz yurdu Qərbi Azərbaycanın (indiki "Ermənistan Respublikası") fiziki xəritəsi. 
 
Ġrəvan xanlığının sxematik xəritəsi. 
 
 
 



 
TARĠXĠMĠZĠ YAġADAN ABĠDƏLƏRĠMĠZ, 
ABĠDƏLƏRDƏ YAġAYAN TARĠXĠMĠZ 
 
Qərbi  Azərbaycan  (indiki  "Ermənistan")  ərazisi  Bütöv  Azərbaycanın 
tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən 
zəngin bölgələrindən biridir. 
KeçmiĢdə  Azərbaycanın  Ģimalı  ilə  cənubunu,  bütün  Qafqazla  Yaxın  ġərqi 
birləĢdirən  mühüm  karvan  yollarının  üstündə  yerləĢən,  hazırda  isə  Ģimaldan 
Gürcüstan, Ģərqdən və cənub-Ģərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, 
cənubdan  Ġranla  həmsərhəd  olmaqla  29.8  min  km
2
  sahəni  əhatə  edən  bu  diyar 
çağdaĢ dünyada "Ermənistan Respublikası" adı ilə erməni-hay dövləti kimi tanınsa 
da,  onun  ərazisi  son  qarıĢına  qədər  qədim  Türk-Oğuz  yurdu,  tarixi  Azərbaycan 
torpağıdır. 
Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət 
nümunələri  –  qədim  yaĢayıĢ  məskənləri,  nekropollar,  kurqanlar,  qala,  saray  və 
istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaĢlar, at-qoç 
heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir. 
Çoxsaylı  maddi  mədəniyyət  nümunələrinin  bir  hissəsi  tarix  boyu 
arasıkəsilməz  hərbi  yürüĢlər,  nıüharibələr  nəticəsində,  xüsusilə  zaman-zaman  bu 
yerlərə  köçürülüb  gətirilən,  tarixi  torpaqlarımızda  isti  yuva  tapan  ermənilər 
tərəfindən  məhv  edilsə  də,  digər  hissəsi  isə  erməniləĢdirilərək  mənimsənilsə  də, 
daĢlara yazılmıĢ  yaddaĢı pozmaq və  ya dəyiĢmək yadellilərə heç də həmiĢə  nəsib 
olmamıĢdır.  E.  ə.  V-II  minilliklərə  aid  Soyuqbulaq  və  Qarakilsə  qayaüstü 
təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxĢarlıq, Nüvədi-
QarqadaĢı  yazıları  ilə  Orxon-Yenisey  kitabələrinin  dil  və  əlifba  eyniliyi,  qədim 
qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləĢən adları bu ərazilərin 
ən  qədim  dövrlərdən  üzü  bəri  Türk-Oğuz  boylarının  anayurdu  olduğuna  heç  bir 
Ģübhə yeri qoymur. 
Qərbi  Azərbaycan  ərazisinin  qədim  Türk  tarixi  ilə  bağlı  bilgilərə  qədim 
Asur  və  Urartu  mixi  yazılarında  da  tez-tez  rast  gəlirik.  Öncə  xatırladaq  ki,  e.  ə. 
1200-cü  ilə  aid  Asur  yazılarında  adı  çəkilən  türksoylu  Xarxar//Qarqar  ölkəsinə 
həm  də  indiki  Qərbi  Azərbaycan  ərazisi  daxil  idi.  Təsadüfi  deyil  ki, 
Xarxar//Qarqar//Gərgər//Herher  variantlarında  günümüzə  qədər  gəlib  çıxan  bu 
etnonimin  izləri  bu  gün  Bütöv  Azərbaycan,  o  cümlədən  Qərbi  Azərbaycan 
ərazisində  qeydə  alınmıĢ  yüzlərlə  toponimdə  yaĢamaqdadır.  Təkcə  elə  Ġrəvan 
xanlığı  tərkibinə  daxil  olan  15  mahaldan  2-si  (Qarnibasar  və  Qarbibasar)  bu 
etnosun adını daĢımıĢdır. 
Urartu mixi yazılarında Qərbi Azərbaycan ərazisinə dair məlumatlara e.  ə. 
VIII yüzilin əvvəllərindən baĢlayaraq rast gəlirik. Belə ki, e. ə. 782-ci ildə Urartu 
çarı  I  ArgiĢti  Araz  çayını  keçərək  mənbələrdə  "Az  ölkəsi"  adlanan  indiki 
"Ermənistan" ərazisinə daxil olmuĢ, Göyçə gölünə qədərki böyük bir ərazini iĢğal 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə