ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   2   3   4   5   6   7   8   9   ...   37


 
etmiĢ,  Ġrəvan  Ģəhəri  yerində  Qanlıtəpə  adlanan  yüksəklikdə  Ġrpuni//Erebuni 
(əslində  "Ərlər  ölkəsi"  anlamında  Er-bi-uni)  və  Sərdarabad  mahalı  ərazisində 
ArgiĢtihinili//ArgiĢtixinili  (ArgiĢti-han-eli)  qalalarını  tikdirmiĢdir.  Bütün  bunlar 
barədə həmin ərazilərdən tapılmıĢ Urartu kitabələrində aydın bəhs edilmiĢdir. 
Lakin Urartu çarları II ArgiĢtinin (Ar-quz-tunun), onun oğlu II Sardurun 
(As-ar-turun),  onun  oğlu  I  Rusanın  (Ar-usun)  indiki  Cənubi  Qafqaz  ərazisinə 
yürüĢləri və bu ərazilərin böyük bir hissəsini iĢğalı nəticəsində Ģimala çəkilən bəzi 
Az boyları bir müddət sonra möhtəĢəm yürüĢlə geri qayıtmıĢ, tarixə Qamərlər adı 
ilə düĢən həmin boylar e. ə. 715-ci ildə I Rusanın qoĢunlarını darmadağın edərək 
Cənubi Qafqazdan çıxarmıĢlar. Bununla belə, bir qədər sonra Qamərlərin ardınca 
Cənubi Qafqaza enən Sak türkləri öz Qamər soydaĢlarının burada, xüsusilə Qərbi 
Azərbaycan  ərazisində  Ģəriksiz  hökmranlığına  imkan  verməmiĢ,  onları  Arazın 
cənubuna  sıxıĢdırmıĢ  və  Cənubi  Qafqaz  ərazisində  özlərinin  dövlət  qurumunu 
yaratmıĢlar.  "Bibliya"da  AĢkenaz,  arman  mənbələrində  AĢxanas  adları  ilə  qeydə 
alınan bu dövlətin - Sak//Skif//Ġskit//ĠĢquz//Ġç Oğuz çarlığının baĢında Azkan adlı 
hökmdar durmuĢdur. 
Cənubi Qafqazda türk boylarının bir-birini bu cür əvəz etməsi ardıcıllığı V 
yüzil arman tarixçisi Moisey Xorenlinin qələmə aldığı armanların nəsil Ģəcərəsi ilə 
də üst-üstə düĢür: Nuh-Yafəs-Qamər-Tur-Turqam-Azkan. 
Armaniya  ölkə  adının  tarix  səhnəsinə  gəliĢi  də  məhz  bu  dövrə  -  Urartu 
dövlətinin süqutu, onun ərazilərinə Qamər-Sak boylarının qayıdıĢı dövrünə təsadüf 
edir.  Artıq  Urartunun  böyük  bir  hissəsində,  xüsusilə  Ģimal  torpaqlarında 
hegemonluq Qamər-Sak boylarının əlində idi və bu vaxt həmin ərazilərdə Arman 
dövlətinin  yaranmasında  həmin  boyların  həlledici  rolu  olmuĢdur.  Lakin 
Armaniyanın təĢkilində Qamər-Sak boyları çoxluq təĢkil etsələr də, üstünlük yerli - 
Urartu  (Bian  eli)  türk,  xüsusilə  Ərlər//Ərər  (Qarqar//  Gərgər)  boylarında 
qalmaqda  idi.  Ölkənin  Armaniya  adına  gəldikdə  isə,  bu  da  Ərlər  anlamındakı 
Urartu (Ararat//Ərərat) adının həmin anlamda yeni ifadə formasından baĢqa bir 
Ģey deyildi. 
Nəhayət, Makedoniyalı Ġsgəndərin ġərqə yürüĢü ilə bağlı e. ə. IV yüzilin 2-
ci  yarısında  Sak  padĢahlığı  süqut  edir  və  bu  nəhəng  Türk  dövlətinin  Ģimalı  ilə 
cənubu  arasında  kəskin  ayrılma  baĢ  verir,  Ģimalda  və  cənubda  bir  sıra  yeni  Türk 
dövlətləri  (Atropatena,  Albaniya,  Sisakan,  Sakasena  və  s.)  yaranır.  Bu  vaxt 
Armaniya  yunanların  iĢğalı  altına  keçir,  e.  ə.  321-ci  ildə  Selevkilər  dövlətinin 
tərkibinə  qatılır.  Həmin  tarixdən  e.  ə.  202-ci  ilə  qədər  Armaniyada  türksoylu 
Oruzlar/Oğuzlar  (Sak  boyundan)  sülaləsi,  e.  ə.  202-ci  ildən  etibarən  isə  əslən 
midiyalı  ArtaĢlar  (Qamər  boyundan)  sülaləsi  hakimiyyətdə  olur.  Oruzlar 
sülaləsindən sonuncu hökmdar Artabası ArtaĢlar sülaləsindən ArtaĢ əvəz
 
edir.  
Selevkilər  dövlətinin  zəifləməsindən  istifadə  edən  ArtaĢ  e.  ə.  183-cü  ildə 
Armaniya  türk  dövlətinin  müstəqilliyini  elan  edir,  e.  ə.  165-ci  ildə  isə  ölkənin 
hüdudlarını  bütün  indiki  "Ermənistan"  boyu  geniĢləndirir,  Alban  çarının  qızı  ilə 



 
evlənir,  Araz  çayının  sahilində  ArtaĢad  Ģəhərini  saldırır,  ölkənin  paytaxtını  bura 
köçürür.  Bununla  da  Böyük  Armaniyanın  bünövrəsini  qoymuĢ  olur.  ArtaĢın 
hakimiyyətini oğlu Artabas, Artabası isə qardaĢı II Tiqran//Dikran əvəz edir. 
Xüsusilə II Tiqran Armaniyanı daha da gücləndirir, bu iĢdə o, qonĢu soydaĢ 
dövlətlərin  gücünə  arxalanır.  Məsələn,  ArtaĢad  Ģəhəri  yaxınlığında  Roma 
qüvvələrini  darmadağın  edərkən  II  Tiqranın  əsas  köməyi  Atropatena  qoĢunları 
olur. Roma Senatı Lukullu II Tiqranın üstünə göndərəndə isə nəinki atropatenalılar, 
həm  də  madaylar,  albanlar  və  Arazsahili  digər  türk  boyları  Arman  sərkərdəsinin 
köməyinə  çatırlar.  Lakin  e.  ə.  166-cı  ildə  II  Tiqranın  Roma  ordusu  tərəfindən 
məğlub  edilməsindən  sonra  Böyük  Armaniya  dağılmağa  baĢlayır.  Bu  hadisə 
Armaniyanın öz cənub torpaqlarından Ģimala - Araz çayına doğru çəkilməsini daha 
da  sürətləndirir.  Onun  cənub  torpaqları  yavaĢ-yavaĢ  digər  türk  dövlətinin  - 
Midiyanın tərkibinə qatılır. 
Plutarxın  "romalılar  Midiyanı  Armaniyadan  ayıran  Araz  çayına  çatdılar" 
qeydi təsdiq edir ki, e. ə. 1-ci yüzilin sonlarında Armaniya artıq Arazın sol sahilinə 
-  indiki  Qərbi  Azərbaycan  ərazisinə  sığınmıĢ,  Midiya  isə  Araz  çayına  qədər  gəlib 
çıxmıĢdı. 
Eramızın  51-ci  ilində  Armaniya  taxtında  Qamər  boyundan  olan  ArtaĢlar 
sülaləsini yenidən Sak boyları - Parfiya Arsaklar sülaləsindən hökmdar Vologezin 
(Valarsakın)  qardaĢı,  Armaniya  Arsaklar  sülaləsinin  banisi  I  Turadat  (ermənicə 
Tiridat//  Trdat)  əyləĢir.  Turadatı  taxtda  oğlu  Sanatürk,  onu  isə  oğlu  Valarsak 
əvəz  edir.  Arsaklar  sülaləsi  eramızın  IV  yüzilinin  sonlarına  qədər  Armaniyada 
hakimiyyətdə olur. 
Göründüyü kimi, bura qədər nəzərdən keçirdiyimiz tarixi dövrdə - ən qədim 
zamanlardan  eramızın  IV  yüzilinə  qədər  Qərbi  Azərbaycanda  müxtəlif  Türk 
boyları  yaĢamıĢ,  hakimiyyət  ancaq  onlara  məxsus  olmuĢdur  və  təbii  ki,  həmin 
ərazilərdəki bu tarixi dövrə aid bütün maddi mədəniyyət nümunələrinin Azər-Türk 
boylarına məxsus olduğu da etiraf edilməli, Azər-Türk babalarımızın tarixi-mənəvi 
haqqı özlərinə qaytarılmalıdır. 
Eramızın IV yüzilinə qədər Qərbi Azərbaycan ərazisində yaĢayan əhalinin – 
Azər-Türk  boylarının  dini  etiqadı  əsasən  atəĢpərəstlik  və  tanrıçılıq  olduğundan 
həmin  dövrdə  burada  ucaldılan  dini  məbədlərdə  uyğun  üslublar  özünə  geniĢ  yer 
almıĢdır. 
Ən qədim dövrlərdən xristianlığa qədərki mərhələ kimi ayırdığımız bu dövr 
Qərbi  Azərbaycan  abidələri  sırasında  Zəngəzur  mahalının  Qarakilsə  rayonu 
ərazisindəki  e.  ə.  II  minilliyə  aid  QoĢundaĢ  tikili  qalıqları,  e.  ə.  VIII  yüzildə 
Ġrəvan  Ģəhəri  yaxınlığındakı  Qırmızıtəpə  adlı  yüksəklikdə  ucaldılmıĢ  TeyĢebaini
Ġrəvan  Ģəhərinin  yerində  Qanlıtəpə  adlı  yüksəklikdə  salınmıĢ  Erebuni,  Göyçə 
mahalının Qaranlıq rayonunun Kolagirən  kəndinin kənarındakı TeyĢeba qalaları
Zəngəzur  mahalının  Meğri  rayonunun  Nüvədi  kəndində  aĢkar  edilmiĢ  eradan 
əvvəlki  minilliklərə  aid  QarqadaĢı  kitabələri,  Gərnibasar  mahalında  e.  ə.  III-II 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə