ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   2   3   4   5   6   7   8   9   ...   37

10 
 
xidmətinə  həsr edirlər. Bu, onları ayrıca bir sosial zümrəyə  çevirir. Yalnız  Arsak 
(Qarabağ) və Siyunik (Dərələyəz və Zəngəzur) türkləri öz xristianlıqlarını daha bir 
neçə yüz il qoruyub saxlamaqda davam edirlər. 
1431-ci ildə Qriqor Makulu adlı bir nəfər Ġran ermənisi  Ağqoyunlu  Yaqub 
padĢahın  nümayəndəsi  Əmir  Rüstəmdən  525  dinara  VağarĢabad  kəndinin  bir 
hissəsini və bir neçə ətraf kəndlərin ərazilərini satın alır. 1441-ci ildə dini kafedra 
Sisdən  VağarĢabada  köçürülür.  X  yüzilə  qədər  arman-türk  xristian  kilsəsi  kimi 
mövcud  olan  kafedra  artıq  1441-ci  ildə  hay-erməni  xristian  kilsəsi  kimi  geri 
qayıdır. 1443-cü ildə həmin Qriqor Makulu Səid bəydən 8040 dinara VağarĢabad 
(Üçkilsə)  kəndinin  qalan  torpaqlarını  da  satın  alır  və  özü  də  həmin  il  dünya 
haylarının  katolikosu  seçilərək  1461-ci  ilə  qədər  bu  vəzifədə  çalıĢır.  Həmin 
vaxtdan  Üçkilsə  (Eçmiədzin)  katolikoslarının  monastır  ətrafındakı  türk 
torpaqlarını, kəndlərini pulla alıb monastırın tərkibinə qatması bir ənənəyə çevrilir. 
Beləliklə, 1431-ci ilə qədər Cənubi Qafqazda heç bir ciddi dayağı olmayan, 
bu ərazilərə Yaxın ġərqdən ancaq tacir və mövsümi iĢçilər kimi gəlib-gedən hay-
ermənilər  həmin  il  bu  torpaqda  möhkəmlənmək  üçün  ilk  addımlarını  atırlar.  Bu, 
armanların  -  Armaniya  ərazisində  yaĢayan  xristian  türklərin  islamlaĢmasının, 
demək  olar  ki,  baĢa  çatdığı,  xristian  məbədlərinin  əksəriyyətinin  sahibsiz  qalıb 
dağıldığı, bəzi kilsələrdə isə tək-tək arman keĢiĢlərinin tərki-dünyalığa qapıldığı bir 
dövrə  təsadüf  edir.  Yerli  türk  əhali  arasında  xristianlığın  nisbətən  daha  uzun 
müddət  yaĢadığı Dağlıq Qarabağ və  Zəngəzur diyarlarında da xristianlıq tənəzzül 
etməkdə idi. Belə bir həlledici tarixi dövrdə xristian kafedrasının Cənubi Qafqaza 
köçürülməsi bir tərəfdən bu regionda xristianlığın tamam məhv olmasının qarĢısını 
aldısa,  digər  tərəfdən  minillik  tarixə  malik  türk-xristian  mədəniyyətinin  yadelli 
haylar  tərəfindən  mənimsənilməsinin  bünövrəsini  qoydu.  Hələ  də  xristianlığını 
qoruyub  saxlamıĢ  çox  az  sayda  arman//ərmən  və  alban  türklərinin  (əsasən  din 
xadimlərinin) erməniləĢməsi - haylaĢması da bu dövrə təsadüf edir. Ġlk vaxtlar hay-
erməni  keĢiĢlərinin  Cənubi  Qafqaza  tək-tək  axıĢıb  gəlməsinə  loyal  münasibət 
göstərən  yerli  xan  və  bəylər  arasında  bu  təhlükəni  hamıdan  öncə  hiss  edən  və 
həyəcan  təbili  çalanlardan  biri,  bəlkə  də  birincisi  Rəvanqulu  xan  olmuĢdur.  ġah 
Ġsmayıl  tərəfindən  Ġrəvan  qalabəyi  və  Çuxur-Sakat  bəylərbəyi  təyin  olunan 
Rəvanqulu  xan  1519-cu  ildə  ġah  Ġsmayıla  yazdığı  məktubunda:  "Son  illər, 
müĢahidələrimə 
görə, 
əhalinin 
bir 
qismi, 
yəni 
Beynənnəhreyndən 
(Ġkiçayarasından  -  Ə.Ə.)  Van  gölü  sahillərinə,  oradan  da  beĢ-beĢ,  on-on  Qafa, 
bizim  torpaqlara  gələn  ermənilər,  saziĢdəkilər  kimi,  kəsbkarlıqla,  xırda  ticarətlə, 
bənna  və  dülgərliklə  güzəran  sürüb  farağat  oturmaqdansa,  tabeliyimdəki 
torpaqlarda  yerdəyiĢmə  vurnuxmalarına  baĢlamıĢ,  geniĢ  oturaq  həyat  iddialarına 
qapılmıĢlar.  Ġndi  Üçkilsə  kəndində  əyləĢən  dünya  ermənilərinin  katolikosu  II 
Qriqori zünnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi 
müĢküllərə  məruz  qoyub.  Katolikos  erməni  dini  mərkəzinin  vəqf  sərmayəsi 
hesabına  öz  soydaĢlarının  türk  kəndləri  kənarında  iki-üç  ailə  olmaqla  oturaq 


11 
 
məskunlaĢmasını  maliyyələĢdirir,  onlara  ufacıq  kilsələr  tikdirir,  beləliklə,  bu 
tayfanın  Qafda  qədim  mövcudiyyəti  təsəvvürünü  yaradır  ki,  bunlar  istiqbalda 
nəsillərimizə baĢağrısı  verə  biləcək  fəsadlar törənməsinə zəmin  yarada  bilər. Ġndi 
zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç  yad ailə  iĢığı 
yanmasın.  Ġsmətsizlik  əxlaqına  qurĢanmıĢ  hayk  qız-gəlinləri  türk  dəliqanlı 
cavanlarına  sırınmağa  can atır, könüllər ovsundurur, oğuzlara  ərə  getməyə, baĢqa 
sözlə, mülkümüzə, malımıza Ģərik çıxmağa çalıĢırlar", - deyərək xəbərdarlıq edirdi. 
"QarıĢıq nikahların  vüsəti  məni qorxudur, Ģahim!"  –  deyən Rəvanqulu  xan "cəmi 
on beĢ min gəlməni" mövsümi iĢçilər kimi qisim-qisim vətənin diĢarına çıxarmaq 
üçün Ģahdan səlahiyyət istəyirdi. 
Göründüyü  kimi,  məktubda  bölgəyə  gəlmiĢ  15  min  yadellidən  -  hay-
ermənidən və onların Ġrəvan Çuxurundakı türk torpaqlarında murdar əməllərindən 
bəhs  olunur.  Lakin  XIX  yüzildə  Qərbi  Azərbaycan  ərazisi  Rusiya  imperiyası 
tərəfindən  iĢğal  olunduqdan  sonra  1829-1832-ci  illərdə  orada  aparılan  ilk 
siyahıyaalma  ġah  Ġsmayıl  dövründə  ermənilərin  torpaqlarımızdakı  murdar 
əməllərinin qarĢısının qismən alındığını söyləməyə əsas verir. Belə ki, 1829-1832-
ci illər siyahıyaalmasını aparan rus məmuru Ġ.ġopen erməniləri "yerli" (rus iĢğalına 
qədər) və "gəlmə" (rus iĢğalından sonra) deyə iki qrupa ayırır, "yerli" ermənilərin 
Asuriyadan  köçürülüb  gətirilmə  olduqlarını  yazır  və  həmin  "yerli"  ermənilərin 
dəqiq  statistikasını  verir:  Ġrəvan  əyalətində  3.498  ailədə  20.073  nəfər,  Naxçıvan 
əyalətində  530  ailədə  2.690  nəfər,  Ordubad  dairəsində  400  ailədə  2.388  nəfər. 
Cəmi 4.428 ailədə 25.151 nəfər. 
Beləliklə,  bölgənin  ümumi  əhalisinin  (həmin  statistikada  əhalinin  ümumi 
sayı  31.201  ailədə  164.450  nəfərdir)  cüzi  bir  hissəsini,  həm  də  gündəlik  qara 
iĢlərdə  çalıĢan,  qismən  də  ticarətlə  məĢğul  olan  hissəsini  təĢkil  edən  ermənilərin 
həmin  tarixə  qədərki  dövrdə  Qərbi  Azərbaycan  ərazisində  hər  hansı  etnik 
mövqeyindən danıĢmaq qətiyyən mümkün deyil. 
Buna  görə  də  XV-XVI  yüzillərə  qədər  Qərbi  Azərbaycan  ərazisində 
mövcud  olan  maddi  mədəniyyət  nümunələrinin  bu  gün  dünya  ictimaiyyətinə 
erməni-hay abidələri kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur, hətta adi 
məntiqdən belə kənardır. 
Ġrəvan və Naxçıvan xanlıqlarının ruslar tərəfindən iĢğalından və 1828-ci il 
Türkmənçay  bağlaĢmasından  sonra  isə  vəziyyət  kökündən  dəyiĢir.  Bu  ərazilərdə 
Ġran və Türkiyəyə qarĢı erməni-xristian bufer dövləti  yaratmaq  məqsədilə  Rusiya 
bu torpaqlara 1828-1829-cu illərdə Ġrandan, 1830-cu ildə Türkiyədən çoxlu erməni 
köçürüb  gətirir.  Həmin  köçürmələr  sonrakı  onilliklərdə  daha  intensiv  Ģəkil  alır. 
Ermənilərin  bölgəyə  gətirilməsi  ilə  bərabər  yerli  türk-Azərbaycanlı  əhali  də 
sıxıĢdırılıb çıxarılır, çox vaxt da bu, dövlət səviyyəsində həyata keçirilir. 
Ermənilərin Cənubi Qafqazda yerləĢdirilməsini onilliklər üzrə qruplaĢdıran 
N.ġavarov  1911-ci  ildə  nəĢr  etdirdiyi  "Cənubi  Qafqazda  rus  iĢinə  yeni  təhlükə" 
əsərində öz hesablamalarına  belə yekun vurur: "XX yüzilin baĢlanğıcında Cənubi 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə