ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   2   3   4   5   6   7   8   9   ...   37

12 
 
Qafqazda  yaĢayan  1.300.000  erməninin  bir  milyondan  artığı  bu  rayonun  yerli 
əhalisi deyildir, onlar buraya bizim (rusların - Ə.Ə.) tərəfimizdən köçürülmüĢlər." 
Ermənilərin  Cənubi  Qafqazda,  o  cümlədən  Qərbi  Azərbaycan  ərazisindəki 
tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX yüzildə geniĢ vüsət alır. 
Bununla kifayətlənməyən ermənilər özlərininkiləĢdirə bilmədikləri türk abidələrini 
yerlə-yeksan edir, izini itirməyə çalıĢırlar. Buna  görə də bütün orta  yüzillər  tarixi 
mənbələrində "məscid və minarələr Ģəhəri" kimi qeydə alınan Ġrəvan Ģəhərində 
bu  gün  yalnız  bir  məscid  qalmaqdadır  ki,  onu  da  ermənilər  dünya  ictimaiyyətinə 
fars  məscidi  kimi  təqdim  edirlər.  Neçə-neçə  rus  generalının  baĢını  aĢağı  endirən, 
rusların  25  illik  fasiləsiz  hücumlarına  mətanətlə  sinə  gərən  məĢhur  Ġrəvan 
qalasının bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan 
möhtəĢəm Sərdar Sarayı, onun Güzgülü salonu artıq bir nağıldır. 
1832-ci  ildə  Ġ.ġopen  Ġrəvan  Ģəhərində  12  məscid  qeydə  almıĢdı:  1)  Qala 
məscidi, 2) ġah Abbas məscidi, 3) Zal xan məscidi, 4) Novruzəli bəy məscidi, 5) 
Sərtib xan məscidi, 6) Hüseynəli xan məscidi, 7) Hacı Ġmamverdi məscidi, 8) Hacı 
Cəfər məscidi və daha dörd məscidin xarabalıqları. Ġndi nə o məscidlər var, nə də 
Ġrəvan adlı o qədim Türk Ģəhərində, Qərbi Azərbaycan adlı o qədim Türk diyarında 
bir  nəfər  yerli  -  Türk  əhali.  1905,  1918-1920,  1948-1953,  1988-ci  illərdə  Qərbi 
Azərbaycan  türklərinə  qarĢı  həyata  keçirilən  soyqırımları  bu  bölgəni  bütünlüklə 
yadelli ermənilərin iĢğalı altına salmıĢdır. 
Lakin heç bir iĢğal - iĢğal altında olan ərazilərin tarixi-etnik mənsubiyyətini, 
o ərazilərdə  minillər  boyu  yaĢamıĢ etnosun izlərini tamamilə silib  ata  bilməz.  Bu 
kitabda  toplanmıĢ  maddi  mədəniyyət  nümunələri  də  Qərbi  Azərbaycan  (indiki 
Ermənistan  Respublikası)  ərazilərinin  qədimdən  Türk-Oğuz  boylarının  ana-yurdu 
olduğunu qəti  Ģəkildə  sübut edir. Onu da  təəssüflə  qeyd edirik  ki,  biz  bu kitabda 
Qərbi  Azərbaycandakı  tarixi  abidələrimizin  ancaq  bir  qismini  oxuculara  təqdim 
edə bildik. 
Həmin  ərazilər  iĢğal  altında  olduğundan  oradakı  Azərbaycan-türk 
abidələrinin  bir  çoxunun  Ģəkillərini  əldə  etmək  mümkün  olmadı  və  onlar  bu 
kitabda  öz  əksini  tapmadı.  Kitabın  gələcək  nəĢrlərində  bu  boĢluğu  mütləq 
doldurmağa çalıĢacağıq. Sağlıq olsun. 
 
 


13 
 
Qarakilsə  rayonunda  qədim  türklərə  məxsus 
qayaüstü təsvirlər (e.ə. V-II minilliklər). 
 
QARAKĠLSƏ QAYAÜSTÜ TƏSVĠRLƏRĠ 
 
Zəngəzur 
mahalının 
Qarakilsə  (02.03.1940-cı  ildən  - 
Sisian) rayonu ərazisində qayaüstü 
təsvirlər. 
Bu  təsvirlər  iki  qrupa 
ayrılır.  Birincisi  e.  ə.  V-IV 
minilliklərə,  ikincisi  e.  ə.  III-II 
minilliklərə 
aiddir. 
Həmin 
təsvirlərdə  bölgənin  о  vaxtkı 
heyvanat  aləmi  (maral,  tur,  at, 
pələng,  it,  canavar,  ayı  və  s.), 
ibtidai  insanın  ov  alətləri  və  s.  öz 
əksini tapmıĢdır. 
Bütün  Zəngəzur  mahalı 
kimi, 
Qarakilsə 
ərazisi 
də 
qədimdən Türk-Oğuz  qəbilələrinin 
anayurdu  olmuĢ,  bura  ermənilərin 
ilk  kütləvi  axını  XIX  yüzilin 
əvvəllərində 
bölgənin 
Rusiya 
tərəfindən 
iĢğalından 
sonra 
baĢlanmıĢdır. 
 
 
 
ƏDƏBİYYAT:  Сисиан  (справочник-путеводитель),  Ереван,  1987,  стр.111-112;  Ə.Ələkbərli 
Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 77-82. 
 
 


14 
 
Soyuqbulaq kəndində qədim türk qayaüstü təsvirlər (e.ə. minilliklərə aid). 
 
SOYUQBULAQ QAYAÜSTÜ TƏSVĠRLƏRĠ 
 
Loru  mahalının  Vorontsovka  (03.03.1935-ci  ildən  -  Kalinino)  rayonunun 
Soyuqbulaq  (19.04.1991-ci  ildən  -  Paqaxbyur)  kəndi  yaxınlığında,  Armudlu  və 
Qaçaqqırılan dərələrində e. ə minilliklərə aid qayaüstü təsvirlər. 
Dağlıq  Altayın  Xatın  çayı  sahillərində  aĢkar  edilmiĢ  qayaüstü  təsvirlərlə 
heyrətamiz  dərəcədə  yaxınlıq,  hətta  bəzən  eyniyyət  təĢkil  edən  Soyuqbulaq 
qayaüstü  təsvirləri  Qərbi  Azərbaycan  ərazisinin  ən  qədim  zamanlardan 
məskunlaĢdığını  və  həmin  vaxtlardan  üzü  bəri  Türk-Oğuz  qəbilələrinin  anayurdu 
olduğunu təsdiq edir. 
Soyuqbulaq  kəndində  və  ətraf  kəndlərdə  1988-ci  ilə  qədər  ancaq 
Azərbaycan  türkləri  yaĢamıĢlar.  Bu  kəndlərə  ilk  ermənilər  Qərbi  Azərbaycan 
türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüĢlər. 
 
ƏDƏBİYYAT: Əhməd Oğuz. Soyuqbulaq "Qobustanı", "Odlar yurdu" qəz., iyul 1988-ci il; Əhməd 
Oğuz. Qədim Oğuz yurdu, "Vətən səsi" qəz., 5 sentyabr, 1990-cı il; Ə. Ələkbərli. Qədim Türk-Oğuz 
yurdu - "Ermənistan", В., 1994, səh.73-76; M.Bəkirli. Kəndim - "kədərim", В., 2003. 
 
 


15 
 
Qədim türk yurdu Qarakilsədə QoĢundaĢ daĢlarının uzaqdan 
görünüĢü (e. ə. II minillik). 
 
QoĢundaĢ daĢlarının yaxından görünüĢü. 
 
QOġUNDAġ ABĠDƏLƏRĠ 
 
Zəngəzur  mahalının 
Qarakilsə 
(02.03.1940-cı 
ildən  -  Sisian)  rayonu 
ərazisində,  rayon  mərkəzi 
olan  Qarakilsə  (02.03.1940-
cı 
ildən 

Sisian) 
qəsəbəsindən 3 km aralıda e. 
ə. II minilliyə aid meqalit (iri 
daĢlardan 
ibarət) 
tikili 
qalıqları. 
ġaquli 
vəziyyətdə 
cərgə  ilə  düzülmüĢ,  elə 
buradan  da  QoĢundaĢ  adını 
almıĢ  bu  daĢlar 
neolit 
dövrünün  yadigarıdır.  DaĢ 
düzümünün  mərkəzində,  çox 
güman  ki,  sərdabə,  ətrafında 
isə  açıq  havada  məbədin 
divarları yerləĢmiĢdir. 
QoĢundaĢ abidələrinin 
yerləĢdiyi  ərazilər  tarix  boyu 
Türk-Oğuz 
boylarının 
anayurdu 
olmuĢ, 
bura 
ermənilərin  ilk  kütləvi  axını 
XIX  yüzilin  əvvəllərində, 
bölgənin  Rusiya  tərəfindən 
iĢğalından  sonra  baĢlanmıĢ 
dır. 
Abidənin  QoĢundaĢ  adını  isə  ermənilər  sətri  tərcümə  edərək  Zora-karer 
qoymuĢlar. 
 
ƏDƏBİYYAT:  Архитектурные  памятники  Армении.  М.,  1974,  стр.5;  Сисиан  (справочник-
путеводитель), Ереван, 1987, стр.112-113; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", 
В., 1994, səh.77-82. 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə