ƏZĠZ ƏLƏKBƏRLĠ


Qədim Qarqar türklərinə məxsus Gərni



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   2   3   4   5   6   7   8   9   10   ...   37

20 
 
Qədim Qarqar türklərinə məxsus Gərni 
qalasının qalıqları (e.ə. III-II yüzillər). 
 
 
GƏRNĠ QALASI 
 
Gərnibasar  mahalının  dağlıq 
hissəsində, 
Gərni 
çayının 
sağ 
kənarında,  Gög  (Ağmanqan)  dağın 
ətəyində,  Ellər  (12.10.1961-ci  ildən  - 
Abovyan) 
rayonunun  BaĢ  Gərni 
(03.01.1935-ci 
ildən-Qarni)  kəndi 
ərazisində qədim türk qalası. 
Qar-qar//Gər-gər//Her-her 
türk  tayfasının  adını  daĢıyan  qala, 
rəvayətə  görə,  eradan  iki  min  il  əvvəl 
Gögqam  tərəfindən  tikilmiĢ,  onun 
adını  daĢımıĢ,  sonrakı  adını  isə 
Gögqamın 
nəvəsi 
Qarnikdən 
(Qarqarlardan) almıĢdır. 
Bəzi  mənbələrdə  onun  er  əv. 
III-II yüzillərdə inĢa olunduğu ehtimal 
edilir.  Uzunluğu  314  m  olan  qala 
divarları qalanın Ģimal tərəfini və Ģərq 
tərəfinin 
yarısını 
tuturdu. 
ġimal 
divarlarının  bir-birindən  10-12  m  aralı 
olan  10  bürcü,  Ģərq  divarlarının  isə  bir-
birindən 25 m aralı olan 4 bürcü vardı. 
Qalanın  yerləĢdiyi  BaĢ  Gərni 
kəndində qədimdən Türk-Oğuz tayfaları 
yaĢamıĢ,  kənd  1827-ci  ildə  bölgənin 
ruslar  tərəfindən  iĢğalı  zamanı  yerlə-
yeksan  edilmiĢdir.  Kəndə  ilk  ermənilər 
1828-1829-cu  illərdə  Ġrandan  köçürülüb 
gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-Пб.,  1852,  стр.509-510;  А.Берже.  Кавказ  в 
археологическом  отношении,  Тифлис,  1875,  стр.50;  М.Хоренский.  История  Армении,  М., 
1893, стр.22,132; Н.Г.Буниатов, Ю.С.Яралов.   Архитектура   Армении,   М., 1950, стр.23-28; 
В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.34; 
М.Н.Токарский.  Архитектура  Армении  IV-XIV  вв.,  Ереван,  1961,  стр.22-37;  Г.О.Асратян. 
Ереван и его окрестности, Л., 1973, стр.4; Архитектурные памятники Армении,   М.,   1974,   
стр.5;   Ə.Ələkbərli.  Qərbi - Azərbaycan, II с, Zəngibasar,  Gərnibasar və Qırxbulaq mahalları, В., 
2002, səh.546-549. 
 
 
 


21 
 
Qədim  Qarqar  türklərinə  məxsus  Gərni  məbədinin 
xarabaiıqları (I yüzil). 
 
 
Gərni məbədi bərpa olunduqdan sonra. 
 
GƏRNĠ MƏBƏDĠ 
 
Gərnibasar 
mahalının 
dağlıq  hissəsində,  Gərni  çayının 
sağ 
kənarında, 
Gög 
dağın 
ətəyində,  Ellər  (12.10.1961-ci 
ildən  -  Abovyan)  rayonunun  BaĢ 
Gərni  (03.01.1935-ci  ildən  - 
Qarni)  kəndi  ərazisində  qədim 
türk saray-məbədi. 
Eramızın  1-ci  yüzilində 
Armaniya  çarı  I  Tiridat  Gərni 
qalasında  dördkünc  yonulmuĢ 
daĢdan  qədim  bizans  arxitektura 
üslubunda  əzəmətli  saray-məbəd 
ucaltmıĢ,  bu  əsrarəngiz  sənət 
nümunəsinin 
üzərində 
yunan 
dilində  öz  adını  yazdırmıĢdır. 
"Təxti-Tiridat" adı ilə tarixə düĢən 
bu  bütpərəstlik  məbədi  yüzillər 
boyu ərmən Arsaq hökmdarlarının 
yay  iqamətgahı  olmuĢ,  XIII 
yüzildə  isə  Hülaku  xan  bu 
dəbdəbəli  sarayı  öz  hesabına 
bərpa  etmiĢdir.  Məbəd  XVII 
yüzildə 
zəlzələ 
nəticəsində 
dağılmıĢ,  1969-1974-cü  illərdə 
yenidən bərpa olunmuĢdur. 
Qalanın  yerləĢdiyi  BaĢ 
Gərni  kəndində  qədimdən  Türk-
Oğuz  tayfaları  yaĢamıĢ,  kənd 
1827-ci  ildə  bölgənin  ruslar  tərəfindən  iĢğalı  zamanı  yerlə-yeksan  edilmiĢdir. 
Kəndə ilk ermənilər 1828-1829-cu illərdə Ġrandan köçürülüb gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,  1852,  509-510;  А.Берже.  Кавказ  в  ар-
хеологическом отношении, Тифлис, 1875, стр.50; М.Хоренский. История Армении, М., 1893, 
стр.22,132;  Н.Г.Буниатов,  Ю.С.Яралов.  Архитектура  Армении,  М.,  1950,  стр.23-28; 
В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.34;  М.Н. 
Токарский. Архитектура Армении IV-XIV вв., Ереван, 1961, стр.22-37; Г.О.Асратян. Ереван 
и  его  окрестности,  Л.,  1973,  стр.4;  Архитектурные  памятники  Армении,  М.,  1974,  стр.5; 
Ə.Ələkbərli.  Qərbi  Azərbaycan,  II  с.,  Zəngibasar,  Gərnibasar  və  Qırxbulaq  mahalları,  В.,  2002, 
səh.546-549. 


22 
 
Yerəruyk məbədinin ümumi görünüĢü. 
 
 
Yerəruyk məbədinin interyeri. 
 
 
YERƏRUYK MƏBƏDĠ 
 
ġörəyel 
mahalının 
Ağin 
rayonu  ərazisində,  Arpaçay  çayının 
sol sahilində qədim türk məbədi. 
Məbədin  bütün  yan  divarları 
salamat qalmıĢ, lakin tavanı, üçnefli 
zalın  arakəsmələri  və  s.  tikililər 
uçulub dağılmıĢdır. 
Tədqiqatçılar  yekdil  olaraq 
məbədin  bölgədə  xristianlığın  ilk 
çağlarına  aid  olması  və  onun  IV-V 
yüzillərdə tikilməsi qənaətindədirlər. 
Məbəd  erkən  orta  çağ  alban 
bazilikaları,  xüsusilə  V-VI  yüzil 
Qum  (Qax  rayonu)  bazilikası  ilə 
xeyli oxĢardır. 
Məbədin  yerləĢdiyi  ərazi 
tarixən  türk  boylarının  anayurdu 
olmuĢ ərazinin ġörəyel//ġirak-el adı 
da  bu  yerlərin  qədim  sakinləri  olan 
Ģirak//sirak//çıraq  türk  boyunun 
adından götürülmüĢdür. 
Məbədin  yerləĢdiyi  əraziyə 
ermənilərin  ilk  kütləvi  axını  XIX 
yüzilin əvvəllərində bölgənin Rusiya 
imperiyası  tərəfindən  iĢğalından 
sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  Москва, 
1951, стр.35-36, 78-80; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.25-28. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə