F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
#27081
1   2   3   4   5   6   7

Radiotexniki  post  öz  nəzarət  zonasında  sərhəd  qoşunlarını  və  Dövlət  sərhədində  Azərbaycan 

Respublikasının mənafeyini təmsil edir.

 

Radiotexniki posta sıra nömrəsi verilir.



 

M a d d ə  24. Sərhəd hava gəmisi

 

Sərhəd  hava  gəmisi  (sərhəd  qoşunlarının  aviasiya  hissəsinin  tərkibinə  daxil  olan  təyyarə, 



vertolyot və digər uçan aparat) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir.

 

Sərhəd  hava  gəmisi  Azərbaycan  Respublikasının  hava  məkanından  istifadə  etmək 



üstünlüyünə,  habelə  Dövlət  sərhədində  vəziyyət  gərginləşdikdə  əvvəlcədən  uçuş  üçün  sifariş 

vermədən birinci növbədə uçuş hüququna malikdir.

 

M a d d ə  25. Əməliyyat-axtarış orqanının bölməsi



 

Əməliyyat-axtarış orqanının bölməsi bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyət 

həddində ona təhkim edilmiş sahədə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.

 

Əməliyyat-axtarış orqanı  bölməsinin  rəhbəri  ona  verilmiş  səlahiyyət  həddində  Dövlət 



sərhədinin  mühafizəsi  sahəsində  bölməyə  həvalə  edilmiş  vəzifələrin  tam  və  vaxtında  yerinə 

yetirilməsinə görə məsuliyyət daşıyır. 

[21]

 

M a d d ə  26. Sərhəd qoşunlarının sahə müvəkkili



 

Sərhəd qoşunlarının sahə müvəkkili və onun köməkçisi sərhəd qoşunlarının hərbi qulluqçuları 

sırasından təyin edilir və yerli idarəetmə orqanlarına təqdim olunur.

 

Sərhəd qoşunlarının sahə müvəkkili vətəndaşların köməyi ilə sərhəd rejiminə əməl olunmasına 



nəzarət  edilməsi,  aidiyyətinə  daxil  olan  inzibati xətalar  haqqında işlər  üzrə  icraat  aparılması, 

Dövlət sərhədinin mühafizəsi üzrə digər vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanları, 

ictimai  təşkilatlar,  müəssisə  və  idarələr  ilə  qarşılıqlı  əlaqələrin  həyata  keçirilməsi  üçün  təyin 

edilir. 


[22]

 

Sərhəd  qoşunlarının  sahə  müvəkkilinə  müəyyən  ərazi  sahəsi  və  bu  sahədə  yerləşən  yaşayış 



məntəqələri təhkim edilir.

 

Sərhəd  qoşunlarının  sahə  müvəkkili  öz  vəzifələrini  daxili  işlər  orqanları  (orqanların 



əməkdaşları) ilə qarşılıqlı əlaqədə yerinə yetirir.

 

Sərhəd  qoşunlarının  sahə  müvəkkili  haqqında  Əsasnamə  sərhəd  qoşunlarının  komandanı 



tərəfindən təsdiq olunur.

 

 



 

III fəsil

 

SƏRHƏD QOŞUNLARINDA HƏRBİ XİDMƏT

 

 



 

M a d d ə  27. Sərhəd qoşunlarının hərbi qulluqçularla komplektləşdirilməsi

 

Sərhəd  qoşunlarının  hərbi  qulluqçularla  komplektləşdirilməsi  Azərbaycan  Respublikasının 



qanunvericiliyinə uyğun həyata keçirilir.

 

Sərhəd  qoşunlarında  hərbi  xidmət  keçmək  üçün  çağırışçılar,  sərhəd  dəstələri  və  sərhəd 



qoşunlarının hərbi hissələri tərəfindən, hərbi komissarlarla birlikdə seçilir. 

[23]


 

M a d d ə  28. Sərhəd qoşunları kadrlarının Hazırlanması

 

Sərhəd  qoşunlarının  zabitləri müvafiq  icra  hakimiyyəti  orqanının məktəblərində  və  digər 



ixtisaslaşdırılmış təhsil müəssisələrində hazırlanır.

 

[24]



 


Gizirlərin,  miçmanların,  çavuşların  və  kiçik  mütəxəssislərin  hazırlanması  gizir,  miçman 

məktəblərində və sərhəd qoşunlarının, Azərbaycan Respublikasının nazirlik və idarələrinin tədris 

mərkəzlərində həyata keçirilir.

 

M a d d ə  29. Sərhəd qoşunlarının elmi-peşəkar ehtiyatı



 

Sərhəd  qoşunlarını  yüksək  peşəkar  səviyyəsində  saxlamaq  məqsədi  ilə  elmi  və  ixtisaslı 

mütəxəssislər və digər peşəkar hazırlığa malik hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış 

hərbi qulluqçular sırasından elmi-peşəkar ehtiyat yaradılır.

 

Elmi-peşəkar  ehtiyata  daxil  edilmiş  şəxslərdən  sərhəd  məsələləri  üzrə  ekspert,  məsləhətçi, 



komissiya  və  nümayəndə  heyətinin  üzvü  kimi,  habelə  sərhəd  qoşunları  komandanının  müəyyən 

etdiyi digər vəzifələrin yerinə yetirilməsində istifadə edilə bilər.

 

Sərhəd Qoşunlarının komandanı elmi-peşəkar ehtiyatın sayını və onun saxlanması üçün lazım 



olan pul vəsaitinin limitini müəyyən edir. 

[25]


 

M a d d ə  30. Sərhəd qoşunlarında hərbi xidmət keçmə

 

Sərhəd  qoşunlarının  hərbi  qulluqçuları  “hərbi  xidmət  haqqında”  Azərbaycan  Respublikasının 



Qanununa  və  bu  Qanuna  müvafiq  olaraq  onların  vəzifələrinin  xüsusiyyətləri  nəzərə  alınmaqla 

hərbi xidmət keçirlər.

 

Sərhəd qoşunlarının hərbi qulluqçuları sərhəd qoşunlarında təsis edilmiş döş nişanları ilə təltif 



edilə bilərlər. Döş nişanları haqqında Əsasnaməni Sərhəd Qoşunlarının komandanı təsdiq edir. 

[26]


 

M a d d ə  31. Sərhəd qoşunlarının təhlükəsizliyinin təmin edilməsi

 

Sərhəd qoşunları öz təhlükəsizliyini təşkilati, rejim, texniki və digər tədbirləri həyata keçirmək 



Yolu ilə təmin edir. Sərhəd qoşunlarının əməliyyat orqanları öz təhlükəsizliyini, habelə əməliyyat-

axtarış tədbirlərini həyata keçirmək yolu ilə təmin edir. 

[27]

 

Sərhəd  qoşunlarında  hərbi  xidmətə  daxil  olan  və  fəaliyyətinin  xüsusiyyətinə  görə  dövlət  sirri 



və  ya  qanunla  xüsusi  olaraq  qorunan  sirr  kəsb  edən  məlumatla  işləmək  üçün  buraxılmalı  olan 

şəxslər  bu  məlumatı  yaymamaq  barədə  öhdəlik qəbul  etməlidirlər.  Öhdəliyin  pozulması qanunla 

müəyyən edilmiş məsuliyyətə səbəb olur. .

 

Sərhəd  qoşunları  öz  fəaliyyəti  barədə  ictimaiyyətə  məlumat  vermək  üçün  bu  məqsədlə  onun 



strukturunda  yaradılmış  müvafiq  xidmət  orqanları  vasitəsi  ilə  və  ya  sərhəd  qoşunlarının 

komandanının müəyyən etdiyi digər qaydada ictimai təşkilatlarla, kütləvi informasiya vasitələri ilə 

qarşılıqlı əlaqə yaradır.

 

Sərhəd  qoşunlarının  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq 



məxfilikdən  çıxarılan  tarixi  və  elmi  əhəmiyyətli  materialları  Azərbaycan  Respublikasının  dövlət 

arxivinə verilir.

 

M a d d ə  32. Silah və döyüş texnikasının tətbiqi



 

Azərbaycan Respublikasının dövlət sərhədini bilavasitə qoruyarkən sərhəd qoşunlarının hərbi 

qulluqçuları silah və döyüş texnikası tətbiq edirlər.

 

Silah  və  döyüş  texnikasının  tətbiq  edilməsi  “Dövlət  sərhədi  haqqında”  Azərbaycan 



Respublikasının Qanunu ilə müəyyən edilir.

 

 



 

I V f ə s i l

 

SƏRHƏD QOŞUNLARI HƏRBİ QULLUQÇULARININ HÜQUQLARI, VƏZİFƏLƏRİ, 

TƏMİNATLARI VƏ MƏSULİYYƏTİ

 



Yüklə 228,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə