F e V r a L 0 c u IL n ( 1 ) e L m t ə h s I l m ə d ə n I y y ə t 7



Yüklə 348,81 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü348,81 Kb.
#73350


Azad AZƏRBAYCAN

M Ü S T Ə Q İ L  

İ C T İ M A İ - S İ Y A S İ  

Q Ə Z E T



24  f e v r a l   2 0 1 0 - c u   il  N  28  ( 1 7 1 1 )

E L M - T Ə H S İ L - M Ə D Ə N İ Y Y Ə T



7

Rayonumuzun tarixi barədə ax­

tarışlar apararkən böviik  bir nəslin 

Axundovlar  nəslinin  nümayəndəsi 

Səfiaə  nənə  ilə  tarns  oUluq.  Bu  xa- 

mm-xatun  nənənin  dor in  savadına, 

genis  dünyagörüşünə.  xalqım ızın 

adət-ənənələrinə.  folkloruna  darin­

dən  bələdliyinə.  kübar  davranışına 

və rayonumuzun  tarixilin  dair  zən- 

gin  məlumatlarına  heyran  olma­

maq olmur.

Söhbətlərimizin  birində  Şəfiqə 

nənə  dedi  ki,  məşhur  həkim  və 

dövlət  xadimi  Əziz  Əliyev  bizim 

evdə  olub  və  atam   Fərrux  bəy 

Axundovla  görüşüb.  M ənə  yega­

nə  sağ  qalmış  Rasim  müəllimin 

telefon  nömrəsini  verdi.  Rasim 

müəllimlə  danışıb  görüşdük.  Tex­

nika elmləri doktoru Rasim müəl­

lim  mənə  atası  Fərrux  bəy  və 

Axundovlar  nəsli  barədə  geniş 

məlumat  verməklə  yanaşı  mər­

hum qardaşı tibb elmləri doktoru, 

professor,  Azərbaycan  Respubli­

kasının  əməkdar  həkimi  Kazım 

Axundovun "Şuşa"  qəzetinin okt­

yabr  2007-ci  il  nömrəsində  çıxan  « 

"Gözəl  insan  haqqında  xatirələ­

rim"  məqaləsini  verdi  və  əlavə 

olaraq Əziz Əliyevin  Tərtərdə  ol­

ması barədə mənə xeyli əlavə mə­

lumatlar verdi.

Yazımızın  qayəsi  B ö yü k  İnsan 

və və görkəmli dövlət  xadim i  Əziz 

Əliyevin  Tərtərə  gəlməsi  və fəd a ­

kar millət ziyalısı Fərrux bəylə gö­

rüşməsi olsa  da  oxuculara  Fərrux 

bəy  barədə  qısa  m əlum at  verməyi 

məqsədə müvafiq  hesab elədik.

Axundov Fərrux Mirzə Həsən oğlu 

1884-cü ildə füsunkar Qarabağın dilbər 

güşəsi  Şuşa  şəhərində  ziyalı  ailəsində 

anadan olmuşdur.  Şuşa  Realm  məktə­

bini və feldşerlik məktəbini bitirmişdir. 

Pedaqoji  fəaliyyətə  Tərtərdə  başlamış, 

1905-ci  ildə  burada  ilk  dəfə  ibtidai 

məktəb açmış və eyni zamanda  1901-ci 

ildə  şəhərdə  açılmış  Rus-teatr  məktə­

bində  rus  dili  dərsi  demişdir.  Fərrux 

bəy  müəllimliklə  yanaşı,  hakimliklə  də 

məşğul  olmuşdur.  Hətta  1918-20-ci  il­

lərdə Müsavat  ordusunun  Şuşadakı  və 

Tərtərdəki hərbi hissələrində tibb mən­

təqəsi  açmışdır.  O,  25  il  Azadqaraqo- 

yunlu  (Azərbaycan  Xalq  Cümhuriyyə­

tinin  ilk  daxili  işlər  naziri  Behbııd  ağa 

Cavanşirin  və  atası  Azad  ağanın  kən­

di) kəndində "həkim  malyariya məntə­

qəsinin  müdiri"  işləmişdir.  Fərrux  bəy 

otuz il  Şuşa,  Ağdam,  Gəncə,  Bərdə  və 

Tərtərdə  müəllimlik  etmiş,  rayonumu­

zun  və  bütövlükdə  Azərbaycanımızın 

xalq  maarifinin  inkişafı  tarixində  mü­

əyyən iz qoymuşdur.

Bu müqtədir insanın ailəsindən çıx­

mış  6  oğlu  sonralar  Azərbaycan  elmi­

nin  müxtəlif sahələrində  böyük  şöhrət 

qazanmış  alimlər  oldular.  Na-zim 

Axundov  başda  olmaqla  Qasım,  Ka­

zım, Səlim, Əzim və Rasim müxtəlif sa­

hələrdə elmlər  doktoru,  professor  adı­

na layiq görülmüş və atalarına layiq bir 

övlad olduqlarını sübut edərək şərəf və 

ləyaqətlə  vətənlərinə  xidmət  etmişlər. 

Fərrux  bəyin  bunlardan  başqa  4  qız 

övladı da Əfıqə, Şəfiqə,  Hədiqə, Rəfiqə 

ali təhsil almışlar.

Bu  nəslin  haqqında  cild-cild  əsərlər 

yazmaq  olar.  Yazım ızın qayəsi hu  işıqlı 

insanın daha bir millət cəfakeşi və fədai-

Əziz Əliyev Tərtərdə

шяияшяяшшшяяяяяяяяяявяияяшшшяяяшявшшяивЯШШШШШЯЯШШЯШШЯШШШЯЯЯШШЯШШШШШИЯИЯШвШШШЯШвНШЯЯШвШШЩк

Əsl ziyalılar və təmənnasız insanlar Vətənə xidmət 

etməkdən yorulmazlar və bu işi şərəf bilərlər

si  olan  Əziz  Əliyevlə  görüşü  olduğun­

dan  oxucularımızı  hu  möhtəşəm  təşki­

latçılıq  və  rəhbərlik  qabiliyyətinə  malik 

insan barədə məlumatlandırmağı nəzərə 

alaraq  (onsuzda  lıamı  tərəfindən  yaxşı 

tanınır)  qısa məlumat  veririk.

Əliyev  Əziz  Məmmədkərim  oğlu 

1897-ci  ildə  İrəvan  şəhərində  anadan 

olmuşdur.  1938-ci  ildə  Tibb  elmləri 

doktoru,  professor,  1929-38-ci  illərdə 

Azərbaycan SSR Səhiyyə naziri, N.Nə­

rimanov  adına  Azərbaycan  Dövlət 

Tibb İnstitutunun və ADU-nun rekto­

ru,  Azərbaycan  SSR  Ali  Soveti  Rəya­

sət  Heyətinin  katibi,  Azərbaycan  KP 

M K-nın  katibi  (1941-42),  Dağıstan 

MSSR  Vilayət  Komitəsinin  birinci ka­

tibi  (1942-1948),  ÜİK  (b)  PMK-nın 

inspektoru  (1949-50) Azərbaycan SSR 

Nazirlər Soveti  sədrinin  birinci  müavi­

ni  (1950-51),  Azərbaycan  SSR  Elmi- 

Tədqiqat Ortopediya və Bərpa Cərrah- 

lığı  İnstitutunun  direktoru  (1952-56) 

olmuşdur.  1956-cı  ildən  ömrünün  so­

nuna qədər (1962) Azərbaycan Həkim­

ləri Təkmilləşdirmə institutunun direk­

toru  olmuşdur.  SSRİ  Ali Sovetinin (1- 

3-cü  çağırış)  və  Dağıstan  MSSR  Ali 

Sovetinin (2-ci çağırış) deputatı olmuş­

dur.  İki dəfə o dövrün ən böyük müka­

fatı  olan  Lenin  ordeni,  "Qırmızı Əmək 

Bayrağı"  ordeni"  "l-ci  dərəcəli  Vətən 

müharibəsi"  ordeni və  medallarla təltif 

olunmuşdur.  Mahaçqala şəhərində kü­

çələrdən  biri  böyük  insanın adını daşı­

yır. Mərhum tibb elmləri doktoru, pro­

fessor Kazım  Axundovun yazdıqların­

dan və Şəfiqə nənə ilə Rasim müəllimin 

dediklərini ipə-sapa düzüb, xalqının fə­

daisi  və  cəfakeşləri  olmuş  bu  iki  işıqlı 

insanın görüşmələrini  oxuculara çatdı­

maq istəyirəm.

1941-ci ilin sonları idi.  Bö­

yük  Vətən  müharibəsinin  ən 

ağır  dövrü  idi.  Sovet-Alman 

cəbhəsinin  bütün  sahələrində 

almanlar üstünlüyü ələ alaraq 

Moskvanın  18  km-liyinə  qə­

dər  gəlib  çıxmışdılar.  Dəmir 

yumruq  altında  birləşmiş  bü­

tün ölkə  "Hər şey cəbhə üçün, 

hər  şey  qələbə  üçün"  şüarı  al­

tında  gecə-gündüz  yorulma­

dan  çalışırdı.  Arxa  cəbhədə 

bütün  insanlar,  əsasən  qoca­

lar,  qadınlar və uşaqlar ağıla- 

sığmaz əmək və qəhrəmanlıq­

lar göstərərək hər bir çətinliyə 

dözərək  dahi  rəhbər  Stalinin 

onları  qələbəyə  aparacağına 

inanırdılar.  Bütün  ölkəni  qıt­

lıq və aclıq bürümüşdü.  Fəda­

karlıqla  çalışan  bütün  insan­

lar  hər  şeyi  cəbhəyə  göndərir 

və  qələbəyə  ümidlərini  kəsmirdilər. 

Evində bir ovuc unu olan onu qonşusu 

ilə bölürdü.

Nəinki  Tərtərdə,  həm  də  qonşu  ra­

yonlarda  yaxşı həkim kimi  Fərrux  bəy 

2 at və 2 inək, həmçinin xeyli toyuq-cü­

cə  saxlayrdı.  Atın  birini  dərs  dediyi 

məktəblərə  gedərkən,  birini  də  həkim 

kimi  kəndi  və  ətraf bölgələri  gəzərkən 

minirdi.  İnəyin  birinin  südünü  ailəsilə, 

digərinin südünü isə Azadqaraqoyunlu 

kəndində  müdir işlədiyi  feldşer  məntə­

qəsinin  kiçik  otağında  4  çarpayılıq  ev 

xəstəxanasında müalicə olunan xəstələ­

rinə  verirdi.  Ailəsi  10  uşaqdan  ibarət 

olsa da evdə bişən yeməkdən və qənaət 

edilmiş  çörəkdən  xəstələrinə  verirdi. 

Onun  bu  comərdliyi  və səxavəti  hamı­

ya  bəlli  idi.  Hakimliyin  dərinliklərinə 

bələd olan Fərrux bəy heç zaman müa­

licə  etdiyi  xəstələrindən  pul  və  heç  bir 

şey almazdı. Malyariyanın tüğyan etdi­

yi  zamanlarda  gecəsi-gündüzü  olma­

dan çalışır,  hamıya yardım edərdi.

"Rayon qəzeti olan" "Qızıl Bayraq" 

qəzetinin  1941-ci  il  16 aprel  nömrəsin­

də  "Qızdırma  ilə  mübarizə  aparmalı" 

məqaləsində  feldşer Fərrux  bəy Axun­

dovun Azadqaraqoyunluda  1984 nəfə­

ri  müalicə  etdiyi  yazılmışdır".  Xalqını 

sevən  belə  fədakar  insanın  yorulma­

dan,  özü də təmənnasız çalışması,  "yu­

xarıların" da diqqətini cəlb eləmişdi.

" ... 

1941-ci  il  dekabr  avının  axırla­

rında  Tərtər  ravonumm  Azadaaraaov- 

unlu kəndində tibb məntəqəsi qarşısında 

aara rəneli  "M -l" markalı bir masın da­

yandı.  Masından ortabovlu.  dolu bədən­

li.  qara  qolifevi  şalvar,  qara  köynək, 

uzunboğaz  xiram-sapoa  sevinmiş  bir 

nəfər  düşdü.  Onu  dərhal  tanıdım.  Bu

Əziz  Əlivev idi".

Fərrux  bəyin  oğlu,  sonralar  tibb 



elmləri doktoru, professor olan Kazım 

Axundovun  "Gözəl  İnsan  haqqında 

xatirələrim"  yazısından  götürülmüş  bu 

sətirlərdə böyük İnsan Əziz Əliyevin si­

ması gözlərimiz önündə canlanır.

Rasim müəllim söyləyir ki, Azadqa­

raqoyunlu  kəndində  ikimərtəbəli  evin 

bir otağını tibb məntəqəsi və xəstəxana 

eləmişdi,  ikinci  otaqda  isə  bütün  ailə­

miz  qalırdı.  Əziz  Əliyev  yuxarı  qalxıb 

tibb məntəqəsinə baxır.  Otağın səliqəsi 

və təmizliyi xoşuna gəlir. Sonra Fərrux 

bəyə  ac  olduğunu  və  onlarda  çörək 

kəsmək istədiyini bildirir. Hörmətli qo­

naq  otağa  daxil  olan  kimi  ocağın  üs­

tündə qaynayan qazanın qapağını açıb 

gülə-gülə deyir.

-  


Çoxdandır  dovğa  yemirəm,  yaxşı 

oldu iıidi doyunca yeyərəm.

Maya  xala  çəkinə-çəkinə  pencərlə 

bişirilən  horranın  içərisinə  pencər  tö­

küb  12  nəfərlik  ailəyə  yemək  hazırla­

mışdı.  Əziz Əliyev evdə  çörək  olmadı­

ğını hiss edib gülə-gülə dedi: Başa düşü­

rəm  bacı,  çörəyiniz yoxdur,  müvəqqəti 

çətinlikdir, dözmək lazımdır. Bu böyük 

qəlbli  insan  iştahla  bu  "dovğa"dan  bir 

iki qaşıq alıb ayağa durdu.

-  

Çox sağ olun.  Mənim işim çoxdur, 

rayon mərkəzinə gedirəm. Sabah rayko­

ma gəl,  sizinlə işim  var.

Yorulmaq  bilmədən  çalışan  və  hə­

mişə  işində  intizamlı  olan  Fərrux  bəy 

ertəsi  gün  həm  malyariyadan  əziyyət 

çəkən  xəstələrə  toxunmalı  olduğu  və 

məktəbdə  dərsi  olduğuna  görə  rayko­

ma, Əziz Əliyevin görüşünə eğltf Və ya­

nında feldşer köməkçisi işləysfiFKazımı 

göndərdi.  Kazım  Axundov öz xatirələ­

rində  bu  görüşü  belə  xatırlayır:  "Səhər 

deyildiyi  vaxt  katibin  köməkçisinə  ya­

xınlaşıb  gəldiyimi  Əziz  Əliyevə  bildir­

məyi  xahiş  edirəm.  Köməkçi  iclas  ol­

duğunu deyib,  bunu edə  bilməyəcəyini 

söylədikdə  onu  başa  saldım  ki,  məni 

Əziz Əliyev özü bu iclasa çağırıb. Məni 

içəri  buraxdılar.  Əziz Əliyev  danışırdı. 

O,  məni içərdəkilərə təqdim edib:

-  

Dünən  mən  yemək  vaxtı  onlara 

getmişdim  ki,  görüm  hu  ailədə  çörək 

var, ya  y o x ? Bunlar nə yeyir? Burda da 

çörək  olmadı.  Güman  edirdim  ki,  Fər­

rux  kişi  uşaqlarının  qabağına  bir  tikə 

çörək  tapıb  qoya  bilər.  Ancaq  belə  ol­

madı.  Südünə,  qatığına bir ovuc un qat­

maqla on beş nəfərlik  ailəni saxlaya bi­

lir  ("Şuşa  qəzeti".  Oktyabr  -2007.  səh 

6

) .

Əziz  Əliyev  6  aydan  qalma  höku­

mətin ayırdığı taxıl normasını bir maşı­

na yığdırıb rayonun  bütün  tibb məntə­

qələrinə paylamağı Kazıma tapşırır.

Sonralar bu  böyük insanın yanında 

işləmək  xoşbəxtliyinə  nail  olan  Kazım 

Axundov  bu  tapşırığı  layiqincə  yerinə 

yetirib,  axşam  hər  işə  çox  ciddi  yana­

şan atası Fərrux bəyə məlumat verir.

Son  dərəcəyə  humanist,  nəcib  və 

namuslu bir insan olmaqla yanaşı, xal­

qın və dövlətini sevən Əziz Əliyev taxıl 

norması  və  tibbi  ləvazimatların  kənd 

feldşer  məntəqələrinə  çatması  üçün 

əlindən gələni əsirgəmirdi.

Fərrux  bəyin qızı,  uzun müddət  ra­

yon  apteklərində  əczaçı  kimi  çalışan 

Şəfiqə  nənə  mənə  söylədi  ki,  sonralar 

Əziz Əliyey bir neçə dəfə bizim evdə ol­

du. Hər dəfə özü ilə xeyli lazımlı və xey­

li az tapılan dərmanlar da gətirər və ai­

ləmizə verilməli olan ərzaq normasının 

vaxtlı-vaxtında  verilib-verilməməsini 

öyrənirdi.  Əziz  Əliyevin  çox  prinsipial 

və  ciddi  adam  olduğunu  bilən  rayon 

rəhbərliyi bizim normanın həmişə vax­

tında  çatması  üçün əlindən  gələni  əsir­

gəmirdi.

Şəfiqə nənə deyir ki, yaxın  12 rayo­

nun  rəhbər işçiləri evimizə gəlib atam­

dan  xahiş  edirdilər  ki,  Əziz  Əliyevdən 

onların da rayonlarına tibbi yardım et­

mələrini xahiş etsin.  Atam özündə olan 

artıq  tibbi  ləvazimatlardan  ehtiyacı 

olan  tibb  məntəqələrinə  verməklə  ya­

naşı  yeri  düşdükdə  bu  millətini  sevən 

incə qəlbli insandan digər rayonlara da 

yardım etməyi xahiş edirdi.

Fərrux bəv sonralar da  Əziz  Əliyev­

lə əlaqə saxlayırdı.

Müharibənizi  qızğın  vaxtında  Əziz 

.  Qliyçvi Dağıs^R.MSŞRrYÄtoyjü Komi­

təsinin  birinci  katibi  vəzifəsinə  təyin 

edirlər (1942).  Bu təyinatın çox maraq­

lı və həm də gizli məqamları vardır.  İn­

diyə  qədər  Azərbaycanın  milli  tarix 

konsepsiyası  olmadığından  (tarixşü- 

naslığımız  və  tarixçi  alimlərimizin  bö­

yük əksəriyyəti hələ də rus və sovet ha­

kimiyyətinin  ideologiyası  nəticəsində 

formalaşmış  "evrosentrizm",  "sovet 

ideologiyasının  prinsiplərinə  xidmət", 

"Forsmeylli  Konsepsiyadan"  uzaqlaşa 

bilməmişlər)  tariximizin  və  millətimi­

zin  qürur  qaynağı  olan  bir sıra  şəxsiy­

yətlər  hələ  də  öz  qiymətini  ala  bilmə­

yib.


Böyük  Vətən  müharibəsi  başlayan 

kimi  bütün Qafqazdan və xüsusilə Gü- 

cüstandan  bütün  türk  xalqlarını  "eti­

barsız millət" kimi (Osmanlıların və al­

manların agenti damğası  adı  ilə) Sibirə 

sürgün  etmişdilər  (Türkləri  görməyə 

gözü olmayan Stalin bu məkrli planı ilə 

Gürcüstanın mərkəzi Tbilisidə yaşayan 

qədim  və yerli Türk  əhalisini  və  Nadir 

şah  tərəfindən  Kartli-Kaxetiya  çarı  II 

İrakliyə  hədiyyə  edilmiş  Borçalının

türk  əhalisini  sürgün  etməklə  etnik  tə­

mizləmə aparmış və bu qədim türk tor­

paqlarını gürcülərə vermişdi).  Bir gecə­

nin  içində  bütün  çeçen  xalqı  sürgün 

edilmişdi.  İndi  növbə  Dağıstanın  türk 

müsəlman  əhalisinə  və  müsəlman  ləzgi 

xalqlarının  idi.  Stalinin  xüsusi  hörmət 

bəslədiyi  və  inandığı  Mir  Cəfər  Bağı­

rov bu "qəddar və Türk dünyasının qu­

duz  düşməni"  olan  Stalini  mənfur  fik­

rindən  döndərməyi  bacarır  və  xüsusi 

qabiliyyətinə,  işgüzarlığına,  millətse- 

vərliyinə və təmizliyinə bələd olduğu və 

hörmətlə yanaşdığı misilsiz təşkilatçılıq 

qabiliyyəti  olan  Əziz  Əliyevi  Dağısta­

na  birinci  katib vəzifəsinə göndərilmə­

sinə  nail  olur.  (Sonralar  bir  çox  müəl­

liflər bu  faktı guya  Bağırov onun yeri­

nə  keçə  biləcəyindən  qorxduğu  üçün 

qələmə veriblər.  Mir Cəfər Bağırov heç 

kimdən qorxmayıb və əksinə Stalindən 

başqa  bütün  İttifaqın  yuxarı  eşalonu 

Bağırovdan qorxurmuş).

Qarşısına çox böyük missiya qoyul­

muş,  nəhəng  iş  qabiliyyətinə  malik  bu 

yorulmaz  insan  tezliklə  bütün  dağlı 

xalqlarının  sevimlisi  olaraq  Dağıstanı 

deportasiya  olunmaqdan  xilas  etdi. 

Onun  kəndbəkənd,  aulbaaul  gəzərək 

hərbi  xidmətdən  və  müharibəyə  get­

məkdən  yayınıb  dağlarda,  meşələrdə 

gizlənmiş  dağlıları  hərbi  səfərbərliyə 

cəlb  etməsi  və  dağlıların  cəbhələrdə 

igidliklə vuruşması həm də bu işi xüsu­

si  nəzarətdə  saxlayan  Stalini  dağlıları 

sürgün  etmək  fikrindən  birdəfəlik  da- 

şındırdı.  Partiya  və  hökumət  bu  xid­

mətlərinə  görə  Əziz  Əliyevi  orden  və 

medallarla mükafatlandırdı.

Hörmətli  oxucular,  Əziz  Əliyevin 

haqqında  çoxlu  yazılar  yazılmışdır. 

Əslində  bu  görkəmli  şəxsiyyətin  haq­

qında  daha  böyük,  fundamental  əsər 

yazmaq  lazımdır  və  xalqımızın  bu  oğ­

lunun  bütün  fəaliyyəti  geniş  əks  olun­

malıdır.  Bizim  bu  kiçik  yazımızın  əsas 

qayəsi bu  millət vəkili fədaisi olan şəx­

sin  əyalət  həkiminin  fədakar  əməyini 

qiymətləndirərək onu  yoluxması və la­

zım  olan  köməkliyi  vaxtında etməsi və 

bununla  insanları  görə  biləcəyi  işdən 

daha  artığına  sövq  etməsi  bacarığı  ol­

muşdur.


Əziz  Əliyev  sonralar  da,  Dağıstan­

dan vətənə qayıtdıqdan sonra da özü ki­

mi yorulmaz  və xalqına təmənnasız xid­

mət etməkdən yorulmayan Fərrux bəylə 

əlaqə saxlamış  və onun oğlu tibb elmləri 

doktoru, professor Kazım Axundovu ya­

nına  aparmış,  ömrünün  sonuna  kim i 

onurda birgə işləmişdir.  İndi onların heç 

biri - nə  Əziz  Əliyev,  nə Fərrux bəy,  nə 

də Kazım Axundov həyatda yoxdur.  A l­

lah hanusma rəhmət eləsin.  Onların xa­

tirələri bu gün də yaşayır  və həmişə ya­

şayacaqdır.

Bu yazımıan sonunda Tərtər rayon 

rəhbərliyindən  onu  xahiş  edirik  ki, 

uzun müddət Tərtər təhsilinə və tibbinə 

xidmət etmiş Fərrux bəyin xidmətlərini 

nəzərə  alaraq  onun  işlədiyi  Azadqara- ■ 

qoyunlu tibb məntəqəsinə onun adı ve­

rilsin.  Bu  həm  də  onun  mənəvi  haqqı­

dır! Ümidvarıq ki,  bu təklifimiz diqqət­

dən kənarda qalmayacaq.  Yaxşı olun!



Yaxşılan  nə  Allah  unutmaz,  nə  də 

xalqımız.

Qələndər SƏLİMOĞLU



Yüklə 348,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə