F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   11   12   13   14   15   16   17   18   19

 

52 


 

 



 

53 


 

 

 




 

54 


 

 



 

55 


 

 



 

56 


 

Göründüyü kimi hər iki bölgədə ən yüksək məhsuldarlıq 60 x 

10  x  l  sxemi  ilə  səpilmiş  basma  bitkisindən  alınmışdır.  Şirvan 

bölgəsində  bu  variantın  quru  yarpaq  məhsuldarlığı  nəzarətə 

nisbətən 8,4 s/ha, Gəncə - Qazax bölgəsində isə 12,2 s/ha yüksək 

olmuşdur. 

Cədvəldən  aydın  görünür  ki,  basma  bitkisinin  məhsuldarlığı 

bölgələr üzrə də fərqlənir. Belə ki, I biçini 20 VIII ayda, II  biçinin 

15.  X  ayda  apardıqda  Gəncə  -  Qazax  bölgəsində  basma  bitki-

sindən Şirvan bölgəsində nisbətən varıantlar üzrə orta hesabla 10, 

8  - 14,7 s/ha artıq  quru yapaq məhsulu  əldə olunmuşdur.  I  biçin 

20. VIII ayda, II biçini isə 25. X ayda apardıqda Şirvan bölgəsində  

60 x 15 x 2 sxemi ilə səpilmiş basma bitkisindən iki biçində orta 

hesabla çəmi 152,7 s/ha yaş kütlə, 24,4 s/ha quru yarpaq, 60 x 15 

x 3 sxemi ilə səpilmiş bitkilərdən 139,2 s/ha  yaş kütlə, 20,8 s/ha 

quru yarpaq, 60 x 10 x 1 sxemi ilə səpilmiş bitkilərdən 218,9 s/ha 

yaş  kütlə,  28,9  s/ha  quru  yarpaq,  60  x  10  x  2  sxemi  ilə 

səpilənlərdən isə 193,9  yaş kütlə, 26,5 s/ha quru yarpaq məhsulu 

əldə olunmuşdur. Bu biçin vaxtında nəzarət variantından (60 x 15 

x  1)  123,1  s/ha  yaş  kütlə,  19,7  s/ha  quru  yarpaq  məhsulu  alın-

mışdır. Gəncə - Qazax bölgəsində  I  biçin 20. VIII ayda, II biçini 

25.  X  ayda  apardıqda  60  x  15  x  2  sxemi  ilə  səpilmiş  basma 

bitkisindən orta hesabla iki biçində 164, 6 s/ha yaş kütlə, 26,3 s/ha 

quru yarpaq, 60 x 15  x 3 sxemi ilə səpilmişlərdən 164,3 s/ha yaş 

kütlə, 24,6 s/ha quru yarpaq, 60 x 10 x 1 sxemi ilə səpilmişlərdən 

249,4 s/ha yaş kütlə, 32,4 s/ha quru yarpaq, 60 x 10 x 2 sxemi ilə 

səpilmiş bitkilərdən isə 228,0 s/ha yaş kütlə, 31,9 s/ha quru yarpaq 

məhsulu götürülmüşdür.  

Nəzarət  variantından  isə  143,8  s/ha  quru  yarpaq  məhsulu 

alınmışdır.  Göründüyü  kimi  bu  biçin  vaxtlarında  da  hər  iki 

bölgədə ən yüksək məhsul 60 x 10 x 1 sxemi ilə səpilmiş basma 

bitkisindən  alınmışdır.  Bu  variantın  quru  yarpaq  məhsuldarlığı 

Şirvan  bölgəsində  nəzarətə  nisbətən  9,2  s/ha,  Gəncə  -  Qazax 

bölgəsində isə 10,1 s/ha yüksək olmuşdur. 




 

57 


 

I biçini 20. VIII ayda, II biçini 25. X ayda apardıqda Gəncə - 

Qazax  bölgəsində  basma  bitkisinin  quru  yarpaq  məhsuldarlıqı 

Şirvan bölgəsinə nisbətən 2,6 -3,5 s/ha yüksək olmuşdur. 

Тədqiqatlarımız göstərdi ki, basma bitkisinin vegetasiya müd-

dəti  ərzində  ancaq  bir  dəfə  -  vegetasiyanın  sonunda  biçilməsi 

məhsuldarlığın  40-50%  azalmasına  səbəb  olur.  Belə  ki,  Şirvan 

bölgəsində basma bitkisində ancaq bir dəfə biçin apararkən 60 x 

15 x 2 sxemi ilə səpilmiş bitkisindən 66,1 s/ha yaş kütlə, 11,9 s/ha 

quru yarpaq, 60 x 15 x 3 sxemi ilə səpilmiş bitkilərdən 58,1  s/ha 

yaş  kütlə,  9,3  s/ha  quru  yarpaq,  60  x  10  x  1  sxemi  ilə  səpilmiş 

bitkilərdən 89,7 s/ha yaş kütlə, 12,5 s/ha quru yarpaq, 60 x 10 x 2 

sxemi  isə  səpilmiş  bitkilərdən  isə  71,7  s/ha  yaş  kütlə,  10,7  s/ha 

quru  yarpaq  məhsulu  əldə  olunmuşdur.  Nəzarət  variantının  yaş 

kütlə  məhsuldarlığı  50,  6  s/ha  quru  yarpaq  məhsuldarlığı  isə  8,1 

s/ha olmuşdur. 

Gəncə - Qazax bölgəsində də bir dəfə biçin aparılarkən basma 

bitkisinin məhsuldarlığı iki dəfə biçin aparan zaman əldə olunmuş 

məhsuldarlıqdan  aşağı  olmuşdur.    Belə  ki,  nəzarət  variantından 

60,6  s/ha  yaş  kütlə,  10,3 s/ha quru  yarpaq,  60 x 15 x 2 sxemi ilə 

səpilmiş bitkilərdən 85,6 s/ha yaş kütlə, 15,4 s/ha quru yarpaq, 60 

x  15 x  3  sxemi  ilə  səpilmiş  bitkilərdən  80,3  s/ha  yaş  kütlə,  13,6 

s/ha quru yarpaq, 60 x 10 x 1 sxemi ilə səpilmiş bitkilərdən 124,6 

s/ha  yaş  kütlə,  18,7  s/ha  quru  yarpaq,  60  x  10  x  2  sxemi  ilə 

səpilmiş bitkilərdən isə 110,2 s/ha yaş kütlə, 17,6 s/ha quru yarpaq 

məhsulu əldə edilmişdir (cədvəl 5.7). 

I  biçini  avqustun  əvvəlində  -  kütləvi  çiçəkləmə  dövründə 

aparmaq daha yaxşı nəticə verir. Çünki, çiçəkləmə dövründə biçin 

aparılarkən  bitkilər  çiçəkləri  ilə  birlikdə  biçilib  götürülür.  Bu  da 

alınan məhsulun ətirli və gözəl olmasına zəmin yaradır. Biçinin 20 

gün  gecikdirilməsi    I    biçindən  daha  artıq  məhsul  götürməyə 

imkan  yaratdığı  halda  bunun  əvəzinə  II  biçində  məhsuldarlıqın 

azalmasına  səbəb  olur.  Cədvəldəki  rəqəmlərdən  aydın  olur  ki, 

basma  bitkisində  I    biçini  20.  VIII  ayda  apardıqda  alınan  quru 

yarpaq məhsuldarlığı, I biçini 2. VIII ayda apararkən əldə olunan 



 

58 


 

quru yarpaq məhsuldarlığına nisbətən Şirvan bölgəsində variantlar 

üzrə  orta  hesabla  6,7-8,3  s/ha,  Gəncə  -  Qazax  bölgəsində  isə 

müvafiq  olaraq  1,2  -  2,1  s/ha  artıq  olmuşdur.    Bunun  əvəzinə  II 

biçində  (25.  X  ay)  alınan  quru  yarpaq  məhsuldarlığı  15.  X  ayda 

aparılan II biçindən alınan quru yarpaq məhsuldarlığından variant-

lar  üzrə  orta  hesabla  Şirvan  bölgəsində  1,8  -  4,9  s/ha,  Gəncə  - 

Qazax bölgəsində isə müvafiq olaraq 5,5 - 6,7 s/ha az olmuşdur. 

Şirvan bölgəsində basma bitkisində I biçini  20. VIII  ayda,  II 

biçini 25. X ayda apararkən iki biçindən variantlar üzrə alınan yaş 

kütlə  məhsuldarlığı  (123,1-218,9  s/ha),  I  biçin  2.  VIII  ayda,  II 

biçin 15. X ayda apardıqda alınan 25. X ayda apararkən iki biçin-

dən variantlar üzrə alınan  yaş kütlə  məhsuldarlığından 

(92,4-


165,8  s/ha)  variantlar  üzrə  orta  hesabla  30,7  -  53,1  s/ha,  quru 

yarpaq  məhsuldarlığı  isə  müvafiq  olaraq  4,9  -5,7  s/ha  çox 

olmuşdur. 

Gəncə - Qazax bölgəsində isə əksinə, I biçini 20 avqustda, II 

biçini  isə  25  oktyabrda  apardıqda  iki  biçindən  variantlar  üzrə 

alınan yaş kütlə məhsuldarlığı ( 143,8 -249,4 s/ha),  I  biçini 2 av-

qustda,  II  biçini  isə  15  oktyabrda  apardıqda  alınan  yaş  kütlə 

məhsuldarlığından (151,2-267,1 s/ha) variantlar üzrə orta hesabla 

7,4 -17,7 s/ha, quruyarpaq məhsuldarlığı isə müvafiq olaraq 3,4 - 

5,5 s/ha az olmuşdur.  

Bu  Gəncə  -  Qazax  bölgəsində  oktyabrın  ortalarından  sonra 

havaların  soyuması  ilə  əlaqədar  olaraq  basma  bitkisinin  aşağı 

yarus yarnaqlarının qaralıb tökülməsi ilə bağlı olmuşdur. 

Müxtəlif şərait və becərmə aqrotexnikasının basma bitkisinin 

yarpaq  məhsuldarlığına  təsirinin  öyrənilməsindən  belə  nəticəyə 

gəlirik  ki,  basma  bitkisi  Gəncə  -  Qazax  bölgəsində  Şirvan 

bölgəsinə nisbətən daha yaxşı inkişaf edib artıq məhsul verir. 

Basma  bitkisindən  daha  yüksək  yarpaq  məhsulu  əldə  etmək 

üçün  hər  iki  bölgədə  optimal  səpin  sxemi  isə  60  x  10  x  1  hesab 

olunur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə