F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



boyu  antropogen  təsirlər  altında  qaldığından  xüsusiyyətlərini 

itirərək,  yalnız  lokal  talalar  şəklində  qalmışdır.  Bitki  örtüyü  isə 

yarımsəhra  və  quru  çöl  tipinə  daxildir.  Burada  əsasən  kserofit 

yarımkol  bitkiləri  yayılmaqla  çöl  ot  bitkiləri  üstünlük  təşkil  edir 

ki,  onların  da  arasında  taxıl  edifikatorları,  paxlalılar,  müxtəlif 

çoxillik  otlar,  o  cümlədən  yovşan,  gəngiz,  şoranotu,  qarağan  və 

efemeroidlər çox rast gəlinir. Kolluqların orta boyu 50-130 sm, ot 

bitkilərinin boyu isə 15-45 sm arasında dəyişir (1, s. 24). Relyefin 

çökək yerlərində qrunt sularının səthə yaxın olduğu ərazilərdə və 

subasarlarda qamışa da rast gəlinir. Ərazinin bitki örtüyü çox  rən-

garəngdir.  Ərazinin  düzənlik  hissəsi  əsasən  taxıl  fəsiləsinə  mən-

sub bitkilərdən təşkil  olunmuşdur.  Bölgədə  geniş   ərazini  əhatə 

edən  Ceyrançöl  qış  otaqlarında  yarımsəhra  bitki  qrupundan, 

əsasən efemer və efemeroidlər üstünlük təşkil edir. Ümumiyyətlə, 

bitki  örtüyünün  flora  tərkibi  olduqca  kasıbdır.  Səhra  tipli  bitki 

örtüyü  yarımsəhra  bitki  örtüyünə  nisbətən  məhdud  şəkildə 

yayılmışdır.  Dağətəyi  düzənliyin  yuxarı  sərhəddində  və  orta 

dağlıq  qurşaqda  bozqır  bitki  örtüyü  əsasən  çoxillik  yabanı  taxıl 

bitkilərindən təşkil olunmuşdur (31, s. 224).  

 Bozqır  sahələrdə  ot  örtüyü  daha  sıx  və  yüksək  bioloji 

məhsuldarlığı  ilə  səciyyələnir.  Düzən  ərazilərin  bəzi  yerlərində 

ayrı-ayrı  talalar  şəklində  şoran  və  bataqlıq  bitkilərin  yayıldığı 

sahələrə də rast gəlinir. 

Ərazidə  əkinçilik  və  maldarlığın  inkişaf  etməsi  nəticəsində 

meşə  örtüyü  demək  olar  ki,  heç  bir  yerdə  öz  təbii  sərhədində 

qalmamış, bir çox  yerlərdə subalp meşə örtüyü tamamilə sıradan 

çıxmış, onu dağ çəmənləri, meşə - kolluqlar və ya şiddətli örtülü 

sahələrin  faizi  xüsusilə  son  10-15  ildə  əsaslı  şəkildə  aşağı 

düşmüşdür. Bundan başqa, Kür çayı vadisində meşə örtüyü məhv 

edilmiş  sahələr  isə  yulğun  kolları,  söyüdlük,  qamışlıq,  bataqlıq 

bitkiləri  ilə  əvəz  olunmuşdur.  Yenikənd  və  Şəmkir  su  elektrik 

stansiyalarının tikintisi ilə əlaqədar olaraq Tuqay meşələri  qırılıb 

məhv  edilmişdir.  Hal-hazırda  Tuqay  meşələrinə  rayon  ərazisində 

talalar şəklində rast gəlinir.  




 

 



Qısa icmaldan məlum olur ki, Gəncə - Qazax bölgəsinin özü-

nə məxsus təbii coğrafi şəraiti olmaqla fitosenoloji və floristik xü-

susiyyətlərə  malikdir.  Floristik  zənginliyi  ilə  səciyyələnən  səhra, 

yarımsəhra,  bozqır,  Tuqay  tipli  təbii  kompleksləri  əmələ  gətirən 

dominant  və  edifikatorlar,  o  cümlədən  nadir  relikt  və  endemlər 

insanların  təsərrüfat  fəaliyyəti  nəticəsində  demək  olar  ki,  məhv 

edilmişdir.  Bölgədə  baş  verən  təbii  neqativ  proseslər  –  su  ero-

ziyası,  defolyasiya,  təkrar  şorlaşma,  deqradasiyalarla  nəticələn-

mişdir. Bölgədə ekoloji tarazlığın tamamilə pozulma təhlükəsi ya-

ranmışdır (31, s. 226).  

ŞİRVAN   BÖLGƏSİ 

Coğrafi  mövqeyi.  Şirvan  mürəkkəb  təbii  şəraitə  və  əlverişli 

coğrafi mövqeyə malik olub, Mingəçevir su anbarından Hacıqabul 

gölünə,  Kür  çayından  Babadağ  (3632  m)  silsiləsinə  qədər  olan 

ərazini  əhatə  edir.  Тəsərrüfatçılıq  baxımından  aran  və  dağlıq 

yarımbölgələrə  ayrılır.  Basma  bitkisinin  dağlıq  Şirvanda  açıq 

sahədə becərilməsinin mümkün olmadığını, təcrübə sahələrimizin 

Kür  dağarası  çökəklik  vilayətinin  Küdrü-Şirvan  rayonun  (Kür-

dəmir  inzibati  rayonunun  Karrar  yaşayış  məntəqəsində)  ərazidə 

yerləşdiyini  nəzərə  alıb,  biz  dissertasiyanın  bu  fəslində  aran 

Şirvanın təbii şəraitinin qısa şərhini veririk. 

Şirvanın aran hissəsi Kür-Araz ovalığının şimalında yerləşib, 

onun  sol  sahil  hissəsini  əhatə  edir.  Aran  Şirvan  bütövlükdə  Şir-

vanın 52,13 %-ni əhatə edən ərazi olub, onun mütləq yüksəkliyi 0-

200  m  arasındadır.  Aran  Şirvan  2  fiziki-çoğrafi  rayonun  (Küdrü-

Şirvan,  Mərkəzi  Aran)  ərazisində  yerləşir  (6).  Şirvan  düzünün 

öndağlıqların  ətəkləri  ilə  sıfır  metr  mütləq  yüksəklik  arasında 

qalan  geniş  zolağı  Küdrü-Şirvan,  Mingəçevir  su  anbarından 

Hacıqabul  gölünə  qədər  Kür  çayının  sol  sahil  hissəsi  və  bütün 

çənub-şərqi  Şirvan  düzü  Mərkəzi  Aran  fiziki  -  coğrafi  rayonuna 

daxildir. 



Relyefi.  Aran  Şirvan  ərazisinin  relyefi  akkumulyativ  düzən-

liklərdən  ibarət  olub  allüvial-prolüvial  tiplidir  (7).  Relyefin  ideal 

düzənlik  şəraitini  Тüryançay,  Göyçay,  Girdmançay  və  Ağsu 



 

10 


 

çaylarının  kətirmə  konusları  yuxarı  Şirvan  kanalı  yaxınlığında 

pozur.  Çayların  aşağı  axınında  ara-sıra  çoxda  dərin  olmayan 

yarğanlara rast gəlinir. Baş Şirvan kollektoru ilə Kür çayı arasın-

dakı ərazidə relyef ideal düzənliyə malikdir. Burada səthi axımın 

zəifliyi,  yüksək  istilik  şəraiti  (xüsusilə  intensiv  buxarlanma) 

ərazinin torpaq və bitki örtüyünə səhra körkəmi verir (6). 

Geoloji  quruluşu.  Ərazinin  geoloji  əsası  Kaynozoyun  4-cü 

dövrünə məxsus ən cavan çay çöküntülərindən təşkil olunmuşdur. 

Ərazidə  hal-hazırda  da  qalxma  və  çökmələr  baş  verir.  Aran 

Şirvanın oroqrafik litoloji əsası dördünçü dövrün çaydaşı, qum, gil 

və  s.  çay  çöküntülərindən  yaranmışdır.  Dördünçü  dövrün  konti-

nental  çöküntüləri  alçaq  dağlıqda  (şimalda)  neogen  dövrü  suxur-

larına söykənmişdir. Bu ərazi gücü yeddi bala malik olan seysmik 

zonaya  daxildir.  İlk  baxışda  hərəkətsiz  görünən  bu  ərazidə 

intensiv müasir tektonik canlanma vardır (40). Belə ki, müasir Kür 

depresiyasının  mərkəzi  hissəsində  Kürdəmir  qalxması  yerləşir. 

Bizim  təcrübə  sahəmiz  bu  qalxmanın  çənub-şərq  hissəsində  yer-

ləşir.  Alp  qırşıqlığının  üst  hissəsinə  aid  olan  bu  ərazi  mərkəzi 

ovalığa  nisbətən  qədim  yaşa  malikdir.  Miosendə  Aran  Şirvan 

Sarmat suları altında olmuşdur. Geoloji laylarda Sarmat çöküntü-

ləri talalar şəklində qalmaqdadır ( 23). 

Тorpaq  və  iqlimi.  Aran  Şirvanda  6  torpaq  tipi  (Şərqi 

Zaqafqaziyanın  şabalıdı  və  açıq  şabalıdı,  boz-qonur,  şorakətvari 

boz-qonur, boz çəmən və çəmən boz, bataqlıq - çəmən və lilli-ba-

taqlıq, allüvüal-çəmən) əsas yer tutur (9). Aran Şirvan rayonunun 

torpaqları  öz  genetik  xüsusiyyətlərinə  görə  müxtəlifdir.  Mingə-

çevirlə Girdmançayın gətirmə konusunun qərb qurtaracağı arasın-

dakı ərazidə boz çəmən, Qarasu çayı ilə Ağsu şəhərindən cənubda 

qalan ərazi arasında boz və çəmən-boz, ondan cənub-şərqə doğru 

isə boz qonur torpaqlar inkişaf etmişdir. Şərqə, Hacıqabula doğru 

torpaqlar  boz-qonur  olmaqla  şorakətdir.  Axmazlar,  göllər  və 

Şirvan  kanalı  boyu  çəmən  bataqlıq  torpaqlarına,  Kür  çayının  sol 

sahili  boyu  boz-çəmən  torpaqlarının  yayıldığı  sahədə  şoran  və 

şorakətvari  torpaqlara  da  rast  gəlinir.  Buradan  şimal  və  qərbə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə