F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   2   3   4   5   6   7   8   9   ...   19

 

11 


 

doğru boz-qonur  şorakətli və  şorlaşmış torpaqlar yayılmışdır (9; 

54; 93). 

Şirvan  bölgəsində  təcrübə  aparılmış  sahələrin  torpaqları  boz 

torpaqlar  tipinə  aiddir.  Apardığımız  analizlər  nəticəsində  aydın 

olmuşdur ki, əkin qatında humusun miqdarı 1,55 % - ə qədərdir. 

Aşağı  qatlara  getdikcə  humusun  miqdarı  azalır  və  1  metr 

dərinlikdə  0,70  %  -ə  düşür.  Ümumi  azotun  da  miqdarı  humusun 

miqdarına  uyğun  olaraq  əkin  qatında  0,12  %  təşkil  edir,  1  metr 

dərinlikdə  isə  0,02  %-ə  düşür.  Əkin  qatında  ümumi  fosforun 

miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə 2,52 % təşkil edir. 

Əkin  qatında  pH  8,3-ə  bərabər  olduğu  halda  dərinlik  dəyişdikçə 

artır və 1 metr dərinlikdə 8,4-ə bərabər olur ki, bu da torpağın zəif 

qələvi  xassəli  olduğunu  ğöstərir.  Тorpağın  tərkibindəki  müba-

diləvi  kationlardan  Ca  dominantlıq  təşkil  edir.  Sonrakı  yeri  Na 

kationu tutur. Əkin qatında (0-20 sm) mübadiləvi kationların çəmi 

15,3  mq/ekv.-  dir.  Udulmuş  əsasların  miqdarının  dərinə  getdikcə 

azalmasının  səbəbi  torpağın  kolloid  hissəsinin  dağılması  ilə  izah 

olunur.  Əkin  qatında  udulmuş  natriumun  miqdarı  2,0  %-ə  çatır. 

Beləliklə,  məlum  olur  ki,  Şirvan  bölgəsinin  boz  torpaqları  fosfor 

və kaliumla zəif təmin olunmuş torpaqlardır. 

Aran Şirvanın Kür-Araz (Mərkəzi Aran) rayonunda il ərzində 

300  mm-ə  qədər,  Küdrü-Şirvan  rayonunda  isə  350-400  mm-ə 

qədər  yağıntı  düşür.  Havanın  orta  illik  temperaturu  14 

0

C-dir. 


Yanvarda  orta  aylıq  temperatur  0-3 

0

C,  iyulda  isə  26 



0

C  -  dir. 

Havanın il ərzində mütləq minimal temperaturu -22-24 

0

C, mütləq 



maksimal temperatur isə 40-43 

0

C-dir. Havanın 10 



0

C-dən  yuxarı 

orta kündəlik temperaturunun illik çəmi 4400 

0

C - dən artıqdır. İl 



ərzində  günəşli  saatların  cəmi  2500  -  ə  qədər  olmaqla  buxar-

lanmaya  sərf  olunan  istilik  15-20  kkal/sm

-  dir.  Ümumi  günəş 



radiasiyasının  illik  cəmi  isə  130-135  kkal/sm

-  dir.  İlin  soyuq 



yarısına nisbətən isti  yarsında yağıntı az olur. Qar örtüyü ildə 20 

gündən artıq qalmır. Havanın orta illik nisbi rütubəti 72 % olub, il 

ərzində  52-88  %  arasında  dəyişir.  İldə  70  günə  qədər  isti-quru 

küləklər  müşahidə  olunmaqla  qərb  və  cənub-şərq  küləkləri 




 

12 


 

hakimdir.  Ərazidəki  çaylarda  axım  çox  azdır  (1  l/san  km

2

).  Ən 


güclü  küləklərin  surəti  saniyədə  8-10  metrdən  (4-5  bal)  artıq 

olmur.  Çay  şəbəkəsinin  sıxlığı  0,05  km/km

2

-ə  qədər  uzanır  (7). 



Dolu ildə bir dəfə  yağır,  tufan isə ildə 5  gündən  də az  müşahidə 

edilir.  Ərazidəki  çaylar  (Тüryançay,  Ağsuçay)  qar,  yeraltı  və  az 

miqdarda  isə  yağış  sularından  qidalanır.  Aran  Şirvan  ərazisi  2 

hidroloji  rayonu  (Şirvan  və  Kür-Araz)  əhatə  edir  36;  6).  Əkin 

sahələrinin  suvarılmasında  çay  sularından,  Yuxarı  Şirvan  kana-

lından,  Baş  Şirvan  kollektorundan  və  həmçinin  artezian  quyu-

larından  istifadə  olunur.  Aran  Şirvanın  qışı  mülayim,  yayı  isə 

quraq və isti keçir (41).  



Bitki  örtüyü.  Aran  Şirvanda  səhra,  yarmsəhra,  subasar  çə-

mənlik,  efemerli  subtropik  bitkilik,  Тuqay  meşələri,  bataqlaşmış 

çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu cəngəllik əsas yer tutur. 

Aran Şirvandakı efemerli subtropik bitkilik  yarımsavanna tiplidir 

(13).  Bu  bitkiliyin  yaxınlığında  tərkibi  söyüd,  qovaq,  qarağac  və 

yulğundan ibarət olan tuqay meşələri yayılmışdır (3). 

Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik, 

tərəvəzçilik inkişaf etdirilir. 

Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim idi. 

Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi təsirləri 

nəticəsində  artıq  bütün  Şirvan  düzündə  səhra  bitkiliyi  hakimdir. 

Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini şimala doqru 

dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında qərarlaşmış dır (13). 

Aran  Şirvanda  bitki  örtüyü  yerli  iqlim  və  relyef  şəraitindəki 

dəyişilmələr  hesabına  daxili  diferensiasiyaya  uğuramışdır.  Odur 

ki,  göllərdə,  gölməçələrdə,  çayların,  Yuxarı  Şirvan  kanalının  və 

Baş  Şirvan  kollektorunun  ətrafında  intrazonal  tipli  su-bataqlıq 

bitkisindən  qarğı,  qamış,  lıqvər,  bataqlıq  cili,  kalış,  su  fındığı  və 

su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər şanagülləsinə 

də burada təsadüf edilir (94). 

Тuqay  meşələri  ilə  düzən  meşələrinin  botaniki  tərkibi  Aran 

Şirvanda bir-birinə çox yaxındır. Тüryançay yaxınlığında, Göyçay 

çayının aşağı axınında, Baş Şirvan kollektorunun ətrafında tərkibi 



 

13 


 

qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar, yemişan, böyürtkən, 

itburnu, saqqızağaçı, qaratikan, yalanqoz və qızılağaç bitkisindən 

ibarət  düzən  meşələri  yayılmışdır.  Kürboyu  Tuqay  meşələri 

Kotavan  kəndi  yaxınlığında  sıxlığı  və  zənginliyi  ilə  diqqəti  daha 

çox cəlb edir. Son 30-35 ildə Aran Şirvandakı rütubətli düzən və 

Tuqay  meşələri  insanların  təsərrrüfat  fəaliyyətinə  məruz  qal-

mışdır.  Elə  bunun  nəticəsidir  ki,  artıq  Kür  çayının  sahilləri  bo-

yunca Zərdabdan Şərqə doğru təbii  Tuqay meşələri qalmamışdır. 

Yeni senozların formalaşması həm Kürün hidroloji rolunu, həm də 

Şirvan düzündə kənd təsərrüfatının inkişafını zəiflədir (94). 

Тüryançayda,  Yuxarı  Şirvan  kanalından  Şimalda,  Qaramər-

yəm tirəsində tikanlı gəvən, tıs-tıs, şiyav, kəklikotu, pişiknanəsi və 

bəzi  efemerlərdən  ibarət  dağ-  kserofit  bitkiliyinə  də  rast  gəlinir. 

Öndağlıqda  və  ətəklərdə,  xüsusən  Xocaşen-İnqar  və  Ləngəbiz 

silsilələrinin Mərkəzi Arana çevrilmiş  güney  yamacında Şirvanın 

aran və dağlıq sahələri arasında təbii keçid yaradan bozqır bitkiliyi 

inkişaf tapmışdır (62). 

Beləliklə, Aran Şirvanda qərbdən - şərqə və şimaldan-cənuba 

doğru  iqlimin  aridləşməsi  ərazi  daxilində  bitkinin  ekoloji  və 

həyati formalarının  yayılmasında qanunauyğunluqlar yaratmışdır. 

Belə  ki,  dayazda  yerləşən  yeraltı  sular  həmişə  torpaqda  nəmlik 

yaratdığından  belə  mikro  iqlimli  ərazilərdə  bitkilər  mezofit  və 

mezofit-kserofit  variantlı  olur,  cənub-şərq  və  Qərb  küləklərinin 

hakim  olduğu  lokal  tipli  qalxmaların  tirələr  və  kiçik  təpəciklərin 

Cənub  istiqamətlərində  isə  kserofit  və  kserofit-mezofit  bitkilər 

yayılır.  Odur  ki,  əraziyə  introduksiya  edilən  hər  hansı  bir  bitki 

üçün özünün biologiyasına və ekologiyasına uyğun sahələr seçil-

məlidir.  

Şirvan  bölgəsinə  introduksiya  olunmuş  basma  bitkisi  üçün 

sahələrin seçilməsində bölgənin təbii şəraiti və mikroiqlimli məh-

dud əraziləri nəzərə alınmışdır. 

 

 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə