F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 

25 


 

EKSPERMENТAL   HİSSƏ 

IV FƏSİL. BASMA BİTKİSİNİN AQROBİOLOJİ  

XÜSUSİYYƏТLƏRİ 



4. 1. Müxtəlif şəraitdə yetişdirilən basma toxumlarının 

laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti 

Cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  toxumların  bioloji 

xüsusiyyətlərini  və  təsərrüfat  yararlılığını  göstərən  ən  mühüm 

amillərdən biridir (80). 

Basma  toxumlarının  laboratoriya  şəraitində  cücərmə 

enerjisini  və  cücərmə  qabiliyyətini  yoxlamaq  məqsədi  ilə  geniş 

temperatur  diapazonunda  təcrübə  aparılmışdır.  Тoxumların 

cücərmə  enerjisi  normal  toxumların  çüçərməsini  təmin  edən 

minimal vaxt (3 gün) ərzində cücərən toxumların miqdarı ilə he-

sablanmışdır.  Toxumların  cücərmə  qabiliyyəti  isə  bütün  normal 

toxumların cücərməsi üçün kifayət edən vaxt (7 gün) ərzində təyin 

edilmişdir. Təcrübələr göstərdi ki, 10 

0

C (havada) temperatur bas-



ma  toxumlarının  cücərməsi  üçün  ən  aşağı  həddir.  Optimal  tem-

peraturda  (18 

0

C)      basma  toxumlarında  üçüncü  gün  cücərmə 



müşahidə edilir. Cücərmənin üçüncü günündə toxumlar ən yüksək 

cücərmə enerjisinə malik olur. 40-45 

0

C temperaturda cücərmə qa-



biliyyəti  azalır.  50 

0

C  temperatur  isə  basma  toxumlarının  cücər-



məsi üçün ən kəskin həddir. 

Bu  məsələni  öyrənmək  üçün  ayrı-ayrı  şəraitlərdən  toplanmış 

basma toxumlarının cücərmə enerjisi və cücərmə qabiliyyətlərinin 

optimal temperaturda necə dəyişilməsinə diqqət yönəltməyi lazım 

bildik. 

2002-2004 - cü illərdə  müxtəlif torpaq-iqlim şəraitində becə-

rilən  basma  bitkisindən    yığılan  toxumların  laboratoriya  cücərmə 

enerjisi  və  cücərmə qabiliyyətlərinə  dair tədqiqatlarımızın  nəticə-

ləri cədvəl 4.1- də verilmişdir. 

Cədvəldən  göründüyü  kimi  optimal  temperaturda  müxtəlif 

şəraitdə  becərilən  bitkilərdən  alınan  toxumların  laboratoriya 

cücərmə enerjisi və cücərmə qabiliyyəti fərqlənir. 




 

26 


 

2002-2004  -  cü  illərdə  müxtəlif  bölgələrdə  becərilmiş  basma 

bitkisindən  yığılmış  toxumların  laboratoriyada  cücərmə  enerjisi 

cücərmə  qabiliyyətinə  dair  tədqiqatlarımızın  nəticələrindən 

görünür  ki,  Şirvan  bölgəsində  becərilmiş  basma  bitkisindən 

yığılmış  toxumların  laboratoriyada  cücərmə  enerjisi  orta  hesabla 

96,7 %, cücərmə qabiliyyəti isə 97,7 % olmuşdur. 

 Gəncə-Qazax bölgəsində becərilmiş basma bitkisindən yığıl-

mış toxumların 1aboratoriyada cücərmə enerjisi 97,4 %, cücərmə 

qabiliyyəti isə 99,1 % təşkil etmişdir (cədvəl 4.1). 

Cədvəl 4. 1 

Müxtəlif  şəraitdə  yetişdirilən  basma  toxumlarının  labora-

toriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 

 

Göründüyü  kimi,  müxtəlif  şəraitlərdə  becərilən  basma  bit-



kisindən  alınan  toxumların  cücərmə  enerjisi  və  cücərmə  qabi-

liyyəti  fərqlidir.  Gəncə-Qazax  bölgəsində  becərilən  basma  bit-

kisindən yığılan toxumların laboratoriya cücərmə enerjisi cücərmə 

qabiliyyəti  Şirvandan  yığılan  toxumlara  nisbətən  0,7-1,4%  artıq 

olmuşdur. 

Тədqiqatlarımız  həm  də  onu  bir  daha  təsdiqlədi  ki, 

Azərbaycanın  Gəncə  -Qazax  və  Şirvan  bölgələrinə  introduksiya 

edilmiş  basma  bitkiləri  yerli  şəraitə  uyğunlaşdıqca  bu  bitkilərdən 

Тoxumun 

yığıldığı yer 

Cücərmə  enerjisi 

Cücərmə   qabiliyyəti 

2002  2003  2004  Orta  2002  2003  2004 

Orta 


Şirvan 

94,7  96,6  98,8  96,7 

96,5 

97,7 


98,9 

97,7 


Gəncə - 

Qazax 


95,9  97,8  98,6  97,4 

97,9 


99,8 

99,7 


99,1 


 

27 


 

toplanmış təzə toxumların cücərmə enerjisi və cücərmə qabiliyyəti 

hər il 2,5-3,0 % artır.  

Müxtəlif şəraitlərdə yetişdirilən basma toxumlarının cücərmə 

enerjisi  və  cücərmə  qabiliyyətinin  öyrənilməsindən  belə  nəticəyə 

gəlmək olar ki, basma toxumlarının laboratoriyada cücərmə ener-

jisi və cücərmə qabiliyyəti Gəncə - Qazax bölgəsində Şirvan böl-

gəsinə  nisbətən  yüksək  olmuşdur.  Bunu  Şirvan  bölgəsinin  torpaq 

şəraitinin  basma  bitkisi  üçün  nisbətən  əlverişsiz  olması  ilə  izah 

etmək olar. 



4. 2. Saxlanma müddətindən asılı olaraq basma 

toxumlarının laboratoriya cücərmə enerjisi və cücərmə 

qabiliyyəti 

Тoxumların  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinin 

saxlama  müddətindən  asılı  olaraq  dəyişilməsinin  öyrənilməsi 

mühüm əhəmiyyət kəsb edir. Çünki, istər basma, istərsə də başqa 

k/t  bitkisinin  toxumları  ilə  səpin  apararkən  yüksək  cücərmə 

enerjisi və cücərmə qabiliyyətinə malik toxumların səpilməsi nor-

mal cücərtilərin alınmasına səbəb olur ki, bu da həmin cücərtilərin 

yaxşı  inkişaf  etməsinə  və  gələcəkdə  daha  yüksək  məhsul  vermə-

sinə zəmin yaradır. 

 

Saxlanma  müddətinin  basma  toxumlarının  laboratoriya 



cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinə  necə  təsir  etdiyini  

tədqiqatlarımızla yoxlamaq  məqsədilə 2000 - ci ilin yanvar ayın-

da) Kürdəmir rayonundakı  “Həna” istehsal kooperativindən 2000 

-  ci  ildə  toplanmış  basma  toxumları  gətirilmişdir.  Kürdəmir 

rayonunun  torpaq-iqlim  şəraitində  becərilmiş  basma  bitkisindən 

toplanmış  həmin  toxumların  laboratoriyada  cücərmə  enerjisi  və 

cücərmə  qabiliyyəti  təyin  edilərkən  məlum  olmuşdur  ki,  labora-

toriyada cücərmə enerjisi 95,2 %, cücərmə qabiliyyəti isə 96,7 %-

ə bərabər olmuşdur.  Bu toxumlar Şirvan və Gəncə - Qazax bölgə-

lərində açıq sahədə səpilmişdir. 

2001 - ci ildə vegetasiyanın sonunda (okyabr-noyabr ayların-

da) saxlanma  müddətinin  basma toxumlarının  laboratoriya  cücər-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə