F k öçər LI a dına Respublika Uşa q Kita bx anası



Yüklə 136,24 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü136,24 Kb.
#21901


     

F.K öçər li a dına Respublika

Uşa q Kita bx anası

  

Könlüm şeir istəyir...



Nəriman Həsənzadənin  85 illik yubileyi 

münasibəti ilə  respublika uşaq kitabxanaları  

üçün hazırlanmış     metodik vəsait

Bakı – 2016 


Tərtibçi:                                  Könül  Səmədzadə

Redaktor və

buraxılışa məsul:                    Şəhla Qəmbərova

Könlüm şeir istəyir: N. Həsənzadənin  85 illik yubileyi 

münasibəti ilə respublika uşaq  kitabxanaları  üçün 

hazırlanmış metodiki vəsait /tərt. ed. K.Səmədzadə; red.  və  

burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika 

Uşaq Kitabxanası.- Bakı, 2016.- 33 s.

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası 

2016



Tərtibçidən

    Bu   gün   biz   Xalq   şairi   Nəriman   Həsənzadə   haqqında

danışacağıq.   Nəriman   Həsənzadə   haqqında   danışmaq

ümumən  müasir Azərbaycan poeziyası barəsində danışmaq

deməkdir.   Nəriman   Həsənzadə,   böyük   Səməd   Vurğundan

sonrakı   dövrün   ən   gözəl   şairlərindəndir;   şeirində   də,

nəsrində də, dramaturgiyasında da, hətta   publisistikasında

da o məhz şairdir. 

Bəli,   elə   Xalq   Şairi   Nəraiman   Həsənzadə

yaradıcılığına   müraciət   etməkdə   məqsədimiz   oxucuları

gözəl insanla yaxından tanış etmək,  onlarda  şairin poeziya

janrına olan  marağını daha da artırmaqdır . 




Həyat və yaradıcılığı:

   İnsan Allahın ona bəxş etdiyi ömrü

şərəflə yaşamaq üçün bu dünyaya gəlib. Bu şərəfi daşımaq

adi   insanın   adi   borclarından   biridir.   Həmçinin,   insanın

içində daima bir ölməzlik arzusu, ölməzlik istəyi də həmişə

mövcuddur.   Həyatda   həm     şərəflə   yaşamaq,   həm   də

ölməzlik   qazanmaq   səlahiyyəti   isə   sənət   adamlarının,

sənətkarların   çiyninə   düşən,   ən   şərəfli   insanlıq,   həm   də

yaradıcılıq yüküdür...

Azərbaycan   poeziya   tarixində,   xüsusilə   XX   əsrin

Azərbaycan şeirində bu cür sənətkarlar sırasında Xalq şairi

Nəriman Həsənzadənin özünəməxsus, hər tərəfdən görünən

bir insan, bir şair şəxsiyyəti vardır. Hərdən adama elə gəlir

ki,   “insanı   ölümsüzliyə”   qovuşduran   “dirilik   suyu”   elə,

sənətin   bulağından   axan   büllur,   saf,   bütün   könüllərin

yanğısını söndürən “dirilik suyudur...”

Və   belə   bir   “dirilik   suyu”   bulağı   Nəriman

Həsənzadənin poeziya ilə sevdalanan könül bulağından 60

ildən artıq bir müddətdir ki, axmaqdadır, çağlamaqdadır...

Kim   nə   düşünür-düşünsün,   poeziya   şairin

həyatından,   tərcümeyi-halindan   keçən   işıqlı,   nurlu   bir




yoldur. Nəriman Həsənzadənin şair şəxsiyyətində sözə sahib

çıxan   kəslərin   işığı,   nuru   var.   Əsrlər   boyu   böyük

şəxsiyyətlərdən,   ustad   sənətkarlardan   öz   dövrünün,   lap

həmyaşlarının, qələm dostlarının hərəsindən bir zərrə qopub

onun poetik şəxsiyyətinə hopan bir işıq. Bir nur...Və bu hər

kəsə nəsib olmur. 

Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi,

Beynəlxalq   Elmlər   Akademiyasının   akademiki,   şair,

dramaturq,   nasir,   publisist   Nəriman   Həsənzadə   85-illik

ömründə qazandığı bu keyfiyyətlərlə bu nuru daşımış, çətin,

ağır, şərəfli yaradıcılıq yükünü  sənətin pillələri ilə məxsus

olduğu yüksəkliyə qaldıra bilmişdir. 

Belə   baxanda,   onun   bir   insan   və   şair     kimi

ömürlüyünü

    nəzərdən   keçirəndə   Nəriman   Həsənzadə

xoşbəxt şairdir.

İlk orta təhsildən tutmuş ali təhsilin müxtəlif yüksək

məqamlarına çatmış, Gəncə Dövlət Peadaqoji İnstitutunun

filologiya   fakültəsini   bitirmiş   (1949-1953),   Moskvada   M.

Qorki  adına  Ədəbiyyat  İnstitutunda  ikinci  ali  təhsil  almış

(1961),   Moskvada   iki   illik   Ali   Ədəbiyyat   Kurslarında

oxumuş,   Azərbaycan   Dövlət   Universitetinin   “Azərbaycan

ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş (1962-1965),

“Azərbaycan-Ukrayna   ədəbi   əlaqələri”   mövzusunda

dissertasiya     müdafiə   edərək   (1965)   filologiya   elmləri

namizədi alimlik dərəcəsi almışdır. 

Onun   yaradıcılığındakı   tarixi   axtarışlar,   alimanə

düşüncələr,   poetik   hissin   bir   alim   düşüncə   sahibi   kimi

tədqiqi   və   onu   ürəyin   “marten   sobası”nda   əridib   şeirə

çevirməsi,   xüsusən   tarixi   mövzularda   yazdığı   poema   və

pyeslərində   alim-tədqiqatçı   və   sənətkar   səriştəsinin



qovuşuğu məncə, məhz bu ali təhsil və bilik dünyasından

keçən həyatın nəticəsidir. 

Nəriman   Həsənzadə   “balıq   okeanda   böyüyər”

prinsipinə   əməl   etmiş,   həmişə  Azərbaycan   ədəbi   fikrinin,

poetik,   düşüncəsinin,   ədəbiyyat   okeanının   mərkəzində

olmuş,   müxtəlif   vəzifələrdə   Azərbaycan   ədəbiyyatına,

mədəniyyətinə,   incəsənətinə,   Azərbaycan   ədəbiyyatının

ictimai-sosial həyatına ləyaqətlə xidmət etmişdir. Televiziya

və Radio Verlişləri Komitəsində böyük redaktor, “Gənclik”

nəşriyyatında   redaktor,   “Azərbaycan   gəncləri”   qəzetində,

“Azərbaycan” ədəbi yurnalında şöbə müdiri (1962- 1975)

işləyəndə   də,   uzun   müddət   “Ədəbiyyat   və   incəsənət”

qəzetinin baş redaktoru (1978-90), Azərbaycan mətbuat və

informasiya   nazirinin   birinci   müavini   və   naziri   əvəzetmə

vəzifələrində (1991-2001) çalışanda da...

O,   Azərbaycan   Yazıçılar   İttifaqının   (1954),

Azərbaycan   Yazıçılar   İttifaqının   ilk   partiya   təşkilatının

katibi (1972-1978), dəfələrlə Bakı şəhərinin rayon sovetinin,

Bakı   şəhər   sovetinin   (1978),   sonralar   Azərbaycan   xalq

deputatı   (1991-1995)   seçilmiş,   Ədəbiyyat   fondunun

direktoru   olmuş,   “Şərəf   nişanı”,   “Şöhrət”   ordenlərinə   və

fərdi Prezident təqaüdünə layiq görülmüşdür.  

Bəli, şərəfli, çoxlarına nəsib olmayan bir ömür.  Bu

şair-sənətkar, alim, dramaturq, publisist Nəriman Həsənzadə

ömrünün görünən tərəfləridir. Gəlin   birlikdə şair ömrünün

görünən   və   görünməyən   tərəflərini     bir   daha   nəzərdən

keçirək...



BÖLMƏ II:

Yubiley tədbirlərinin keçirilməsi:

Bir şair ömrünü yaşatmaq üçün

Bir insan ömrünü girov qoymuşam...

Əlinə qələm alandan ümidlərini şeh kimi misralara

ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq

şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 85-ci ilini

tamamlamaqdadır.   Öz   sözləri   ilə   desək:   “İnsan   ömrünün

təkcə ili yox, anı da tarixi bir hadisəymiş.” Elə bu məqamda

unudulmaz   şair   Səməd   Vurğunun   “Şair,   nə   tez   qocaldın

sən?!” misraları adamı üşütsə də, Nəriman müəllimin şux

yerişi, şax duruşu həmişə göz önünə gəlir. 

Bədii sözün ləyaqət bayrağını bütün yaradıcılıq boyu

ucalarda   saxlayan   Nəriman   Həsənzadə   oxucu   ürəyinə   yol

tapan, həzin, lirik misraları ilə hər kəsin könül çırpıntısına

öz   qəlbinin   döyüntüsünü   də   qoşaraq   insanlarda   xoş

duyğular, intibahlar oyadan, min köhnəliyin içində min bir

təzəlik yaradan görkəmli söz ustasıdır. 

Nəriman   Həsənzadə   əslində   xoşbəxt   qələm

sahibidir.   Illərdir   ki,   onun   əsərləri   sevilə-sevilə   oxunur,

rəğbətlə qarşılanır, dillər əzbərinə çevrilir, sözlərinə musiqi

libası   geyindirilir.   Mənzum   dramları   müxtəlif   tamaşaya

qoyulur. Ömrünü söz sənətinə bağlayan, ilhamının sayəsində

bir-birindən maraqlı əsərlərə imza atan Nəriman Həsənzadə

Azərbaycan   poeziyasının   zənginləşməsində   özünəməxsus

xidmət göstərir. 



Bəli   elə   bu   poeziyanın   özünəməxsus   tərəflərini

görmək üçün bu gün biz Nəriman Həsənzadə yaradıcılığına

müraciət etmişik. 

Nəriman Həsənzadə yaradıcılığı geniş və rəngarəng

olduğundan   bəzən   onu   necə   təqdim   etməkdə   çətinlik

çəkirsən.   Görkəmli   şair,   yoxsa   ləzif   nasir,   yaxud   da

dramaturq, ya bəlkə də gözəl nəğmələr müəllifi?

Bəli, bu gün biz görkəmli şair, dramaturq, istedadlı

müəllim  və  sonda  gözəl   insan  Nəriman   Həsənzadənin   85

illik   yubileyini   qeyd   edirik.   Yubiley   münasibətilə

respublikamızın     bir   çox   təhsil   ocaqlarında   məktəblərdə,

lisey   və   gimnaziyalarda,   kitabxanalarda   və   s.   tədris

müəssələrində   bir   çox   tədbirlərin   keçirilməsi   nəzərdə

tutulmuşdur.   Həmçinin F. Köçərli adına Respublika Uşaq

Kitabxanasında   da     geniş   tədbirlər   planı   hazırlanmışdır.

Tədbirlər   planının   maraqlı   olması   üçün   Nəriman

Həsənzadənin   yaradıcılığını   əks   etdirən   bukletlərin

hazırlanması     yerinə   düşər.   Bu   bukletlər   kitabxananın

xidmət   şöbəsi   və   oxu   zalında   hazırlanmış   stendlərdə   öz

əksini tapır. Kitabxanada ilk əvvəl yubilyar haqqında foto

sərgi,   kitab   sərgisi   hazırlamaq   olar.   N.   Həsənzadənin

yaradıcılığı   ilə   bağlı   hazırlanmış   sərgi   müxtəlif   başlıqlar

altında   keçirilə   bilər.   Məsələn:   “Nəriman   Həsənzadə-85”,

“Taleyinə   şairlik   yazılmış   Nəriman   Həsənzadə”,   “Çiçək

nəfəsli”, “Nərimanlı dünya”, “Zirvələr gözləyir”, “Təravətli,

xoş niyyətli”, “Şairin inam nəğməsi”, “Etiraflar poeziyası”

və   s.     İndi   isə   “Nəriman   Həsənzadə-85”   adlı   sərginin

nümunəsini veririk. 




Başlıq.

1.  “Nəriman Həsənzadə-85”

2. Nəriman Həsənzadənin kitablarının nümayişi.

3. Görkəmli   insanların  Nəriman   Həsənzadə   haqqında

söylədikləri sitatlar. 

4. Dövrü   mətbuatda   çap   olunan   məqalələrin

kartotekası.

5. Şeir parçası

Şeir yazdığım gün məğrur oluram,

Ilham ki, xəfifcə sinəmə dolur;

Bir şeh damlasıtək büllur oluram,

Dünya dünyada yox, məndə əks olur... 

  

Kitablarının nümayişi:



 


 

       



    

     



   

          




Görkəmli şəxsiyyətlər 

 Nəriman Həsənzadə haqqında

1. Nərimanın   şeirlərini   oxuduqca   biz   belə   qənaətə

gəlirik   ki,   sənət   əsəri,   xüsusən   lirik   şeir   o   zaman

adamı   əfsunlayır   ki,   həyat,   təbət   bu   insanlar

haqqında,  onların  bitməz-tükənməz işığı, qaranlığı,

gözəlliyi,   eybəcərliyi,   sevinc   və   faciələri   barədə

oxucuya   nə   isə   yeni   bir   şey   deyir.  Onu   bu   vaxta

qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi

qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi

mənalar   və   füsunkar   gözəlliklər   aləminə   aparır,

fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə

yönəldir. 



Mirzə İbrahimov

Xalq şairi

2. Əziz dostum Nəriman Həsənzadə “Kimin sualı var”

poemasını   yazıb   başa   çatdırmışdır.     Məhz   başa



çatdırmışdır. Uzun illər boyu mətbuat səhifələrində

fəsil-fəsil, diqqət və maraqla izlədiyimiz iri həcmli,

geniş əhatəli poemaya son nöqtə qoyulmuşdur. Elə

bil tufanlı, təlatümlü dənizdə uzaq və sirli müəmmalı

səfərə   çıxmış   bir   gəmi   böyük   bir   ləngərlə   öz

limanına qayıtmışdır.

Bu yetmişinci illərin əks-sədasıdır...

Nəbi Xəzri

Xalq şairi

3. N.Həsənzadənin   şeirlərindən   mən   həmişə   həzz

almışam.   Onun   şeirlərində   həmişə   ürək   döyünür.

Çünki oxucusu ilə o ürək dilində danışır. 

Ürək dili nədir? Səmimiyyət!

Onun   şeirləri   həmişə   məni   isidib,   həmişə

düşündürüb, görə bilmədiklərimi mənə göstərib. 

Bəxtiyar Vahabzadə

Xalq şairi

4. Nəriman Həsənzadə  fikir   və   məna   şairidir,   onun

saglam,   büllur   poeziyasının   çox   dərin   qatlarında

çağdaş Azərbaycan varlığının çox ciddi münaqişələri

dilə   gəlir,  alovları   şölə   saçır,  sevinc   və   iztirabları,

ümid   və   qayğıları   çırpınır.  Buna   görə   bu   poeziya

bədii   idrak   əhəmiyyətinə,   öyrənilməyə,

araşdırılmağa   tam   layiqdir,   bədii-estetik   tərbiyə,

kamilləşmə vasitəsidir. 

Xəlil Rza Ulutürk



Xalq şairi

5. N.   Həsənzadə   təpədən   dırnağa   söz   adamıdır;

nəsrində   də,   dramaturgiyasında   da   adi   çıxış   və

məqalələrində də şairdi: sözün səsinə qulaq verən, bu

səsi səriştəli şəkildə müəyyən insanlara yola salan və

əks-səda   kimi   qarşılanan,   sözdən   əsgəri   borcunu

necə yerinə yetirdiyi barədə hesabat istəyəndir...

       Məmməd Araz



Xalq şairi

6. Nərimanın  şeirləri  danışıq  dilinə  yaxın,  sadə,  səlis

üslubu   ilə   seçilib.   Adama   elə   gəlir   ki,   bunlar

yazılmır,  söylənilir. Kitabdan,  rəsmiyyətdən     uzaq,

ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. 

           Mir Cəlal



Xalq şairi

7. O   təkcə   şeirində,   nəsrində,   dramaturgiyasında,

publisistikasında   deyil,   adi   məişətdə   də   böyük

şairdir.


Nizami Cəfərov

Professor,   əməkdar   elm

xadimi

Ömrünün   85-ci   ildönümü   yenicə   tamam   olan   xalq   şairi

Nəriman     Həsənzadənin   əsərlərində   bitib-tükənməyən

torpaq   sevgisi,   Vətən   və   millət   məhəbbəti   daim   bahar

təravəti saçır. Onun irihəcmli dram əsərlərində, poema və

lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi,

bu   günü,   sevinc   və   acıları   əks   olunmuşdur.   Şairin

“Atabəylər”,   “Cavid”,   “Nəriman”,   “Midiya”,   “Zümrüd

quşu”,   “Qaçaq   Kərəm”,   “Pompeyin   Qafqaza   yürüşü”,



“Qafqaz”   kimi   əsərlərində   Azərbaycanın   müxtəlif

dövrlərinin tarixi  həqiqətləri bədii salnaməyə çevrilmişdir. 

Nəriman Həsənzadə yaradıcılığının keşməkeşli həyat

yolunu bir daha nəzərdən keçirmək üçün F. Köçərli adına

Respublika   Uşaq   Kitabxanasında   şairlə   görüşün   təşkil

olunması   məqsədəuyğundur.   Kitabxanada   təşkil   olunan

görüşə bir çox sair və yazıçılarla yanaşı,  ədəbiiyatşünasları,

tənqidçiləri,   fəal   oxucuları   dəvət   etmək   olar.  Kitabxanaçı

şair Nəriman Həsənzadəni kitabxanaya dəvət edir. İlk əvvəl

N. Həsənzadə kitabxana ilə yaxından tanış olur. Daha sonra

o, oxu zalında təşkil olunan “Taleyin töhvəsi “ adlı tədbirə

dəvət olunur.  

Tədbir şair, dramaturq Nəriman Həsənzadənin həyat

və yaradıcılığını əks etdirən slaydla başlayır.  Tədbirin giriş

hissəsini açmaq üçün söz F. Köçərli adına Respublika Uşaq

Kitabxanasının  direktoru  Şəhla Qəmbərovaya verilir. 

Əziz və hörmətli tədbir iştirakçıları! Sizi və hörmətli

şairimiz   N. Həsənzadəni   tədbirimizdə görməyimizə çox

şadıq.

Hörmətli   Nəriman   müəllim!   Sizi   görkəmli   şair   və



dramaturqu     anadan   olmanızın   85   illiyi   münasibətilə

kollektivimiz və öz adımdan ürəkdən  təbrik edirəm.  

  Yarım   əsrdən   artıqdır   ki,   sizin   imzanız

oxucularımıza tanışdır. Siz bədii yaradıcılığa 1953-cü ildə

“Azərbaycan   gəncləri”   qəzetində   dərc   etdiyiniz   şeirlə

başlamısınız.   Həmin   vaxtdan   şeirləriniz   müxtəlif   ədəbi

orqanlarda,   toplularda   ardıcıl   dərc   olunmuşdur.   “Yadına

düşəcəyəm”, “Nəriman”, “Zümrüd quşu”, “Mənim gecəm-

gündüzüm,   “Bir   az   möhlət   istəyirəm   ömürdən”,   “Nabat

xalanın   çörəyi”,   “Bütün   millətlərə”,   “Taleyin   töhvəsi”   və




başqa kitablarınız oxucular və ədəbi ictimaiyyət tərəfindən

maraqla qarşılanmışdır. Əsərlərinizdə həyatımızın rəngarəng

bədii lövhələri, insanların mənəvi-psixoloji dünyası yüksək

sənətkarlıqla qələmə alınmışdır. Sizin yaradıcılığınız şəxsi

həyacan, duyğu və düşüncələrinizin tərənnümü, bizi əhatə

edən   aləmin   şairanə   ifadəsidir.   Vətənə,   xalqa,   gözəlliyə,

tarixi   keçmişimizə,   müasir   həyatımıza,   təbiətə   münasibət

sizin lirikanızın əsasını təşkil edir. 

Siz   dramaturgiya   sahəsində   də   çalışırsınız.  “Bütün

Şərq bilsin”, “Atabəylər”, və başqa pyesləriniz Azərbaycan

teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Bu mənzum

dram   əsərlərində   Azərbaycan   xalqının   ən   qədim

dövrlərindən   bu   günə   qədər   keçdiyi   mübarizələrlə   dolu

məşəqqətli, lakin şərəfli yol öz  bədii əksini tapmışdır. 

Oxucular   səhnəyə   daxil   olur.   “Nərdivan”   adlı   şeiri

söyləyirlər. 

Bu dünya nərdivandı,

qalxanda mehribandı,

enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

Sən qalxırdın bu dəmdə,

Mən enirdim xəbərsiz.

Səni arzularına

Qaldırırdı nərdivan.

Məni xatirələrə

endirirdi bu zaman.

Birimiz günçıxana,

birimiz günbatana.

Qalxa bilməzdim daha,




Nə o güc, nə o taqət.

Sən də enə bilməzdin,

Haqlı, haqsız vermişdi

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

bu görüş heç araya,

Ya sən əvvəl gələydin,

ya mən sonra dünyaya.

Sonra   söz   şair   Nəriman   Həsənzadəyə   verilir.   N.

Həsənzadə   öz   yaradıcılıq   planlarından   danışdıqdan   sonra,

oxucuların suallarına  cavab verir və tədbirin təşkilinə görə

öz   təşəkkürünü   kitabxananın   müdriyyəti   və   kollektivinə

bildirir.   Tədbirin   sonunda   şair     “Kitabxanaçı”   şeirini

söyləyir.  



Limon xanım gözəl-göyçək

Kitabxana işçisiydi.

İşçilərin incisiydi,

bəlkə lap birincisiydi.

Qara uzun hörüyünü

Gah açardı, gah yığardı.

Açanda biz tanımazdıq,

yığanda biz darıxardıq.

Oxu zalı işıqlıydı,

Ütülüydü ag pərdələr.

Oxucusu aspirantlar,

Müəllimlər, tələbələr.


Kitabları gətirərdi,

Yoxlayardı sifarişi.

Biz oxuyub qurtarardıq,

Qurtarmazdı onun işi.

Müdriyyət çağırsaydı,

Bizdən izn istəyərdi.

Sevinəndə bölüşərdi,

qəmlənəndə gizlədərdi.

Limon xanım.

Bəli buyur.

Limon xanım, filan kitab.

Stol üstə qoyulardı,

Toz altında qalan  kitab.

Çağırmamış gedər-gələr,

əli işdən soyumazdı.

Oturmaqdan biz bezərdik, 

Işləməkdən o doymazdı.

Dodaqaltı deyinərdi,

yəqin bir ehtiyat üçün:

gizlin kəsib aparırlar

qəzetləri sitat üçün.

Tariximiz çıxır yoxa,

Sonuncu xəbər itirdi.

Müəllimlər pıçıldaşır,

aspirantlar eşidirdi.


Ali məktəb diplomunun 

Qazancı az, yeri dardı.

Bir təşəkkür eşitsəydi,

Neçə sagol, qaytarardı.

Oxudular, dagıldılar,

Hərəsi bir alim oldu.

Bu, elmlər namizədi,

O, əməkdar xadim oldu.

Unuduldu Limon xanım,

Unuduldu kitabxana.

Biri təbrik göndərmədi

Ad günündə o qadına.

Saç ağardı Limon xanım,

Eynək taxdın  ala gözə.

Çağır Aşıq Ələsgəri,

“Yandı bağrım, döndü  közə”. 

Tədbirin   sonunda   F.   Köçərli   adına   Respublika   Uşaq

Kitabxanasının   müdriyyəti   və   kitabxanaçılar   şairə   öz

təşəkkürlərini   bildirir,   onunla   şəkil   çəkdirir   və   avtoqraf

alırlar. 

Xalq  şairi,  “Şöhrət  ordenli”,  Prezident  təqaüdçüsü,

əməkdar incəsənət  xadimi Nəriman Həsənzadə  illərdir ki,

oxucuların ən çox sevdiyi və müntəzəm oxuduğu xoşbəxt

qələm sahiblərindən biridir. 

Nəriman Həsənzadənin yaradıcılığı o qədər geniş və

rəngarəngdir   ki,   bəzən   çətinlik   çəkirsən   ki,   bu   şairi   neçə



təqdim edəsən. Görkəmli şair, nasir və yaxud dramaturq, və

yaxud da gözəl nəğmələr müəllifi? Elə bu sualları biz bu

gün yubileyini təmtəraqla kecirdiyimiz Nəriman Həsənzadə

oxucularına ünvanlayacağıq. 

Kitabxanada “Ən çox sevdiyim şair” adlı sual-cavab

gecəsi keçirilir. 

1.

 

Sual: Nəriman Həsənzadəni necə tanıyırsınız? 



Cavab: Biz oxucular N. Həsənzadəni müasir Azərbaycan

ədəbiyyatının   tanınmış   və   seçilən   nümayəndəsi   kimi,

nəğməkar şair kimi, dramaturq,   gözəl və xeyirxah bir

insan kimi tanıyırıq. 

2.

 

Sual: N. Həsənzadə neçənci ildə və harada anadan



olmuşdur?

N.   Həsənzadə   1931-ci   ildə   Ağstafa   rayonunun   Poylu

qəsəbəsində anadan olmuşdur. 

3. 


 Sual?  N. Həsənzadənin neçə yaşı tamam olur?

Cavab: 2016-ci il fevral ayının 18-də  N. Həsənzadənin 85

yaşı tamam olur. 

3.



  Sual? N. Həsənzadənin hansı əsərlərinin adlarını



çəkə bilərsiniz?

Cavab: “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”, “Zümrüd

quşu”, “Bütün Şərq bilsin” və s. 

4.



  Sual?   N.   Həsənzadənin   hansı   uşaq   şeirlərinin

adlarını çəkə bilərsiniz?

5.  Cavab: Şeytan qız, Ay Xanım, gəl oynayaq, Heç nə

istəməyən   qız,   Uşaqlar,   Yoxa   çıxan   yeddi   yaylıq

dastanı, Xatirə, Dişləri mırıq, düyməsi qırıq, şalvarı

qısa, qardaşım İsa, Yuxuda aglatdılar.  və s.




İndi isə gəlin birlikdə gozəl şairimiz N. Həsənzadənin

uşaqlar   üçün   yazdığı   “Yuxuda   ağlatdılar”   şeirini

oxucuların  ifasinda dinləyək . 

Nazim getdi yatmağa,

Bal yuxuya batmağa,

yuxularda qaçmağa,

nağıllarda uçmağa.

Məlikməmməd dalınca,

Qorxaq Əhməd dalınca.

Tək səfərə çıxmağa,

Qılınc, qalxan taxmağa.

Cırtdan ilə görüşə,

Divlər ilə döyüşə.

 

Oyuncaqlar gəldilər,

Yuxusuna girdilər.

Dovşanın qulağı yox,

Dəvənin ayağı yox.

Ayı çənəsiz gəlib,

Xoruz çarəsiz gəlib,

Atın başı itdədi,

Itin başı atdadı.

Kosmonavt çılpaq qalıb, 

Nə o, nə bu sağ qalıb.

Dovşan dedi: qulaq ver!

Dəvə dedi: ayaq ver!

Ayı dedi: çənə tap!

Xoruz dedi: çarə tap!

At başını istədi.

Kosmonatv dedi: paltar! 



Hamısı dedi: qaytar!!!

Məlikməmməd eşitdi,

Qorxaq Əhməd eşitdi.

Nazimdən küsdü Cırtdan

Divlər buynuzlu gəldi,

küsdü qılınc və qalxan.

sonra toppuzlu gəldi,

Yuxuda ağlatdılar.

Nazimi oyatdılar.

   N. Həsənzadə yaradıcılığının əsas meyarlarından biri

də müasirlikdir. Şair Azərbaycan tarixinin qədim dövrlərinə

müraciət edəndə də, orta əsrlərdən, XIX əsrdən, XX əsrin

əvvəllərindən danışanda da olduqca müasirdir, olduqca bu

günün şairidir. 

N. Həsənzadə bir çox uğurlu poemaları ilə də həmişə

yadda qalır. Onların sırasında “Nəriman”, “Heybədə gəzən

şeir”, “Vətənsiz”, “Şahid ol, günəş”,   “Rəsul   Həmzətova

məktub”, “Kimin sualı var” poemaları və digər iri həcmli

əsərləri öz dərin mündərəcəsi,   poetik vüsəti etibarilə oxucu

qəlbində isti yuva salır.    

F.  Köçərli   adına   Respublika   Uşaq   Kitabxanasında

keçirilən tədbirlərin içərisində ən çox sevilən   tədbirlərdən

biri də kitab müzakirəsidir. Kitab müzakirəsini keçirməkdə

məqsədimiz   oxucuları   kitaba,   poeziyaya   marağı   daha   da

artırmaqdır. Belə tədbir kitabxanada tez-tez təşkil olunur və

bu tədbir rayon kitabxanarı üçün tövsiyyə xarakteri daşıyır. 

Kitab müzakirəsinə tənqidçiləri, ədəbiyyatşünasları, şair və

yazıçıları   və   kitabxana   əməkdaşlarını   dəvət   etmək   olar.

Kitabxanaçı tədbirə gələn qonaqları salamlayır. 



Biz   bu   gün     N.   Həsənzadə   poeziyasinin   işığına

toplaşmışıq.   Bu   gün   “Nabat   xalanın   çörəyi”  adlı   əsər

haqqında danışacağıq.   Bu əsər kitab halında da bir neçə

dəfə nəşr olunmuşdur.   Birinci nəşr 1974-cü ildə Gənclik

nəşriyyatı   tərəfindən,   ikinci   nəşr   1986-cı   ildə   yenə   də

Gənclik   nəşriyyatı   tərəfindən   çap   olunmuşdur.   Məhz   bu

kitaba elə bu nəsr əsəri daxil edilmişdir. Əsər üç hissədən

ibarətdir. 

Ana   müqəddəsdir,   ana   uludur!   Əsərdə   müəllif

Azərbaycan   qadınının   övlad   məhəbbətini,   onun   mənəvi

gözəlliyini və keçirdiyi iztirabları poetik boyalarla qələmə

almışdır. Kitabda bir elə arxa, bir elə ana olan ər qeyrətli bir

qadından   Nabat   xaladan   məhəbbətlə   söhbət   açılır.   Nabat

xalanın bişirdiyi isti çorəklərin ətri bərəkətli zəmilərimizin

ətri   kimi   ümumiləşdirilmişdir   ki,   bu   geniş,   vətən

torpağımıza dərin məhəbbət hissi aşılayır. Əsəri oxuduqca

siz   onun     “xamralı   çörəyi”nin   ətrini   duya-duya   maraqlı,

ibrətamiz   hekayətlərini   dinləyəcək,   Qiyamla,   Fərəhlə

bərabər   qəlbinizdə   bu   anaya   möhtəşəm   bir   heykəl   də

ucaldacaqsınız-Əbədiyyət heykəli!

Xalq   şairi   N.   Həsənzadənin   yubileyi   ilə   bağlı   F.

Köçərli   adına   Respublika   Uşaq   Kitabxanasında   keçirilən

tədbirlərdən   biri   də   ədəbi-bədii   gecədir.  Ədəbi-bədii   gecə

oxucuların ən çox sevdiyi tədbirlərdən biridir. Belə tədbirləri

xatirə   gecəsi   də   adlandırmaq   olar.   Ədəbi-bədii   gecənin

keçirilməsində   məqsədimiz   oxucuları   xalq   şairi   N.

Həsənzadənin yaradıcılığı ilə tanış etmək,  şairin şeirlərinə,

hekayə və povestlərinə diqqəti artırmaqdır.

Ədəbi-bədii   gecə   əsasən   iki   hissədən   ibarət   olur.

Kitabxanaçı belə tədbirlərə iki ay qabaqcadan hazırlaşmalı,




tədbirdə   iştirak   edəcək   qonaqları   əvvəlcədən

müəyyənləşdirməlidir.   Tədbirə   kitabxanaçı   şair   və

yazıçılarla   yanaşı   ədəbiyyat   müəllimlərini,   tənqidçiləri,

jurnalıstləri   və   oxucuları   dəvət   edə   bilər.   Tədbirin   ədəbi

hissəsi çıxış və məruzələrlə başlayır. Tədbirdə iştirak edən

qonaqlar   N.   Həsənzadənin   xeyirxahlığı,   nəcibliyi,

mehribanlığı, dostluğu haqqında söhbət açırlar. İkinci hissə

yəni   bədii   hissədə   şairin   şeirlərinə   yazılmış   mahnılar

səsləndirilir,   hekayə   və   povestlərindən   səhnəciklər

hazırlanıb göstərilir. 

“İllər   səndə   nəyim   qaldı”   adlı   ədəbi-bədii   gecənin

nümunəsini veririk. Səhnə gül dəstələri ilə bəzədilir. Şairin

portreti səhnənin divarından asılır.  Aparıcılar səhnəyə daxil

olur. 


 “Ən yüksək vəzifə, əlbəttə, şairlikdir”

Nəriman Həsənzadə

Tədbir     Əminə   Yusifqızının     ifasında   Sözləri   Nəriman

Həsənzadəyə   aid   olan   “Bu   dünya   bir   nərdivandır”   adlı

şeirin sədaları ilə başlayır.


I Aparıcı:

Müasir Azərbaycan poeziyası səmasında şölə

saçan parlaq ulduzlardan biri də xalqımızın görkəmli şairi

Nəriman   Həsənzadədir.   Həssas   qəlbli   söz   ustasının

yaradıcılığını   səciyyələndirən   əsas   cəhət   əsərlərində

insanpərvərlik,   gözəllik,   Vətənə   və   dünyaya   məhəbbətlə

dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri də özü

kimi   sadə   və   səmimidir.   Ömrünün   uşaqlıq   illəri   Qazax

rayonunda   keçmiş,   sübh   tezdən  günəş   doğarkən   üfiqin

çöhrəsinin necə rəng aldığını heyranlıqla müşahidə etmiş,

anası Nabat xalanın ətirli və halal çörəyi ilə böyüyüb boya-

başa çatmış, qəlbi el-oba, vətən məhəbbəti ilə dolu olan bu

gənci şair olmağa həyat özü şövq etmişdi. Gənc şairin ilk

qələm   təcrübələrindən   Vaqif,   Vidadi   və   Səməd   Vurğun

lirikasının   ətri   duyulurdu. 

Nəriman   Həsənzadənin

tərcümeyi-halini   öyrənmək   üçün   onun   şeirini   oxumaq

kifayətdir:



Döyüldüm dəmir kimi,

Döyüşdə gərək oldum.

Yoğruldum xəmir kimi,

Gördülər çörək oldum.

Əkildim torpaq kimi,

Göyərdim çiçək oldum.

O qədər dandılar ki,

Axırda gerçək oldum.

II Aparıcı:

Bəli, 1931-ci ildə Ağstafa rayonunun Poylu

qəsəbəsində anadan olmuş Nəriman  Həsənzadə Azərbaycan

Yazıçılar   İttifaqının   üzvü   (1954),   Filologiya   elmləri

namizədi (1965), Azərbaycanın Əməkdar incəsənət xadimi

(1981),   Azərbaycan   Respublikası   Ali   Sovetinin   deputatı




(1990-1995),  Azərbaycanın   Xalq   şairi   (2005),   “İlin   şairi”

mükafatı laureatı (2010), şair-dramaturq olmaq üçün uzun,

keşməkeşli,   təzadlı   həyat   və   yaradıcılıq   yolu   keçib.   Onu

dananlar da olub, yaxşı kitabını pisləyənlər də olub. Lakin

Nəriman Həsənzadə öz yolundan, öz amalından dönməyib,

yazıb-yaradıb,   öz   bədxahlarına   yeni-yeni   kitablarla,

pyeslərlə, dillər əzbəri olan mahnılarla cavab verib. Yaxşı

deyiblər   ki, şairin ən   kəskin silahı onun yaxşı əsərləridir.

Bu   silah   Nəriman   Həsənzadəni   həmişə   üzü   ağ,   alnı   açıq

edib, onu təzadlı yollardan uğurla çıxarıb.



Niyə ağrıyırsan, 

Nədir möhnətin,

Nəğməsi dilimdə 

Qalan ürəyim?

Ey məni buz bilib

Yola getməyən,

Ey məni odlara 

salan ürəyim.

Göz doymur dünyadan,

Bu tamaşadan,

Bir yerdə vursaydıq

ömrü başatan.

Ey mənim sinəmdə

məni yaşadan,

Ey mənim əlimdə

ölən ürəyim. 

Nəriman   Həsənzadəni   adi   bir   dəmirçi   oğlunu   xalqın

sevimlisinə çevirən onun sadiq şair ürəyi olmuşdur. 1953-cü

ildə   Gəncə   Pedaqoji   İnstitutunu   bitirən,   unudulmaz   xalq

şairimiz Səməd Vurğunun zəmanəti ilə Yazıçılar İttifaqına



qəbul   edilən   şair   Moskvada,   M.   Qorki   adına   Ədəbiyyat

İnstitutuna daxil olur. Təhsil illərində onun şeir və poemaları

Ümumittifaq mətbuatında dərc edilir, şairə şöhrət qazandırır.

1965-ci ildə   Nəriman   Həsənzadə müvəffəqiyyətlə

dissertasiya   müdafiə   edərək,   filologiya   elmləri   namizədi,

alimlik dərəcəsi alır. Şairliyi alimliyini, alimliyi isə şairliyini

tamamlayır. 

Bir-birinin   ardınca   şairin   “Qiz   ürəyi”,   “Niyə

demədiniz ?”, “Kimin sualı var?”, “Seçilmiş əsərlər”, “Bir

az   möhlət   istəyirəm   ömürdən”,   “Mənim   nigahımı   pozdu

təbiət”   və   s.   kitabları   nəşr   edilir.   Bu   kitbların   bəziləri

respublikamızın, ölkəmizin hüdudlarını adlayaraq dünyanın

müxtəlif xalqlarının dillərinə tərcümə edilir. 

I   Aparıcı:  Nəriman   Həsənzadənin   yaradıcılığında

dramaturgiya əsas yer tutur. Onun “Atəbəylər”, “Bütün Şərq

bilsin”,   “Nabat xalanın çörəyi”, “İmzalar içində”, “Kimin

sualı   var?”   pyesləri   respublikamızın   müxtəlif   teatrlarında

müvəffəqiyyətlə   tamaşaya   qoyulub.   “Bütün   Şərq   bilsin”

əsəri Mayakovski adına Moskva Dövlət Akademik Teatrında

uğurla göstərilib, mükafata layiq görülüb.  

Nəriman Həsənzadəni haqlı olaraq “nəgməkar şair”

adlandırırdılar. Respublikamızın görkəmli bəstəkarları onun

şeirlərinə çoxlu mahnılar bəstələyiblər. Bu da təsadüfü deyil.

Çünki şairin şeirlərində gözəl bir musiqi var. Daha doğrusu,

onlar öz-özlüyündə bəstəsiz mahnılardır. 



Ay sevgilim çağır məni, 

Gəlim sizə qonaq olum.

Əsim səhər mehi kimi,

Saçında daraq olum.


N. Həsənzadə oxucusunu çoxdanın dostu, tanışı və

ürək sirdaşı kimi dindirir. Onu sevincinə, arzusuna, kədər və

həyacanına şərik etməyi bacarır.

N.   Həsənzadə   nədən   yazırsa   yazsın,   onun   kökü

Azərbaycan torpağı ilə bağlıdır. Bəli, Azərbaycan xalqının

ağrılı-acılı   günləri   çox   olmuşdur.   Dərdlərimiz   saysız,

tükənməz   olmuşdur,   mübarizə   əzmimiz,   eşqimiz   isə   heç

vaxt sönməmişdir. Şair öz döyüşkən qələmi ilə hər vaxt ön

səngərdə durmuş, bir çox hallarda zamanı qabaqlamışdır.  

Oxucular   səhnəyə   daxil   olur.   N.   Həsənzadənin

“Cəbhə bayatılarından” bir neçəsini söyləyirlər. 

I Oxucu:

 Oxuma, sarı bülbül,

Itirdim yarı bülbül.

Burda mən qərib oldum,

Şuşada Xarı bülbül.

Xocalıdan gələn var,

Ağlayan var, gülən var.

Bakıda toy qurmayın,

Xocalıdan ölən var.

II Oxucu:

Yol gəlir Qubadlıdan

Xəbər alın atlıdan.

Nəbi, Həcər hardadı?

İtdi namus, batdı qan.

İgidlər ölməsinlər,

Ayrılıq görməsinlər.

Siz yerə tikiş  qoyun,

Torpağı bölməsinlər. 



Nəriman Həsənzadə dünyanın hansı qitəsində olursa-

olsun, planetimizin hansı ölkəsində ədəbi simpoziumlarda,

poeziya məclislərində iştirak edirsə-etsin, sinəsində həmişə

azərbaycanlı ürəyi döyünür. O, Yuqoslaviya, İtaliya, Fransa,

İran, Türkiyə, Hindistan, Belçika və başqa ölkələrə səfərləri

zamanı  özü  ilə  bərabər  Azərbaycan  torpağının     hərarətini

aparıb. Biz onun şeir və poemalarında bu torpağın odunu,

alovunu,   əsrarəngsiz   təbiətinin   genişürəkliliyini   və   s.

görürük. 

Bəli, xalq öz şairini sevir, onun yaradıcılığını yüksək

qiymətləndirir.     Yaxşı   deyiblər   ki,   torpağa   bağlı   olanları

torpaq ucaldır.     

          

Ürək eşitsin...

Sözün nə ucası, nə alçağı var,

əziz dost, şeirimi asta oxu  sən.

Səs-küylə özünə əl çaldıranlar,

Səssiz-küysüz çıxır sonda cərgədən.

Fikir ver misraya, adi sözə də,

Duyan kəs səssiz də gərək eşitsin.

Sıxılma, qulağın eşitməsə də,

Ürəyində oxu, ürək eşitsin... 

Bilmirəm bir ömür yaşamışammı?

Ya heç yaşamağa başlamışammı?

Bəlkə yüz ilim var, hələ qabaqda,

Bəlkə bircə həftə qalib o vaxta?!



Deyirlər söz qalır dünyada yalnız,

Biz gəldi-gedərik qalan hamımız.

Deyə bilmişəmmi qalan söz olsun,

Adımla çəkilən filan söz olsun!..

Nəriman Həsənzadə içində Azərbaycan harayı olan

şairdir. O, vətənə üz tutaraq övladı kimi öz məhəbbətini belə

dilə gətirir: “Ruhum mənim, laylam mənim, Azərbaycan!”

Dövlət   müstəqilliyimizi   qazandıqdan   sonra   şairin

yaradıcılığında vətənlə bağlı nisgilli şeirlərin sayı daha da

çoxaldı. Bədnam qonşularımız tərəfindən torpaqlarımız işgal

edildi,   vətən   oğulları   azadlıq   yolunda   şəhidlik   zirvəsinə

yüksəldi. 

Səhnəyə matəm libası geyinmiş oxucular daxil olur.

N. Həsənzadənin “Şəhidlər xiyabanı” şeirini söyləyirlər. 

I Oxucu:

Dayanın, Şəhidlər xiyabanıdı, 

Yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

nişan gətiriblər bir qıza burda.

Nigaran gedənlər yatır xəbərsiz,

yatağı boş qalıb, atı yəhərsiz.

Ana var, ogulsuz, gəlin var ərsiz,

nəydi bu müsibət, bu cəfa burda?

Qızıl qan ləkəsi qalır gül üstə,

bir qurğu qurdular fitnə-fel üstə.

İl təhvil olubdu qərənfil üstə,

verib öz yerini qış yaza burda.



II Oxucu:

Kim bilir, nə qədər ölən-qalan var,

Vətəndə bir vətən şəhid olan var.

Hələ bir-birini xəbər alan var,

dil yox, sual verir, göz-gözə burda.

Şəhriyar əlində bir əsa gəlsin,

Çağırın Babəki bu yasa gəlsin.

Qısas istəyəni qisasa gəlsin,

Yer özü çağırır qisasa burda.

Bir yandan məğrurluq, bir yandan həya,

Yası bir boyadı, toyu bir boya.

Neçə Koroğlular gəldi dünyaya,

cavan Babək yatır, hardasa burda.

Kim belə qarğadı bu bağça-bağa, 

Qaralar bağlanıb min bir budağa.

Sürtüb ağ saçını qara torpağa,

dəyməyin, Nəriman aglasa burda.  

Tədbirdə həmçinin, N. Həsənzadənin  “Kimin sualı var”

poemasından bir parça göstərilir. 

                                                                      

II Aparıcı:

Bəli, hazırda hörmətli şairimiz N. Həsənzadə

yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 85-ə çatsa da

ürəyi   hələ   də   cavandır.   Yaratmaq   eşqi,   əzmi   aşıb-daşır.

Onun yaradıcılığı yuxarıda qeyd etdiyimiz kimi   hərtərəfli

və zəngindir.     

Sonda   Nəriman   Həsənzadəyə   100   il   ömür

arzulayırıq.   Arzulayiriq   ki,   N.   Həsənzadə   yeni   –yeni



əsərlərilə bizi sevindirsin, yaşayıb- yaratsın.


       

Yüklə 136,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə