F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
  1   2   3   4   5   6   7


            

F.K öçər li a dına Respublika

Uşa q Kitabx anası

Qəlblərdə yaşayan şair - Səməd Vurğun

(Səməd  Vurğunun anadan olmasının 110 illiyi  

münasibəti ilə  hazırlanmış  metodik vəsait)

             Bakı – 2016

1



Tərtibçi:                                  Aynurə Əliyeva

                                                Nuranə Əhədova  

Redaktor və

buraxılışa məsul:                    Zahirə Dadaşova

  

Qəlblərdə yaşayan şair-Səməd Vurğun. Səməd Vurğunun  110-illik



yubileyi  münasibəti ilə hazırlanmış  metodik vəsait

                                        

Tərtibçidən

2



     

Nadir  istedadlar yetişir, ancaq,

     

Səndən nə gəlməyib, nə gəlməyəcək.



 

(O.Sarıvəlli)

Elə sənətkarlar olur ki, bir zaman büllur

ayna   kimi   parlamış   əsərləri   zaman

keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin

bəzi şairlər də vardır ki, illər qərinələr, əsrlər keçsə belə həmişəyaşar

olaraq qəlbimizə həkk olunur... Dahilər haqqında ürək sözü söyləmək

həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz

bir böyük insan, istedadlı bir şair

 

haqqındadır, həyəcanın daha da artır.



Belə  sənət,  söz-saz  ustadlarından  biri  də,  nəğməkar  şair, xalq  şairi

Səməd Vurğundur. S.Vurğunu kim eşitməyib?.. Onun qəlbləri məftun

edən   poeziyası   və   dramaturgiyası   ilə   tanış   olan   hansı   kəs

həyəcanlanmayıb?.. Həmişəyaşar şair S.Vurğun xalqın oxuyan qəlbi

idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm

edirdi.   S.Vurğun   Odlar   yurdunun   taleyinin   nəğməkarı   idi.   O,   yeni

dünyanın müğənnisi idi. Onu da qeyd edək ki, xalq şairi adını daşımaq

ilk   dəfə   S.Vurğuna   nəsib   olub.   Bu   gün   onun   həmişəbahar

yaradıcılığını yad etməmək, xatırlamamaq, söz söyləməmək mümkün

deyildir.

                            Mən ellər oğluyam, ellər canımdır! 

Xalqımız   Səməd   Vurğunun     anadan   olmasının   110   illiyinə

hazırlaşdığı bir vaxtda bu gözəl söz ustası, onun sənətkarlığı və insani

3



xüsusiyyətləri haqqında söz açmaq hamımız üçün xoşdur. S.Vurğun

irsi çox zəngin və rəngarəngdir. O, görkəmli şair, istedadlı dramaturq,

alovlu   publisist,   tənqidçi   və   nəzəriyyəçi,   tərcüməçi,   sülh   uğrunda

mübariz,   mətin,   dövlət   xadimi   kimi   tanınmış,   fəaliyyət   göstərmiş,

yaşayıb-yaratmış, məhşurlaşmışdır. S.Vurğun tükənməz bir mədəndir.

Onun   dərin     qatlarına   baş   vurduqca   yeni   xəzinələr   aşkar   edirsən.

S.Vurğun şüurlu həyatını müasir cəmiyyətə həsr etmişdir. Şair gözəl

amal və idealla üç yüzdən yuxarı içtimai-siyasi məzmunlu şeir, iyirmi

altı gözəl poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerk

yazmış, bir çox məruzə və çıxışlar etmişdir. Səməd Vurğun təkcə bədii

yaradıcılıqda   deyil,   ümumiyyətlə   hər   sahədə   təpədən-dırnağa   qədər

şair idi. Onun poetik ilhamı Azərbaycan torpağının, təbiətinin   özü

kimi   zəngin,   bərəkətli   və   səxavətli   idi.     Şairin   ilhamı   coşğun   dağ

çayına   bənzəyirdi   və   hansı   sahədən   bəhs   etsə   idi,   orada   incilər,

mirvarilər   kəşf   etmək   iqtidarına   malik   idi.   Şair   Azərbaycan

poeziyasını zirvələrdə qaldırmağa nail  oldu. Onun yaradıcılıgında ən

aparıcı     cəhət   vətən   və   xalq   motivləridir.   S.Vurğun   əlinə   qələm

alandan özünü xalqın mübariz əsgəri sayırdı. O, zəhmət adamlarının

əməyini, hünərini nəinki “Muğan”  kimi  gözəl poemasında, bir  çox

şeirlərində,  həmçinin   “Fatma   xala”   (1930),  “Buxtada”  (1931),  “Bir

səhər” (1942), “Muğanın yeni dövranı” (1952), “Mingəçevir işıqları”

(1954)   və   s.   kimi   oçerklərində   vəsf  etmiş,   onların   dolğun   surətini

yaratmışdır. 

S.Vurğun   1937-ci   ildə   də   dərc   etdiyi   bir   məqaləsində

“Azərbaycan”   adlı   böyük   bir   epopeya   üzərində   işlədiyini   xəbər

verirdi.   Burada   Azərbaycan   torpağının   iki   min   illik   tarixinin   əsas

mərhələləri,   misilsiz   nailiyyətlər,   yurd   gözəllikləri   öz   bədii   əksini

tapmalı idi. Bu epopeya bir-birinə bağlı 30 poemadan ibarət olmalı idi.

Məşhur   Azərbaycan   şeiri   epopeyanın   proloqu   kimi   nəzərdə

4



tutulmuşdu.   Sair   özü   yazırdı:   “Bu   şeir   isə   mənim   həyatıma,   bütün

həyat proqramıma uyğundur.”

              

 Ulduzlar sönmür

Səməd   Vurğun   (Səməd   Yusif   oğlu   Vəkilov)   1906-cı   ildə

Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. İbtidai təhsilini

kənddə   alan   Səməd   1918-ci   ilə   kimi   Salahlıda   yaşamış,   sonra   isə

Qazaxa   gəlmişdir.   Bu   zaman   Qori   şəhərindən   müəllimlər

seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçmüşdü. Səməd Vurğun

təhsilini   burada   davam   etdirir.   Kürdə   üzməyi,   at   minməyi,   anadil

quşunun     səsini   tarda,   sazda,   skripkada   çalmağı,   nağıl   dinləməyi,

bədahətən   şeir   deməyi,   riyaziyyatı   çox   sevirmiş.   Qazaxa   gələrkən

Firidun bəy Köçərlinin onun təhsilini davam etdirməsində böyük rolu

olmuşdur. S.Vurğun 1924-cü ildə Qazax Pedaqoji Texnikumunu bitirir.

Əvvəlcə rayonun Köçəsgər kəndində, sonra Gəncə, Quba rayonlarının

ibtidai   və   orta   məktəblərində   müəllimlik   edir.   Elə   həmin   illərdən

mətbuatda   arabir   şairin   səsi   eşidilməyə   başlayır.   “Qızıl   qələm“

ədəbiyyat   cəmiyyətinin   Gəncə   şöbəsində   çalışır.   Müəllimlik,

kollektivə   qaynayıb-qarışmaq,   mədəniyyət   və   sənaye   ocaqlarında,

fəhlə   yığıncağında   şeir   oxumaq,   ədəbi   mübahisə   və   müzakirələrdə

iştirak etmək S.Vurğunu tədricən içtimai həyatın axınına çəkir, onun

həyat   biliyini,   məlumatını   zənginləşdirir.   İllər   keçdikcə   yaradıcılıq

imkanları   daha   da   çoxalır,   aşıb-daşır.   S.Vurğun   bir-birinin   ardınca

gözəl   şeirlər   yazmaqla   bərabər,   dram   əsərləri   yaradır.   Müxtəlif

xalqların   ədəbiyyatlarından   bir   çox   tərcümələr   edir,   dövlət   xadimi

kimi mühüm işlərdə fəal çalışır. S.Vurğun 1935-1940-cı illər arasında

dahi   rus   şairi   Puşkinin   “Yevgeni   Onegin”   mənzum   romanını,

Ş.Rustavelinin   “Pələng   dərisi   geymiş   pəhləvan”   poemasının   bir

hissəsini,   N.Gəncəvinin   “Leyli   və   Məcnun”   dastanını,   M.Qorkinin

5



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə