F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Şairə Fəridə Hacıyevanın 65 illiyi, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə33/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   29   30   31   32   33   34   35   36   ...   146

98 

 

30 Mart – Şairə Fəridə Hacıyevanın 65 illiyi, (1953) 

Hacıyeva  Fəridə  Məcid  qızı  1953-cü  ildə  Sumqayıt 

şəhərində  anadan  olub.  1971-cı  ildə  N.  K.  Krupskaya  adına 

kitabxanaçılıq  texnikumunu  bitirib.  1971-1976-cı  illərdə  də 

Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, daha sonra 

1972-ci  ildə  M.F.Axundov  adına  Dövlət  Kitabxanasında 

kitabxanaçı işləyib. 1983-1992-ci illərdə Mədəniyyət Nazirliyi 

Aşıqlar  Birliyində  metodist  və  daha  sonra  folklor  şöbəsinin 

müdiri  işləyib.  1992-ci  ildən  M.F.Axundov  adına  Dövlət 

Kitabxanasında  bu  günə  qədər  Dövri  Mətbuat  bölməsinə 

rəhbərlik  edir.  1982-ci  ildən  Azərbaycan  televiziya,  radio  və  dövri  mətbuatda 

müntəzəm olaraq şeirləri ilə çıxış edib. Poeziya almanaxı “Yeni səslər”də şeirləri 

çap olunub, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Gül açan xatirələr”, “Ümid 

çırağı”, “İtirilmiş yurd yeri” pyesləri qəbul olunub. “Azərbaycan poeziya almanaxı-

3”də silsilə şeirləri, “Məni məndən alan dünya” kitabı, “Dünyama qovuşacağam” 

kitabı,  “Azərbaycan  harayı”  antologiyasında  vətənpərvər  ruhlu  şeirləri,  “Göylər 

pənahım  mənim”  kitabı,  “Azərbaycan  qadın  şairləri”  kitabında  şeirləri,  “Bağışla 

vətən, bağışla” kitabı, “Qaytaram Tanrı Sevgisin” kitabı, “Hu Mevlam hu” kitabı 

çapdan çıxıb. Görkəmli Rumın şairi Mixay Emineskunun şeirlərinin tərcüməsində 

“Ulduzlardan  pay  istərəm”  adlı  şeir  kitabı  çap  olunmuşdur.  Rumıniyanın 

Konstansiya  şəhərində  “Ulduzlardan  pay  isətərəm”  kitabının  təqdimatı  keçirilib. 

2013-cü ildə 60 illik yubileyi ilə bağlı biblioqrafiyası tərtib olunub və çapdan çıxıb. 

2015-ci  ildə  Türkiyənin  Əskişəhər  şəhərində  yerləşən  Osmanqazi  Universitetinin 

professoru  Tamilla  xanım  Abbasxanlı  tərəfindən  Fəridə  Hacıyevanın  seçilmiş 

şeirləri  tərcümə  edilib  nəşr  olunub.  Eyni  zamanda  Türkiyədə  Fəridə  xanımın 

vətənpərvərlik mövzusunda şeirləri bir çox almanaxlarda çap olunub. 

 

          Kitabları:  “Məni  məndən  alan  dünya”  (1998),  “Dünyama  qovuşacağam”  (2000), 

“Göylər pənahım mənim” (2003) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 

 



 


99 

 

Folklor 



15 Mart – Aşıq Şəmşirin 125 illiyi, (1893-1980) 

      Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin 

Dəmirçidam  kəndində  görkəmli  el sənətkarı, şair 

Qurbanın  ailəsində  dünyaya  gəlib.  Dədə  Şəmşir 

qələmə  aldığı  qoşma,  gəraylı,  təcnis,  divani, 

bayatı,  rübai,  qəzəl  və  müxəmməslərlə  Kəlbəcər 

ədəbi  mühitini,  eləcə  də  yazılı  və  şifahi 

poeziyamızın  ən  önəmli  cəhətlərini  ustalıqla 

mənimsəyən  söz  sənətkarı  kimi  öz  məktəbini 

yaratmışdı.  Onun  40-dan  artıq  şəyirdi  vardı. 

Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, 

M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, 

S.Paşayev,  T.Bünyadov,  C.Abdullayev,  görkəmli  şair-yazıçılarımızdan  S.Vurğun, 

O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, 

N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, 

A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm 

sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, 

İsa  Muğanna,  İ.Məlikzadə,  Ə.Qasımov,  C.Əlibəyli,  S.Əhmədov  kimi  sənətkarlar 

ayrı-ayrı  illərdə  dövri  mətbuatda  Dədə  Şəmşirin  sənət  dünyasından,  şeirlərinin 

poetik  vüsətindən,  sanbal-siqlətindən  söz  açıblar.  İlk  dəfə  musiqişünas  Əminə 

Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan 

Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə 

xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin “Şeirlər” adlı 

ilk  kitabı  1959-cu  ildə  “Akademiya”  nəşriyyatı  tərəfindən  buraxılıb.  Sonralar 

müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, 

“Şeirlər”,  “Öyüdlər”  və  s.  kitabları  işıq  üzü  görüb.  Aşıq  Şəmşirin  həyat  və 

yaradıcılığına  həsr  olunmuş  “Aşıq  ürəkli  şair,  şair  ürəkli  Aşıq  Şəmşir”  (Osman 

Sarıvəlli,  1973),  “Saxla  izimi,  dünya”  (Məmməd  Aslan,  1989),  “Dədə  Şəmşir 

yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır. Aşıq Şəmşir 1980-ci ildə, 

87 yaşnda dünyasını dəyişib. 



Kitabları: “Seçilmiş əsərləri”, “Qoşmalar”, “Dağ havası” və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


100 

 

Xarici ədəbiyyat



 

13 Mart – Rus şairi Sergey Mixalkovun 105 illiyi, (1913-2009) 

Böyük  şair,  yazıçı,  dramaturq,  publisist,  hərbi  müxbir, 

ssenarist, ictimai xadim Sergey Vladimiroviç Mixalkov 13 mart  

Moskva şəhərində anadan olmuşdur. S.Mixalkovda poeziyaya 

sevgi  artıq  9  yaşında  başlamışdır.  Atası  onun  şeirlərini  şair 

Aleksandr  Bezımenskoya  göndərmiş  və  o,  şeirləri  çox 

bəyənmişdir.  1928-ci  ildə  Mixalkovun  ilk  dəfə  “Yol”  şeiri 

jurnalda  dərc  olunmuşdur.  Daha  sonra  “Pioner”,  “Həqiqət” 

jurnallarında  onun  şeirlər  toplusu  çapdan  çıxmışdı.  Uşaqlar 

üçün  canlı,  maraqlı  dildə  yazdığı  şeirlərində  (“Styopa  dayı”, 

Bəs sizdə nə var” və s.) və pyeslərində (“Qırmızı qalstuk” 1946, 

“Qiymətli oğlan” 1971) vətənə məhəbbət, nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılanır. 

Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi oçerk, hekayə, satirik şeir və 

felyetonlar yazmışdır. Mixalkovun aktual mövzulu təmsilləri məşhurdur. Böyüklər 

üçün  yazdığı  “İlya  Qolovin”  pyesi  (1950),  “Ovçu”  (1956),  “Vəhşilər”  (1958), 

“Özünə  abidə”  (1959),  “Xərçənglər”  (1960)  satirik  komediyaları  əhali  arasında 

böyük  rəğbət  qazanmışdır.  Onun  gənc  nəslin  tərbiyəsindən  bəhs  edən  “Hər  şey 

uşaqlıqdan  başlanır”  (1968),  “Zamanın  əlamətləri”  (1976)  adlı  kitabları  vardır. 

Əsərləri  bir  çox  dillərə,  o  cümlədən  Azərbaycan  dilinə  tərcümə  edilmişdir. 

“Xərçənglər”,  “Qiymətli  oğlan”  pyesləri  Azərbaycan  səhnəsində  tamaşaya 

qoyulmuşdur.  Özünün  avtobioqrafik  əsərində  “Mən  sovet  yazıçısı  idim”  (  1995) 

Mixalkov 1991-ci il hadisərindən danışmışdı. S.V.Mixalkov SSRİ Yazıçılar İttifaqı 

İdarə Heyətinin katibi, PSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1962-ci ildən 

“Fitil”  satirik  jurnalının  baş  redaktoru  vəzifələrində  çalışmışdır.  1973-cü  ildə 

Sosialist Əməyi Qəhrəmanı adı almış, 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 

3  başqa  orden  və  medallarla  təltif  olunmuşdur.  Mixalkov  1971-ci  ildən  SSRİ 

Pedoqoji  EA-nın  həqiqi  üzvü  olmuşdur.  Sergey  Mixalkov  SSRİ-nin,  eləcə  də 

müstəqil  Rusiyanın  himninin  müəllifidir.  Daha  çox  uşaq  şeirlərinin  müəllifi  kimi 

tanınan  şair  populyar  kino  və  cizgi  filmlərinə  də  ssenarilər  yazmışdır.  Sergey 

Mixalkov  təxminən  20  il  ərzində  PSFSR  Yazıçılar  Birliyinə  rəhbərlik  etmişdir. 

RSFSR  və  SSRİ  Ali  Sovetinin  deputatı  olmuşdur.  Sovet  ədəbiyyatının  klassiki  

Sergey Mixalkov 27 avqust 2009-cu ildə 96 yaşında vəfat etmişdi. 



Kitabları: “Hər şey uşaqlıqdan başlanır”, “Zamanın əlamətləri” və s. 

 

İnternetdə: 



www.az.wikipedia.org

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə