F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – Yazıçı Nüşabə Məmmədlinin 65 illiyi, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə5/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   ...   146

14 

 

6 Yanvar – Yazıçı Nüşabə Məmmədlinin 65 illiyi, (1953) 



 

Nüşabə  Məhəmmədəli  qızı  Məmmədli  1953-cü  ilin 

yanvarın 6-da Azərbaycan Respulikası Ağdam şəhərində anadan 

olmuşdur.  1975-ci  ildə  Azərbaycan  Xarici  Dillər  Universitetini 

bitirib təyinat yerində işləmişdir. 1967-ci ildə yaradıcılıqla məşğul 

olan  Nüşabə  Məmmədli  1970-ci  ildən  mütəmadi  olaraq 

“Azərbaycan”,  “Ulduz”  jurnallarında,  “Azərbaycan  Gəncləri” 

qəzetində  və  müxtəlif  adda  yerli  mətbuatda  lirik  şeirləri, 

hekayələri  və  povestləri  çap  edilib.  “Arqumentı  i  faktı”, 

“Komsomolskaya pravda” qəzetlərində Qarabağ həqiqətlərini əks 

etdirən məqalələrlə çıxış etmişdir. Nüşabə Məmmədli ilk böyük həcmli “80 budağın 

hərəsindən  bir  yarpaq”  sənədli  povesti  xalq  yazıçısı  Əzizə  Cəfərzadənin  həyat  və 

yaradıcılığına həsr edib. Nüşabə xanımın ikinci kitabı Qarabağ əsir qadınlarından 

bəhs  edən  romanıdır  ki,  təkcə  bu  əsərə  görə  Azərbaycanın  və  xarici  ölkələrin 

müxtəlif adda mükafatlarına layiq görülmüşdür. Qəzet və jurnallarda dərc edilmiş 

onlarla bədii əsərlərin və 150-yə yaxın publisistik məqalələrin müəllifidir. Nüşabə 

Məmmədlinin “Bu bir oyundur” hekayələr kitabı, “Göylərdən keçən ömür” sənədli 

povesti  və  “Vicdan  dustağı”  romanı  oxucular  arasında  böyük  marağa  səbəb 

olmuşdur.  Nüşabə  Məmmədlinin  əsərləri  rus,  ukrayna,  özbək,  alman  və  ingilis 

dillərinə tərcümə edilmişdir. İstər vətəndən kənarda, istərsə də vətəndə işlədiyi bütün 

vəzifələrdə  müxtəlif  mükafatlara  layiq  görülmüşdür.  Bunlar  Rəsul  Rza  adına 

Beynəlxalq  ədəbi  mükafatın  laureatı,  Yaddaş  milli  mükafatı,  Təzəpir  məscidinin 

qədir bilən mömin xalqımıza bəxş edən unudulmaz ulu ana Nabat xanımın şərəfinə 

təsis  edilmiş  sərvət  və  səxavət  mükafatı,  xan  qızı  Natəvan  media  mükafatı 

laureatıdır. Rusiya Federasiyası Yazıçılar Birliyi tərəfindən Nüşabə  Məmmədli rus 

dilində nəşr olunmuş “Ruladı ili Qlas Vopiöheqo v Pustıne” əsərinə, milli ədəbiyyata 

verdiyi töhvəyə görə Q. R. Derjavin adına ordenlə mükafatlandırılmışdır. 1997-ci 

ildə “Ədalət” qəzetində müxbir, 1999-cu ildə “Repartyor”, 2000-ci ildə isə “Karvan” 

qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. 2005-ci ildən isə Azərbaycan Yazıçı 

Qadınlar  Cəmiyyətinin  Sədridir.  2007-ci  ildən  Azərbaycan  Yazıçı  Qadınlar 

Cəmiyyətinin  Mətbuat  Orqanı  “Yazıçı  Qadınlar  Jurnalı”nın  baş  redaktorudur. 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. 



Kitabları:  “Vicdan  dustağı”,  “Sevgi  xiyabanı”,  “Zəngulə”,  “Bu  bir  oyundur”, 

“Göylərdən keçən ömür”, “80 budağın hərəsindən bir yarpaq” və s. 



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 


15 

 

7 Yanvar – Şair Soltan Abbasın 85 illiyi, (1933) 

 

Soltan  Abbas  1933-cü  il  yanvarın  7-də  Neftçalanın  Ballıcalı  kəndində 



doğulub. Əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. Şair ədəbi 

yaradıcılığa ötən əsrin 60-cı illərində başlamışdır. “Damcı”, “Mənə çox öyrəşmə”, 

“Tut  ağacı”,  “Yollar-ömür  yolum”,  “Səyyah  etdi  söz  məni”  və  digər  kitabların 

müəllifidir.  1974-cü ildən  Neftçalada  fəaliyyət  göstərən  “Xəzər  nəğmələri”  ədəbi 

birliyinə rəhbərlik edir. H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun dil və 

ədəbiyyat  fakültəsini  qiyabi  bitirdikdən  sonra  Boyat  kənd  orta  məktəbində 

Azərbaycan  dili  və  ədəbiyyat  fənnini  tədris  etmişdir.  Bədii  yaradıcılığa  1960-cı 

illərdən  başlamışdır.  Dövri  mətbuatda  vaxtaşırı  çıxış  edir.  “Sabir  poeziya 

günləri”(1979), “Qızıl əllər” (1980), “Vətən nəğməsi” (1989), “Azərbaycan” (1991) 

almanaxlarında  şeirləri  çap  olunmuşdur.  1985-ci  ildən  Azərbaycan  Yazıçılar 

Birliyinin  üzvüdür.  “Məmməd  Araz”  ali  ədəbi  mükafatına  (1994)  layiq 

görülmüşdür.  



Kitabları:  “Damcı”  (1979),  “Mənə  çox  öyrəşmə”  (1980),  “Tut  ağacı”  (1984), 

“Yollar-ömür  yolum”  (1989),  “Rübailər”  (2000),    “Qəzəllər”  (2001),  “Ömrün 

şəhidlik zirvəsi” (2003)  və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 


16 

 

12 Yanvar – Ədəbiyyatşünas Gülrux Əlibəylinin 90 illiyi, (1928-2016) 

 

 

 



 

 

 



 

Gülrux  Əlibəyli  12  yanvar  1928-ci  ildə  müəllim  ailəsində  dünyaya 

gəlib. Leninqrad  Universitetini  və  Moskvada  Qorki  adına  Dünya  Ədəbiyyatı 

İnstitutunun aspiranturasını bitirib. 1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq 

Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru 

olub. Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizami 

adına  Ədəbiyyat  və  Dil  İnstitutunun  baş  elmi  işçisi  (1959-1971,  fasilə  ilə), 

Azərbaycan  SSR  Mədəniyyət  nazirinin  müavini  (1962-1965)  olmuşdur.1974-cü 

ildən  Azərbaycan  Xalq  Təsərrüfatı  İntstitutunda  (indiki  Azərbaycan  İqtisadiyyat 

Unversiteti)  dərs  demişdir.  Azərbaycan  və  keçmiş  Sovet  ədəbiyyatının  nəzəri 

problemlərinə,  estetika  və  bədiilik  məsələlərinə  dair  əsərlərin,  ədəbi-tənqidi 

məqalələrin 

müəllifidir.  Gülrux  Əlibəyli   Azərbaycanın  ən  tanınmış  

ədəbiyyatşünası, filologiya elmləri doktoru olmuşdur. 

Gülrux  Əlibəylinin  ilk  ədəbi  məqaləsi  1958-ci  ildə  Moskvda  “Ədəbiyyat 

Məsələləri”  jurnalında  dərc  edilib.  O,  ədəbiyyat  nəzəriyyəsi,  eləcə  də  kino 

incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux 

xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən Beynəlxalq Pen Klubun 

toplantısının iştirakçısı olub.  

Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, 

“Çırpınan  Dünyamız”,  “Dəyiş  Dünyamız”,  “Dağılan  Dünyamız”  kimi  20  kitabın 

müəllifidir. Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.  

 

Kitabları: “Yenilik uğrunda” , “Düşüncələr”, “Çırpınan dünyamız” və s.

  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə