F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə9/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   5   6   7   8   9   10   11   12   ...   146

26 

 

Milli Qəhrəmanlar Zirvəsi 



1 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlunun 

55 illiyi, (1963-1992) 

 

Azərbaycanın  Milli  Qəhrəmanı  Əhmədov  Mübariz 



Əlizadə  oğlu  1  yanvar  1963-cü  ildə  Sabirabad  rayonunun 

Qaratəpə  kəndində  dünyaya  göz  açıb.  1969-cu  ildə  burada 

beynəlmiləl  orta  məktəbə  getmişdir.  1977-ci  ildə  səkkizinci 

sinfi bitirərək, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. 

Lakin  buradakı  iqlim  şəraitinə  uyğunlaşa  bilmədiyindən 

doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə 

M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna 

(Slavyan  Universiteti)  imtahan  verir.  O,  üçünçü  kursda 

oxuyarkən  ordu  sıralarına  çağırılır.  1985-ci  ildə  ordudan  tərxis  olunduqdan  sonra 

yenidən təhsilini davam etdirir.  

O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə 

biganə 


qalmır,  meydan  hərəkatının  fəal  iştrakçılarından  biri  olur. 

1989-cu  il...  Erməni  silahlı  birləşmələri  Azərbaycana  qarşı  elan  olunmamış 

müharibəyə  başlayır.  Mübariz  özünümüdafiə  batalyonunda  könüllü  yazılır  və 

Qarabağın  müdafiəsinə  qoşulur.  O,  Ağdam  rayonundakı  hərbi  hissənin  bölük 

komandiri  kimi  ilk  döyüşə  atılır.  Sonra  Dovşanlı,  Xramort,  Naxçıvanik,  Kətik, 

Dəhraz,  Abdal-Gülablı,  Xanabad  və  Şuşa  uğrunda  gedən  döyüşlər... 

O,  mərdliklə  vuruşurdu,  öz  rəşadətilə  ad-san  qazanmışdı.  1991-ci  ildə  Müdafiə 

Nazirliyi  ona  Türkiyə  Respublikasında  hərbi  təhsil  almağı  tövsiyə  edir.  Lakin 

Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur.  

Ağdam    rayonunun    Abdal-Gülablı  kəndi...  1992-ci  ilin  24  sentyabr...  Son 

döyüş...  Həmin  gün  kənd  erməni  işqalçılarından  azad  edilməli  idi.  Düşmən  gecə 

yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə 

əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. 

Onu döyüş ərazisindən uzaqlaşdırırlar. Lakin göstərilən yardımlar nəticə vermir. O, 

şəhidlik  zirvəsinə  ucalır.  O,  Sabirabad  rayonunun  Qaratəpə  kəndində  Şəhidlər 

Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur. 



Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı 

fərmanı  ilə  Əhmədov  Mübariz  Əlizadə  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 


27 

 

10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Qasımov Muxtar Cahid oğlunun 



60 illiyi, (1958-1992) 

 

Qasımov  Muxtar  Cahid  oğlu  10  yanvar 1958-ci  ildə Beyləqan  rayonunun 

Kəbirli  kəndində dünyaya  göz açmışdır. Ağdam şəhər 5 saylı məktəbi  1974-cü ildə  

bitirmişdir.  Elə  həmin  il Nəriman  Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb 

İnstitutuna daxil  olmuşdur.  Tibb  təhsilin  başa  vurduqdan  sonra  işləmək  üçün 

təyinatla Xankəndinə  yola  düşmüşdür.  Orada  işləyərkən  ermənilər  arasında 

separatizmin,  millətçi  ünsürlərin  təbliğinin  şahidi  olmuşdur.  Müxtəlif  təzyiqlərə 

baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım 

göstərmişdir. 1988-ci  ildə  vəziyyət  nəzarətdən  çıxandan,  kiçik  qarşıdurmalar  baş 

verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır. 

Ağdamda gedən  bütün  döyüşlərdə  yaralıları  xilas  etmək  üçün  qəhrəmanlıq 

göstərmişdir. Xocalı  faciəsindən  sonra  isə  həyatını  tamamilə  cəbhəyə 

bağlayır. 1992-ci  ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin  azad 

edilməsi  uğrunda  gedən  döyüşlərdə  həkim  olaraq  öz  bilik  və  bacarığını  nümayiş 

etdirir. 16  iyun 1992-ci  ildə Naxçıvanlı kəndi  uğrunda  gedən  döyüşlərdə  xidməti 

borcunu yerinə yetirərkən həlak olmuşdur.

 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn 



edilmişdir. 

         Rejissor Rəşad  Qasımov Milli  Qəhrəman  Muxtar  Qasımovdan  bəhs  edən 

“Vətən sevgisi” adlı sənədli film çəkmişdir.  

 

Azərbaycan  Respublikası  Prezidentinin  5  fevral  1993-cü  il  tarixli  457  saylı 



fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq görülmüşdür. 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 


28 

 

10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun 



50 illiyi, (1968-1993) 

 

     Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı 



şəhərində  dünyaya  göz  açmışdır.  1974-cü  ildə  Bakıda  189 

saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin 

məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbiçi 

olmaq  arzusu  ilə  yaşayırdı.  Bu  arzu  ilə  də  o,  1982-85-ci 

illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur.  

     Sonra  hərbi  biliyini  artırmaq  üçün  1985-1989-cu  illərdə 

Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil 

almışdır.  Ali  məktəbi  bitirdikdən  sonra  SSRİ  Silahlı 

Qüvvələrində  qulluq  etmişdir.  Gənc  leytenant  E.Məmmədov,  erməni  işğalçıları 

Azərbaycana  hücuma  başlayanda,  raport  yazaraq  Vətənə  qayıdır.  O,  yenicə 

yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit 

kimi  göstərdiyinə  görə  ona  baş  leytenant  rütbəsi  verilir.  O,  1993-cü  ildə  Sərhəd 

Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində 

gedən  döyüşlərin  iştirakçısı  olur.  Ağdərədə  mərdliklə  vuruşan  E.Məmmədov 

Mehmanə kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il 

fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də cəsur 

döyüşçü  düşmənə  ağır  zərbələr  endirmişdir.  Həmin  gün  azğınlaşmış  erməni 

quldurları bu yüksəkliyi  ələ keçirmək üçün güclü hücuma keçdilər. Eldar yüksək 

döyüş  bacarığı  göstərərək,  düşmən  hücumlarının  qarşısını  ala  bildi.  Ancaq  çox 

keçmədi ki, düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçdi. 

Baş leytenant vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb 

etdi.  Ağır  yaralı  olmasına  baxmayaraq,  erməni  quldurlarının  əsas  qüvvələrimizin 

arxasına keçməsinə imkan vermədi. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov əsl 

igidlik nümunəsi göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son 

döyüşü idi. 

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı 

fərmanı  ilə  baş  leytenant  Məmmədov  Eldar  Harun  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə