F. KÖÇƏrli adina respublika uşaq kitabxanasi



Yüklə 248,97 Kb.

səhifə1/6
tarix30.12.2017
ölçüsü248,97 Kb.
  1   2   3   4   5   6


 

                          AZƏRBAYCAN RESPUBLIKASI  



                   MƏDƏNIYYƏT VƏ TURIZM NAZIRLIYI 

     F

. KÖÇƏRLI ADINA RESPUBLIKA UŞAQ KITABXANASI 

                                ELMI METODIKA ŞÖBƏSI 

 

 

 

                                                                                                                                               



 

 

 



 

Şair Əhməd Cəmilin anadan olmasının 100 

illik yubileyi münasibətilə 

                                                                                              

 

 

                               



 

 

 



 

Məndən sonra dünyada arzularım qalacaq 

Arzularım qalacaq nəsillərin yadında. 

(metodik vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                   

B A K I – 2 0 1 3 

 


 

 



 

 

 

 

Tərtib edəni:       Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq  

Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Redaktor: 

Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq                                                                                                        

Kitabxanasının direktoru 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



Tərtibçidən 

 

Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Osman Sarıvəlli 

və  başqaları  ilə  çiyin-çiyinə  çalışan,  Azərbaycan  şeirini  yeni  keyfiyyətdə  inkişaf 

etdirən söz ustalarından biri də Əhməd Cəmildir. Onun qırx ilə yaxın bir dövrü əhatə 

edən  yaradıcılığı  Azərbaycan  şeirinin  əsas  inkişaf  yolundan,  onun  həyata  keçirdiyi 

vəzifələrdən ayrılmazdır. Əhməd Cəmilin şeirlərini oxuyanda, hər gün açılan səhərin, 

doğan  günəşin  ömrümüz  boyu  gözümüzü  yormadığı  yadımıza  düşür.  Bu  şeirlərdə 

gurultu  yerinə  insan  səsi,  parıltı  yerinə  ürəyi  qızdıran  bir  hərarət  vardır.  Bu  cəhətdən 

şair bizim ədəbiyyatımızda nadir sənətkardır. Şeirləri yağışdan sonrakı şəffaf, ətirli bir 

bahar havası kimi  oxucusunun könlünü oxşayır. Bu il 100 illik yubileyi tamam olan 

Əhməd Cəmil yaradıcılığını oxuculara yaxından tanıtmaq üçün hazırlanan bu metodik 

vəsait  iki  hissədən  ibarətdir.  Birinci  hissədə  nəğməkar  şairin  həyat  və  yaradıcılığı 

haqqında  məlumat  verilir,  bir-birindən  maraqlı  əsərlərindən  söhbət  açılır.  İkinci 

hissədə  Əhməd  Cəmil  yaradıcılığının  kitabxanalarda  keçirilməsinin  müxtəlif  tədbir 

formaları haqqında məlumat verilir. 

                                        İnanıram, bilirəm 

                                        Onda mən olmasam da, 

                                        Qəlblərdə qalacağam. 

                                        Bir xəyala çevrilib 

                                        Buludda dolacağam. 

                                        Onların başı üstdən 

                                        Uçduqca uzaq, şirin 

                                        Xatirə olacağam! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                          

 

 



 

                                           



Həyat və yaradıcılığı 

 

Mənim yaradıcılıq prinsipim belədir: - Əlimə qələm alanda çalışıram ki, təzə 

şeirim bu vaxta kimi yazdıqlarımı təkrar etməsin. 

Əhməd Cəmil 

 

Əhməd  Cəmil  ümumxalq  məhəbbətini,  oxucu  etimadını  qazanmış 



sənətkarlardandır.  Şair  belə  bir  etimadı  qazanmaqla  kifayətlənməmiş,  onu  çox  böyük 

mətanət,  mərdlik,  cəsarət  və  mənəvi  enerji  sərf  etmək  bahasına  axıra  qədər  qoruyub 

saxlamışdır.  Azərbaycan  ədəbiyyatının  nailiyyətlərini  ardıcıl  şəkildə  izləyənlər,  bu 

tükənməz,  coşqun  ədəbi  qaynaqdan  mənəvi-estetik  tərbiyə  və  zövq  alanlar  sırasında 

elə  bir  adam  göstərmək  olmaz  ki,  o,  Əhməd  Cəmilin  şeirlərinə,  onun  yüksək 

poeziyasına biganə qalsın. Şairin yaradıcılığını əhatə edən “Seçilmiş əsərləri” göstərir 

ki,  o,  heç  zaman  Azərbaycan  xalqının  mənəvi  həyatından,  mübarizəsindən  uzaq 

düşməmiş, əksinə, bu mübarizəyə kömək etmiş, xalqımız ilə, zəmanəmiz ilə birgə boy 

atıb  möhkəmlənmiş,  əsrin  qabaqcıl  ideallarını  tərənnüm  etmişdir.  Buna  görə  də 

təəccüblü deyil ki, Əhməd Cəmil şeiri cavan qalıb. Hətta bu gün o, dünənkindən daha 

gəncdir.  Sənətkarın    ilhamına  qol-qanad,  ürəyinə  od  verən  də  məhz  bu  ruh,  bu  tarixi 

nikbinlikdir.  Şairin  poeziyasında  səmimiyyətdən  uzaq,  boş  təsadüfü  misra  tapmaq 

çətindir. İstər sevincini, istər qəmini bildirsin, Əhməd Cəmil həmişə səmimidir, onun 

hər şeiri, hər misrası daxili qənaətin, səmimiyyətin və ilhamın məhsuludur. Buna görə 

də, illər keçdikcə onun dərddən sevincə, qəmdən mübarizəyə doğru irəliləməsi yalnız 

bir şair kimi deyil, həm də bir insan kimi onun xoşbəxtliyidir. 

Əhməd  Cəmil  bir  şair  kimi  müharibə  dövründə  parlamış,  geniş  oxucu  rəğbəti 

qazanmışdır. O, Azərbaycan poeziyasının qızıl fonduna daxil olan sujetli lirikanın  ən 

gözəl  nümunələrini  məhz  bu  illərdə,  həm  də  əksəriyyətini  səngər  şəraitində 

yaratmışdır.  Şair  Krım  cəbhəsində,  Şimali  Qafqaz  vuruşmalarında  iştirak  edib. 

“Hücum”, “Döyüş zərbəsi”, “Vətən uğrunda irəli” redaksiyalarında çalışarkən ön atəş 

xəttində  igidlik  göstərən  azərbaycanlı  əsgərlərin  hünərini  gözləri  ilə  görmüş,onlarla 

çiyin-çiyinə  dayanıb,  üz-üzə  söhbətlər  etmiş,  duyğu  və  düşüncələrini  şeirin  dilinə 

çevirib isti-isti, barıt qoxulu qəzet səhifələri vasitəsilə onları vətən torpağının azadlığı 

yolunda yeni-yeni qələbələrə ruhlandırmışdır. 

    


Əhməd  Cəmili  bir  şair  kimi  oxuculara  sevdirən  onun  şeirlərinin  sadəliyidir. 

Nəzərə  almaq  lazımdır  ki,  bu  şeirlərdə  adi  sadəlikdən  deyil,  böyük  sənətə  yaraşan 

böyük sadəlikdən söhbət gedir. Bu elə bir sadəlikdir ki, təfəkkür aydınlığından, bədii 

forma yetkinliyindən, xəlqilikdən və realizmdən doğur. Şairin poeziyası dağ çeşmələri 

kimi təmiz və şəffafdır. Əhməd Cəmilin sözlərini hətta misra zəncirlərindən açıb nəsr 

şəklində yazdıqda belə yenə şeir kimi səslənir. Çünki şeiriyyət  onun yalnız formasında 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə