F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
1   2   3   4   5   6   7

O ana qəlbinin saf məhəbbəti... 

 

Gül ey nazlı vətən! Odlar torpağı! 

Duz-çörək hazırla qəhrəmanlara. 

Böyük bir ordunun zəfər bayrağı 

Günəş tək yayılır  asimanlara. 

Şeir  müsabiqəsinin  sonunda  oxuculara  “Haradan  başlanır 

vətən?”    adlı  anket  sorgusu  paylanılır.  Anket-sorğusunun 

nümunəsini  sizlər üçün təqdim edirik: 

1. Böyük Vətən müharibəsi deyəndə nə başa düşürsünüz? 

2. Böyük Vətən müharibəsinə nə vaxt və hardan başlanmışdır? 

2. Bu il Qələbəmizin neçə illiyi qeyd olunur? 

3.Azərbaycan xalqının arxa cəbhədə nə kimi rolu olub? 

4.Böyük  Vətən  Müharibəsində  faşizm  üzərində  qələbənin 

qazanılmasında  Azərbaycan  xalqının  göstərdiyi  qəhrəmanlıqlar 

haqqında nə bilirsiniz? 

5.  Neçə  azərbaycanlı  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülüb və bunlar kimlərdi? 

6.  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüş  ilk 

Azərbaycanlı kim olub? 

7.Sovet  İttifaqı  Qəhrəmanı  və  Müharibədən  sonrakı  dövrdə 

görkəmli  şərqşünas  alim  kimi  tanınmış,  tarix  elminin  inkişafı 

üçün çox işlər görmüş akademik kimdir? 




8.Sovet  İttifaqı  Qəhrəmanı  kiçik  leytenant  İsrafil  Məmmədov 

haqqında nə bilirsiniz? 

9.Böyük  Vətən  Müharibəsi  iştirakçılarına  nə  kimi  qayğı 

göstərilir və onlar haqqında nə  kimi işlər görülür? 

10. Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi şəhərin hansı 

yerindədir? 

11.Böyük  Vətən  müharibəsi  ilə  bağlı  hansı  Azərbaycan 

filmlərinin adlarını çəkə bilərsiniz? 

İkinci  dünya  müharibəsi  bəşər  tarixinin  indiyədək 

görmədiyi  ən  dəhşətli,  ən  fəlakətli  savaşı  olmuşdur.  Bu 

müdhiş və amansız müharibə dörd ildən artıq davam  etmiş 

və 10 milyonlarla insanın  məhvi ilə nəticələnmişdir.  

1941-1945-ci  il  Böyük  Vətən  müharibəsinin  təbliği  

ilə  bağlı  kitabxanalarda  söhbətlərin,  kitab  müzakirələrinin, 

oxucu  konfraslarının,  dəyirmi  masaların  keçirilməsi  də 

məqsədəuyğundur. Elə bu baxımdan da kitabxanada Böyük 

Vətən müharibəsi ilə bağlı “   9 May faşizm üzərində Qələbə 

günüdür”  adlı  söhbət  keçirilir.  Söhbət  aşagı  və  yuxarı  sinif 

şagirdləri  arasında  keçirilə  bilər.  Kitabxanaçı  söhbətə  belə 

başlayır: 

Əziz  uşaqlar!  Bildiyiniz  kimi,  may  ayında    bir  neçə 

sevimli bayram vardır. Bu bayramlar içində bir bayram hamı üçün 

xüsusilə əzizdir. Qələbə bayramı! 

Doqquz may, min doqquz yüz qırx beşinci il... 

O  vaxtdan  nə  az,  nə  çox  düz  75  il  keçib.  Lakin  biz  hələ  də  bu 

zəfər  bayramını,  bu  qələbə  bayramını  hər  il    sevə-sevə  qeyd 

edirik. 



 Sovet  İttifaqı  faşizmin  darmadağın  edilməsində  həlledici 

rol  oynadı.  Sevimli  oğul  və  qızlarımız  bu  qanlı  döyüşlərdə  şirin 

canlarını fəda etdilər.  

Lakin  biz  indi  rahat  və  dinc  çalışır,  işimiz  və  əməyimizlə 

müstəqil  dövlətimizin    qüdrətini  artırmaq  üçün  əlimizdən  gələni 

əsirgəmirik.  

Biz bu günlərin, sülhün qədrini  yaxşı bilirik. Biz bir daha 

yer  üzündə  müharibə  alovlarının  qızışmasına  razı  ola  bilmərik. 

Biz  qoymarıq  ki,  bütün  bəşəriyyətə  çox  baha  başa  gələn, 

milyonlarla  günahsiz  insanların  ölümü  sayəsində  qazanılan  sülh 

pozulsun,  analar  yenidən  yasa  batsın,  gəlinlər  qara  bağlasın, 

uşaqlar yetim qalsınlar.  

 (Oxucular    səhnəyə  daxil  olur.  Şair  Gəray  Fəzlinin  “Xatırla 

məni” şeirini söyləyirlər). 

 

Yaddaşımın üfüqündə  



Bir səhər var

Onu barıt tüstüsündə 

Boğmuşam mən. 

 

Yaddaşımın atlasında 



Bir şəhər var

Döngələrə, dalanlara 

Bomba, olub yağmışam mən. 

 

Yaddaşımın sahilində  



Bir dəniz var, 

Dalğaları dostlarıma məzar olub. 

 

 



Xatirəmin yollarında  

Bir mehriban gülbəniz var

Qəfil namərd gülləsinə  

Şikar olub 

Yaddaşımda bir zəmi var,  

Sünbülünü odlamışam 

Əlimlə mən. 

Lalələrin, 

Nərgizlərin arasında 

Çarpışmışam ölümlə mən.  

Biz  unutmarıq  o  günləri,  unutmarıq  dağıdılıb  xarabazara 

çevrilən  gözəl  kəndləri  və  şəhərləri,  göz  yaşları  ilə  açılan 

səhərləri.  Biz  nələr  görmədik,  nələrə  dözmədik?  Ancaq 

dönmədik,  əyilmədik.  O  ölüm-dirim  davasında  ana  yurdun 

övladları  böyükdən  tutmuş  kiçiyə  kimi  hamı  ayağa  qalxdı,  əlinə 

silah aldı. Bəşər tarixində misli görünməmiş bu vuruşlarda döğma 

yurdumuzun oğul-və qızları sərkərdə oldu. 

  

Bizim qadir ordumuz, 



Bizim ana yurdumuz 

Qurtardı yer üzünü, 

Qurtardı fəlakətdən, 

Neçə-neçə milləti, 

Neçə-neçə ölkəni 

Çıxartdıq əsarətdən  

 

Bəli,  əziz  uşaqlar  indi  yenə  də  planetimizin  göylərində 



qara  buludlar  gəzir.  Erməni  xalqının  başımıza  açdığı  müsübətlər 

illərdir ki,  davam  edir.  Azərbaycan torpaqlarının 20 faizi  hələ  də 

işğal  altındadır.  Və  buna  görə  də,    dünyanın  bu  gərgin 



vəziyyətində  biz  öz  rahatlığımızı,  sülh  və  əmin-amanlığımızı 

qorumaq  üçün  həmişə  ayıq-sayıq  olmalıyıq.  Axı  biz  səadətimizi 

asanlıqla  qazanmamışıq.  Balalarımızın  yuxusunu,  analarımızın 

laylasını,  qızlarımızın  nəğməsini,  ata-babalarımızın  qanı  ilə 

suvarılmış  torpaqlarımızı  yadlardan  qorumağa  həmişə  hazır 

olmalıyıq.  

Tədbir  musiqisi  Rəşid  Səfərə,  sözləri  Hikmət  Ziyaya  aid  “Bizim 

Ordumuz” mahnısı ilə sona çatır. 



 

Yaşasın deyə rahat  

Ellərimiz, yurdumuz, 

Keşikdədir hər saat 

Bizim milli Ordumuz, 

Şanlı igid ordumuz! 

 

 

 



 

 

Hədələmir heç kəsi. 



 

 

 



 

Qoruyur dağı, düzü, 

 

 

 



 

Sevimli ölkəmizi, 

 

 

 



 

Bizim milli Ordumuz, 

Şanlı, igid Ordumuz! 

Bayrağı dalğalanır, 

Ayıq-sayıq dayanır, 

Sülh ordusu adlanır 

Bizim milli Ordumuz, 

Şanlı, igid Ordumuz! 



 

9  May  Qələbə  günü  ilə  bağlı  kitabxanalarda  keçirilən 

tədbirlərdən  biri  də  səhərcikdir.  Səhərcik  əsasən  kiçik  yaşlı 

uşaqlar  arasında  keçirilir.  Səhərciyə  kitabxanaçı  öncədən 

hazırlaşır.  Nağıl  otagında  keçirilən  tədbir  üçün  səhnə  hazırlanır. 



Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə