F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
1   2   3   4   5   6   7

Səhnəni  müxtəlif  dekorasiyalarla  bəzəmək  olar.  Uşaqlar  səhnəyə 

daxil  olur  şair  Əhməd  Cəmilin  “Can  nənə,  bir  nağıl  de!”  şeirini 

səhnələşdirirlər.  

 

Uşaq: Ay nənə, bir nağıl da de! 



Nənə: Ömrüm-günüm yat daha

 Hamısını indi desəm, nağıl qalmaz sabaha. 

Uşaq: Can nənə, de birini də. 

Nənə: Ağrın alım, sözə bax. 

Evimizdə səndən savay, gör heç varmı bir oyaq? 

Gecə keçib, ev soyuyub, hənir gəlmir, ocaqdan; 

Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan. 

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir... 

Uşaq: Qar yağırmı? 

Elə yağır...sazaq qılınctək kəsir... 

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək. 

 

Kitabxanaçı: Nənə yığır düyünçəyə iynəsini, sapını, 



Külək hərdən taqqıldadır pəncərəni, qapını. 

Körpə çəkir təzə, güllü yorğanını üzünə, 

Gözlərini yumur...amma yuxu getmir gözünə. 

Uşaq: Ay nənə, o kimdir elə pəncərəni bərk vurur? 

Nənə: Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur... 

Kitabxanaçı: Bir gizilti duyur uşaq vücudunda bu ara, 

Həsrət qonan gözlərini zilləyərək divara, 

Çarpayının baş ucunda öz əliylə asdığı 

Şəklə baxır, fikrə gedir, qucaqlayır yastığı... 

Uşaq: Bəs ay nənə, atam indi haradadır görəsən?! 

Nənə: Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən!? 



Uşaq: Axı, nənə, heç demirsən atam haçan gələcək, 

İndi onu səngərdə bəs üşütmürmü qar, külək? 

Nənə: Ömrüm-günüm, körpə quzum, qurban olum adına, 

Niyə köks ötürürsən o düşəndə yadına? 

Atam yazır:”Hələ xoşdur bu tərəfdə havalar. 

Deyir, oğlum darıxmasın, görüşərik bu bahar... 

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən, 

Qaranquşla bir zamanda qayıdaram kəndə mən.  

Heç darıxma, dərdin alım, atan gələr, o zaman 

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan! 

Di yat indi, gecə keçir... 

Uşaq: Onda, nənə, ay nənə! 

Qoy kəsməyək  ağ toğlunu, qalsın atam gələnə. 

Nənə: Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik, 

Sağlığ  olsun, ağ toğlunu atan üçün kəsərik... 

Mən eyvana xalı sallam, anan evi bəzəyər

El qaydası süfrə açar, qohum-qonşumuz gələr. 

Sən atanı qucaqlayar, üz-gözündən öpərsən, 

Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən... 

 

Kitabxanaçı:  Körpə güldü... 



Həsrət qonan gözlərindən uçdu qəm, 

Öpdü onun xəyalını indi özgə bir aləm: 

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz, 

Qucaqladı atasını, sonra kimsə çaldı saz... 

Körpə özü hiss etmədən, onu yuxu apardı, 

Çöldə isə bütün gecə külək tufan qopardı. 

Tədbirin sonunda kitabxanaçı mövzu ilə bağlı kiçik yaşlı uşaqlara 

bir sıra suallar verir.  




Qeyd etməliyik  ki,  Azərbaycandan bu müharibədə 122 nəfər 

Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüşdür.  Əziz 

oxucularımız,  bildiyiniz  kimi,  Azərbaycanın  hərb  tarixi 

salnaməsinə  parlaq  səhifələr  yazmış  Qacarlar  sülaləsi, 

Bakıxanovlar 

nəsli, 


Ərəblinskilər, 

Naxçivanskilər, 

Mehmandarov  və  Şıxlinskilər,  onlarca  digər  sərkərdəmiz, 

hərbi  xadimimiz  xalqımızın  fəxri,  şərəfi  və  ləyaqətidir.  Karl 

Marksın hələ bir əsr bundan əvvəl “Orta əsr Şərqinin ildə bir 

neçə  ölkə  fəth  edən  fatehi”  adlandırdığı  və  artıq  13-14 

yaşlarından  döyüşlərə  qatılan,  cəngavərlik  edən  Şah  İsmayıl 

Xətai    bizim  hünər  rəmzimizdir.  Bəli,  tarix  sübut  edir  ki, 

Azərbaycanın  mərd  ərənlər,  böyük  sərkərdələr,  dünyanı 

heyrətləndirən  cəngavərlər  nəsillərini  birləşdirən  tellər  heç 

vaxt  qırılmayıb,  zaman-zaman  daha  da  möhkəmlənib, 

mətinləşib,  parlaqlaşıb.  Həmin  ənənələrə,  bu  mərdlik  və 

hünər yoluna qadınlarımız da  əsrlər boyu sədaqətli olmuşlar. 

Ulu  nənəmiz  Tomrisin  qəhrəmanlığını  davam  etdirən 

təyyarəçi  Züleyxa  Seyidməmmədova,  snayperçi  Ziba 

Qəniyeva, tibb bacısı Səkinə Bayramova, Smolensk-Bryansk 

ərazilərində fəaliyyət göstərən partizanların sanitar dəstəsinin 

rəisi  Səməd  bəy  Mehmandarovlar  nəslindən  olan  Aliyə 

Rüstəmova  və  onlarca  başqaları  kimi  mərd  həcərlərimiz, 

ərəbzəngilərimiz olmuşdur.  

Böyük  Vətən  müharibəsinin  anım  günü  ilə  bağlı 

keçirilən tədbirlərdən biri də görüşdür.  “İgid ölər, adı qalar” 

adlı  tədbirə  kitabxanaçı    bir  çox  ziyalıları,  Böyük  Vətən 

müharibəsi    veteranlarını,  Qarabağ  döyüşlərində  iştirak 

etmiş  veteranları  və  məktəbliləri  dəvət  edə  bilər.  Tədbir  9 

May Qələbə günü ilə bağlı slaydla başlayır. Tədbirdə iştirak 

edən qonaqlar, veteranlar o illərin ağrı-acısından danışırlar.  



Hər  dəfə  Böyük  Vətən  müharibəsindəki  şanlı  qələbədən 

söhbət 


düşəndə  yurdumuzun  qəhrəman  övladlarını 

Həzimizi, Mehdimizi, İsrafilimizi, Gərayımızı, Qafurumuzu 

xatırlayırıq.  Azğın  düşmənlə  ölüm-dirim  mübarizəsində 

Vətən  uğrunda  şəhid  olan  bu  igidlərin  adlarını  iftixarla 

çəkirik.  Hələ  saglığında  adı  dillər  əzbəri  olan  İ. 

Məmmədovun  şöhrətini  xalq  şairimiz  S.  Vurğun  şeirində 

belə canlandırmışdı: 

Şair Nizaminin gözəl vətəni, 

Qoynunda bəsləyib böyütdü səni. 

Oxşadı alnını ulduzlu göylər, 

Açdı qucağını gül üzlü səhər. 

Bir yanda Xaçbulaq, bir yanda Qoşqar, 

Bizim dünya görmüş o qoca dağlar, 

Kəpəzin, Göy gölün təmiz havası, 

Qayalar döşündə qartal yuvası 

O dağlar mülkünün min çoban səsi

Kəhriz başındakı çinar kölgəsi 

Sənin qismətinə düşdü əzəldən; 

Sinədən söz qoşub, şeir düzəldən 

Ellər məclisində oturub durdun, 

Könül tərlanını burdan uçurdun. 

 

Şöhrətin olmuşdur dillərdə dastan, 



Hünərlə yaradır şöhrəti insan. 

Adınla fəxr edir bizim yamaclar, 

Muğan çöllərində ötən turaclar. 

Adınla fəxr edir bizim analar

Göy gölün üstündə süzən sonalar. 



Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə