F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
1   2   3   4   5   6   7

Adınla fəxr edir şeirlə sənət. 

Ölməz qəhrəmanlıq, ölməz məhəbbət! 

Səndən aşıqlar da deyib-coşurlar

Adına indidən dastan qoşurlar. 

 

Oxu bu şeirimi, al salamımı, 



Gözümdə qoymadın mənim kamımı... 

İnan ki, aləmdə nə qədər sağam, 

Sənin dastanını mən yazacağam. 

Tədbirin  sonunda  müharibə  veteranı  öz  çıxışını  belə 

qurtarır:  Əziz analar, bacilar! Azərbaycan qadınları! Məgər 

bizim  üçün  uşaqlarımızın  şöhrətindən,  Böyük  Vətən 

müharibəsində  göstərdikləri  qəhrəmanlıqdan  daha  böyük 

xoşbəxtlik varmı? Yaxşı oğullar tərbiyə edib yetişdirin. Ana 

qəlbimizlə  oğullarımıza  ürək  verib,  onların 

qoçaq 


olmalarına,  ölümdən  qorxmamalarına,  döyüşün  ən  dəhşətli 

yerinə  getməyə  və  hər  bir  düşməni  dəf  etməyə  hazır 

olmamalarına səbəb olaq! 

Böyük  qələbənin  faşist  ordusunun  üzərində  zəfər 

qazannılmasının  71  illik  yubileyi  ərəfəsindəyik.  Bu 

yubileylə 

bağlı 

yuxarida 



qeyd 

etdiyimiz 

kimi, 

respublikamızın  bir  çox  yerlərində  tədbirlər  keçirilir  ki,  bi 



tədbirlərin  də  siyahısına  ədəbi-bədii  kompazisiyanı  daxil 

etmək  olar.  Ədəbi-bədii  kompazisiya  əsasən  iki  hissədən 

ibarət  olur.  Tədbirə  kitabxanaçı  ədəbiyyat  müəllimlərini, 

tarixçiləri,  Böyük  Vətən  müharibəsi  qəhrəmanlarını, 

Qarabağ  uğrunda  iştirak  etmiş  döyüşcüləri  və  şagirdləri 

dəvət edə bilər. Tədbirin birinci hissəsi çıxış və məruzələrlə 

başlayır.  İkinci  hissədə  isə  Böyük  Vətən  müharibəsi 

haqqında  yazılmış  şeir  və  poemalardan  səhnəciklər 




göstərilir,  musiqilər  səsləndirilir.    Tədbir  müxtəlif  başlıqlar 

altında  keçirilə  bilər.  “Bəşəriyyət  tarixində  ən  qanlı 

müharibə  “  adlı  ədəbi-bədii  kompozisiyanın  nümunəsini 

sizlər  üçün  təqdim  edirik.  Səhnə  “Qələbə-71”  adlı  plakatla 

bəzədilir.    Ulu  öndər  Heydər  Əliyevin  sitatı  səhnənin 

divarından asılır.  

“Tarix  tarixdir  və  1941-1945-ci  illər  müharibəsi 

Azərbaycan  xalqının  tarixində  də  çox  görkəmli  yer  tutur, 

xalqımızın  tarixinin  parlaq  səhifələrindəndir.  Tarixdən  heç  bir 

şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat 

yoludur”.                                                      

                                                        Heydər Əliyev 



 

 

 

 

 

 

Ümummilli lider 

Tədbir Zeynəb Xanlarovanın ifasında,  sözləri Novruz Gəncəliyə 

aid olan “Ananın səsi” musiqisi ilə başlayır.  Aparıcılar səhnəyə 

daxil olur.  



I  Aparıcı:  Böyük  və  uzaqgörən  xalqımız,  Vətənimiz, 

dünyanın  bütün  sülhsevər  xalqları,  qabaqcıl  tərəqqipərvər 

adamları, demək olar ki,  bütün  dünyanı  dəhşətli  fəlakətlərə 

düçar  etmiş  faşist  Almaniyası  üzərində  tarixi  qələbənin  71 

illiyini-9  Mayı  böyük  və  əziz  bayram  kimi  qeyd  edirlər. 

May ayının doqquzu dünya tarixində əlamətdar gündür.  

Alman-faşist  təcavüzkarları  tərəfindən  törədilən 

ikinci  dünya  müharibəsi  bütün  bəşəriyyət  üçün  son  dərəcə 

dəhşətli  faciə  idi.  Bu  müharibə  çox  böyük  insan  kütlələrini 

amansız silahlı mübarizəyə cəlb etmişdi. Onda 1.700 milyon 

nəfər  əhalisi  olan  61  ölkə  iştirak  edirdi;  bu  isə  Yer  kürəsi 

əhalisinin  80  faizindən  çoxunu  təşkil  edirdi.  Altı  il  davam 

edən bu müharibə 50 milyon insan həyatının məhvinə səbəb 



oldu.  Tarix  heç  zaman  bu  qədər  dağıdıcı  və  ağır  müharibə 

görməmişdi.  

İkinci  dünya  müharibəsinin  gedişində,  1941-ci  il 

iyunun  22-də  Hitler  Almaniyasinin  Vətənimiz  üzərinə 

qəflətən xaincəsinə  basqın etməsi ilə başlanan Böyük Vətən 

müharibəsi  sovet  xalqı  üçün  çox  çətin  və  qanlı,  lakin  əsil 

xalq  müharibəsi,  azadlıq  müharibəsi,  ən  ədalətli  müharibə 

idi. Dünyada elə bir digər ölkə  yoxdur ki, o, ümumi qələbə 

üçün bizim ölkəmiz qədər təlafat və qurbanlar vermiş olsun. 

Müharibə  illərində  on  milyonlarla  sovet  adamları  həlak 

oldu.  Faşist  təcavüzkarlar  SSRİ-nin  xalq  təsərrüfatina  çox 

böyük ziyan vurdular.  



II  Aparıcı:  Böyük  Vətən  müharibəsi  illərində  Sovet 

Azərbaycanının 

zəhmətkeşləri  də  düşmən  üzərində 

qələbəmizi təmin etmək üçün arxada fədakarlıqla çalışdılar, 

öz  namuslu  əməkləri  ilə  Vətənin  müdafəsində  durdular. 

Respublikamızın  xalq  təssərrüfatı  müharibə  şəraitinə 

uyğunlaşdırılb  cəbhənin  ehtiyacını  ödəmək  üçün  yenidən 

quruldu.  Neft  Bakısının  bir  sıra  müəssələri  döyüş  sursatı, 

hərbi texnika vasitələri istehsal etməyə başladı. Təkcə 1942-

43-cü  illərdə  respublikanın  zəhmətkeşləri  cəbhəyə  220 

vaqon  hədiyyə,  on  minlərlə  qalın  isti  geyim  şeyləri 

hazırlayıb 

göndərdilər. 

Vətənə 


kömək 

məqsədilə 

Azərbaycanın  müdafiə  fonduna  200  milyon  manatdan  çox 

pul yığıldı.  

Müharibənin  ilk  günlərindən  respublikamızın  on 

minlərlə 

vətənpərvər 

gəncləri 

əldə  silah  Vətənin 

müdafiəsinə  gedərək  sovet  xalqlarının  çanlı  nümayəndələri 

ilə birlikdə və çiyin-çiyinə qəddar və amansız düşmənə qarşı 

igidliklə vuruşmağa başladılar.  




Azərbaycanın 

igid 


oğulları, 

Sovet 


İttifaqı 

Qəhrəmanları  H.Aslanov,  G.Əsədov,  M.  Hüseynzadə,  Q. 

Məmmədov,  İ.  Məmmədov,  Z.  Qəniyeva  və  başqaları 

alman-faşist  işğalçılarına  qarşı  vuruşmalarda  solmaz  şöhrət 

qazandılar,  onlar  Moskva  əyrafındakı  vuruşmalarda, 

Leninqradın  müdafiəsində  və  bir  çox  qəsəbə,  kəndlərdə 

gedən 

döyüşlərdə  misilsiz  qəhrəmanlıq  nümunələri 



göstərdilər. 

I Aparıcı: 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Böyük  Vətən 

müharibəsində 

tarixi 


qələbənin 

əldə 


olunmasında 

Azərbaycan  xalqının  da  müstəsna  rolu  olmuşdur.  Böyük 

Vətən  müharibəsinin  əfsanəvi  qəhrəmanlarından  biri  də  iki 

dəfə  Sovet  İttifaqı  Qəhrəmanı,  tank  qoşunları  genaral-

mayoru Həzi Əhəd oğlu Aslanovdur.  

Həzi  Aslanov  1910-cu  il  yanvar  ayının  22-də 

Lənkəran  şəhərində  anadan  olmuş  və  gənc  yaşlarından  o 

vaxtkı komsomol göndərişi  ilə Bakıya  gələrək  Zaqafqaziya 

Hərbi  Hazırlıq  Məktəbində  təhsil  almışdır.  Xarkov,  Kiyev 

hərbi  dairələrində  xidmət  etdiyi  ilk  illər  gənc  zabit  Həzi 

Aslanov döyüş və siyasi hazırlığı ilə hamını heyran qoymuş, 

nümunə  göstərmişdir.  O  vaxtlar  “Qafqaz  qartalı  Həzi 

Aslanovdan  nümunə  götürün”  sözləri  komandirlərin 

dilindən düşməzdi.  

Elin söhbəti, sözü 

Bizim qəhrəman Həzi. 

İnsanların qəlbində 

Vardır xoş xatirəsi. 

 

 

 




Sinəsilə qorudu 

O bu yurdu, bu eli 

Ürəklərdə ucalır, 

Həzinin tunc heykəli! 

1939-cu  ildə  Mannerheym  xəttinin  yarılması  zamanı 

göstərdiyi qəhrəmanlığın əks-sədası doğma Azərbaycana da 

çatmışdı.  Müharibənin  ilk  günlərindən  bombardman  edilən 

Ternopol,  Lvov,  Jitomir  şəhərlərində  ilk  olaraq  hücuma 

məruz  qalan,  lakin  sarsılmayan,  düşmənə  sarsıdıcı  zərbələr 

vuran da Həzi Aslanovun yenilməz döyüşçüləri olmuşlar.  

Ekranda “Şərikli çörək” filmindən fraqmentlər göstərilir.  

Səhnəyə  oxucular  daxil  olur:  Şair  Arif  Rəhimlinin 

“Müharibənin ilk günü” adlı şeirini söyləyirlər.  

I Oxucu:  

Səhər hələ açılmamış, 

Üfüqə gün saçılmamış, 

Guruldadı toplar birdən, 

Bomba yağdı göydən, yerdən. 

Alovlanıb sular yandı, 

Çəməndəki, Gülşəndəki 

Boynubükük bənövşələr, 

Çətir-çətir göy meşələr, 

Allı-güllü bahar yandı. 

Bomba düşdü arzulara

Təbəssümə, göy sulara. 

Mərmi düşdü al bahara.. 

Göydə güllə dəydi quşa, 

Pərvazlanan qanad yandı. 

Sular, güllər hay qopardı: 

Həyat yandı, həyat yandı! 



İlk çiçəyə, ilk nübara 

Alov düşdü, bomba düşdü. 

Bar titrədi, gül büzüşdü. 

Bahar yandı, 

Bəhər yandı, 

Nübar yandı, 

Səhər yandı. 

İllər, günlər, aylar yandı. 

Payız olan toylar yandı. 

Azərbaycan ellərinin 

Qorxu bilməz çəsur oğlu 

Ürəyi qüdrətlə dolu 

Tüfəng aldı tez əlinə. 

Cumdu döyüşlər selinə.... 



II Aparıcı:  Dünya  xalqlarını  faşist  əsarəti  təhlükəsindən 

xilas  etmiş  sovet  silahlı  qüvvələri  haqqında  həmişə  böyük 

minnətdarlıq  hissi  ilə  danışılır.  O  vaxtlar  İttifaqın  bütün 

millətlərinin birliyi ilə dostluğu Böyük Vətən müharibəsinin 

ən ağır sınağından çıxmışdır. Bu müharibə sovet xalqının öz 

azadlıq  və  istiqlaliyyəti  uğrunda  apardığı  ədalətli  müharibə 

idi.  Azərbaycan  xalqı  da  digər  xalqlarla  vahid  sırada 

dayanmışdı.  Sovet  hökuməti  Azərbaycanın  oğul  və 

qızlarının əmək qəhrəmanlığını, döyüş igidliyi və mərdliyini 

yüksək qiymətləndirmişdir. 



I  Aparıcı:  Hüseynzadə  Mehdi  Hənifə  oğlu  1918-ci  il  də 

Bakı  şəhərinin  Novxanı  kəndində  dünyaya  göz  açmışdır. 

1932-ci ildə Azərbaycan  Dövlət Rəssamlıq Məktəbinə daxil 

olmuşdur.  




Mehdi  Hüseynzadə  1941-45-ci  il  döyüşlərində  rəşadətlə 

vuruşmuş  və  müxtəlif  döyüş  tapşırıqlarını  yerinə 

yetirmişdir.  

Böyük Vətən müharibəsi başlanandan sonra 1941-ci 

ilin 

avqustunda 



Mehdi 

Hüseynzadə 

qızıl  orduya 

çağrılmışdır.  1942-ci  ildə  Tbilisi  hərbi  piyada  məktəbini 

bitirdikdən 

sonra 


cəbhəyə 

yollanmışdır.  Minomyot 

tağımının  komandiri  kimi  Stalinqrad  döyüşündə  iştirak 

etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı 

vuruşmaların  birində  ağır  yaralanaraq  almanlara  əsir 

düşmüşdür.   

Hələ 

1942-ci 


ildə 

Stalinqrad 

ərtafındakı 

vuruşmalarda faşistlər tərəfindən əsir alınmış, bir dəstə hərbi 

əsirlə  birlikdə  düşərgədən  qaçıb  9-cu  Yuqoslaviya-İtaliya 

partizanlar korpusuna qoşulmuşdu. Bir dəfə M. Hüseynzadə 

hitlerçi  əsgər  və  zabitlərlə  dolu  olan  kino-teatr  binasının 

partladılmasını  təşkil  etmişdir.  Bu  əməliyyat  nəticəsində 

binadakı faşistlərin əksəriyyəti məhv olmuşdu. Bir az sonra 

Mehdinin  dəstəsi  Triyestdə  hitlerçilərin  yeməkxanasını 

partlatdı. Bu zaman da xeyli faşist öldürüldü və yaralandı.  

1944-cü  ilin  yay  günlərinin  birində  cəsur  partizan 

Qoritsa  şəhəri  yaxınlığında  faşistlərin  benzinlə  dolu 

anbarına  yaxınlaşdı.  Gec  partlayan    mina  ilə  anbarı 

darmadağın etdi.  

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca 

dəmir  və  şosse  yolları  körpüsünü,  çoxlu  faşist  avtomasını 

partlatmışdı. 1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, 

partizan  birləşməsi  qərargahının  tapşırığı  ilə  faşistlərin 

böyük  hərbi  ləvazimat  anbarını  partladıb  geri  qayıdarkən 

faşist  keşikçiləri  ilə  üz-üzə  gəlmişdi.  Qəhrəman  döyüşçü, 



xeyli  faşist  öldürərək  ağır  yaralanır.  Və  bu  döyüşdə  xeyli 

qan  itirərək  vəfat  edir.  Mixaylonun  ölüm  xəbəri  bütün 

Adriatik  sahillərinə  yayılır.  Çepovani  kəndində  qəhrəmanın 

başdaşına bu sözlər yazılır: “Rahat yat, Azərbaycan xalqının 

qəhrəman oglu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin 

ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.  

1957-ci  il  aprelin  11-də  SSRİ  Ali  Soveti  Rəyasət 

Heyətinin  fərmanı  ilə  Böyük  Vətən  müharibəsi  illərində 

faşist  işğalçılarına  qarşı  mübarizədə  qəhrəmanlığa  görə 

Mehdi  Hənifə  oğlu  Hüseynzadəyə  ölümündən  sonra  Sovet 

İttifaqı  Qəhrəmanı  adı  verilir.  Bəli,  Mehdi  Hüseynzadənin 

alman  faşizmi  üzərində  qələbədəki  döyüşləri  dillərə  dastan 

oldu. Hər yerdə, hər kəs onun şücaətindən danışdı. 

1958-ci  ildə  rejissor  Tofiq  Tağızadənin  ssenarisi 

əsasında  İkinci  Dünya  Müharibəsindən  bəhs  edilən  “Uzaq 

sahillərdə”  filim  çəkilir.  Filmdə  Mixaylo  rolu  tamaşaçılar 

tərəfindən  rəqbətlə  qarşılanır.  Film  dünyanın  100-dən  çox 

ölkəsində nümayış etdirilir.   

Ekranda Uzaq sahillərdə filmindən fraqmentlər göstərilir.  

I  Aparıcı:  Əziz  tədbir  iştirakçıları!  Faşizmə  qarşı 

apardığımız Böyük Vətən müharibəsi göstərir ki,  qəhrəman 

Azərbaycan xalqı öz məğlubedilməz bayrağına sadiq qalmış 

və  daima  sadiq  qalacaqdır.  Biz  bu  gün  üzümüzü  Vətən 

müharibəsi qəhrəmanlarına tutub deyirik: 

 

Sizinlə fəxr edib, sevinir hamı, 



 

Bu məclis, bu büsat, bu el bayramı, 

 

Qoy matəm oxusun qəsbkarlara,  



 

Qoy azad yaşasın bəxtiyar ellər, 

Bizim bu ceyranlı, turaclı çöllər, 

Qoy bir də yuxusuz qalmasın Vətən, 




Düşmən atlarının ayaq səsindən. 

Faşizm insanlığa ölüm gətirən, matəmlər yaradan bir 

taundur. O, bütün xalqların mədəniyyətini məhv etdiyi kimi, 

Azərbaycan  xalqının  da  min  illik  mədəni  tarixini  məhv 

etmək  istəyindədir.  Lakin,  biz  ,  Nizami  Gəncəvi  kimi  dahi 

bir  şairin  sərdabəsini  öz  köksündə  yaşadan  ana  Vətənimizi 

faşizm cəlladlarının yanğınlarına verməyəcəyik! 

Mübarizəmiz  çətin  və  məsuldur.  Lakin,  tarixin 

mübarizə yolları nə qədər dolaşıq olsa da, bizim gözlərimizə 

işıq  verən  azadlıq  günəşidir.  Bu  günəşin  şəfəqləri  bütün 

qaranlıqları  əridir  və  bütün  qabaqcıl  bəşəriyyətə  faşizmin 

pəncəsindən  qurtuluş  yolu  göstərir.  Bu  böyük  müharibədə 

dünyanın  demokratik dövlətləri və qabaqcıl insanları  bizim 

tərəfimizdədirlər.  Düşmənin  ölüm  günləri  yaxınlaşır. 

Qalibiyyət bizimdir, çünki həqiqət bizimdir.  

Yeni tarix əyə bilməz 

Cəlladlara öz başını, 

Qoca dünya tez qucaqlar 

Öz ədalət qardaşını, 

Bütün xalqlar, qəbilələr 

Od içindən çıxacaqdır, 

Qaliblərin mərd əlini 

Dönə-dönə sıxacaqdır. 

Atalarımızın,  babalarımızın,  əcdadlarımızın  qəhrəmanlıq 

nümunələri 

hər 


zaman 

Azərbaycanımızı 

qoruyub 

saxlamaqda, onun müstəqilliyini  əbədi  etməkdə  bizim üçün 

örnəkdir.  Tədbir  “Şərikli  çörək”  filmində  Oktay  Ağayevin 

ifa etdiyi “Sən, ey uşaqlıq” musiqisi ilə başa çatır.  

                                    S O N 



                   ƏDƏBİYYAT SİYAHISI: 

1.

 



Azərbaycan  Sovet 

İttifaqı  Qəhrəmanları.  B.: 

Azərnəşr, 1963.- 244 s. 

2.

 



Zeynalov  R,  Borodetski  L.  Qafqaz  dağlarının 

ətəkərindən Berlinədək. B.: Azərnəşr,  1965.-203 s. 

3.

 

Ştemenko  S.  M.  Baş  ştab  müharibə  illərində.  B.: 



Azərnəşr, 1972.- 372 s. 

4.

 



Alıcanov  M.  Azərbaycan  döyüşçülərinin  partizan 

hərəkatında  iştirakı.  Bakı.:  “Elm”  nəşriyyatı,  1975.- 

248 s. 

5.

 



Zamanov F. Ataların döyüş yolu. B.: Gənclik, 1976.- 

76 s. 


6.

 

Quliyev  A.  Berlində  görüşənədək.  B.:  Gənclik, 



1976.-170 s.  

7.

 



Kazım  M.  Leytenant  Kərimov  və  dostları.  B.: 

Yazıçı, 1980.-218 s.  

8.

 

Əkbərob  M.  Böyük  Vətən  müharibəsinin  müəllim 



qəhrəmanları. B.: “Maarif” nəşriyyatı, 1986.-81 s. 

9.

 



Zamanov  A.    Cəbhə  dəftərindən.  B.:  Azərnəşr, 

1986.-91 s.   

10.

 

Məmmədov  S.  Azərbaycanın  şanlı  qızları.  Bakı.: 



İşıq, 1988.-160 s. 

11.


 

Əfsanəvi Mixaylo. B.: Gənclik, 1988.-86 s. 

12.

 

Böyük  Vətən  müharibəsinin  sərkərdələri.  B.: 



Gənclik, 1990.-444 s.  

13.


 

Cəmil Ə. Can, nənə, bir nağıl de: Şeir // Azərbaycan 

Uşaq  Ədəbiyyatı    Antologiyası.  B.:  “Öndər” 

nəşriyyatı, 2004.-154 s. 




14.

 

Vurğun  S.  Azərbaycan  balası:  Şeir  //  Seçilmiş 



əsərləri B.: Çaşıoğlu, 2004.-79 s.  

Dövrü mətbuat:

 

Rzalı. R. Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri  // 



Savalan. - 2012. - 18 - 21 may. - № 34. - S. 3. 

 

Kərimov. Y. "Vətən xainləri"nin aqibəti : faşist Almaniyası 



üzərində qələbədən 68 il keçir  // Azərbaycan. - 2013. - 9 

may. - № 99. - S. 12. 

 

Vəfa. Z. Azərbaycan faşizm üzərində qələbədə mühüm rol 



oynayıb : faşist Almaniyası üzrərində qələbədən 68 il keçir  

// Azərbaycan. - 2013. - 9 may. - № 99. - S. 12. 

 

Kəngərli. R. İşğalçıların aqibəti sonda acı məğlubiyyətdir : 9 



May Qələbə Günüdür // Xalq qəzeti. - 2013. - 9 may. - № 

99. - S. 10. 

 

İkinci Dünya müharibəsində Azərbaycan övladlarının 



qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır : Azərbaycan 

Prezidenti İlham Əliyev 9 May - Qələbə bayramı 

münasibətilə Bakıda keçirilən mərasimdə iştirak etmişdir // 

Azərbaycan. - 2013. - 10 may. - № 100. - S. 2. 

Əli. B. Zəfərə aparan yol : faşizm üzərində qələbədən 68 il 

keçdi  // Azərbaycan ordusu. - 2013. - 11 may. - № 24. - S. 

4. 

Ağammədov. H. Ərazi bütövlüyümüz mütləq təmin 



olunmalıdır : faşizm üzərində qələbə - 69 // Palitra. - 2014. - 

30 aprel. - № 74. - S. 11. 

 

 



 

Quliyev. T. Vətəni qorumaq müqəddəs peşədir : Faşizm 

üzərində qələbə- 69 // İki sahil. - 2014. - 2 may. - № 76. - S. 

29. 


 

Nəsirov. C. Azərbaycan Böyük Vətən müharibəsi illərində : 

faşist Almaniyası üzərində qələbədən 69 il keçir // 

Azərbaycan. - 2014. - 8 may. - № 95. - S. 14. 

Hüseynova. R. 1941-45-ci illər müharibəsi tarixi qələbədən 

69 il keçir // Səs. - 2014. - 9 may. - № 84. - S. 7. 

 

Abdullayeva. Z. Qələbə günündə görüşənədək: 9 May - 



Qələbə Günü // Respublika. - 2014. - 9 may. - № 96. - S. 12. 

 

Qurbanqızı. Z. O , həyatın hər sınağından üzüağ çıxıb : 9 



May - Qələbə Günü  // Respublika. - 2014. - 9 may. - № 96. 

- S. 12. 

 

Əmircanov.P. Azərbaycan faşizm üzərində qələbədə 



misilsiz rol oynayıb : Qələbə - 69  // Xalq qəzeti. - 2014. - 9 

may. - № 96. - S. 9. 

 

Məlikova. B. Qəhrəmanar unudulmur : 9 May - Qələbə 



Günüdür  // Mədəni Həyat . - 2014. - № 5. -

 20-21.  

 

Sadıqlı. F. Ömrün dönüş nöqtəsi : Faşizm üzərində 



Qələbədən 70 il keçir // Azərbaycan : qəzet. - 2015. - 22 

aprel. - № 84. - S. 9. 

Qubatov. Ə. Faşizmlə mübarizədə qubalıların da payı var : 

Faşizm üzərində Qələbədən 70 il keçir  // Azərbaycan : 

qəzet. - 2015. - 22 aprel. - № 84. - S. 9. 

 



Sadıqlı. F. Bakı nefti olmasaydı... : Faşizm üzərində 

Qələbədən 70 il keçir  // Azərbaycan : qəzet. - 2015. - 22 

aprel. - № 84. - S. 9. 

 

Sadıqlı. F. Ulduzlu dünyam : Faşizm üzərində Qələbədən 70 



il keçir // Azərbaycan : qəzet. - 2015. - 16 aprel. - № 79. - S. 

7. 


Əhədov. E.  "Lənkəran" küçəsində döyüş : Qələbə - 70  // 

İki sahil. - 2015. - 29 aprel. - № 75. - S. 31. 

 

Rzayev. D. Veteranlar bizim ən əziz, mötəbər 



insanlarımızdır : Respublika Veteranlar Şurasının sədri 

Dadaş Rzayevlə müsahibə / söhbətləşdi R. Salmanlı : 

Faşizm üzərində Qələbədən 70 il keçir  // Azərbaycan : 

qəzet. - 2015. - 9 may. - № 99. - S. 12. 

 

Şeydayev. S. Bir ömrün hekayəti : Faşizm üzərində 



Qələbədən 70 il keçir  // Azərbaycan : qəzet. - 2015. - 8 

may. - № 98. - S. 14. 

 

Sərdarov. E. Heç kim unudulmayıb, heç nə yaddan 



çıxmayıb : Faşizm üzərində Qələbədən 70 il keçir  // 

Respublika. - 2015. - 9 may. - № 99. - S. 17. 

 

Bayramova. Z. Faşizm üzərində Qələbədən 70 il ötür // Səs. 



- 2015. - 9 may. - № 85. - S. 20. 

 

İsmayılqızı. X. 1941-1945: SSRİ xalqlarının faşizmə qarşı 



mübarizlik yolu : Qələbə - 70 / X. // İki sahil. - 2015. - 9 

may. - № 83. - S. 29. 

 



Köçərli. X. Azərbaycan faşizm üzərində Qələbədə misilsiz 

rol oynayıb : Qələbə - 70 / X. Köçərli // Xalq qəzeti. - 2015. 

- 9 may. - № 99. - S. 14. 

 

Bəşər tarixinin ən müdhiş hadisəsi : Faşizm üzərində 



Qələbədən 70 il keçir // Savalan. - 2015. - 5-7 may. - № 31. 

- S. 2. ; 8-14 may. - № 32-33. - S. 2. 

 

Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları daim 



dövlətin diqqət mərkəzindədir : 9 May - Qələbə Günü 

ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncama 

əsasən İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat 

birdəfəlik maddi yardım veriləcək // Səs. - 2016. - 26 aprel. - 

№ 73. - S. 10. 

Mirzəbəyli . İ. 1941-45-ci illər müharibəsində Bakı nefti 

olmasaydı, faşizm üzərindəki qələbədən söhbət belə gedə 

bilməzdi : 9 May Qələbə Günüdür / İ. Mirzəbəyli // Xalq 

qəzeti. - 2016. - 8 may. - № 99. - S. 10. 

 

Nemət. Laçının qəhrəman oğlu : 9 May Qələbə Günüdür  // 



Xalq qəzeti. - 2016. - № 99. 

 

Nəsirov . C. Onlara zəfər yaraşır  : 9 may faşizm üzərində 



Qələbə Günüdür // Azərbaycan : qəzet. - 2016. - 7 may. - № 

98. - S. 11. 

 

Nəzakət. Alman faşizmi üzərində qələbədən 71 il ötür  // 



Səs. - 2016. - 7 may. - № 82. - S. 17. 

 

 



 

 

Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə