F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Təbiət fədaisi, elm təşnəsi-Həsən Əliyev
Həsən Əliyevin 110 illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd
kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı -2017
2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
“Təbiət fədaisi, elm təşnəsi - Həsən Əliyev” metodik vəsait /
tərt.ed. A.Əliyeva; red. S.Məlikzadə; ix. red. və burax. məsul
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2017.-38 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçi
Dünyada elə şəxsiyyətlər olur ki, onlar ömürlərini
millətin yolunda şam kimi əridir, hələ sağ ikən əbədilik qazanır
və həyatla vidalaşandan sonra sanki ikinci ömür yaşayır, daim
xatırlanırlar. Tarixdə belə şəxsiyyətlər hələ sağlıqlarında ikən
özlərinə abidə ucalda bilirlər. Xalqımızın görkəmli oğlu,
əməkdar elm xadimi, dövlət mükafatı laureatı, təbət vurğunu
akademik Həsən Əliyev belə şəxsiyyətlərdən idi.
Həsən
Əliyevin elmi-içtimai fəaliyyətinin spektri çox geniş və
hərtərəfli olmuşdur. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni
zamanda torpaqşünas və ekoloq alim idi. 50 ildən artıq bir dövrü
əhatə edən elmi fəaliyyəti dövründə onun Azərbaycanda
torpaqşünaslıq elminin inkişafında və formalaşmasında böyük
rolu olmuşdur. Akademik Həsən Əliyevin Azərbaycanda
coğrafiya elminin inkişafında, xüsusilə qloballaşmış ekocoğrafi
problemlərin həlli sahəsində əvəzsiz tövsiyyələri və xidmətləri
olmuşdur. Onun elmi-içtimai yaradıcılıq fəaliyyəti olduqca
geniş və çoxsahəlidir. O, görkəmli təbiətşünas və coğrafiyaçı,
eyni zamanda böyük torpaqşünas kimi tanınırdı. Akademik H.
Əliyev Azərbaycanı daim çiçəklənən varlı, qüdrətli bir dövlət
kimi görmək istəyi ilə yaşayan, tariximizi, folkloru dərindən
bilən vətənpərvər alim, qayğıkeş bir ziyalı idi. Təkrarsız zəka
sahibi olmuş bu şəxsiyyətlə ünsiyyət zamanı müxtəlif elm
sahələrində çalışan mütəxəsislər öz həmkarları ilə fikir
mübadiləsi aparardılar. Coğrafiyaçılar onu coğrafiyaşünas,
torpaqşünaslıq sahəsində çalışanlar torpaqşünas, botaniklər isə
onu botanik hesab edirdilər.
O, Azərbaycan xalqının çox
hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi sadə,
zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı idi.
Əminliklə deyə bilərəm ki, vətənə təmənnasız xidməti ilə
4
insanların yaddaşında əbədi iz buraxmış şəxsiyyətlər içərisində
Həsən Əliyevin özünəməxsus yeri var. Ömrünü xalqının
xoşbəxtliyinə həsr etmiş bu böyük şəxsiyyətin həyatı və
yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunə
məktəbidir. H.Əliyevin ömür yolu bəşəriyyətə və insanlığa
nümunə, örnəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, Respublikanın Əməkdar elm xadimi, Azərbaycan
Respublikası Dövlət mükafatı laureatı, kənd təsərrüfatı elmləri
doktoru, professor Həsən Əlirza oğlu Əliyev çox böyük və
samballı həyat yolu keçmişdir. Akademik Həsən Əliyev
ömrünün 60 ilə yaxın bir dövrünü elmimizin inkişafına sərf
etmişdir. Ucsuz-bucaqsız səhralardan başlamış başı qarlı uca
dağlara qədər hər şeyi vəhdətdə görməyi bacaran, xırda
cücərtidən tutmuş iri gövdəli ağaclara qədər bütün bitkiləri
sevən, onları boy atdıqları ana topağın “ürək döyüntülərini” hiss
edən, təbiətin mühavizəsinin, atmosferin təmizliyinin daim
qeydinə qalan fədakar səxsiyyət, akademik Həsən Əlirza oğlu
Əliyevin 110 yaşı tamam olur. Bu münasibətlə bu vəsaiti
işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I
hissə “Təbiətin özü kimi əbədi” adlanır və akademik H.Əliyevin
həyat və yaradıcılığından bəhs edir. II hissədə isə Həsən
Əliyevin yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.