F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

 

mədəni fəaliyyət, informasiya almaq azadlığı, habelə fikir, vicdan 



və dini əqidə azadlığı. 

Müdafiə  hüququ  –  uşağın  pis  rəftardan,  hörmətsizlikdən, 

istismardan  müdafiəsini  təşkil  edir.  Bu  hüquqlar  qrupu  qaçqın 

uşaqlara  xüsusi  qayğı  göstərilməsi,  onların  silahlı  münaqişələrə 

cəlb edilməsi, narkotik  maddələrdən istifadə, uşaq əməyi, habelə 

uşaqların cinsi, seksual istismarı kimi məsələləri əhatə edir. 

İştirak etmək hüququ – uşaqlara öz cəmiyyət və təşkilatla-

rında iştirak etməyə, birləşməyə imkan verir. Bu hüquqlar qrupu 

aşağıdakı azadlıqları əhatə edir: fikri sərbəst ifadə etmə, öz həyatı 

barədə rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar 

keçirmə. Bu hüquqlar qrupu uşaqlara öz qabiliyyətləri qədərində 

cəmiyyətin  həyatında  iştirak  etməyə  imkan  verir,  habelə  onlara 

fəal vətəndaş vərdişlərini aşılayır. 

Konvensiya  uşaqların  əsas  hüquqlarını  təmin  etsə  də,  o  heç 

də  valideynləri  uşaqlar  üçün  nəyin  yaxşı  olduğuna  qərar  vermək 

hüququndan  məhrum  etmir.  Əksinə  Konvensiya,  valideynlərə 

uşaqları  böyütmək  və  inkişaf  etdirmək  kimi  ən  əsas  vəzifələrini 

yerinə  yetirməyə  çağırır.  Uşaq  hüquqlarının  təbliği  onları  yaşlı 

insanlarla,  valideynlərlə  qarşı-qarşıya  qoymaq  və  aralarında  mü-

naqişə yaratmaq məqsədini daşımır. O ,bütün vətəndaşları uşaqla-

rın  sağlam,  təhlükəsiz  və  produktiv  gələcəyi  üçün  çalışmağa 

çağırır. 



Cəmiyyətdə  davranış  qaydalarına  əməl  etmək,  Azərbaycan 

Respublikasının dövlət rəmizlərinə bələd olmaq, biliklərə yiyələn-

mək,  özünü  faydalı  fəaliyyətə  hazırlamaq,  valideynlərə,  digər 

vətəndaşların hüquq və mənafelərinə, öz  xalqının və başqa  xalq-

ların  ənənələrinə  və  mədəni  sərvətlərinə  hörmətlə  yanaşmaq, 

tarix  və  mədəniyyət  abidələrini,  ətraf  mühiti  qorumaq  və 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

digər vəzifələri yerinə yetirmək uşağın borcudur. 

Bu vəzifələrin uşaqlar tərəfindən dərk edilməsinə və icrasına 

valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaq-

lar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur. 


 

1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” 



Konvensiyasının  müddəalarını  özündə  əks  etdirən  V  fəsil  45 

maddədən  ibarət  “Uşaq  Hüquqları  haqqında”  Qanun  qəbul 

edilmişdir.  1999-cu  ildə  isə  10  maddədən  ibarət  “Valideynlərini 

itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial 

müdafiəsi haqqında” qanun qəbul edilmişdir.  

Bunların  ardınca  ölkəmizdə  həyata  keçirilən  irimiqyaslı 

hüquq  islahatları  insan  hüquqlarının  tərkib  hissəsi  kimi  uşaq 

hüquqları  sahəsində  də  yeniliklərin  əldə  olunmasına,  uşaqlarla 

işləyən  qurumların  yaradılmasına,  həmçinin  əhalinin  müxtəlif 

qruplarından  biri  kimi  uşaqların  da  pozulmuş  hüquqlarının 

bərpasına  çalışan  Ombudsman  təsisatının  yaranmasına  şərait 

yarandı. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman)  vəzifəsi  Azərbaycan  Respublikası  Konstitusiya-

sında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdə təsbit olunmuş Azərbaycan Respublikasının dövlət 

və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan 

insan hüquq və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. 

Hal-hazırda  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları 

üzrə  Müvəkkili  (Ombudsman)  tərəfindən  onun  Aparatında  uşaq 

hüquqları  sahəsində  işləyən  müşavir,  həmçinin  Ombudsmanın 

regional mərkəzlərinin rəhbərləri bu istiqamət üzrə əlaqələndirici 

şəxslər təyin edilmişlər. 

Ombudsmanın  təşəbbüsü  ilə  2013-cü  ildə  “Uşaq  hüquqları” 

aylığı  başa  çatmışdır,  2014-cü  ildə  “Mənim  hüquq  və  vəzifələ-

rim”,  2015-ci  ildə  “Uşaq  hüquqları  üzrə  pilləli  tədris  davam 

etdiriləcək” və s. mövzularında tədbirlər keçirilmişdir. 

Müvəkkilin fəaliyyət göstərdiyi müddətində əhalinin maarif-

ləndirilməsi  məqsədi  ilə  bir  sıra  nəşrlər  hazırlanmış  və  çap 

olunmuşdur.  “Cəzaçəkmə  müəssisələrində  olan  yetkinlik  yaşına 

çatmayanların  hüquqları”  adlı  broşurları,  “Uşaq  hüquqları  üzrə 

pilləli  tədris”lə  bağlı  dərs  vəsaiti,  bir  sıra  tematik  lefletlər 

hazırlanmış və çap olunmuşdur:  



 

• Hüquqların pozulubsa İnsan Hüquqları üzrə Müvəkkilə 



(Ombudsmana) müraciət et; 

•  İnsan  Hüquqları  Ümumi  Bəyannaməsi  və  Azərbaycan 

Respublikasının Konstitusiyası; 

• Sizin əsas hüquq və azadlıqlarınız; 

• Zərər çəkmiş şəxsin hüquqi vəziyyəti

• Şubhəli şəxsin hüquqi vəziyyəti; 

• Xüsusi ittihamçı və mülki iddiaçının hüquqi vəziyyəti; 

• Təqsirləndirilən şəxsin hüquqi vəziyyəti; 

• “Ombudsman kimdir?” adlı yaddaş vərəqəsi. 

Bütün bunlar ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi kimi 

əhalinin müxtəlif kateqoriyalarından biri olan uşaqların hüquqla-

rının  müdafiəsinə,  pozulmuş  hüquqlarının  bərpasına  və  onlar 

üçün normal həyat şəraitinin yaradılmasına xidmət edir. 

Bu  gün  Ulu  öndərin  siyasi  kursu  Prezident  İlham  Əliyev 

cənabları  tərəfindən  uğurla  davam  etdirilir.  Uşaq  hüquqlarının 

müdafiəsi uşaqların normal formalaşmasına, sağlam böyüməsinə 

yönələn bir çox  dövlət proqramları qəbul edilərək onların həyata 

keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilmişdir. Hər 

bir dövlət proqramı uşaqların hüquq  və maraqlarının müdafiəsi, 

vahid  dövlət  uşaq  siyasətinin  formalaşması,  tənzimlənməsi  və 

həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial 

inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində 

milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir. 

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən  təşkil 

olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının 

təmin edilməsilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 

1  iyun  tarixini  uşaqların  beynəlxalq  müdafiəsinə  həsr  etmək 

qərarı  verilib.  Bundan  sonra  iyunun  1-i  Uşaqları  Beynəlxalq 

Müdafiə  Günü  kimi  tarixə  düşüb.  Dünyanın  əksər  ölkələrində 

olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

Azərbaycan  1992-ci  ildən  BMT-nin  Uşaq  Hüquqları  Kon-

vensiyasına qoşulub. Məhz bu sənəd də uşaqların hansı dövlətdə 




Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə