F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

 

yaşamalarından  asılı  olmayaraq,  onların  hüquqlarını  tam  əhatə 



edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

22  dekabr  2008-ci  il  tarixli  103  nömrəli  Sərəncamı  ilə  2009-cu 

ilin “Uşaq ili” elan edilməsi uşaqların vəziyyətinin  yaxşılaşdırıl-

ması,  uşaq  hüquqlarının  müdafiəsinin  gücləndirilməsi  baxımın-

dan yeni bir mərhələ açdı. 

2009-cu  ilin  “Uşaq  ili”  elan  edilməsi  ilə  bağlı  tədbirlər 

planının  təsdiq  edilməsi  isə  uşaq  hüquqları  sahəsində  təhsil,  bu 

sahədə  müvafiq  dərs  vəsaitlərinin  hazırlanması,  xüsusi  qayğıya 

ehtiyacı  olan  uşaqların  vəziyyətinin  yaxşılaşdırılması  ilə  bağlı 

tədbirlərin  də  həyata  keçirilməsi  üçün  müvafiq  dövlət  qurumları 

qarşısında vəzifələr müəyyən etdi. 

Təqdirəlayiq  haldır  ki,  ölkə  Prezidentinin  Sərəncamı  ilə 

2009-cu  ilin  “Uşaq  ili”  elan  edilməsi  və  müvafiq  Tədbirlər 

Planının  təsdiq  edilməsi  ilə  dövlət  qurumlarının  irimiqyaslı  təd-

birlər keçirməyə istiqamətləndirilməsi hazırda qeyd olunan sahə-

də  ölkəmizdə  daha  uğurlu  nəticələrin  əldə  olunmasına  və  uşaq 

hüquqları  sahəsində  dövlət  siyasətinin  məqsədyönlü  həyata 

keçirilməsinə geniş imkanlar açır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

8  may  2012-ci  il  tarixli  Fərmanı  ilə  “Uşaq  hüquqlarının  həyata 

keçirilməsinə dövlət nəzarəti Qaydası”nı təsdiq edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  6  fevral  2006-cı  il 

tarixli  Fərmanı  ilə  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət 

Komitəsi  yaradılmış  və  Prezidentin  6  fevral  2006-cı  il  tarixli 

Sərəncamı  ilə  Hicran  Hüseynova  Komitənin  sədri  təyin  edilmiş-

dir.  Komitə  fəaliyyət  göstərdiyi  dövr  ərzində  bu  sahədə  mövcud 

olan  problemlərin  həlli  istiqamətində  məqsədyönlü  fəaliyyət 

göstərmişdir. 

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi-

təsi  Heydər  Əliyev  Fondu  və  UNICEF-lə  birgə  uşaqların  öz 

hüquqları  ilə  bağlı  qərarların  qəbul  edilməsində  iştirakını  təmin 

etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək 



 

və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diq-



qətinin  uşaq  hüquqlarının  qorunmasına  yönəldilməsi  məqsədilə 

2009-cu ildə  Azərbaycan Uşaqlarının  I və  2011-ci  ildə  Azərbay-

can  Uşaqlarının  II,  2012-ci  il  noyabırın  17-də  isə  III  Ümumres-

publika  Forumu  keçirilmişdir.  Forum  zamanı  nümayəndələr 

aşağıdakı  mövzular  üzrə  qruplaşaraq  həmin  mövzu  ətrafında 

dövlət nümayəndələrinin iştirakı ilə müzakirələr aparıb, müvafiq 

təklif və tövsiyələrlə çıxış ediblər: 

I qrup: Vətəni sevək və ona layiq olaq

II qrup: Uşaqlar üçün bərabər hüquq və imkanlar

III  qrup:  Təhsildə  yeni  standartların  tətbiqi.  Uşaqlar  və 

internet təhlükəsizliyi;  

IV qrup: Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi;  

V qrup: Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi;  

VI  qrup:  Uşaqların  şəxsiyyət  kimi  formalaşmasında  ailə  və 

cəmiyyətin rolu və məsuliyyəti

VII qrup: Qarabağ həqiqətlərini dünyaya çatdıraq. 

Təklif  və  tövsiyələr,  həmçinin  mövzular  braşuralar  şəklində 

çap olunaraq müvafiq təşkilatlara göndərilmişdir. 




10 

 



11 

 

 



 

Forumlar  ölkə  üzrə  bütün  şəhər  və  rayonları  təmsil  edən 

uşaqların  iştirakı  ilə  keçirilmişdir.  Ötən  müddət  ərzində  Forum-

larda  iştirak  edən  uşaqlar  tərəfindən  səsləndirilən  bütün  təkliflər 

hökumət  tərəfindən  hazırlanan  müxtəlif  proqramlarda  öz  əksini 

tapmışdır. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündü-

rən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli 

yollarını  araşdırsın.  Məhz  bu  Forumlar  istedadlı  uşaqların  üzə 

çıxmasında mühüm rola malikdir.  

Forumlar  uşaqların  öz  bacarıqlarını  nümayiş  etdirmək  üçün 

bir vasitəyə çevrilmişdir. Həmçinin Forum uşaqların ictimai fəal-

lığının  artırılmasında,  iştirak  hüququnun  təmin  edilməsində  və 

liderlik  keyfiyyətlərinin  formalaşmasında  mühüm  əhəmiyyətə 

malikdir. 

Bütün bunlarla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət  Komitəsi  mütəmadi  olaraq  uşaq  hüquqları  ilə  bağlı  öz 

nəşirlərini də çap etdirir. 



12 

 

 



 

 

 



 

 



13 

 

Bu isə dünya təcrübəsinə və uşaq hüquqlarının inkişaf tarixi-



nə ölkəmiz tərəfindən verilən daha bir töhfə, daha bir yenilikdir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2015-

2025-ci  illəri  əhatə  edən  Milli  Uşaq  Strategiyası  hazırlayaraq 

hökumətə  təqdim  edib.  Sənəd  ölkə  prezidentinin  fərmanı  ilə 

təsdiqlənmiş  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf 

konsepsiyasına uyğun olaraq hazırlanıb. Strategiya hazırlanarkən 

BMT-nin  Uşaq  Hüquqları  Komitəsinin  tövsiyələri  də  nəzərə 

alınıb. 


Sənəddə  uşaqların  hüquqlarının  erkən  yaşda  müdafiəsi, 

qanunvericiliklə bağlı bazanın təkmilləşdirilməsi, yerli səviyyədə 

uşaq müdafiə sistemində olan boşluqların doldurulması, yerlərdə 

uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan yetkinlik yaşına 

çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiya-

ların  fəaliyyətlərinin  gücləndirilməsi,  uşaqların  sağlamlığı  və 

erkən uşaqlıq dövrü ilə bağlı müəyyən məsələlər öz əksini tapıb. 

Sənəddə  məktəbəqədər  təhsil  müəssisələrinin  şəbəkəsinin  geniş-

ləndirilməsi,  sağlamlıq  imkanları  məhdud  uşaqların  cəmiyyətə 

inteqrasiyası, onlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlə-

rinin  yaradılması,  inteqrasiyalı  təhsilin  təşkili,  uşaq  paralimpiya-

sının inkişafı və digər məsələlər öz əksini tapıb. 

Bu sahədə aparılan işlərdən danışarkən Azərbaycanın birinci 

xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO  və 

İSESCO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  xanım 

Əliyevanın fəaliyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz 

Mehriban  xanımın  rəhbərliyi  altında  Heydər  Əliyev  Fondu 

uşaqların təhsili, sağlamlığı ilə bağlı iri layihələrə imza atmışdır. 

Bu  gün  hər  bir  uşaq  öz  üzərində  dövlət  qayğısını  hiss  edir. 

Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyə-

tin hər bir üzvü bütün gücünü səfərbər etməlidir. 

 

 



Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə