F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

14 

 

 



Uşaq Hüquqları haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

Bu  Qanun  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 

Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konven-

siyaya  və  digər  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq 

Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqları-

nı, uşaqlar barəsində dövlət siyasətinin əsas pirinsiplərini, onların 

müdafiəsi  sahəsində  dövlət  orqanlarının,  digər  hüquqi  və  fiziki 

şəxslərin vəzifələrini müəyyən edir. 

 

I Fəsil. Ümumi müddəalar 

 

Maddə 1. Qanunun təsir dairəsi 

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifə-

ləri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabi-

liyyəti əldə etməyən hər bir şəxsə aid edilir. 



Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik 

Uşaq  hüquqları  barəsində  qanunvericilik  bu  Qanundan  və 

Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktlarından 

ibarətdir.  Digər  normativ  hüqqi  aktların  normaları  uşaqların  bu 

Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra 

bilməz. 


Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti 

Uşaqlar barəsində dövlət siyasəti  hər bir uşağın zəruri maddi 

və  məişət  şəraitində  böyüyüb  tərbiyə  olunmasının,  mütərəqqi 

tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaş-

masının təmin edilməsinə yönəldilir. 

Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla 

yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçi-

rilir.  Bu  proqramların  yerinə  yetirilməsində  dövlət  orqanları  ilə 

yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. 



15 

 

Maddə  4.  Uşaq  hüquqlarını  müdafiə  edən  orqanlar, 



birliklər və təşkilatatlar 

Azərbaycan  Respublikasında  uşaq  hüquqlarının  müdafiəsini 

müvafiq  icra  hakimiyyəti,  məhkəmə  və  prokurorluq  orqanları, 

bələdiyyələr,  habelə  ictimai  birliklər,  həmkarlar  ittifaqı    təşkilat-

ları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliy-

yətlərində  uşaq  hüquqlarının  üstün  mühafizəsi  pirinsipini  əsas 

tutmalıdırlar. 

Maddə 5. Uşaq  mənafelərinin üstünlüyü  

Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyə-

tində  uşaqların  mənafelərini  üstün  tutmalı,  onların  hüquqlarının 

təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublika-

sının    normativ  hüquqi  aktları  və  müvafiq  orqanların  qərarları 

uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həya-

tına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq 

və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 



Maddə 6. Uşaqların hüquq bərabərliyi 

Bütün  uşaqlar  bərabər  hüquqlara  malikdirlər.  Uşaqların, 

onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial  və 

əmlak  vəziyyətindən,  sağlamlığından,  irqi  və  milli  mənsubiyyə-

tindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşa-

yış  yerindən  asılı  olmayaraq  uşaqlar  ayrı  seçkiliyə  məruz  qala 

bilməzlər.  Uşaqlar  valideynlərinin  və  ya  onları  əvəz  edən  digər 

şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə 

bağlı  səbəblərə  görə  onların  hüquqlarının  məhdudlaşdırılmasına 

yol verilmir. 

Nigahda və ya nigahdankənar doğulmasından asılı olmayaraq 

uşaqların valideynləri barəsində eyni hüquqları vardır. 



Maddə 7. Uşağın nümayəndələri  

Uşağın  valideynləri,  eləcə  də  övladlığa  götürənlər,  qəyyum-

lar,  himayəçilər,  uşaq  evlərinin  müdiriyyəti  uşaqların  hüquq  və 

mənafelərini müdafiə edən nümayəndələridir. 



 

 


16 

 

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ 

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənə-

vi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin 

edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və 

təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 



Maddə  9.  Uşağın  həyatı  və  sağlamlığının  mühafizəsi 

hüququ 

Hər  bir  uşağın  həyatı  və  sağlamlığının  mühafizə  edilməsi 

hüququ vardır. Dövlət  uşaqların  həyatının  mühafizəsi  və sağlam 

inkişafını  təmin  edir,  ekoloji  təhlükəsizliyini  təmin  edən  şərait 

yaradır,  onların  keyfiyyətli  yeməklə,  içməli  təmiz  su  ilə  təchizi 

üçün  müvafiq tədbirlər görür. 



Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ 

Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının  

qanunvericiliyinə  uyğun  olaraq  qeydiyyata  alınır  və  vətəndaşlıq 

əldə edir. 

Uşağa  ad  valideynlərin  qarşılıqlı  razılığı  ilə,  valideynləri 

olmadıqda  isə  qəyyumluq  orqanlarının  razılığı  və  ya  göstərişi 

əsasında  verilir. 

Maddə 11. Uşağın tərbiyə almaq hüququ  

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri 

dəyərlərə  uyğun, humanizm və əxlaqi pirinsiplər əsasında tərbiyə 

almaq hüququ vardır. 

Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəb-

dənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. 



Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ  

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. 

Uşaqların  hüquqları  və  qanuni  mənafeləri  pozulduqda,  o 

cümlədən  valideynləri  uşağın  təhsili,  tərbiyəsi  üzrə  vəzifələrini 

yerinə  yetirmədikdə  və  ya  valideynlik  hüquqlarından  sui-istifadə 

etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiy-

yəti  orqanlarına,  14  yaşına  çatdıqda  isə  məhkəməyə  müraciət 

etmək hüququna malikdir. 



 


Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə