F. Köçərli adına Respublika Uşaq Kitabxanası


Maddə 13. Uşağın zəruri maddi təminat hüququ



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

17 

 

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ 

Uşağın  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  minimum  dolanacaq  xərclərindən  az  olmayan 

maddi təminat almaq hüququ vardır. 

Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı 

Hər bir uşağın, fikir və söz azadlığı vardır. 

Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, 

fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. 

Uşağın səhhətində zərərli təsir göstərən dini ayinlərin icrası-

na cəlb edilməsi qadağandır. 



Maddə 15. Uşağın məlumat azadlığı 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

hər  bir  uşağın  əqli  və  fiziki  inkişafı  üçün  zəruri  olan  istənilən 

məlumatı  axtarmaq,  əldə  etmək,  ötürmək  və  yaymaq  hüququ 

vardır. 

Maddə 16. Uşağın əsas vəzifələri 

Cəmiyyətdə  davranış    qaydalarına  əməl  etmək,  Azərbaycan 

Respublikasının  dövlət  rəmizlərinə  bələd  olmaq,  biliklərə  yiyə-

lənmək,  özünü  faydalı  fəaliyyətə  hazırlamaq,  valideynlərə,  digər 

vətəndaşların  hüquq  və  mənafelərinə,  öz  xalqının  və  başqa 

xalqların ənənələrinə  və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, 

tarix  və  mədəniyyət  abidələrini,  ətraf  mühiti  qorumaq  və 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş 

digər vəzifələri yerinə yetirmək  uşağın borcudur. 

Bu vəzifələrin uşaqlar tərəfindən dərk edilməsinə və icrasına  

valideynlərin,  müvafiq  orqanların  və  təhsil  müəssisələrinin 

uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur. 



 

II Fəsil. Uşaq və ailə 

 

Maddə 17. Uşağın ailədə yaşamaq hüququ 

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı 

görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallar-



18 

 

dan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayır-



maq qadağandır. 

Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ 

Valideynlərinin  hər  ikisindən  və  ya  birindən  ayrı  yaşayan 

uşağın  onları  tanımaq,  habelə  bu  ona  mənfi  təsir  göstərmirsə, 

valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 



Maddə 19. Valideynlərin hüquq və vəzifələri  

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələ-

ri  vardır.  Onlar  uşağı  sağlam  böyütməli,  ümumbəşəri  və  milli 

dəyərlər  əsasında  tərbiyə  etməli,  müstəqil  həyata  hazırlamalıdır-

lar.  Uşağın  qabiliyyətinin  inkişaf  etdirilməsi,  onun  maddi  və 

mənəvi  tələbatlarının  təmin  edilməsi,  hüquq  və  mənafelərinin 

mühafizəsi valideynlərin əsas vəzifələridir. 

 Valideynlərin  uşaqlar  barəsində  hüquq  və  vəzifələrinin 

həyata  keçirilməsinə  dövlət  orqanlarının  qarışmasına  yalnız 

qanunla  nəzərdə  tutulmuş  hallarda  və  uşağın  maraqları  naminə 

yol verilə bilər. 

Uşağın  vurduğu  maddi  ziyana  görə  onun  valideynləri, 

övladlığa  götürənlər,  qəyyumlar    və  ya  himayəçilər  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

Maddə 20. Uşağın mənzil hüququ 

Hər  bir  uşağın  mənzil  hüququ  vardır.  Uşaqların  yaşadıqları 

mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. 

Maddə  21.  Uşağın  vərəsəlik  və  valideynlərinin  əmlakı 

hesabına saxlanma hüququ 

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmla-

kına  dair  vərəsəlik,  məhkəmənin  qərarı  ilə  valideynlərdən  hər 

ikisi  və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə 

isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır. 

 

III Fəsil. Uşaq və Cəmiyyət 

 

Maddə 22. Uşağın təhsil almaq hüququ  




19 

 

Hər  bir  uşağın  Azərbaycan  Respublikasının  təhsil  qanunve-



riciliyinə uyğun olaraq  təhsil almaq hüququ vardır. 

Dövlət  təhsil  sistemi  uşağın  şəxsiyyətinin  inkişafına,  zəruri 

bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. 

Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. 



Maddə 23. Fitri istedada malik uşaqlara dövlət qayğısı 

Dövlət  fitri  istedada  malik  uşaqların  erkən  yaşdan  üzə 

çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün təd-

birlər  görür,  onlar  üçün  adlı  və  xüsusi  təqaüdlər  müəyyən  edir, 

xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, 

bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir. 



Maddə 24. Uşağın əmək hüquqları  

Uşaqların  yaşına,  səhhətinə,  ümumtəhsil  və  peşə  hazırlığı 

səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.  

Uşaqların  əmək  hüququnun  yaranmasının  və  həyata  keçiril-

məsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericili-

yi ilə müəyyən edilir. 



Maddə 25. Uşağın  istirahət hüququ 

Hər  bir  uşağın  istirahət  və  asudə  vaxtdan  istifadə  etmək 

hüququ vardır. 

Maddə  26.  Uşaqların  ictimai  təşkilatlarda  birləşmək 

hüququ 

Uşaqların  təhsil  və  ya  yaşayış  yerlərində  Azərbaycan  Res-

publikasının  qanunvericiliyində  müəyən  edilmiş  qaydada  ictimai 

birliklər  və  ictimai  özfəaliyyət  orqanları  yaratmaq  və  onlarda 

birləşmək hüququ vardır. 

Maddə 27.Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ  

Hər  bir  uşağın  şərəf  və  ləyaqətini  müdafiə  etmək  hüququ 

vardır. 

Uşaqların  şərəf  və  ləyaqətinə  qəsd  edilməsi  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə 

səbəb olur. 



Maddə  28.  Uşağın  istismardan  və  zərərli  təsirlərdən 

mühafizəsi 


Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə