F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

20 

 

Dövlət  sosial,  hüquqi,  iqtisadi,  tibbi  və  tərbiyəvi  vasitələrlə 



uşaqları  istismarın  bütün  növlərindən,  ağır,  zərərli  və  təhlükəli 

əməkdən və təsirlərdən mühafizə edir. 



Maddə 29. Uşaqlara sosial yardımlar 

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kom-

pensasiyalar formasında sosial yardımlar verir. 

Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır. 



 

IV Fəsil. Əlverişsiz şəraitə düşmüş uşaqların müdafiəsi 

 

Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafi-

əsi üzrə dövlət proqramları 

Dövlət  hərbi  əməliyyatlar,  epidemiya,  təbii  və  ekoloji 

fəlakətlər  zonasında  yaşayan  və  ya  onların  təsirinə  məruz  qalan, 

habelə  yetim  uşaqların,  natamam  (valideynlərdən  biri  olmayan), 

aztəminatlı  ailələrin  uşaqlarının,  şəhid  uşaqlarının  müdafiəsini 

xüsusi proqramlar əsasında təmin edir. 



Maddə  31.  Valideyn  himayəsindən  məhrum  olmuş  uşaq-

ların müdafiəsi tədbirləri 

Valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların  müdafiəsi 

onların  övladlığa,  qəyyumluğa,  himayəçiliyə,  digər  ailəyə 

verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq 

müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir. 

Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini 

və  mədəni  mənsubiyyəti,  dili,  tərbiyəsinin  varisliyi  nəzərə 

alınmalıdır. 

Uşaq  müəssisələrində  saxlanan  valideyn  himayəsindən 

məhrum  olmuş  uşaqlar  tam  dövlət  təminatındadırlar.  Onlar 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş 

güzəşt və imtiyazlardan istifadə edirlər. 



Maddə 32. Övladlığa götürmə 

Uşağın  övladlığa  götürülməsinə  onun  mənafeyi  naminə 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  

qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişa-




21 

 

fı  və  tərbiyəsi  üçün  müvafiq  imkanlara  malik  olmalıdır.  Şəxsi 



mənfəət  əldə  etmək  məqsədilə  uşağın  övladlığa  götürülməsi 

qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. 

Azərbaycan Respublikasının vətəndaşı  olan uşağın  əcnəbilər 

tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respub-

likası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları 

dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanun-

vericiliyi ilə müəyyən edilir. 

Maddə 33. İnternat müəssisələrində uşaqların  saxlanma-

sının və tərbiyəsinin şərtləri 

Uşaq evlərində, internat  tipli uşaq müəssisələrində uşaqların 

təlim-tərbiyəsinin təşkili  və  keyfiyyətinə  görə həmin müəssisələ-

rin rəhbərləri məsuliyyət daşıyırlar. 



Maddə 34. İnternat müəssisələri məzunlarının müdafiəsi 

İnternat  müəssisələrinin  valideyn  himayəsindən  məhrum  ol-

muş məzunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssi-

sələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir. 

Yaşayış  sahəsi  olmayan  məzunların  yetkinlik  yaşına  çatana 

qədər bu müəssisələrdə qalmasına icazə verilir. 



Maddə  35.  Əlil,  əqli  və  fiziki  çatışmazlıqları  olan  uşaq-

ların müdafiəsi 

Əlil,  əqli  və  fiziki  çatışmazlıqları  olan  uşaqların  növbədən-

kənar,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunmuş  qaydada  tibbi,  defektoloji  və  psixoloji  yardım  almaq 

hüququ vardır.   

Maddə  36.  Əlil    uşağa  qulluq  edən  şəxslərə  verilən 

güzəştlər 

16 yaşınadək əlil uşağa qulluq dövrü pensiya hüququ verən iş 

stajına  daxil  edilir  və  uşağa  qulluq  edən  şəxsə  Azərbaycan 

Respublikasinin  qanunvericiliyində  müəyyən  edilmiş  məbləğdə 

müavinət ödənilir. 

Maddə  37.  Hərbi  münaqişələr  dövründə  uşaqların 

müdafiəsi 



22 

 

Azərbaycan  dövləti  onun  hərbi  münaqişələrə  cəlb  edildiyi 



ərazidə olan uşaqların müdafiəsinin beynəlxalq hüquqi normalara 

uyğun olaraq təmin etməyi öz üzərinə götürür. 



Maddə  38.  Təbii  fəlakətlər,  bədbəxt  hadisələr  və  qəzalar 

nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi 

Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində 

əlverişsiz  şəraitə  düşmüş  və  ya  zərər  çəkmiş  uşaqlara  təcili 

əvəzsiz  kömək  göstərir,  onların  təhlükəsiz  yerlərə  köçürülməsi 

üçün təxirəsalınmaz tədbirlər görür. 

Maddə  39.  Qaçqın  və  ya  məcburi  köçkün  uşaqların 

müdafiəsi 

Qaçqın  və ya məcburi köçkün olan uşaqların müvafiq status 

almaq hüququ vardır. Dövlət onları lazımi müdafiə və humanitar 

yardımla  təmin  etmək  üçün  təcili  müvafiq  tədbirlər  görür,  belə 

uşaqların  valideynlərinin  axtarılmasını  təşkil  edir,  bu  məqsədlə 

beynəlxalq 

təşkilatlarla 

əməkdaşlıq 

edir, 

qeyri-dövlət 



təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir. 

Maddə 39.1 Uşaqların baxımsızlığının və hüquq pozuntu-

larının profilaktikası 

Dövlət  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  uşaqların  

baxımsızlığının  və  hüquq  pozuntularının  profilaktikasını  həyata 

keçirir. 



Maddə  40.  İnzibati  xəta  törətmiş  uşaqların  işlərinə 

baxılmasının xüsusiyyətləri 

İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respub-

likasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  və 

orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarı-

larkən uşağa humanist  mövqedən yanaşılmalıdır. 

Tənbeh  tədbirləri  seçilərkən  işin  halları,  uşağın  yaşı,  həyat 

şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə alınmalıdır. 

Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların 

hüquqları 



Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə