F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 256,61 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix19.11.2017
ölçüsü256,61 Kb.
#11193
1   2   3   4   5   6   7   8   9   10

23 

 

Uşaqların  xüsusi  təlim-tərbiyə,  yaxud  ixtisaslaşdırılmış  tibb 



müəssisələrinə  göndərilməsinə  yalnız  Azərbaycan  Respublikası-

nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. 

Xüsusi təlim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələ-

rində  olan  uşaqların  onlarla  humanist  davranması,  səhhətinin 

mühafizəsi,  zəruri  təhsil  və  peşə  hazırlığı  almaq,  məzuniyyət, 

yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır. 



Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqi-

nin xüsusiyyətləri 

Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, 

apellyasiya  və  kassasiya  instansiyaları  icraatının  xüsusiyyətləri 

Azərbaycan  Respublikasının  Cinayət-prosessual  Məcəlləsi  ilə 

müəyyən edilir. 

 

V Fəsil. Yekun müddəalar 

 

Maddə  43.  Uşaq  hüquqlarına  əməl  edilməsi  üzərində 

nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili 

Uşaq  hüquqlarına  əməl  edilməsi  üzərində  nəzarətin  və  uşaq 

baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti 

orqanları tərəfindən həyata keçirilir. 



Maddə 44. Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

məsuliyyət daşıyırlar. 



Maddə 45. Beynəlxalq müqavilələr 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 

müqavilələrlə  bu  Qanun  arasında  ziddiyyət  yaranarsa,  həmin 

beynəlxaq müqavilələr tətbiq edilir. 



 

Heydər  ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 19 may 1998-ci il 

№ 499-IQ 


24 

 

 



Ədəbiyyat 

 

1997 

1.

 

Respublika  mətbuatı  insan  hüquqları  və  demokratik 

azadlıqlar  haqqında:  [layihə]  /Sülh  və  Demokratiya  İnstitutu 

“İnsan  Hüquqlarının  Müdafiəsi”  Departamentinin  Layihəsi; 

layihənin koordinatoru S.Qocamanlı.- Bakı, 1997.- 15 s. 

İnstitutun  fəaliyyəti  regionda  sülhün  qorunması  yollarının, 

təhlükəsizlik,  demokratik,  hüquqi  cəmiyyətin  qurulması  və 

müstəqil  Azərbaycan  dövlətçiliyinin  inkişafı  problemlərinin 

tədqiqi və təhlilinə yönəlmişdir. 

 

1998 



2.

 

Respublika  mətbuatı  insan  hüquqları  və  demokratik 

azadlıqlar  haqqında:  [layihə]  /Sülh  və  Demokratiya  İnstitutu 

“İnsan  Hüquqlarının  Müdafiəsi”  Departamentinin  Layihəsi; 

layihənin koordinatoru S.Qocamanlı.- Bakı, 1998.-16 s. 

İnstitutun  fəaliyyəti  regionda  sülhün  qorunması  yollarının, 

təhlükəsizlik,  demokratik,  hüquqi  cəmiyyətin  qurulması  və 

müstəqil  Azərbaycan  dövlətçiliyinin  inkişafı  problemlərinin 

tədqiqi və təhlilinə yönəlmişdir. 

3.

 

Uşaq  hüquqları  haqqında  Azərbaycan  Respublikası-

nın Qanunu.- Bakı: Təhsil, 1998.- 16 s.  

 

1999 



4.

 

Uşaq  hüquqları  /tərc.:  T.Vəliyev;  “İnam”  Plüralizm 

Mərkəzi.- Bakı: Azərbaycan, 1999.- 44 s.  



5.

 

Uşaq hüquqları konvensiya: Konvensiyanın qeyri-rəsmi 

şərhlər  və  məlumat  materialı  ilə  birlikdə  tam  mətni  /BMT-nin 

insan hüquqları mərkəzi.- Bakı, 1999.- 18 s. 

Uşaq  hüquqları  Konvensiyası  dünya  birliyinin  uşaqlar  barə-

sində  arzu  və  istəklərinin  daha  dəqiq  və  hərtərəfli  ifadəsi  kimi 

insan  hüquqları  sahəsində  beynəlxalq  hüquqda  xüsusi  yer  tutur. 




25 

 

Konvensiyanın 54 məddəsi vahid bir sənəddir. Konvensiya BMT 



Baş Məclisi tərəfindən 1989-cu ildə qəbul edilmışdir. 1993-cü il 

mayın 18-nə olan məlumata görə, Konvensiyanı 136 ölkə təsdiq 

etmiş 23 ölkə imzalamışdır. 

 

2000 



6.

 

Sizin hüquqlarınız: [dərs vəsaiti] /tərt. Z.İsmayılova; red. 

N.Quliyev;  rəssam  O.Hüseynov.-  Bakı:  İstedad,  İşıq,  2000.-  63, 

[1] s. 

Kitab  Ümumdünya  insan  hüquqları  deklarasiyasının  orjinal 



şərhidir və məktəblilər üçün dərs vəsaiti kimi istifadə oluna bilər. 

7.

 

Uşaq  hüquqları:  Beynəlxalq  standartlar  və  yerli 

qanunvericilik /Hüquq Maarifçiliyi Cəmiyyəti; İSAR; tərt. ed. və 

burax. məsul İ.Əliyev.- Bakı: İsmayıl NPM, 2000.- 664 s. 

Kitab uşaq hüquqları sahəsində beynəlxalq və yerli normativ 

hüquqi  aktların  sistemləşdirilməsi  istiqamətində  ilk  addımdır. 

Kitaba uşaq hüquqları sahəsində beynəlxalq hüquqi aktlar və ölkə 

qanunvericiliyinin uşaq hüquqları ilə norma institutları ilə yanaşı, 

Uşaq  hüquqları  haqqında  BMT-nin  Konvensiyasının  yerli 

qanunvericilikdə  statusu  ilə  bağlı  araşdırma,  uşaq  hüquqlarının 

müdafiəsi  ilə məşğul  olan  şəxslər üçün praktiki  əhəmiyyəti olan 

materiallar daxil edilmişdir. 

 

2001 

8.

 

İnsan  hüquqları:  Bəşər  rifahının  təməli:  şərhlər  və 

beynəlxalq  sənədlər  /“İnam”  Plüralizm  Mərkəzi;  tərt.  ed. 

V.Pərvizoğlu;  məsləhətçi  R.Musabəyov;  tərc.  T.Vəliyev.-  Bakı: 

BDU, 2001.- 608 s. 

Kitabda  insan  hüquqları  sahəsində  beynəlxalq  və  milli 

normalar  ətrafli  şərh  edilməklə  yanaşı,  bəzi  ən  vacib  beynəlxalq 

hüquqi sənədlərin Azərbaycan dilinə tərcüməsi verilmişdir. 

 

 



 


Yüklə 256,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə