F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 186,58 Kb.
Pdf görüntüsü
tarix26.11.2017
ölçüsü186,58 Kb.
#12907


 

 

 



 

 



 

               



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

    


 

 

 



 

 

 

Gözəllik və 

həqiqət şairi 

 

 



 

 

(Molla Pənah Vaqifin 300-illik yubileyi  münasibəti ilə hazırlanmış  



metodik vəsait)

 

 

 



 

 

 



 

 

 



 

                                   Bakı – 2016 

 



 

 

 



 

 



 

 

 

Tərtibçi:                                  Aynurə Əliyeva 



 

 

 

                                         Sevil Əhmədova 



 

Redaktor və 

buraxılışa məsul:                    Zahirə Dadaşova 

 

 

 

 



   

 

Gözəllik və  həqiqət şairi  M.P.Vaqifin 300-illik yubileyi  münasibəti 

ilə hazırlanmış  metodik vəsait . F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2016.- 27s.

 

 

 

 

 

 

 

 

 

 

 

                             

 

 

 



 

 

 



 

 



 

Tərtibçidən 

 

Hanı Molla Pənah, bivəfa cahan, 



Təxəllüsü Vaqif, nəzmi dürr-əfşan, 

İndi eyləmisən xak ilə yeksan, 

Tapmaq olmaz kamalda  can hanı? 

 (Aşıq Valeh) 

2016-2017-ci 

illərdə 


YUNESKO-nun 

yubileylər 

proqramı 

çərçivəsində  təşkilatın  baş  qərargahında  Azərbaycanın  görkəmli 

şəxsiyyətlərinin  və  əlamətdar  hadisələrin  yubileylərinin  qeyd 

edilməsinə  dair  təklifləri  qəbul  olunub.

 

Qeyd  etmək  lazımdır  ki, 



YUNESKO-nun Yubileylər proqramına təqdim edilən şəxsiyyətlər və 

hadisələr  təsadüfi  seçilmir.  Belə  ki,  Molla  Pənah  Vaqifin  300  illik 

yubileyinin  beynəlxalq  səviyyədə  qeyd  edilməsi  ilə  M.P.Vaqifin 

yaşayıb yaratdığı Qarabağ xanlığının tarixinin canlandırılması nəzərdə 

tutulur.  Böyük  şairimiz  Molla  Pənah  Vaqifi  mən    lap  uşaq 

çağlarımdan sevirəm.  Kənd toylarında, məclislərdə çıxış edən aşıqlar 

tez-tez  onun  adını  çəkir,  onun  qoşmalarını  oxuyurlar.  Biz  onların 

oxuduqları  sadə  Vaqif  misralarını  çox  asanlıqla  əzbərləyirik...Vaqif 

kimdir? Bu sual ilk baxışda bəzilərinə  qəribə görünə bilər. “Necə yəni 

Vaqif kimdir?”  Vaqif şairdir. Hətta əlavə edib deyə bilərlər ki, böyük 

şairdir, dahi şairdir. Bunu mən də bilirəm, ancaq yenə də soruşuram: 

Vaqif  kimdir?  Böyüklük,  dahilik  Vaqifi  heç  də  başqa  böyük,  dahi 

şairlərdən fərqləndirmir.  Mənə elə gəlir ki, Vaqif haqqında nəsə daha 

ülvü bir söz demək  lazımdır. Mən şəxsən özüm o sözü yaza bilmirəm. 

Bəlkə  də  o  söz  ürək  üçün  yaranıb.    Dil  onu  deməkdə  acizdir.  Vaqif 

əfsanəyə dönmüş, babaların hikmətinə, nənələrin nağıllarına, anaların 

laylasına,  cavanların  məhəbbətinə  qayıtmış    bir  şairdir.  Mən  Molla 

Pənah  sözünü  eşidəndə  heç  Vaqifi  tanımırdım.  Uşaqlı-böyüklü  hamı 




 

 

 



 

 



 

“Hər oxuyan Molla Pənah olmaz” deyirdi. Molla Pənah Vaqif əsl xalq 

şairi olmuşdur. Xalq şairi isə xalqın ən sədaqətli oğlu olmaq deməkdir. 

Vaqif  xalqın  ruhunu,  dilini,  arzu  və  istəyini,  zövqünü,  gözəlliyini 

dərindən-dərinə  öyrəndikdən  sonra  hər  şairin  girişə  bilmədiyi  Şərq 

poeziyası göylərinə Azərbaycan şeiri bayrağını ucadan-uca qaldırmış, 

bununla  da  ədəbiyyatımızda  realizm  yolunu  açmış  bir  şairdir.    Onun 

ürəyi ilə xalqın ürəyi bir  vurmuşdur demək azdır, çünki Vaqifin ürəyi 

bu gün də vurur. Onun ürəyi şeirlərindədir. Bu şeirlər ölməzdir. 

 Vaqifin saz çalıb çalmamağından xəbərsizəm. Ancaq cəsarətlə  

onu deyə bilərəm ki, Vaqif bəstəkar olmuşdur. Bu cəsarəti mənə onun 

şeirləri vermişdir. Vaqif qoşmalarını oxuyarkən görürük  ki, o, sadəcə 

olaraq şeir yazmamış, Azərbaycan sözlərinin musiqisini kəşf etmişdir. 

Vaqif  Azərbaycan  sözlərini  nota  düzmüşdür.  Onun  hər  qoşması,  hər 

müxəmməsi, hər qəzəli bir mahnıdır. Vaqif şeirlərini oxuyarkən inana 

bilmirsən ki, bu o qədər insan təsvirini bir adam verə bilsin. Bu şeirləri 

sanki  bütün  xalq  yazıb-yaratmışdır.  Bəli,  bütün  xalqın  estetik 

zövqünün  ifaçısı  olmuşdur.  Ona  görə  də  Vaqifin  şeirləri  sənə 

doğmadır.Vaqif  şeirlərinin  kimliyi  bununla  tamamlanmır.  Vaqif 

tükənməz  xəzinədir.  Bu  xəzinənin  hər  birinin  içərisinə  Azərbaycan 

xalqının  adı  yazılmışdır.  Ona  görə  də  Vaqifin  inciləri  yer  üzərindəki 

bütün söz incilərindən öz Vaqifliyi ilə seçilir.   

Vaqif  dili  mənalı  və  çox  anlaşıqlıdır.  Onun  sözü,  ifadə  və 

cümlələri sadə olduğu qədər təbii və şirindir. Dildə təbiilik və şirinlik 

isə  xəlqiliyin  mühüm  şərtidir.  Böyük  istedadımız  Molla  Pənah  Vaqif 

Azərbaycan 

ədəbiyyatının 

iftixarlarındandır. 

Onun 

şeirləri 



təkraredilməzdir.  M.P.Vaqif  bədii  irsi  dərin  xəzinədir.  Lakin,  bu 

xəzinədə hələ üzə çıxarılmamış incilər çoxdur. Vaqif şeirləri hər kəsi 




 

 

 



 

 



 

məftun  edir.Vaqifin  vəsv  etdiyi  məhəbbətdə  üç  mühüm  cəhət-

gözəllik-vəfa-ağıl  birləşir və bir-birini tamamlayır.  

Tərtib olunan bu vəsait iki bölmədən ibarətdir. Birinci bölmədə şairin 

həyat və yaradıcılığı, ikinci bölmədə isə keçiriləcək yubiley 

tədbirlərindən bəhs olunur. Təqdim etdiyimiz bu vəsaitlə uşaqların 

intellektual səviyyələrinin artmasında böyük rol oynayan 

kitabxanaçıları oxucu cəlbində müasir tədbir istifadə etməklə 

maarifləndirmək istəyirik.  

             Vəsaitdən mərkəzi kitabxanaların uşaq şöbələri və filialları,  

məktəb, kollec kitabxanaçıları, həmçinin uşaqların mütaliəsinə 

rəhbərlik edənlər istifadə edə bilərlər.  

 

                      I bölmə: Həyat və yaradıcılığı haqqında  



 

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı 

kəndində anadan olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. 

Müəllimlərindən biri də Şəfi əfəndi olmuşdur.   

Adı Pənah, təxəllüsü Vaqifdir. Hörmətli şəxs olduğu üçün 

Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif 

həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü 

ilə şeirlər yazmışdır. 

XVIII əsr Gürcüstan sərhəddindəki münaqişələr bir sıra ailələr 

kimi, onun da ailəsinin oradan köçməsini zəruri edir. Onlar əvvəl 

Gəncəyə, sonra Qarabağa, oradan da xanlığın mərkəzi olan Şuşa 

şəhərinə köçürlər. İbrahim xan Vaqifi saraya dəvət edir, onu əvvəl 

eşikağası, sonra isə baş vəzir təyin edir. Vaqif saraya düşdükdən sonra 

birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. 

O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci 

ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl 

Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində 



 

 

 



 

 



 

Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq 

miqyasda tanınmağa başlayırlar. 

Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi 

şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, 

həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif 

öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi 

(şerləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur. Vaqifin 

Molla Vidadi ilə məşhur «Ağlarsan» adlı deyişməsi var. Vaqif nikbin, 

Vidadi isə bədbin insan idi. 

  

Gürcüstan və Rusiya ilə Qarabağ xanlığının siyasi 



münasibətinin yaxşılaşdırmaq məqsədi ilə Tiflisə səfərə getmişdir. 

İranın siyasi, hərbi təzyiqlərinə qarşı fəal müqavimət göstərmişdir. 

  

1795-ci ildə  Ağa Məhəmməd şah Qacarın İbrahim xana 



göndərdiyi «Fələyin mancanağından fitnə daşları yağır, sən isə 

əbləhcəsinə şüşə içərisində oturmusan»- məktubuna Vaqif belə cavab 

yazır: «Əgər məni qoruyan mənim tanrımdırsa, şüşəni daş içərisində 

də salamat saxlar». 

  

Qacar bundan qəzəblənib Şuşaya hücum edir, qalanı 33 gün 



mühasirədə saxlayır. Amma ala bilmir. Qacar 1797-ci ildə Qarabağ 

xanlığını cəzalandırmaq üçün yenidən Qarabağa hücum edir. İbrahim 

xan Balakənə qaynının yanına qaçır, Vaqif isə Şuşada qalır. Şair həbs 

edilərək zindana salınır. Lakin Qacar öldürülür, İran qoşunu geri 

çəkilir. Vaqif həbsdən azad edilir. Məhəmməd bəy Cavanşir 

hakimiyyəti ələ alır. 

  

1797-ci ildə Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. 



Vaqifin evi talanır, əlyazmaları itir.  

  

 



 

 

 




 

 

 



 

 



 

                



II bölmə: Yubiley tədbirlərinin keçirilməsi 

 

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə 

edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, 

məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir 

qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şerlər 

təşkil edir. Həmin şerlərin dili xalqın canlı danışığına çox yaxındır. 

Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir. 

2016-cı  ildə  YUNESKO-nun  xətti  ilə  Azərbaycan  klassik 

ədəbiyyatının  iki  görkəmli  nümayəndəsi  –  İmadəddin  Nəsimi  və 

Molla Pənah Vaqif ili elan edilmişdir. YUNESKO-nun xətti ilə hər iki 

qüdrətli şairin anılması Azərbaycan üçün dəyərli hadisə olacaqdır.  

Dahi şairimiz Molla PənahVaqifin anadan olmasının 300 illik 

yubileyi  ilə  əlaqədar  olaraq,    bir  sıra    tədbirlər,  kitab  müzakirəsi, 

oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  ədəbi-bədii  gecə  keçirilə 

bilər. Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə  tanıtmaq 

məqsədilə  kitabxanada  ilk  növbədə  müxtəlif  başlıqlar  altında  kitab 

sərgisi  təşkil  olunmalıdır.  Bunlardan  “Fikirlərim  nur  qətrəli,  bir  az 

Qazax,  Bir  az  Şuşa,  bir  az  Vaqif  xatirəli”,  “Vaqif-300”,  “Vaqif 

müasirimizdir”,  “Gözəlliyi  tərənnüm  edən  şair”,  “Dilin  qüdrəti-

Vaqifin  dili”,  “Əsərlərdə  yaşayan  ömür”,  “Var  şirin  sözü  Vaqifin”, 

“Hər  oxuyan  Molla  Pənah  olmur”,  “Vaqif  sevirdi,  Vaqif  sevilir”, 

”Vaqif, yad et, səni yad eyləyəni”, “Söz sərrafı Vaqif”, “Həyat aşiqi-

Molla Pənah”.  



 

 

 



 

 



 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

Şairin  iri  və  kiçik  əsərlərindən  ibarət  kitabları,    ədiblərimizin 



şair  haqqında  yazılan  kitabları  və  dövrü  mətbuatda  dərc  olunan  yazı 

materialları sərgidə nümayiş oluna bilər. Bundan başqa sərgidə şairin 

ayrı-ayrı rəssamlar tərəfindən çəkilən müxtəlif rəsmləri də yerləşdirilə 

bilər ki, bu da sərgini daha dolğun və maraqlı edər. Sərgidə dahilərin 

şair haqqında söylədikləri sitatlar və şeir parçaları da yer alır. 

 

 



 

 

 


 

 

 



 

 



 

      Görkəmli şəxslərin M.P.Vaqif haqqında söylədikləri: 

 

1.XVII-XVIII  əsrlərdə,  xüsusən  M.V.Vidadi-M.P.Vaqif  xətti  ilə 



qoşmanın ədəbi-bədi təfəkkürün ifadə-janr normasına çevrilməsi həm 

məzmun,  həm  də  ifadə  planında  milli  mədəniyyətin  təşəkkülü 

prosesinin təzahürüdür.  

 

 



 

 

                       Professor Nizami Cəfərov 



  

2.Vaqif yaradıcılığı ilə Azərbaycan  şeiri tarixində yeni dövr başlanır. 

 

                                    Akademik Həmid Araslı 



 

3.Vaqif təkcə böyük şair deyildi,  o həm  də  görkəmli  siyasi  xadim və 

diplomat  idi;  xalq  arasında  da  müdrik  bir  ağsaqqal  kimi 

məşhurlaşmışdı. 

 

  

                                Xalq şairi S.Vurğun 



 

4. Vaqif istedadlı şair, eyni zamanda içtimai dövlət xadimi idi.  

 

                                   Xalq yazıçısı İsmayıl Şıxlı 

 

5.Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur.  



 

                                Xalq yazıçı Mirzə İbrahimov 

 

 

 



6. Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir şəkildə 

şeir  yaratmaq  üçün  Vaqifin  üslubundan  asan  və  əlverişli  bir  üslub 

yoxdur.  Odur  ki,  həmin  üslub  Vaqifdən  sonra  şairlərimiz  üçün  bir 

qəlib şəklinə girmişdir.   

 

  

 



                                           Yazıçı M.S.Ordubadi  

 


 

 

 



 

 

10 



 

7.Yeni  Azərbaycan  şeirinin  yaradıcısı,  misilsiz  qoşma  və  qəzəllər 

ustası  Molla  Pənah  Vaqifin  poeziyası  son  dərəcə  zəngin  və 

cazibədardır.  

 

  

              Ədəbiyyatşünas, alim M. Rəfili 



 

8.Vaqifi  poeziyanın  qüdrətli,  əvəzsiz  yaradıcısı  kimi  tanıtmaq 

lazımdır. 

 

  



                             Yazıçı Məsud Əlioğlu 

  

9.Vaqif  bütün  varlığı,  ilhamı  ilə  həyata,  insan  gözəlliyinə  vurğun, 



həyat aşiqli bir sənətkardır.  

 

                              Professor Mirzəağa Quluzadə 

 

10.Vaqif  öz  şeirləri  ilə  Azərbaycanı  tərənnüm  edir,  Azərbaycan  isə 



onu  yaşadır.  Bu,  nəsilbənəsil  xalq  arasında  yaşayan  sənətkar  üçün 

böyük səadətdir.  

 

                                  Avar şairi Rəsul Həmzətov 



11.Vaqif  sadə  dilli,  zəngin  məzmunlu  şeir  toxumunu  münbit  bir 

poeziya torpağına səpmişdir.

 

 

                               Türk alimi Əhməd Cəfəroğlu  



12.Yüksək  insani hislər aşılayan, coşğun və nikbin Vaqif poeziyası bu 

gün də bizimlədir.  

 

             Filoloji elmlər namizədi Araz Dadaşzadə  

13. Оnun şеir və  qəzəliyyatı bizim Azərbaycan turklərinə ziyadə xоş 

gəlir  və  hər  nə  оnun   qələmindən  zuhura  gəlibsə...  tamamisi  urəkdən 

və  həqiqi  həyatdan  nəşət  еdən  əsərlərdir.  Milli  şairlərimizdən  оnun 

kimi  sadə  və  acıq  lisanda  və  ana  dilimizin  şivəsində  şеir  və  qəzəl 

yazan az оlub. 



Firidun bəy Köçərli 

 

 

 


 

 

 



 

 

11 



 

Şairin  həyat  və  yaradıcılığını  oxuculara  tanıtmaq  məqsədilə  bir  sıra 

tədbirlər  keçirmək  olar.  Tədbirlərin  məqsədi  uşaqlara  mütailəni 

sevdirmək,  oxu  vərdişi  aşılamaq    və  məktəbliləri  kitabxanaya  cəlb 

etmək məqsədi daşıyır. M. P. Vaqif yaradıcılığını  şagirdlərə tanıtmaq 

üçün  “Xumar-xumar  baxmaq  göz  qaydasıdır”  başlığı  ilə  şairin 

təbiəti  və  gözəlləri  vəsf  edən,  onların  tərənnümünə  həsr  edilən  tədbir 

keçirilə  bilər.  Ilk  öncə  kitabxanaçı  tədbirdə  iştirak  edən  oxucuları 

salamlayır  və  böyük  şair  M.P.Vaqifin  həyat  və  yaradıcılığı  haqqında  

məlumat  verdikdən  sonra,  söhbətinə  davam  edir.Vaqif  gözəlliyin 

mənbəini  obyektiv  aləmdə  görürdü  və  buna  görə  də  onun  üçün 

gözəllik  meyarı  təbiət  özü  idi.  Gözəlliyin  mənbəyi  təbiətdir  dedikdə, 

elə  təsəvvür  etmək  olmaz  ki,  təbiət  özü  tam  şəkildə  gözəllik  verir. 

Vaqif  şeirində  insan  gözəlliyi  sanki  rəssam  fırçası  ilə  çəkilmişdir. 

Onun  şeirlərini  oxuyarkən  istər-istəməz  XVIII  əsrin  Azərbaycan 

gözəlləri  öz  geyimi,  canlı  boyaları  və  real  cizgiləri  ilə  göz  qabağına 

gəlir:  

 

 



Zər haşiyə al nimtənə üstündə, 

 

 



Xallar üz yanında, çənə üstündə,  

 

 



Buxağın altında, sinə üstündə  

 

 



Zülfün burulması, hayıf ki, yoxdur.   

Sonra  isə  oxucular  səhnəyə  yaxınlaşıb  mövzuya  uyğun  olaraq  şeirlər 

deməyə başlayır:  

1-ci oxucu:     Bir zaman havada qanad saxlayın,  

 

 



 Sözüm vardır mənim sizə, durnalar! 

 

 



 Qatarlaşıb nə diyardan gəlirsiz? 

 

 



 Bir xəbər versəniz, bizə, durnalar! 

 

 



2-ci oxucu:     Qış  günü qışlağı Qıraqbasanın,   

 

Gözüdür aranın, cümlə-cahanın, 



 

Belə gözəl yerin, gözəl məkanın  



   

 

Bir gözəl obası hayıf ki, yoxdur...  

 



 

 

 



 

 

12 



 

3-cü oxucu:    Ala gözlü, sərv boylu dilbərim,  

 

 



Həsrətin çəkdiyim canan, bəri bax! 

 

 



Gecə-gündüz fikrim-zikrim, əzbərim,  

 

 



Üzüldü taqətim, aman, bəri bax!  

 

4-cü oxucu:    Qaşların qurulu yay tək çəkilir,  

 

 

Kipriklərin dəyir, ciyər sökülür.  



 

 

Danışanda qəndü şəkkər tökülür, 



 

 

Dilin, dodaqların baldı, sevdiyim! 



 

Kitabxanaçı:  Gözəl  şeir  oz  təravətini  heç  bir  zaman  itirmir.  Əsrlər 

keçir,  nəsillər  bir-birini  əvəz  edir,  əsl  sənət  əsəri  olan  şeirlər  həmişə 

dodaqlarda  səslənir,  ürəklərə  təsir  edir,  dillərdə  əzbər  olaraq  yaşayır. 

Belə  şeirlərin  tərif  və  təbliğə  ehtiyacı  yoxdur.  Onlar  çap  olunmasalar  

da,  öz  ömürlərini  ecazkar  bir  qüdrətlə  uzaqlaşdırırlar.

 

Əsrlərin 



imtahanlarından  çıxıb  unudulmayan  belə  əsərlər  klassik  irsimizin  ən 

gözəl  nümunələridir.  Molla  Pənah  Vaqif  də  öz  təravətini  əsrlərcə 

yaşadan 

klassik 


şeirimizin 

ölməz 


nümunələrini 

yaratmış 

sənətkarlardan biridir. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin 

duyğular  şairidir.  Onun  yaradıcılığında  məhəbbət  lirikası  əsas  yer 

tutur.  Onun  qələmə  aldığı  gözəllər  bütün  xarici  məlahəti  və  daxili 

zənginliyi  ilə  təsvir edilib.  Vaqifin  şeir dili  ilə  Vətənin-Azərbaycanın 

təbiəti,  xalq  məişəti  və  adətlərinin  real  mənzərəsi,  azəri  gözəllərinin 

təbii-mənəvi  aləmi  tam  milli  xüsusiyyətləri,  zəngin  koloriti  ilə  təsvir 

olunmuşdur.    Vaqif  lirik  şairdir.  Məzmunca  zəngin,  formaca 

rəngarəng  yaradıcılığa  malik  olan  şairin  lirikası  iki  xətt  üzrə  inkişaf 

etmişdir.  O,  həm  də  klassik  şeir  üslubunda  (qəzəl,  müstəzad, 

müxəmməs,və  s.)  şeirlər  yazmışdır.  Vaqif  qoşmalarının    mühüm 




 

 

 



 

 

13 



 

hissəsini gözəlliyin təsvirinə həsr etmişdir. Bu əsərlərdə təsvir olunan 

“sərv  qədli”,  “mina  boylu”,  “zülfi  ənbər”  gözəllər,  eyni  zamanda 

yerişi,  gözəl  duruşu,  gözəl  rəftar  və  danışığı  ilə  də  şairin  ruhunu 

oxşayan real insanlardır. 

Oturuşun gözəl, duruşun gözəl, 

Sallanışın gözəl, yerişin gözəl, 

        Xoyun, xülqün gözəl, hər işin gözəl, 

       Bəxş olub bu xubluq xudadan sənə. 

Xarici  gözəlliyin  təsviri  şairin  şeirlərində  əsas  yer  tutur.  İnsan 

gözəlliyindən  bəhs  edən  Vaqif  sadə,  həyati  təşbihlər  vasitəsilə  təsvir 

etdiyi  gözəli  oxucunun  gözü  qarşısında  məharətlə  canlandıra  bilir. 

Vaqifin    gözəlin  portretini  yaratmasını  şairin  şeirində  belə  müşahidə 

edirik.  



                                   Zülflərin sünbüldür, yanağın lalə, 

 

 



 

Baxışı tən edir vəhşi qəzalə,                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

 

 

 

Gözləri məstanə, ağzı piyalə   



 

 

 

Gərdəni minadır mənim sevdiyim.  

Vaqif gözəllikdən danışarkən təkcə zahiri keyfiyyətlərlə kifayətlənmir. 

Şair gözəlliyin əsl mənasını forma ilə məzmun vəhdətində, birliyində 

axtarır. Insanın hüsnü, zahiri görkəmi ilə yanaşı əxlaqi, rəftarı, kamalı 

da  gözəl  olmalıdır.  Şair  qadınları  mənəvi  cəhətdən  gözəl,  həyalı, 

abırlı,  incə  zövqə  malik  insanlar  kimi  görmək  istəyir.  Vaqifin 

yaradıcılığında vəfa, namus, etibar, sədaqət, səmimiyyət kimi mənəvi 

keyfiyyətlər  gözəlliyin  əsası,  tərkib  hissəsidir.  Onun  görmək  istədiyi 

gözəlin ən azı aşağıdakı əqli, mənəvi xüsusiyyətləri olmalıdır: 

 

 

 

 

Öyünməsin kimsə, gözələm deyib, 

 

 

 



Ayrı təhər olur, halı gözəlin.  


 

 

 



 

 

14 



 

 

 



 

Günəş üzlü, şirin gözlü, xoşqılıq 

 

 

 



Ləblərindən axır balı gözəlin.  

 

 



 

 

 

Yanağı gül, zülfü yasəmən gərək, 

 

 

 



Dişləri inci, sinəsi gen gərək, 

 

 

 

Haldan xəbər verən, dərdbilən gərək, 

 

 

 



Heç olmaya məkrü alı gözəlin. 

 

 

Vaqifin  dili  olduqca  sadə,  ahəngdardır.  Şeir  dilimizin 



saflığı onun adı ilə möhkəm bağlıdır. Vaqifi çoban da, alim də, qoca 

da, cavan da yaxşı başa düşürBahar səhərlərində günəşin gün işığı nə 

qədər  yaxıcı və  parlaqsa,Vaqifin  dili  də  bir o qədər hərarətli,  sadə  və 

aydındır.Vaqif  sadəliyinin  primitilivliklə  heç  bir  əlaqəsi  yoxdur. 

Əksinə,  bu  sadəlik  məna  dolğunluğunu,  fikirləri  təbii,  bədii  təsir 

qüvvəsinə  malik bir şəkildə əks etdirir.     

                M.P.Vaqifi  böyükdən-kiçiyə  hamı  sevir,  oxuyur.  Hər  kəs 

onun  əsərlərində  təbiəti  və  təbiət  gözəlliklərini  bir  daha  sevir.  

Məktəblərdə yuxarı sinif şagirdləri ilə bərabər, kiçik yaşlı şagirdlər də 

onun  əsərlərini  oxuyur.  Kiçik  və  orta  yaş  qrup  oxuculara  Vaqif 

yaradıcılığını daha dərindən tanıtmaq və sevdirmək üçün kitabxanada  

səhərciklər  hazırlana  bilər.  Bunun  üçün  kitabxanaçı  kiçik  yaşlı 

oxucuları  şairin  kitabları  ilə  tanış  edir.  Şagirdlər  Vaqifin  bir  çox 

şeirlərini  oxuyur,  əsərləri  ilə  tanış  olurlar.  Kitabxanada  şairlə  bağlı 

maraqlı  tədbir  forması  kimi  “Nağıl  geçəsi”  də  keçirə  bilər.  Təyin 

olunmuş gün oxucular kitabxanaya dəvət olunur, səhnə nağıla uyğun 

dekorasiyalarla bəzədilir. İştirakçılar nağıl qəhrəmanları kimi geyinir. 

İlk  öncə  kitabxanaçı  səhnəyə  gəlir,  qonaqları  və  iştirakçıları 

salamlayaraq M.P.Vaqif yaradıcılığı haqqında qısa məlumat verir.  



 

 

 



 

 

15 



 

Kitabxanaçı: Xalq üçün yaradan böyük sənətkarlar heç vaxt ölmürlər. 

Xalq  onların  haqqında  müxtəlif  rəvayətlər,  əfsanələr  düzəldir,  onları 

mahnılarda,  dastanlarda  yaşadır.  Belə  sənətkarlardan  biri  də  böyük 

şairimiz Molla Pənah Vaqifdir. Vaqif haqqında rəvayətlərdə Vaqif şair 

olmaqdan başqa böyük bir alim, Dədə Qorqud müdrikliyinə malik bir 

el  ağsaqqalı  kimi  canlandırılır.  Bu  materiallar  içərisində  şairin 

həyatının  nağılvari  tarixçəsi  olan  “Vaqifin  nağılları”  xüsusilə  diqqəti 

cəlb  edir.  Nağıl  1930-cu  illərdə  Aşıq  Hüseyn  Seyfəlinin  dilindən 

yazıya  alınmışdır.  Aşıq  hadisələri  çox  sadə  şəkildə,    yerli  şivəyə, 

ifadələrə  uyğun  olaraq  söyləmişdir.  33  səhifəlik  bu  kiçik  nağılda 

istifadə  olunan  qoşmalar  Vaqifin  əlyazmalarında  və  çap  edilmiş 

kitablarında  olan  qoşmalardan  fərqlidir.  Bunlarda  misralar,  sözlər, 

necə  deyərlər,  el  variantında  söylənmişdir.  Məsələn,  şairin  Qarabağa 

gəlməsi belə təsvir olunur: 



Aparıcı:  Molla  Pənah  Vaqif  İbrahim  xanın  yanına  gəlib  dağ  yurdu 

istədi. Qayıdıb İbrahim xan bundan soruşdu:  



 İbrahim xan:  Sən özün hara adamısan? 

M.P.Vaqif:  Qazaxdanam,  on  evnən  köç  eyləyib  gəlmişik,  burda 

qalmaq istəyirik.  



İbrahim xan:  Balam Qazax özü bir yaxşı yerdi, səbəb nə olub ki, siz 

oradan köçmüsünüz? 



Molla  Pənah  Vaqif:  Mən  şairəm,  dili  duzluluğumun  üstündə  Vəli 

xannan düşmüşəm. 

 İbrahim  xan:  A  kişi,  yazıx  olubsan,  yağışdan  qurtarıb,  yağmura 

düşübsən. Vəli xan mənim dostumdur. İndi səni tutaram, göndərərəm 

Vəli xanın sərəncamına.  

Molla  Pənah  Vaqif  dedi:  Mənim sənin qapına gəlmək  borcum idi, 

istəyirsənsən özün başımı kəs.  




 

 

 



 

 

16 



 

Aparıcı:  İbrahim  xan  fikirləşdi  ki,  doğrudan  da  bir  misal  var  ki, 

qılıncı qapısında kəsər. 



İbrahim  xan:  Nə  vaxt  bu  Molla  Vaqifi  incitsəm,  bunnan  mənə  bir 

əskiklikdən  başqa  bir  artıqlıq  yoxdur.  A  kişi,  sən  mənim  sözümü 

kəsdin,  indi  sən  ki,  şairsən  səndən  bir  söz  istəyirəm.  Nə  vaxt  o  sözü 

mənə  şair  dili  ilə  desən,  o  vaxt  sənə  dağ  yurdu  da,  aran  yurdu  da 

verərəm.  

Vaqif: Nə söz istəyirsən buyura bilərsən. 

İbrahim  xan:  Bir  oğlana  toy  eləyirlər,  nişanlısını  götürüb  qoyurlar 

otağa,  o    zaman  o  oğlanın  onun  yanına  nə  mərifətnən  getməsini 

şeirnən de. 

Aparıcı: Vaqif ğötürüb saznan cavab verir: 

M.P.Vaqif:            Bir tubu boylunun, səlbi cananın  

                    Gərək qulluğuna yetəsən dürüst. 

                    Tər hənalı əlin, nazik barmağın  

                    Yetişcək dəstindən tutasan dürüst.  

  

Şairin  300 illik yubileyi münasibəti ilə  keçirilən tədbirlərdən biri də 



ədəbi-bədii  gecədir.  “İxtilatın  şirin,  sözün  məzəli”  adlı  gecəyə  

qonaqlar  dəvət  edilir.  Görüşdə  qonaqlar  çıxış  edərək  Vaqif  sənətinin 

əzəmət  və  gözəlliyindən  danışırlar.  Gecəyə  başlamazdan  əvvəl  şairin 

xatirəsinə həsr olunmuş “M.P.Vaqif təsviri sənətdə” adlı carxlı video 

slaydla    rəsm  sərgisinə  virtual  səyahət  edilir.  Virtual  sərgidə  şairin 

Azərbaycanın  görkəmli  rəssamları  tərəfindən    fırçaya  aldığı  rəsm 

əsərləri  tədbir  iştirakçıları  tərəfindən  izlənilir.  Kitabxanaçı  sərgi 

haqqında səhnədən məlumat verir.  



Kitabxanaçı:  Klassik söz sənətkarlarımızın əsərləri kimi özlərinin də 

surəti  fırça  ustalarımız  üçün  həmişə  ilham  mənbəyi  olmuşdur. 




 

 

 



 

 

17 



 

Xalqımızın ölməz şairi Molla PənahVaqifin obrazı gördüyünüz bu cür 

çalarla  yaradılmışdır.  Xalq  rəssamı  M.  Abdullayevə  görə  Vaqif  öz 

boyaları  ilə  birgə  gözəllik,  nəciblik  duyğuları  ilə  yaşayan  şair, 

həmçinin  xalqın  milli  qürurunu  özündə  yaşadan  siyasi  dövlət 

xadimidir.  Azərbaycanın  xalq  rəssamı  T.Tağıyev  isə  ölməz  Vaqifi 

elimizin-obamızın  təbii  şairi  və  hardasa  öz  gözəllik  duyğularında 

üzünün cizgiləri, boyaları da avazıyıb aydınlaşan sadə təbiətli bir gənc 

kimi görmüşdür. Respublikanın əməkdar incəsət xadimi S.Şərifzadəyə 

görə  Vaqif  məğrurdu,  əyilməzdi;  bütün  bunlarla  bərabər,  öz  daxili 

aləmindən də ayrıla bilməyən vətəndaş bir şairdir. Əməkdar incəsənət 

xadimi  Nəcəfquluzadə  isə  Vaqifi  ucsuz-bucaqsız  vətən  torpağından 

ilham  alan,  onun  gözəlliyi  ilə  yaşayan  böyük  sənətkar  kimi  təsvir 

eləyir.  Bu  da  maraqlıdır  ki,  fırça  ustalarımız  həmişə  şairi  gənc, 

nəciblik, incəlik və gözəllik duyğuları ilə yaşayan sənətkar kimi təsvir 

etmişlər.  Bu,  heç  şübhəsiz  ki,  şairin  özünün  əsərlərindəki  gənclik, 

kövrək duyğularından irəli gəlmişdir. 300 illik uzun bir ömür yaşayan 

Molla  Pənah  Vaqif  söz  yox  ki,  min  illər  keçdikdən  sonra  da  beləcə 

duyulacaqdır.   

Daha sonra ədəbi-bədii gecə “Heyran olmuşam”adlı musiqili verilişə 

keçid alır. 

 I  Aparıcı:    Vaqif  poeziyasına  professional  bəstəkarlarımız  müraciət 

etməzdən  əvvəl,  onun  qəzəl  və  qoşmaları  muğamlarımızın, 

təsniflərimizin,  xalq  mahnılarımızın  mətni  kimi  könülləri  oxşamışdır. 

Bu  ənənənə  indi  də  davam  etdirilməkdədir.  Vaqif  şeiriyyətinə 

dərindən  vaqif  olan  böyük  müğənnimiz  Bülbülün  şairin  sözləri  ilə 

oxuduğu  bir  sıra  xalq  mahnılarımız  ona  bəslənilən  ümumxalq 

məhəbbətinin  təzahürüdür.  Şairin  lirik  şeirlərinin  ruhunu  Fikrət 



 

 

 



 

 

18 



 

Əmirov orkestr üçün   bəstələdiyi ecazkar “Vaqifi” pyesində olduqca 

gözəl ifadə edə bilmişdir. 

II  Aparıcı:  Cahangir  Cahangirovun  “Durnalar”,  Əşrəf  Abbasovun 

“Heyran  olmuşam”,  Qənbər  Hüseynlinin  “Sonalar  kimi”,  Ramiz 

Mustafayevin “Vaqif” operasından “Vaqifin ariyası” kimi bəstələdiyi 

“Görmədim”  və  başqa  müəlliflərin  vokal  əsərləri  bəstəkarlıq 

yaradıcılığının ilhamlı bəhrələridir. 

(Rəşid Behbudovun ifasında“Heyran olmuşam” mahnı-romansı 

səslənir ) 

I  Aparıcı:  “Heyran  olmuşam”  mahnı-romansı    Azərbaycan  vokal 

ədəbiyyatında 

Vaqifin 

şeirlərinə 

mahnı-romans 

formasında 

bəstələnmiş ilk nümunə idi. Rəşid Behbudovun ifasında həmin mahnı-

romans Vaqif şeriyyətinin bütün gözəlliyini dolğunluğu ilə çatdırırdı. 

“Heyran  olmuşam”  mahnı-romansı  səslənən  kimi  geniş  yayıldı  və 

həmişə  eyni  rəğbətlə  qarşılandı.  Bu  mahnı-romans  bütövlükdə  Vaqif 

yaradıcılığına heyranlığımızın ifadəsidir. 

II  Aparıcı:  Azərbaycan  milli  mədəniyyətini  min  bir  ulduzlu  göyə 

bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gur işıq saçanların, 

öz  şəkli,  öz  adı  və  öz  səmti  olanlardan  biri  də  Vaqifdir.  Vaqif  bizə 

xalqın  ürəyindən  axıb  gəlmişdir.  Onun  həmişəcavan  poeziyası  şeir 

aşiqlərinin qəlbində, dilində üç əsr  ömr sürüb, damcı-damcı bir yerə 

toplanıb və bugün bizim gördüyümüz ümmanı yaradıbdır.  



II  Aparıcı: M.P.Vaqif hərcəhətli  fəaliyyəti ilə  xalqın həyat  tərzində, 

məişətində,  adət  və  ənənəsində  yenilik,  gözəllik  axtarırdı.O,  həyatın  

irəli  sürdüyü  bir  sıra  mütərəqqi  məsələləri,-qadın  azadlığı,  başqa 

xalqlarla dostluq  əlaqəsi yaratmaq,  maarifləndirmək, dünyəvi  elmlərə 

yiyələnmək,  məişətdə  yüksək  əxlaqi  ənənələri  qiymətləndirmək  kimi 

məsələləri  çalışırdı  ki,  zəhmətkeşlərin  xeyrinə  həsr  etsin.  Şair  xalqın 




 

 

 



 

 

19 



 

ehtiyaclarına,  qüssəsinə  və  kədərinə  bələd  idi,  onun  dərdinə  ürəkdən 

yanırdı. Bu dövrun məhsulu оlan əsərlərində şairin maddi və mənəvi 

sıxıntıları  da  öz  əksini tapmışdır.  Bu  cəhətdən  “Bayram  оldu” 

qоşmasını misal gostərmək оlar. 

(Səhnəyə oxucu gəlir və “Bayram oldu” qoşmasını söyləyir) 

I  Aparıcı:  Məlumdur  ki,  Vaqif  dövrundə  Azərbaycan  bir  sıra 

xanlıqlara  ayrılırdı.  Vaqif  bacarıqlı  bir  dovlət  xadimi  kimi  bu 

parcalanmanın  olkənin  mədəni-iqtisadi  inkişafına  ciddi  manеə 

оlduğunu anlayır və var qüvvəsi ilə xanlıqları birləşdirməyə can atırdı. 

Lakin  bu  mumkun  оlmadığı  şəraitdə  olkənin  təhlukəsizliyini  təmin 

еtmək  ucun  şair  Rusiya  ilə  оlan  əlaqələri  daha  da  möhkəmlətməyə 

başlayır.  Bu  zaman  Irandan  Ağa  Məhəmməd  şah  Qacar  tərəfindən 

gözlənilən  təhlukəni  hiss  еdən  Vaqif  olkəni  mudafiəyə  hazırlaşır,  bu 

məqsədlə qоnşu dovlətlərlə ittifaq bağlayır, Rusiya ilə siyasi əlaqələri 

mohkəmləndirirdi.  Məhz  Vaqifin  bеlə  bir  siyasi  fəaliyyəti  nəticəsi 

оlaraq  Qarabağ  xanlığı  Şuşa  qalasını  Qacarın  hücumundan  mudafiə 

еdib qоruya bilir. Lakin Qarabağ xanlığı Qacarın ikinci hücumunu dəf 

еtməyə  muvəffəq  оla  bilmir.  Buna  həm  Rusiya  оrdularının 

uzaqlaşması, həm də olkədə baş vеrən fəlakət imkan vеrmir. 1797-ci 

ildə  Şuşa  qalasını  işğal  еdən  Qacar  Vaqifi  də  zindana  saldırır.  Lakin 

Vaqif,  Qacarın  öldürulməsi  ilə  əlaqədar  оlaraq  həbsdən  qurtarır.  Bu 

munasibətlə  yazılan  “Еy  Vidadi,  gərdişi-dövrani-kəcrəftarə  bax” 

misrası ilə başlayan qəzəlində şair həmin məsələyə tоxunmuşdur. 



(Səhnədə digər oxucu “Еy Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” 

qoşmasını söyləyir) 

 

II  Aparıcı:  Şifahi  xalq  şеirindən  gələn  və  Vaqifin  yaradıcılığında 

yuksək  bir  zirvəyə  qalxan  həyatsеvərlik  XVIII  əsr  Azərbaycan 

pоеziyasının ən büyük nailiyyəti və üstünlüyüdür. Vaqif şеir dilimizi 

ərəb,  fars  tərkiblərindən,  muəmmalı  ifadələrindən  təmizləyərək  canlı 



 

 

 



 

 

20 



 

xalq dilinin оbrazlı ifadələrindən istifadə еtmək yоlu ilə sadələşdirmiş 

və zənginləşdirmişdir. Vaqifin pоеziya dilimizə gətirdiyi yеniliklər bu 

gunə  qədər  rеalist  şеrimizin  inkişafı  ucun  əsas  bir  zəmin  оlmuşdur. 

Məhz  buna  gorə  də  Vaqif  şеrinin  rеalist  istiqamətini  gorən 

M.F.Axundоv Vaqif pоеziyasındakı rеalizmə оlan bеlə mеyli  yuksək 

qiymətləndirmişdir.  

I  Aparıcı:

 

Vaqif  özundən  sоnra  gələn  şеrimizin  inkişafına  qüvvətli 



təsir  gostərmişdir.  Şairin  əldə  оlan  şеir  inciləri  də  оnun  zəngin 

yaradıcılığı haqqında gеniş danışmaq ucun imkan vеrir. Vaqif şеirinin 

büyük həyati qüvvəsini hiss еdib ədəbiyyatımızın inkişafına gostərdiyi 

qüvvətli  təsiri  yuksək  qiymətləndirən  Firudin  bəy  Kocərli  həsrətlə 

yazırdı:  “Hərgah  Vaqif  və  Vidadi  kimi  məşhur  şairlər  özgə  millətlər 

arasında  zuhur  еtmiş  оlsaydılar,  bişubhə  indiyə  kimi  оnların  asar  və 

əşari  dəfəat  ilə  capdan  cıxıb  əbnayi-millət  icərisində  yayılmışdı. 

Оnların qəbri ustundə nişangah qоyulmuşdu və vəfatlarının əlli və yuz 

sənəlik yubilеyi daha artıq cəlal və təntənə ilə yad оlunmuşdu”.  

Vaqif ölkənin ən ağır günlərində xalqdan ayrılmamış, şeirləri və ağıllı 

mülahizələri  ilə  xalqda  ruh  yüksəkliyi  oyatmağa  çalışmış,  yaşamaq 

eşqi,  həyata  bağlılıq  tərənnüm  etmişdir.  “Bax”,  “Görmədim”  və  sair 

kimi içtimai mənalı şeirləri buna misaldır.  

I oxucu:

  

                 Mən cahan mulkundə, mutləq, dоğru halət görmədim, 



             Hər nə gördüm, əyri gördüm, ozgə babət görmədim 

                      Aşinalar ixtilatında sədaqət görmədim, 

                      Biətu iqraru imanu dəyanət görmədim, 

Bivəfadan lacərəm təhsili-hacət görmədim 

 



 

 

 



 

 

21 



 

II  Aparıcı:  Vaqif  həm  dünənin,  həm  bu  günün,  həm  də  sabahın, 

irəlidə,    hələ  bizdən  sonra  gələcək  çox-çox  əsrlərin  şairidir.  O,  həm 

bizim  ölməz  sələfimiz,  ən  əsası  isə  həqiqi  xalq  şairimizdir.  Doğma 

torpağı  ucaldan  Vaqifin  adı  əsrlər  boyu  yaşayacaqdır.  Vaqif  XVIII 

əsrdə  yazıb  yaratmışdır,  demək  azdır.  Çünki  Vaqif  dedikdə,  biz  ilk 

növbədə realizm, xəlqilik haqqında düşünürük.Vaqif gözlərimizdə bir 

inqilabçı-yenilikçi şair kimi öz doğma torpağına, öz elinə-obasına son 

dərəcə bağlı bir ustad sənətkar kimi canlanır.  



I  Aparıcı:  Şeirimizə  ana  dilinin  şirinliyini,  cazibə  və  gözəlliyini 

ustalıqla gətirən M.P.Vaqif bu sahədə öz missiyasını ləyaqətlə yerinə 

yetirən şairlərin öncüllərindən oldu. XVIII əsrə qədər şeirimizdə  olan 

ərəb  və  fars  tərkibli  sözlərin,  demək  olar  ki,  xeyli  hissəsi  Vaqifin 

könül rübabına yaxın düşə bilmədi. Bəlkə də elə bu səbəbdən Vaqifin 

ölümündən  çox  sonra  onun  şeirlərini  xalq  arasından  toplayıb  çap 

etmək  mümkün  oldu.  Vaqif  özündən  sonra  yaranan  şeirimizə  dərin 

təsir  etmişdir.  Ulu  öndərin  təşəbbüsü  ilə  ilə  1982-ci  ilin  qışında 

mədəniyyət  beşiyimiz  olan  Şuşanın  Cıdır  düzündə  unudulmaz 

şairimizin məqbərəsinin açılışı oldu.  

Prezident  İlham  Əliyevin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə 

kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  2004-cü  il  tarixli  

sərəncamına uyğun olaraq M.P.Vaqifin  əsərləri latın qrafikasında çap 

olunaraq bütün kitabxanalara verildi.  

 (Ekranda  Şuşanın  görüntüləri  verilir.  Vaqifin  məqbərəsi,  ev  muzeyi 

canlanır) 

II  Aparıcı: Dağların qoynunda, buludların arasında,  yüksəkdə, Vaqif 

xatirəli bir şəhər var. Şairlər oylağı. Şuşa şəhəri.  

Bu  gün  bir  nisgil  də  ovqatımıza  qəm  notları  qatır  ki,Vaqifin  böyük 

məhəbbətlə  sevdiyi  Şuşa  erməni  daşnaklarının  işğalı  altında 




 

 

 



 

 

22 



 

inildəməkdədir.  Cıdır  düzündəki  yaralı  məqbərəsi  illərdir  öz  doğma 

ziyarətçilərinə həsrət  qalıbdır.  Amma inanırıq  ki,Vaqifin  dediyi  kimi, 

bu  əhli-zülmlərin  söndüyü  gün  mütləq  olacaq.  Yağı  düşmən 

M.P.Vaqifin  dili  ilə  desək,  Ağa  Məhəmməd  Şah  Qacarın  taleyindən 

ibrət  götürəcək.    Qoy  könlümüzdən  qopub  gələn  Xan  Şuşinskinin 

havalandırdığı  “Qarabağ  şikəstəsi”  istedadlı  gənc  müğənni  Anar 

Hüseynin  ifasında  şairin  sözlərinə  yazılmış  “Durnalar”ın  qanadları 

altında Şuşamıza pərvazlansın.  

 

ƏSƏRLƏRİ 



Latın qrafikası ilə 

 

Əsərləri : Poeziya - Bakı : Şərq-Qərb, 2004. - 264 s. - (Klassik 

Azərbaycan Ədəbiyyatı).  

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç 

şübhəsiz, Molla Pənah Vaqifdir. Zamanın qabaqcıl ideyalarının zövqü 

və əhvali-ruhiyyəsinin ən yaxşı ifadəçisi olan Vaqif şeri ilə 

ədəbiyyatımızda yeni mərhələ başlayır. 

 

Əsərləri : poeziya / V. Vidadi, P. Vaqif. - Bakı : Çaşıoğlu, 2004. – 



S.75-311. - (Azərbaycan Ədəbiyyatı).  

Bu kitabda Azərbaycanın iki böyük yazıçısı Molla Vəli Vidadi və 

Molla Pənah Vaqifin qoşmaları, qəzəlləri, müxəmməsləri, 

müstəzadları, təcnisləri və s. toplanmışdır. 

 

Əsərləri [Elektron resurs] : poeziya / M. V. Vidadi, M. P. Vaqif ; 



məsl. L. Məmmədova [et al.] ; Azərbaycan Respublikası Mədəniyyət 

və Turizm Nazirliyi. - Elektron mətn. - Bakı : İnnovativ Tədris 

Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk (CD-ROM). - (Nizami 

layihəsi).  




 

 

 



 

 

23 



 

 

Kiril qrafikası ilə 

 

Əsərləri : şeirlər. - Bakı : Azərnəşr, 1968. - 183 s. 



Əsərləri.  - Bakı : Azərnəşr, 1968. - 280 s.  

Əsərləri. - Bakı : Azərnəşr, 1960. - 258 s. 

Seçilmiş şeirləri. - Bakı : Maarif, 1978. - 160 s. 

Sevmək gərək : lirik şeirlər. - Bakı : Gənclik, 1987. - 125, [3] s. : şək.  

 

 

HAQQINDA 

 

Latın qrafikası ilə 

Kitablar 

 

Çəmənzəminli Y.V. Molla Pənah Vaqif haqqında // Əsərləri. 3 cilddə. 



III c. – B.: Avrasiya Press., 2005. – S. 320-324 

 

Əlioğlu M.  Gözəllik tükənməzdir : Molla Pənah Vaqifin yaradıcılığı 

haqqında // Darıxan adamlar. 2 cilddə. I c. - B. : Təhsil, 2009. - S. 78-

84.  


 

Əlioğlu M.  Vaqif və Vidadi // Darıxan adamlar. 2 cilddə. I c. - B. : 

Təhsil, 2009. - S. 85-93.  

 

 

Əlioğlu M.  Vaqif sevirdi, Vaqif sevilir : anadan olmasının 250 illiyi 

münasibətilə  // Darıxan adamlar. 2 cilddə. I c. - B. : Təhsil, 2009. - S. 

310-3319.  

 

Həsənov F. Qacar, İbraim xan və Molla Pənah Vaqif // Müqəddəs 




 

 

 



 

 

24 



 

duyğular. - B. : UniPrint, 2011. - S. 213-236.  

 

Molla Pənah Vaqif  // Azərbaycan ədəbiyyatı tarixi : 6 cilddə.III cild. - 



Bakı : Elm, 2009. – s. 650-678.  

 

Mümtaz S. Molla Pənah Vaqif : məqalə // Azərbaycan ədəbiyyatının 



qaynaqları. - B. : Avrasiya  Press, 2006. - S. 31-74.  

 

Mümtaz S.   Rudəki və Molla Pənah Vaqif : məqalə // Azərbaycan 



ədəbiyyatının qaynaqları. - B. : Avrasiya  Press, 2006. - S. 276-283.  

 

 

Kiril qrafikası ilə 

 

Kitablar 

Araslı H. Molla Pənah Vaqif // XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı 

tarixi.- B. : Azərbaycan Universiteti nəşriyyatı, 1956. – S.270-296. 

 

Dadaşzadə A. Molla Pənah Vaqıf : Oçerk. - Bakı : Azərnəşr, 1968. - 



36 s.  

 

Dadaşzadə A. Molla Pənah Vaqif : Həyat və yaradıcılığı. - Bakı : 



Azərb. SSR EA, 1966. - 190 s.  

 

Dadaşzadə A. [Vaqif yaradıcılığı haqqında] // XVIII əsr Azərbaycan 



lirikası.- B.: Elm, 1980. – S.82... 

 

Əlimirzəyev X. Vaqif poeziyasının lirik qəhrəmanı // Ədəbi qeydlər. – 



B.: Gənclik, 1975. – S. 3-9. 

 

Əlioğlu M. Vaqif sevirdi, Vaqif sevilir // Məhəbbət və qəhrəmanlıq. – 



B.: Yazıçı, 1979. – S.95-103. 


 

 

 



 

 

25 



 

 

Mirəhmədov Ə. Vaqif gülür. Vaqif ağlayır // Yazıçılar. Talelər. 



Əsərlər. – B. : Azərnəşr, 1978. – S.87-96. 

 

Nəcəfova M. Molla Pənah Vaqif : (Qısa tövsiyə ədəbiyyat göstəricisi). 

- Bakı : 1970. - 31 s.  

 

 



DÖVRİ MƏTBUATDA 

 

Bayramov A. Molla Pənah Vaqif və “Vaqif ” pyesi // Mədəniyyət. – 

2016. – 16 mart. 

  

Fərəcov  S. Poetik fikrin Vaqifi : XVIII əsr Azərbaycan şairi Molla 



Pənah Vaqif haqqında // Mədəniyyət. - 2014. - 9 aprel. - № 26. - S. 15.  

 

Fərəcov S. Vaqif, yardan eşit gələn cavabı // Mədəniyyət. - 2015. - 7 



oktyabr. - № 77. - S. 14.  

 

Hacıyev T.   Molla Pənah Vaqifin söz xəzinəsi // Azərbaycan dili və 



ədəbiyyat tədrisi. - 2011. - № 1. - S. 6-10.  

 

Xəlilzadə F. Dövründən gileyli şair : Molla Pənah Vaqif - 290 // 



Azərbaycan. - 2007. - 21 noyabr. - S. 11.  

 

Kamal R. Molla Pənah Vaqif və Səməd Vurğun: felin enerjisi // 



Ədəbiyyat qəzeti. - 2015. - 13 fevral. - № 9/10. - S. 5.  

 

Kamal R. Molla Pənah Vaqif : Gözün tarixi // Ədəbiyyat qəzeti. - 



2015. - 31 oktyabr. - № 56. - S. 12.  

 

Kazımlı K.   Müqəddəs məbədgah : Molla Pənah Vaqif və Molla 




 

 

 



 

 

26 



 

Vəli Vidadinin xatirə muzeyi // Mədəni həyat. - 2012. - № 11. - S. 59.  

 

Kazımlı K.   Vaqif poeziyasının işığında // Mədəni Həyat . - 2014. - 



№ 2. - S. 32.  

 

Kərimli S. M.P. Vaqifin yaradıcılığının şagirdlərə öyrədilməsi // 



Azərbaycan dili və ədəbiyyatı tədrisi. - 2013. - № 02. - S. 56-58.  

 

Molla Pənah Vaqif (1717 - 1797) // Savalan. - 2012. - 8 - 10 may. - № 



31. - S. 2.  

 

Otuz il əvvəl... : Şuşada Molla Pnah Vaqifin abidəsinin açılışından 30 



il keçir // Ədəbiyyat qəzeti. - 2012. - 27 yanvar. - № 3. - S. 1-2.  

 

Şuşada Poeziya bayramı // Ədəbiyyat qəzeti. - 2013. - 6 sentyabr. - № 



33. - S. 3. - Məqalə ilk dəfə Ədəbiyyat qəzetinin 1982-ci il 6 avqust 

tarixli nömrəsində dərc olunmuşdur.  

 

 

MOLLA PƏNAH VAQİF OBRAZI BƏDİİ ƏSƏRLƏRDƏ 



 

Çəmənzəminli Y.V. İki od arasında : roman // Əsərləri. 3 cilddə. II c. 

– B.: Avrasiya Press, 2005. – S.451-662. 

 

Həsənzadə N. Vaqif : Molla Pənah Vaqifə həsr olunmuş şeir // 



Ədəbiyyat qəzeti. - 2012. - 27 yanvar. - № 3. - S. 1. - Şeir Şuşada 

Vaqif abidəsinin açılışı münasibətilə 12 yanvar 1982-ci ildə 

yazılmışdır 

 

Vurğun S. Vaqif :dram  // Azərbaycan dramaturgiyası antologiyası. 4 



cilddə. C.2. - B. : Şərq-Qərb. - S. 8-131.  

 



 

 

 



 

 

27 



 

Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə hazırlanmış 

metodik vəsait   

 

 



 

 

Kompyuter yığımı 



və dizayn:                                 Aynurə Əliyeva 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 

Tirajı: 

Pulsuz 


 

 

 



 

Yüklə 186,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə