F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

— Dovşan üçün gedirəm! Sənə nə var? 

Öz-özlüyündə «izləmək istəyir» deyə düşündü. 

Eqorka söhbəti düzgün başlamadığını və lazımi qayda ilə aparmadığını hiss edərək yavaşca 

və tərəddüdlə sual etdi: 

— Dovşan da ki, heç ələ keçir? 

Lyonka öyünərək: 

 



Eybi  yoxdur!  —  dedi  və  söhbətə  qızışaraq  sərgüzəşti  haqqında  danışmağa  başladı.  Az 

qala əli ilə tuta biləcəyi dovşan qulaqları haqqında və dovşan düşmüş cələlər haqqında nağıl etdi. 

Eqorka ağ qara baxaraq gözlərini qıyır və onun söhbətini təbəssümlə dinləyirdi. O, Tatyana 

Petrovna  haqqında  düşünürdü.  «Müəlliməyə  nə  deyəsən?  Lyonka  da  nahaq  yerə  veyllə

nir...» 

Onun Lyonkaya yazığı

 

gəlməyə başladı. 



O, Lyonkanın sözünü səbrsizliklə kəsərək soruşdu: 

 



Yaxşı, dovşan sənin nəyinə gərəkdir? Nəyinə? 

Lyonka çaşıb qaldı: 

 

Necə  nəyinə  gərəkdir?  Mənim  axı  ailəm  var!  Hər  dovşan  bir  papaqdır.  —  Lyonka 



özündən  bixəbər,  şikayətlənməyə  başladı.  —  Keçən  dəfə  ayağım  donmuşdu,  elə  bildim  ki, 

həmişəlik məhv oldum. Bataqlıq... küləyin vıyıltısı... — deyərək o, büzüşdü. — Atamın da başına 

belə hadisələr gəlirdi... 

Eqorka  məktəb  darvazasının  yanında  göyərmiş  və  donmuş  Lyonkanı  necə  qarşıladığını 

xatırladı. O, təşvişə düşdü. 

 



Burax sən bu... dovşanlarını. Onlar sənə xeyir verməyəcəklər! Sən axı məktəbə getmirsən! 

Lyonka qətiyyətlə dedi: 

 

Mən məktəbə getməyəcəyəm də. 



Eqorka təəccüb edərək: 

 



Nə üçün? — deyə soruşdu. 

Lyonka gözlənilmədən acıqla dedi: 

 

Sənə  görə  getməyəcəyəm,  uşaqlara  görə  getməyəcəyəm.  Tatyana  Petrovnaya  görə 



getməyəcəyəm! 

Eqorka ona qorxmuş nəzərlə baxırdı. 

 

Tatyana  Petrovna  mənə  inanmır.  Elə  bilir  ki,  mən  gəzirəm,  veyllənirəm...  —  Lyonkanın 



səsi titrədi. — Heç kəs mənim yaşayışımı bilmir! 

Eqorka yoldaşının qolundan tutdu və müəllimənin tapşırığını unudaraq cəld dedi: 

 

Məni bura Tatyana Petrovna özü göndəribdir... Onun sənə heyfi gəlir. Səndən nigarandır... 



Mən özüm özbaşıma gəlməmişəm... 

Lyonka qolunu dartdı və çevrildi. 

Eqorka onun çiyninə toxunaraq: 

— Sənin mənə acığın tutmasın... Mən o vaxt sinifdə dostyana... 

Lyonka göz yaşlarını udaraq susurdu. 

Eqorka həyəcan içində Tatyana Petrovnanın yanına  gəldi. Onun dolaşıq danışığından məlum 

oldu ki, Lyonka tənbəlləşdiyi üçün deyil, Tatyana Petrovnanın artıq ona inanmadığı üçün məktəbə 

getməyirdi. Dovşan ovuna isə uşaqlara papaq lazım olduğu üçün getmişdir. Lakin dovşanı da tuta 

bilməmişdi, Lyonkaya təkcə əziyyət qaldı. 

 



«Məktəbə getməyəcəyəm».. dedi və ağladı. 

Eqorka susdu və ağır nəfəs alaraq əlavə etdi: 

 

Onun yaşayışını heç kim bilmir... 



Tatyana Petrovna onun saf və qəmli üzünə baxıb yerindən qalxdı. 

 



Yaxşı, get. Sağ

 

ol! — dedi: 



Eqorka gözlərini geniş açaraq yerindən belə qalxmadı. 

 



Bəs... Lyonka necə olsun? 

O, daha nə isə demək istəyirdi, lakin Tatyana Petrovna əli ilə işarə edərək: 

 

Get! Get! — dedi. 



O, bulut kimi tutqun və danlaqlı bir nəzərlə müəlliməyə baxdı və öz-özünə: 

«Dörd  il  ona  dərs  deyib...  Bir  hadisə  üz  verən  kimi...»  deyə  fikirləşdi  və  yoldaşına  görə 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

şiddətlə incimiş bir hiss ilə qapıdan çıxdı. «Eyb etməz, Lyonka, özümüz bir yol taparıq!» deyə öz-

özlüyündə qət etdi. 

Tatyana Petrovna kürkünü geydi, şalını götürdü və dayandı. 

Birdən sinifdə Lyonkaya «Lyonka, mən indiyə qədər sənə inanırdım» deməsi yadına düşdü. O 

saat onun qarşısında Lyonkanın qorxmuş və yalvarıcı sifəti canlandı, sinif şagirdlərinin gülmələrinə 

səbəb olan «Dovşan ovuna get- mişdim!» deyə qorxulu qışqırtı yadına düşdü. 

Müəllimənin artıq ona inanmadığından o, qorxmuşdu. 

Tatyana  Petrovna  buraxdığı  səhvi  indi  başa  düşdü:  «Mən  onunla  təklikdə  qalıb  ondan  bir 

əhval öyrənmədim, təkidlə soruşmadım... Mən heç bir iş etmədim!» 

Tatyana Petrovna başını bağlaya-bağlaya uzun kənd küçəsi ilə, demək olar ki, yüyürürdü. 

Daxmada isə 

ağır 

bir izahat gedirdi. 



Ağlamaqdan gözləri şişmiş və kefi pozulmuş Lyonka anasına həyəcanla qışqırırdı: 

 



Onları  mən  özüm  təmir  edərdim!  Mən  ki,  rədd  etməmişdim!  Mən  məktəbə  də  sizə  görə 

getmirəm! 

Tatyana Petrovna eyvanda durub qulaq asırdı. 

 



Sizə görə! Sizə görə! Ayaqlarımı dondurmuşam! Tatyana Petrovnanın qarşısında yalançı 

olmuşam... Onun da mənə açığı tutur... Heç olmazsa dovşan vursaydım, o, görüb inanardı... 

Tatyana  Petrovna  qapını  açdı.  Lyonka  başını  masanın  kənarına  qoyub  şikayətedici  bir  səslə 

bərkdən  ağlayırdı.  Pelageya  onun  başı  üstündə  qorxmuş  və  dinməz  halda  əllərini  sallayaraq 

durmuşdu. 

—Ağlama... ağlama... Mənim sənə acığım tutmayıb. Mən sənə inanıram... 

Lyonka göz yaşları ilə islanmış üzünü qaldırıb nə isə demək üçün səy etdi, lakin qəfildən gələn 

qışqırtı onun sözünü ağzında qoydu. 

Əkizlər  başlarını  bir-birinin  çiyninə  qoyaraq  cingiltili  səslə  bərkdən  ağlayırdılar.  Tatyana 

Petrovna diksinərək soruşdu: 

 

Bu nədir? 



Lyonka gülümsədi, göz yaşlarından hələ qurumamış yanaqlarını barmaqlarilə silərək dedi: 

— Bunlar... Manka-Tankadırlar. 

May  ayının  günəşi  Lyonkagilin  daxmasına  düşmüşdü.  O,  divardaki  yarıqlardan  içəri  soxulur, 

rənglənmiş  döşəmədə  parıltı  ilə  sanki  axıb  gedir,  əkizlərin  sarışın  saçlarında  oynaşır,  ananın 

üzündəki dərdli qırışıqları oxşayırdı. Atadan bir xəbər yox idi. Lyonkanın hərbi xəstəxanaya atasının 

adına  göndərdiyi  axırıncı  məktub  geri  qayıtmışdı.  Məktubun  üstündə  «Buradan  getmişdir»  sözləri 

qeyd  olunmuşdu.  Lyonka  qayıtmış  məktubu  anasına  göstərməmişdi.  Tatyana  Petrovna  ilə  birlikdə 

onlar atasının polkuna yazıb sorğu göndərmişdilər. 

Vaxt  keçib  gedirdi.  Lyonkanın  həyatında  az  dəyişikliklər  olmuşdu,  lakin  əsas  məsələ  olan 

oxumaq işi qaydaya düşmüşdü, ailədə də asayiş əmələ gəlmiş, yaşayış düzəlməkdə idi. Ancaq atanı 

xatırlamaq ağır idi. Onun haqqında az danışmağa səy edirdilər. 

Bayramın  birinci  günü  idi.  Kolxoz  Pelageyanın  uşaqları  üçün  bayramqabağı  bəxşiş 

göndərmişdi. Əkizlər rəngli paltar geyinmiş, bir cüt çəhrayı gül kimi pəncərənin içində oturub tüklü 

başlarını  küçəyə  uzatmışdılar.  Nyurka  təzə  ayaqqabılarını  cırıldadaraq  daxmada  o  yan-bu  yana 

qaçırdı. Nikolka köynəyinin qollarını çırmalayıb qırmızı qulaqlarını sabunlayırdı. Lyonka bəzənmiş 

uşaqlara  baxdıqda  könlü  şad  olurdu.  O,  anasilə  birlikdə  sandığı  qurdalayırdı.  Qışda  geyib 

köhnəltmiş olduğu köynək onun təzə tikilmiş zol-zol şalvarına uyğun gəlmirdi. Eqorka bəzənmiş və 

şad  halda  daxmaya  yüyürdü.  Onun  əynində  yaşıl  köynək  var  idi,  cibindəki  karandaşın  ucu 

görünürdü, köynəyinin sərt boynu Eqorkanın çənəsinin altında qırmızı iz salmışdı. 

 



Bu gün Veselovkada kino var, gedək ora! Uşaqlar bizi gözləyirlər. 

Lyonka  köynəyinin  qolundaki  yamağa  baxaraq  sıxıldı.  Anası  susaraq  atasının  gödəkçəsini 

sandıqdan çıxarıb oğluna verdi. Lyonka diksindi və başını buladı, ona qəflətən elə göründü ki, əgər 

o, atasının gödəkçəsini geysə, bu o deməkdir ki, atası yoxdur, bir daha qayıtmayacaqdır... Bir daha 

o, bu gödəkçəni atasının əynində görməyəcəkdir... Odur ki, hər iki əli ilə onu itələyərək təkrar etdi: 

 



Götür, apar... götür! Qoy atama qalsın! 

Anası mülayim səslə dedi: 

, - 



 



Nə üçün adamlardan pis olasan? 


 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Eqorka qışqıraraq: 

 

Gey! Gey! — dedi. 



Eqorkanın yoldaşları səs-küylə daxmaya doluşdular. 

 



Gedək də! 

Lyonka gödəkçəni geydi. Qolları uzun, çiyinləri isə enli idi. 

 

Mənim əynimə deyil.. 



Anası dedi: 

 



Qollarını  qatlamaq  olar,  sonra  tikərəm.  Sonra  anası  sandığı  eşələyib  köhnə  bir  portmanet 

çıxartdı.  O, arıq  barmaqlarilə  portmaneti  xeyli  qurdaladı  və  nəhayət  təzəcə  birşahılıq  tapıb  oğluna 

verərək dedi: 

 



Ala, oğlum... bəlkə orada kvas içdin, ya da özünçün pryanik aldın. 

Lyonka şahılığı alıb başını aşağı saldı və daxmadan çıxdı. Pula çoxdan ehtiyac vardı. Anasının 

belə nəvazişi onun ürəyini sıxdı. 

Veselovka yolunda uşaqlar hərbi hadisələrdən, kənddəki yeniliklərdən söhbət edirdilər. Eqorka 

həmişə Lyonkanı ruhlandırırdı, lakin indi isə Lyonka onun söhbətini dalğın halda dinləyirdi. Onlar 

meşə  kənarında  Lyonkanın  atasının  köhnə  dostu  qoca  Paxomıça  rast  gəldilər,  Qoca,  körpüdə 

işləyirdi. O, Lyonkaya yaxınlaşdı. 

 



Hə...  oğlan,  sən  böyümüsən,  böyümüsən...  Bax,  atanın  gödəkcəsi  də  sənə  yarayır,  — 

dedi və əli ilə gödəkcənin məxmər qolunu tumarlayaraq başını tərpətdi. 

— Bu məxməri bir yerdə almışdıq. Görünür, qismət deyilmiş, — dedi. 

Lyonka sıxıldı, deyəcək cavab tapmayaraq durduğu yerdə qurcalandı.  ,• 

 

Eh!  Mən  nə  haqda  danışıram,  —  deyərək  Paxomıç  əhval  soruşdu:  —  Anan  necədir? 



Uşaqlar necədir? Necə yaşayırsınız? Yəqin çətinlik çəkirsiniz, hə? 

 



Pis  yaşamırıq,  babat  yaşayırıq,  —  deyə  Lyonka  səsini  uzadaraq  cavab  verdi və  irəlidə 

gedən yoldaşlarının arxasınca baxdı. 

 

Babat,  babat!  —  deyərək  Paxomıç  tez-tez  təkrar  etdi.  —  Nə  lazım  olarsa  mənim 



yanıma gəl! İş də həmişə tapılar! 

 



Mən oxuyuram... 

 



Sən istirahət günləri gəl! İndi iş fəslidir. Birinci gəmini gözləyirik. Çoxlu yük olacaqdır. 

— O, Lyonkanı çiynindən tutub silkələdi. — Mən səni işə tez düzəldərəm! Gələcəksənmi? 

Lyonka sevinərək dedi: 

 



Gələrəm. 

O,  Paxomıçla  salamatlaşdı  və  yoldaşlarına  çatmaq  üçün  yüyürdü.  Uşaqlar  xeyli 

getmişdilər. Lyonka meşədə yavaşıdı və fikrə getmiş olduğundan yolu hiss etmədi, yavaşca öz-

özünə: 


«Hər  istirahət  günü  işləyəsiyəm!  Çuvalları  yığmaq  və  ya  da  bir  şey  daşımaq...  nə  iş  olsa 

mənə yarayar» deyə şad oldu. 

Meşənin o biri tərəfindən Eqorkanın gurultulu çağırış səsi gəldi. 

 



E-ey, Lyonka! Gecikirik! 

«Eyb etməz, çataram!» O, anasının boş portmanetini yadına saldı və cibindəki beş qəpikliyi 

əlləşdirərək «Bunu da xərcləməyəcəyəm... Özüm qazanacağım pulların üstünə qoyaram... Onda 

anama verməyə pulum çox olar...» deyə düşündü. 

O  qazanacağı  pulları  anasına  necə  verəcəyini  təsəvvür  edirdi.  Anasının 

təəccübedici 

simasını 

xəyalına  gətirdi  və  bərkdən  güldü,  lakin  o  saat  da  susdu.  Bu  gülüş  onun  qəlbini  parçaladı  və  o 

dərdli-dərdli: 

 



Atacan!.. — deyə pıçıldadı. 

Bayramdan  sonra  Lyonka  səhər  tezdgn  yüyürə-yüyürə  Tatyana  Petrovnagilə  getdi.  Onlar 

məktəbə bir yerdə gedirdilər. Paxomıçın onu körpüdə işə düzəldəcəyinə söz verdiyini Lyonka yolda 

müəlliməyə tələsə-tələsə danışdı. 

Tatyana Petrovna onun qeydinə qalaraq soruşdu: 

 



Dayan! Dayan! O, hansı Paxomıçdır? 

 



Qoca Paxomıç... 

 



Mən səndən soruşuram ki, sən onu haradan tanıyırsan? 


 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Lyonkanın atası ilə Paxomıçın dost olduğunu Tatyana Petrovna bildikdən sonra etiraz etmədi. 

Axşam Lyonka anasının yanında oturaraq söhbətə başladı: 

 



Bilirsən  nə  var?  Mən  Paxomıçın  yanına  gedəcəyəm.  İstirahət  günləri  onun  yanında 

işləyəcəyəm. Bəlkə də bütün yayı onun yanında işlədim. 

Anası ağladı. Lyonka onun boynunu qucaqlayaraq ciddi bir nəvazişlə dedi: 

« — Anacan... ağlama... Mən buraya lap yaxın bir yerdə olacağam. 

Elə  birinci  istirahət  günü  Lyonka  körpüyə  getmək  üçün  yola  düşdü  və  qəsdən  Tatyana 

Petrovnanın açıq pəncərələrinin qabağından keçdi. O, özünü böyük yaşlı işçi hesab edirdi. Atasının 

gödəkcəsini çiyninə salmışdı. Nikolka onu kəndin ayağına kimi ötürdü. 

— Gedirəm, Tatyana Petrovna! İşə gedirəm! — deyərək müəllimənin açıq pəncərəsinə tərəf 

qışqırdı. 

Müəllimə pəncərədən baxdı və başını tərpədərək razılıq verdi. 

Lyonka yolu sevinclə addımlayır və onu ötürən qardaşına nəsihət edirdi: 

— Anaya fikir ver. O, zəifdir. Onun sözündən çıxma! 

Lyonka  iki  ay  idi  ki,  körpüdə  işləyirdi.  Onun  vəzifəsi  gəmidən  qəbul  edilmiş  yükü  siyahıya 

almaqdan ibarət idi. İş yüngül idi, Lyonka başqa yeniyetmələrlə bərabər gündə bir neçə dəfə çayda 

çimməyə də vaxt tapırdı. Bu gəmi ilə gələcək gəmi arasındakı vaxtda da təhvil vermək məntəqəsinin 

işinə  kömək  edirdi.  O,  heç  bir  işdən  çəkinmirdi:  ambar  təmizləyir,  cırılmış  çuvalları  yamayır, 

hamballar üçün çörək almağa gedirdi. Hər şənbə günü isə Lyonka təmiz yuyunur, saçını isladıb farıq 

ayırır,  məxmər  gödəkcəsini  geyinib  evə  gedirdi.  Kiçik  uşaqlar  onu  qarşılamağa  yüyürürdülər.  O, 

uşaqlara  bal  ilə  bişirilmiş  qara  qoğal  paylayar,  balaca  Nyurkanı  qucağına  alıb  hər  dəqiqə  geridə 

qalan  əkizləri  tez-tez  getmələri  üçün  qovlayar  və  Nikolkadan  yeniliklər  haqda  sorğu-sual  edərək 

kəndin  içi  ilə  təntənə  ilə  gedərdi.  Daxmada  anasilə  ehtiramla  salamlaşdıqdan  sonra  həftəlik 

qazancını masanın üstünə qoyardı. 

Pelageya  çox  mütəəssir  olardı  və  pulu  qoymağa  yer  tapmayaraq  uzun  müddət  ovcunda 

saxlayardı. Sonra da bütün həftə boyu oğlunu gözləyərək Pelageya qonşulara deyərdi: 

 

Mənim balam... ev kişisidir, hər qəpiyini evə gətirir! 



İsti  iyul  günləri  idi.  Körpüdə  adamlar  vurnuxurdular,  sahilə  bağlanmış  qayıqlar  suda 

cırıldayırdı, duzla yüklənmiş ağır vaqonetkalar gurultu salırdı. 

Sərnişinlər  talvar  altında  düyünçələrin  üstündə  oturmuşdular,  ayaqyalın  uşaqlar  əl-ayağa 

dolaşırdılar. Gəmini gözləyirdilər. 

Sarışın,  gündə  yanmış  və  yay  müddətində  boy  atmış  Lyonka  körpü  üstə  Paxomıçın  yanında 

durmuşdu. 

Uzaqdan  uzun  fit  səsi  gəldi.  Qara  tüstü  sütunu  yavaş-yavaş  mavi  buluda  yüksəlirdi.  Yenicə 

ağardılmış  yanlarını  yırğalayaraq  və  burnu  ilə  suyu  yararaq  gələn  gəmi  göründü.  Sərnişinlər 

həyəcana  gəldilər.  Gəmidən  körpüyə  çıxmaq  üçün  matroslar  əl  körpüsünü  hazırladılar.  Gəmi  lap 

körpüyə yanaşdı. Kəndirin ağır və yaş ilməkləri şappıltilə çuqun dayaqların üstünə atılıb körpü ilə 

gəmi arasında dartındılar və yavaşca cırıldadılar. Körpü ilə gəmi arasında əmələ gələn bulanıq sulu 

dərin  aralıq  get-gedə  yox  olurdu.  Gəmi  titrəyərək  dayandı.  Göyərtədə  adamlar  vurnuxmağa 

başladılar. Matroslar əl körpüsünü saldılar. 

 



Ehtiyatla! Ehtiyatla! 

Lyonka döşünü çuvallara dayayaraq dururdu. Sərnişinlər onun yanından keçib dəstə ilə itələşə-

itələşə çıxışa doğru gedirdilər. 

Birdən Lyonkanın dodaqları titrədi, gözləri bir nöqtəyə dikildi, o, özünü camaatın içinə ataraq 

orada yox oldu, əlləri və başı ilə yol açaraq hərəkət edirdi. Paxomıç onun köynəyindən tutdu: 

 



Dayan, dayan! Ağlını itirdin nədir? 

Lyonka camaatın arasından üzə çıxaraq dəlicəsinə qışqırdı: 

 

Atacan! Ata! 



Adamlar  məhəccərə  tərəf  çəkildilər  və  şinelli  kişiyə  yol  verdilər.  Onun  bir  əli  qabağa, 

Lyonkaya doğru uzanmışdı, şinelinin o biri qolu isə boş sallanmışdı. 

Lyonka atasının boynunu qucaqladı və bu boş qoldan gözünü çəkməyərək dili dolaşa-dolaşa və 

ağlaya-ağlaya təkrar edirdi: 

 

Atacan! Gəldinmi... gəldinmi, atacan! 



Meşə  yolunda  köhnə  palıd  ağacları  səs  salmışdılar.  Sıx,  yaşıl  kollar  arasında  quşlar  cəh-cəh 


 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

vururdu.  Günəşdən  isinmiş  tünd  yarpaqlar  sallanıb  çiyinlərə  toxunurdu.  Dum-duru  gölməçələrdə 

olan yaşıl otlar zümrüd kimi parlayırdı. 

Oğlu atasının əlindən bərk-bərk tutaraq durmadan, tələsə-tələsə öz həyatından danışırdı. Onun 

səsi bəzən pıçıltıya çevrilir və küləyin səsi ilə quşların cəh-cəhi arasında itirdi, bəzən də keçirdiyi acı 

xatirələr yadına düşdüyündən ağlayır və dayanaraq deyirdi: 

 

Eşidirsənmi? Atacan. 



Ata oğlunun balaca və arıq əlini sıxaraq: 

 

Eşidirəm, oğlum... — deyə cavab verirdi. 



Qarşıdan  əsən  axşam  küləyi  boz  şinelin  ətəklərini  yellədir  və  Lyonkanın  çiynindən  atanın 

məxmər gödəkcəsini atırdı. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə edəni: X. Hasilova 

Redaktoru; M. S. Tahirli 

Texredaktoru: X. Əzizbəyov 

Çapa imzalanmış 4/IV-1949. Çap listi 3,5. Bir çap listində

a

 getmiş mətbəə hürufatı 42900. Nəşriyyat listi 3,75. 

FQ 13521. Sifariş 150. Tirajı 15000. 

Azərbaycan SSR NS yanında Poliqrafiya və Nəşriyyat işləri İdarəsi „Qızıl Şərq" mətbəəsi, Bakı, Həzi Aslanov küç. 80. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə