F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

marçıldadır, anasının tumanına sürtünərək onun üzünə baxırdı. Əkiz olan iki qızı evdə Manka-Tanka 

çağırardılar. 

Fındıqburun, ağ qızcığazlar bir-birinin əlindən tutaraq hər yerə bir yerdə gedərdilər, xörəyi bir 

qabdan  yeyərdilər,  geniş  çarpayı  dalında  oynayaraq  bir-birilə  nə  haqda  isə  məsləhət  edərdilər. 

Birlikdə gülüb birlikdə də ağlardılar.

 

 Biri burnunu çəkərək hıçqırmağa başlayınca o birisi gözlərini 



bərəldərək qara-qışqırıqla ağlayardı. 

Əkizlər bir-birinə, baxaraq saatlarla ağlayıb daxmanı başlarına götürə bilərdilər. 

İndi  də  gözlərini  analarından  çəkmir,  onun  göz  yaşlarına  öz  hönkürtülərilə  səs  vermək  üçün 

işarə gözləyirmiş kimi baxırdılar. Lyonkadan sonra evdə böyük uşaq olan səkkiz yaşlı Nikolka öz 

adını eşitdikdə saçlarının dibinə qədər qızardı. O, utandığından sıxılır və taqsırkar adam kimi  göy 

gözlərilə ətrafına baxırdı. 

Lyonka nifrətlə ona dedi: 

 



Yenə də hıqqıldamağa başladın. Ağlamaqdan başqa əlindən bir şey gəlmir. 

O,  təsərrüfat  işində  Nikolkanın  ona  az  kömək  etməsindən  və  tapşırıqları  tənbəlcəsinə  icra 

etməsindən  narazı  idi.  Məktubu  dinləyərkən  ana  ağlamsındı.  Əkiz  qızlar  da  ona  baxıb  hıçqırıqla 

ağladılar. Lyonka məktubu oxumağı kəsdi, hər iki bacısını dizləri üstündə oturtdu və ayaqlarını yerə 

vuraraq koma dolusu qışqırdı:  

Du-du-du! Qatar gəlir! 

Əkizlər  atıldıqca  alınları  toqquşurdu.  Ağlamağa  artıq  vaxt  qalmamışdı.  Lyonka  onları  bir  az 

oynatdıqdan  sonra  yerə  qoyub  məktubu  oxumağa  davam  etdi.  Bundan  sonra  o  görəcəyi  işlərin 

hamısını  ətraflı  düşünərək  ev  kişisi  və  təsərrüfatçı  olduğunu  gecikmədən,  elə  bu  saat  göstərmək 

zərurətini hiss edib komada xeyli müddət vargəl etdi. 

Oğlunun otaqda gəzməsindən anası hirslənərək: 

 



Saat kəfkiri kimi nə o yan-bu yana gedib gəlirsən? 

 



«Saat  kəfkiri,  saat  kəfkiri!...»  —  deyə  Lyonka  deyindi,  skamyanın  altından  keçən  ildən 

qalma, toz basmış keçə ayaqqabılar olan köhnə bir qutunu dartıb çıxartdı. 

 

Qış qapını almışdır, bildinmi?! 



 

Çox yaxşı bilirəm ki, qışdır, — deyə anası əzilmiş köhnə ayaqqabıları Lyonka ilə birlikdə 



yoxlayaraq ah çəkib əlavə etdi: 

 



Bunları atan məgər çoxdanmı alıb? Sizə şey alıb yetirmək olmur! 

Lyonka mumlanmış sap çıxarıb çürüməkdə olan keçəni bacarıqsız əllərilə yamamağa başladı. 

Anası qüssə ilə düşünərək: 

 



Nikolkanın papağı yoxdur... keçən ilki cırılıbdır. Bilmirəm ki, bu il başına nə qoyacaqdır? 

— dedi. 


 

Taparıq!  —  deyə  Lyonka  qaşlarını  çatdı  və  sobanın  üstünə  qalxaraq  nazik  dizlərini  uzun 



müddət  qucaqlayıb  oturdu.  «Hər  dovşan  dərisindən  bir  papaq  çıxır»  deyən  Genkanın  sözləri  onun 

yadına düşdü. O, ağır kirpiklərini yumaraq «getmək lazımdır» deyə qət etdi. 

 

Axırıncı dərsdə Tatyana Petrovna Lyonkaya yaxınlaşaraq dedi: 



 

Nahardan sonra evimizə, mənim yanıma gəl. 



Lyonka  müəlliməsinin  evinə  getmək  istəmirdi.  Hələ  keçən  həftə  o,  çardaq  altındaki  köhnə 

arabanı  çox  zəhmətlə  çəkib  çıxartmışdı  ki,  onu  mütləq  yaza  qədər  təmir  etsin.  Bunun  səbəbi  isə 

atasının məktubu olmuşdu, o yazırdı ki: 

«Müharibə  qurtaracaq.  Hamı  öz  evinə  dönəcək.  Mən  də  səninlə  bərabər  arabada  oturub 

darvazanı geniş açarıq və çölə, əkin yerinə gedərik!» 

«Necə gedəcəyik...» deyə Lyonka qayğı ilə fikirləşmiş və arabaya baxmağa çıxmışdı. İndi də 

neçə gündür ki, araba həyətin ortasında qabaq oxu ilə yerə dirənib dururdu. Milləri sınmış, təkərlər 

də  arabanın  yanında  atılıb  qalmışdı,  anası  da  bu  əl-ayaq  altına  atılmış  arabaya  ilişdiyi  üçün 

Lyonkaya açığı tutdu. 

 



Ağılsız! Nə heyvan keçə bilir, nə insan! Avaraçılıqdan özünə iş axtarır! Sənin ucbatından 

bizə rahatlıq yoxdur! 

Lyonka  cavab  vermədi,  təslim  də  olmadı.  Məsləhət  almaq  üçün  dəmirçinin  yanına  gedirdi, 

əlindəki balta və mıxla ora-bura dırmanıb həyəti yonğar ilə zibilləyirdi. Bu gün o, işdən ayrılmaq 

istəmirdi.  Həm  də  dərslərindən  zəif  olduğunu  özü  də  bildiyi  üçün  Tatyana  Petrovnanın  yanına 

getməyə qorxurdu. Lakin əlac yox idi. 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Müəllimənin otağında keçmişdən tanıdığı alçaq divanda oturmuş Lyonka sıxıcı bir narahatlıq 

hiss  edirdi.  Masanın  üstündə  dağ  kimi  yığılmış  şagird  dəftərləri  onda  üzürlü  bir  qüssə  yaradırdı. 

Girdə  divar  güzgüsündə  o,  özünü  görüb  diksindi,  əlinə  tüpürərək  cıqqalı  saçlarını  sığalladı, 

gödəkcəsini düzəltdi və başını çevirərək mətbəxdə anasilə danışan Tatyana Petrovnanın səsinə qulaq 

asmağa  başladı.  Gələn  səs  diribaş  və  səmimi  idi. Müəllimənin  Lyonkanı  mehriban  qarşılaması da 

xoşa  gəlməyən  bir  hadisənin  baş  verməyəcəyinə  əlamət  idi.  Müəllimə  Lyonkaya  müraciət  edərək 

dedi: 


 

Salam, Lyonya. Bir dəqiqə otur, məni gözlə. 



Buna  baxmayaraq  narahatlıq  Lyonkanı  xırpalayırdı.  O,  özünə  əmin  deyildi,  papağını  dizləri 

arasında tutaraq ağır nəfəs alırdı. 

Keçən  il  həmin  bu  otaqda  Lyonka  atasilə  birlikdə  çay  içmişdilər.  Atası  fincanı  yavaşca 

nəlbəkiyə  qoyur  və  Tatyana  Petrovna  Lyonkanı  təriflədiyi  zaman  özünü  ciddi  tuturdu.  Nədənsə 

Lyonkanın gülməyi gəlirdi. O, çoxlu güldanlar yığılmış yaşıl pilləli küncə baxırdı. Əgər o, Lyonka, 

qəflətən  büdrəyərək  güldanların  hamısını  vurub  salarsa  və  ya  da  parıldayan  rəngli  döşəmədə 

sürüşüb sandalyanın yanına yıxılarsa nə ola biləcəyini düşünürdü... 

İndi  isə  Lyonka  heç  bir  şey  haqda  düşünmürdü.  O,  tək  oturmuşdu.  Hətta  təriflənəcək  bir  iş 

yiyəsi olmadığı üçün atasının yanında olmadığına da sevinirdi. 

Tatyana Petrovna yaş əllərini dəsmalla sildi, divanda oturaraq nəvazişlə dedi: 

 

Hə, indi danış görüm, necə dolanırsınız! İşiniz atansız necə keçir? 



Onun üzünün sakit bir ifadəsi var idi. Yanağındakı girdə batıq açığı tutduğu zaman yox olur, 

surətində dözümsüzlük, səsində isə qırıqlıq əmələ gəlirdi. 

Müəllimə sözün həqiqətini adamın gözlərindən bildiyinə uşaqlar inanırdılar, odur ki, ona yalan 

deməkdən qorxardılar. Uşaqlardan biri düzünü deməyib çaşbaş vurduqda Tatyana Petrovna özündən 

çıxaraq: 

 



Sonra, sonra necə oldu? — deyə acıqla sual edərdi. 

Doğru  danışmaqdan  başqa  çarə  qalmırdı.  Lyonka  bunu  yaxşı  bilirdi,  müqəssir  olduğunu  hiss 

edərək özünü təmizə çıxarmaq fikrində deyildi. Lakin müəllimənin verdiyi sual onu cürətləndirdi. O, 

Tatysna Petrovnanın yanağındaki sakit və dərin batığa baxıb uyaraq atasının məktubundan, özünün 

ev işlərindən danışmağa başladı. 

Tatyana Petrovna bir və ya iki dəfə ucadan güldü, sonra nəyə isə təəccüb etdi və onun sözünü 

kəsərək dedi: 

 



Dayan, dayan... mən nə isə anlamadım. Deməli, sən arabanı təmir edirsən? Hansı arabanı? 

 



Köhnə arabanı... 

 



Köhnənimi? — deyə Tatyana Petrovna qaşlarını çatdı. — Anan isə razı deyil? Nə üçün razı 

deyil? 


Lyonka qızardı, burnunu çəkdi. 

 



Kim bilir... 

Tatyana Petrovna birdən çox ciddi və gözlənilmədən dedi: 

 

Bunun hamısı yaxşı işdir. Təsərrüfatın qeydinə qalmaq lazımdır... 



O, Lyonkanın sınıq, qara dırnaqlı əlini ovcuna aldı. 

 



Dırnaqları  da  təmizləmək  lazımdır.  Ən  lazımlısı  isə,  Lyonya,  dərsləri  başlı-başına 

buraxmamaqdır. Oxumaqdır... 

Lyonka  cəld  əllərini  gizlətdi.  Dağ  kimi  yığılmış  şagird  dəftərlərinə  darıxmış  halda  baxdı  və 

başını aşağı salıb gözlərini qıydı. Lakin müəllimə oturduğu yerdən durmadı, o, başıbəlalı dəftərlərə 

doğru  getmədi, topa  ilə  yı-  ğılmış  dəftərlərin içindən  üstündə  «Leonid  Çistyakov»  yazılmış  dəftəri 

çıxartmadı. Müəllimə heç də Lyonkanın düşündüyü kimi danışmırdı. Onu danlamırdı, hirslənmirdi, 

sakitcə danışırdı. O, Lyonkanın onu başa düşəcəyinə ümüd edirdi. Odur ki, mülayim səslə dedi: 

— Dərsin birini pis öyrəndin, ikincisini... Beləliklə, öyrənmədiyin dərslər üst-üstə yığılıb, çox 

olub.  Dərslərdə  nəyə  isə  qulaq  asmadın,  nəyə  isə  alayarımçıq  fikir  verdin.  İndi  onların  hamısını 

öyrənib yetirmək çətindir və özünə də xoş deyildir... Hər gün bir qədər «dama-dama göl olarsa»... 

Mən, Lyonya, öz başıma gəldiyi üçün bunu yaxşı bilirəm. 

Lyonka  hıqqıldayır  və  razılaşırdı.  Onun  danışmağa  sözü  yox  idi.  Düzdür,  onun  başlı-başına 

buraxılmış  dərsləri  çox  idi.  Buna  görə  də  əzab  çəkirdi.  Buraxılan  dərsləri  hazırlayıb  çatdırmaq 

mümkün deyildi. Müəllimənin dediklərinin hamısı doğru idi. 

 

Tatyana Petrovna, mən sizə pioner sözü verirəm, dərslərin öhdəsindən gələcəyəm, hamısını 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə