F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

öyrənəcəyəm, — deyərək Lyonka elə buradaca dərslərdən hansını unutduğunu və yaxud da sadəcə 

olaraq öyrənmədiyini xatırlamağa başladı. 

Sonra  balaca,  isti  mətbəxdə  çay  içdilər.  Qarlı  külək  pəncərələri  deyəcləyirdi.  Qarpızı 

samavarın isti buğu adama xoş gəlirdi. Tatyana Petrovnanın anası Lyonkaya «nəvəciyim» deyirdi və 

təsərrüfat işləri haqqında onunla məsləhətləşirdi. Bir gündə 2-3 kub metr odun yarmaq Lyonka üçün 

asan olduğu haqda nənəni inandırmağa çalışırdı. Tatyana Petrovna gülürdü. 

Axşam  Lyonka  kitablarının  hamısını  çıxarıb  qabağına  düzdü.  Onun  kəkilli  başının  masa 

üstündə  dikəldiyini  Pelageya  uzun  müddət  görmüşdü.  Yatmağa  gedərkən  şad  idi.  İndiyə  qədər 

yığılıb qalmış borclar çox da qorxulu deyildi!. 

Səhər kim isə pəncərəni yavaşca tıqqıldatdı. 

Lyonka Genkanın pəncərə şüşəsinə yapışaraq yastılanmış enli burnunu görcək evin artırmasına 

çıxdı. Genka sirrli bir tərzdə pıçıldadı: 

 



Meşə kənarında iz var! 

Lyonka başı ilə razılıq. İşarəsi verib geyinməyə yüyürdü. 

 

Şiddətli  külək  meşədən  əsirdi,  kəskin  qar  danələrini  cavan  küknar  ağacına  çırpır  və 



bataqlıqlardakı buzun boz səthini açaraq vıyıltı ilə düzəndə çapırdı. 

Genka başında qulaqlı papaq, ayağında uzunboğaz çəkmə, əynində beli ensiz qayışla çəkilmiş 

kürk,  qoltuğunda  da  tüfəng  tutduğu  halda  əyilərək  düzəndə  addımlayırdı.  O,  hər  kolun  dibinə 

diqqətlə  baxırdı.  Lyonka  çox  çətinliklə  onun  ardınca  gedirdi.  Cırıq  keçə  ayaqqabıları  qar  ilə 

dolmuşdu. Lyonka boynuna doladığı atasının şərfini külək yelləyirdi. 

O, yoldaşından səbrsiz bir pıçıltı ilə: 

 

Varmı? — deyə soruşdu. 



Genka dikələrək və addımlarını sürətləndirərək cavab verdi: 

 



Görünür ki, onlar bataqlığın o üzündəki təpənin dalındadırlar. 

Lyonka məktəbə getmədi. O, qət etmişdi ki, vurulmuş dovşanları belindən asaraq ovdan birbaş 

Tatyana Petrovnanın yanına gəlsin və dərsə gəlməməyinin səbəbini ona izah etsin. 

Onlar  qapılarından  çıxdıqları  zaman  səhər  təzəcə  işıqlanırdı.  Gündüzün  göyümtül,  ağ  havası 

kəndin  üzərində  dalğalandığı  zaman  dostlar  hələ  də  əbəs  axtarışla  düzənlikdə  gəzirdilər.  Lyonka 

şiddətli  küləkdən  üzünü  turşudaraq  və  əlcəklərilə  üzünü  örtərək  çox  çətinliklə  yoldaşının  dalınca 

gedirdi. Kəsəklərin arasında, keçən ildən qalan pıtraq ilə örtülmüş nazik buzun altında bulanıq su var 

idi.  Genkanın  çəkmələri  altında  buz  sındı  və  bulanıq  su  buz  parçacıqlarilə  birlikdə  yuxarı  qalxdı. 

Lyonka  bir  kəsəkdən  o  birisinə  tullanarkən  ayağı  dolaşdı  və  Genkanın  izinə düşdü.  Buzlu  su  onun 

keçə ayaqqabılarından içəri süzüldü və barmaqlarını əhatə etdi, dizləri ağrıdan qırılırdı. 

Lyonka  ayağını  keçə  ayaqqabıdan  çıxartdı.  Yaş  corablarını  siyirib  çəkdi  və  ətrafına  ümüdsüz 

bir  nəzər  saldı;  «Kaş  evdə  sobanın  üstündə  olaydım»  deyə  arzu  etdi.  Barmaqları  soyuqdan 

sızıldayırdı. Lyonka təşvişlə düşündü: «Bəlkə Genka yalan deyir?» 

Lakin  Genka  yalan  demirdi.  Birdən  bulaşıq  ağ  rəngli,  yumşaq  tüklü,  yumru  bir  şey  kolun 

dibinə tullandı. Lyonka şək qalxmış qulaqları gördü və hər şeyi unudaraq Genkanın qolundan dartdı. 

Genka  səndələyib  şappıltı  ilə  bataqlığa  yıxıldı.  Dovşan  sıçrayaraq  bir  anda  yox  oldu. 

Lyonkanın gözü ala-bula çalmağa başladı. 

 



Atsana! — deyə o, hiddətlə çığırdı. 

 



Nəyə? — deyə Genka təəssüflə ətrafa tüpürdü. 

 



Getdi, lənətə gəlmiş... 

Onlar  evə  məktəbin  yanından  gedirdilər.  Lyonka 

susur 

və  ayaqlarını  zorla  çəkirdi.  Dovşanın 



əldən çıxmasına baxmayaraq Genka çox şad idi: 

 



Sənə dedim dovşan var! Tutarıq! 

Genkanın 

xeyli 

vaxtı var idi. Yanğın dəstəsində əvvəlki kimi yenə də iş



 

yox idi.


 

 



Bu gün olmasın, sabah olsun! Dovşanların hamısı bizimkidir. 

Qonurgözlü,  qırmızıyanaq  bir  oğlan  qoltuğunda  çanta  məktəbdən  çıxıb  Lyonkanın  yanına 

yüyürdü: 

 



Tatyana Petrovna səni soruşurdu... Sən haradaydın? 


 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Lyonka göyərmiş dodaqlarını zorla tərpədərək: 

 

Olduğum  yerdə  indi  yoxam.  Qorxma,  soba  üstündə  oturmamışdım...  Genka  lovğalanaraq 



tüfəngini havada fırlatdı. 

Eqorka fit çaldı, alt dodağını büzərək başını tərpətdi və heyfsilənirmiş kimi dedi: 

—Veyllənirsiniz! 

Lyonka hirslənərək: 

—Sənsən veyllənən! Mənim 

boynumda 

ailə vardır! 

Eqorka maraqla ona baxdı və cavab əvəzində: 

 

Sən donmusan, — deyərək üzünü çevirib başqa tərəfə getdi. 



Lyonka daxmalarının qapısında anası ilə üz-üzə gəldi. 

 



Eh, avaranın biri! Ağappaq ağarıbdır

! Boynundaki 

şərf də ağaca dönübdür! 

Lyonka anasını itələyərək: 

 

Əl çək məndən! — deyə ona kobud cavab verdi. 



Daxmadan  təzə  bişmiş  çörək  iyi  gəlirdi.  İsti  sobanın  üstündə  kürkü  başına  çəkərək  uzanmış 

Lyonka anasının Nikolkaya acı-acı şikayətinə qulaq asırdı: 

 

Atanızın  yanında  hamınız  uşaqsınız.  Atasız  hamınız  ağa.  Bir  sözün  qabağına  iki  söz 



deyirsiniz, iki sözə iyirmi cavab verirsiniz. 

Lyonkanın ayaqları göynəyirdi. Barmaqları şişmiş və qızarmışdı. O, atasının keçən il çovğun 

və boranda keçə çəkmələr gətirmək üçün qonşu kəndə necə getdiyini xatırladı. Onlar atanı axşama 

gözləyirdilər.  O,  isə  evə  səhərə  yaxın  qayıtmışdı.  Evə  çatan  kimi  torbanı  skamyanın  üstünə  atdı, 

uzun müddət ayaqlarını yerə döyəclədi, donmuş yanaqlarını qarla ovuşdurdu. 

 



Azmışdım... Çovğun məni azdırmışdı, — dedi və sonra da: — O torbada keçə ayaqqabılar 

vardır, bir ona baxın! — deyə əlavə etdi. «Hər halda tapıb gətirmişdi. Eh, dovşan da qaçdı! Bir də 

gedimmi?» deyə Lyonka düşündü. Başı ağırlaşdı və yastığın üstünə düşdü. Yuxulu gözünə donmuş 

geniş bir düzənlik görünürdü... Onu xatırlamaq insanı üşüdür və dəhşətləndirirdi. 

 

Ertəsi günü Lyonka səhər tezdən durdu və dərsə qədər Tatyana Petrovnanı görüb ona hər şeyi 



izah etmək üçün məktəbə yüyürdü. O, müəlliməni səbrsizliklə gözləyirdi. Lakin Tatyana Petrovna 

zəng  vurulduğu  zaman  gəldi.  Ona  görə  də  Lyonka  fikirləşdiyi  kimi  müəllimə  ilə  ətraflı  danışa 

bilmədi. 

Müəllimə Lyonkanın partası önündə durub soruşdu: 

 

Nə üçün dünən dərsə gəlməmişdin? 



Lyonka  danışmaq  üçün  ağzını  açdı.  Lakin  uşaqların  yanında  demək  istəmədi!.  Taqsırkar  və 

yalvarıcı bir nəzərlə Tatyana Petrovnaya baxdı və yavaşcadan pıçıldadı: 

 

Mən sonra... 



Müəllimənin üzü gözlənilməz dərəcədə ciddiləşdi, qaşları çatıldı, yanağındaki batıqlar da yox 

oldu. Lyonka bu haldan qorxaraq ürək sıxıntısilə, özü belə istəmədən, ağzına gələni dedi: 

 

Balaca bir iş vardı... Uşaqlar üçün... 



Tatyana Petrovna mərhəmətlə soruşdu: 

 



Xəstənizmi var? 

 



Xəstələnən  yoxdur.  Amma...  —  deyərək  Lyonka  tutuldu.  Sonra  o,  müəlliməyə  təklikdə 

demək istədiklərini tələsərək xatırlayıb dodağaltı danışdı: 

 

Xəstə yoxdur, hava isə... bayır qışdır... 



Tatyana  Petrovna  qaşlarını  çataraq  ona  təəccüblə  baxdı.  Lyonka  müəllimənin  inanmadığını 

hiss etdiyi üçün özünü tamamən itirdi. 

 

Onlar bataqlıqda... dovşan... 



Kim  isə  bərkdən  güldü.  Tatyana  Petrovna  qəzəbli  üzünü  şagirdlərə  çevirdi.  Uşaqlar  əllərilə 

ağızlarını  tıxadılar.  Səsləri  çıxmırsa  da,  bərk  güldüklərinə  görə  tərpəşirdilər.  Tatyana  Petrovna 

səmimiyyətlə: 

—Lyonka! Sənə nə olduğunu başa düşmürəm. Məni yaxşı başa sal, —dedi. 

Lyonka  qızararaq  onun  qabağında  dayanmışdı.  O,  gözaltı  tərs  və  qəzəbli  nəzərlə  uşaqlara 



baxırdı. Dodaqlarını bərk yummuş və susmuşdu. Tatyana Petrovna ondan cavab gözləyirdi. Sinifdə 

sakitlik  idi.  Birdən  Eqorka  qalxdı.  Onun  girdə  üzündə  özünü  itirmiş  yoldaşına  qarşı  həm  təəssüf, 

həm də hüsn-rəğbət hiss olunurdu. O, başını dostcasına tərpədərək: 

 



Düzünü söylə, — dedi. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə