F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Lyonka partadan ayrıldı. O, ağır nəfəs alaraq qışqırdı: 

 

Mən yalan danışmıram! 



Eqorka yavaşca xəbər aldı: 

 



Yalan danışmırsan? Bəs yanğın dəstəsində işləyən Genka ilə harada veyllənirdiniz? 

Lyonkanın rəngi qaçdı. Onun yanaqlarında sarı ləkəli çillər göründü. Lyonka Eqorkaya: 

—Bəs... sən bura bax! Veyllənirsən! — deyərək qışqırdı və hücum etmək istədi. 

Tatyana Petrovna əlini onun çiyninə qoydu: 

 

Bəsdir! — dedi: 



Lyonka diksinmiş halda onun gözlərinə baxdı. Müəllimə Lyonkaya: 

 



Mən indiyə qədər sənə inanırdım, — dedi və əlini onun çiynindən çəkərək uzaqlaşdı. 

Lyonka həyəcan içində müllimənin ardınca qaçıb onu dayandırmaq istədi, lakin ayağı yerdən 

tərpənmədi. Tatyana Petrovna masanın yanına çatdıqda o şiddətlə qışqırdı: 

 



Dovşan vurmağa getmişdim, — dedi. 

Birdən  gülüşmə  qopub  sinfin  sükutunu  pozdu.  Mənasız  və  yararsız  bir  iş  baş  verdiyini  başa 

düşmüş Lyonka qüssə ilə yerində oturdu. O, artıq özünü müdafiə etmək istəmirdi. Fərq etməz, ona 

indi  heç  kim  inanmayacaqdır.  Lyonka  partanın  arxasında  dirsəklənərək  oturmuş,  suçəkən  kağızı 

mürəkkəbə  batırıb  dırnaqlarına  sürtürdü.  Uşaqlar  gizlicə  gülüşərək  bir-birinə  baxırdılar.  Lakin 

Tatyana Petrovna Lyonkaya fikir vermir və onun nə etdiyilə maraqlanmırdı. O, özu adi, yumşaq və 

sakit səsilə dərsi izah edirdi. 

 

Axşam ananın yanına qonşu arvad Paşa ayaqüstü söhbətə gəlmişdi. O, baş örtüyünün uclarını 



dartaraq naqqallığa başladı: 

 —  İstəsən  inci, istəsən  incimə.  Mən  sənə  düzünü  deyəcəyəm,  Polya!  Sənin  oğlun  cığırından 

çıxıb, xarab olub. Lyonkanın müəllimə qarşısında biabır olduğunu oğlum bu gün məktəbdən gəlib 

mənə danışdı. 

Pelageya bu xəbərdən diksindi və başını əlləri üstünə qoyub ağladı: 

 



Dədəm vay! Təklik nə ağırdır... kömək edən heç bir kəsim də yoxdur. 

Paşa tez onun sözünü təsdiq edərək: 

 

Kimsəsizsən, kimsəsiz! Elə lap üzünə deyirəm. Sənin oğlun sənə köməkçi deyil. 



Ana ağlamış və yorğun gözlərilə qarşısına baxaraq sakit-sakit şikayətlənmişdi: 

 



Gecəm-gündüzüm yoxdur, qəlbim sıxılır... 

Paşa sevinirmiş kimi əlavə etdi: 

—Sıxılar, sıxılar, atasına görə də sıxılar, balasına görə də sıxılar. 

Anasının  ağlamaq  səsini  Lyonka  hələ  qapının  o  biri  üzündən  eşitmişdi.  Ona  görə  də  keçə 

ayaqqabılarındaki qarı silkələyib təmizləmədən daxmaya soxularaq: 

 



Ana! — dedi: 

O, sualedici nəzərlə Paşaya baxdı. 

Paşa iki barmağilə dodaqlarını sildi. 

 



Özündən soruş... — dedi və ah çəkərək dönüb qapıdan çıxdı. Lyonka anasına yaxınlaşdı. 

O,  anasına  məktəbdə  başına  gəlmiş  hadisələrin  hamısını  nağıl  etmək,  yoldaşlarından,  Eqorkadan 

şikayət etmək istəyirdi. Lakin anası ondan üz çevirib yavaşdan ağlayırdı. O, Paşanın sözlərində bir 

taqsırlandırma  hiss  etdi  və  xəbər  almağa  cürət  etmədi.  Anasına  acıdığından  ancaq  qorxa-qorxa 

təkrar edirdi: 

 



 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 




F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 



Ana... ana... 

Anası birdən dedi:  

—Dayan... sənin də divanın çatar! Bu işlərinin hamısını atana yazacağam. 

 

Lyonka  sobanın  üstündə  qısılaraq  atasına  məktub  yazacağı  haqda  düşünürdü.  Ağlına  gələn 



sözlərin hamısı qəmli idi: «Atacan, hamısı mənim üstümə düşüb, mən isə çalışırdım ki, işlər yaxşı 

olsun...» 

Lyonka dəftərdən bir vərəq ağ kağız çıxarıb masanın yanında oturdu, dirsəklənərək anasının 

yuxuda nəfəs almasına, bacılarının fısıldamasına və Nikolkanın xoruldamasına qulaq asırdı. Gecə 

yarısına doğru hadisələrin hamısı onun beynində bir-birinə qarışmışdı. Hətta ona nə olduğunu özü 

belə  dərk  edə  bilmirdi.  Nədənsə  Tatyana  Petrovnagildə  səliqəli  masa  arxasında  çay  içdiyi  onun 

yadına  düşür,  donmuş  uzun  bataqlığı,  dovşanın  şəklənmiş  qulaqlarını  xa-  tırlayırdı.  Bunların  da 

üzərində atasının qayğıçəkən, mehriban üzü və iri, isti, mərd əllərini təsəvvür edirdi. 

«Atacan, mən ev kişisi ola bilmirəm. Sən də mənə arxayın olma...» Lyonka ovcu ilə gözlərini 

sildi  və  qələmini  yerə  qoydu.  Atam  məktubu  alacaq.  Qazma  soyuq.  Dəhşət!  Hər  tərəf  düşmən. 

Oğlundan  aldığı  məktub  da  ürəksıxıcıdır.  Lyonka  ev  kişisi  olacağına  söz  verdi  və  aldatdı.  Orada, 

meşədə, söz verdi və aldatdı! 

Lyonka təcili surətdə qələmini mürəkkəbə batırdı və yazdıqlarını qalın xətt ilə üç dəfə pozdu. 

«Atacan! Bacardığım qədər çalışıram. Sən məndən arxayın ol. Mən hər şeyə dözərəm...» 

Lyonka yazdığı bu

 

sətirləri oxudu, təzədən onları da qaraladı və təzə vərəq götürüb başqa



 

cür 


yazdı: 

«Şükür olsun, yaxşı yaşayırıq». Qələmini atıb sobanın üstünə çıxdı. Qolu ilə üzünü örtüb acı-

acı ağladı. 

«Bir kəs də yoxdur ki, dərdini deyəsən, şikayətini edəsən...» 

Lyonka məktəbə getmirdi. Səhərdən çantasını götürüb Genkanın yanına yüyürürdü. Evdə də 

o,  heç  bir  iş  görmürdü.  Anası  kolxoza  gedən  zaman  isə  otaqda  boş-boşuna  dolanır,  Nyurka  ilə 

əylənirdi.  Avaraçılıqdan  əkizlərə  təlim  vermək  fikrinə  düşdü.  Bu  təlim  həmişə

 

otaq  dolusu  səs-



küylə 

bi

tərdi. 



 

Sən Manyasan, sən də Tanya. İkinizin bir ad daşımanız mənasızdır. Oturun! Biriniz xəttlər 



çəkin, o biriniz də şəkil rəngləyin. 

Əkizlər qorxduqlarından bir-birindən yapışırdılar. Nikolka onları müdafiə edarək: 

 

Onları ayırma, qoy birlikdə dolansınlar! 



 

Get buradan! Məgər onlar ömürlərinin axırına qədər bir-birinin əlindən tutub gəzəcəklər? 



Get buradan, yaxşısı budur, mane olma! 

Nikolka anasına şikayət edərdi, anası da Lyonkanı töhmətləyərdi: 

 

Utanmaz, uşaqların hamısını çaxnaşdırmısan! Özünə oyun tapmısan! 



Lyonka incidiyindən qapını çırparaq gedərdi. 

«Yaxşı, elə olsun! Atam özü məni onlara başçı qoyubdur! Gələr, hamısını deyərəm!» 

Ailədə  qayda  yox  idi.  Lyonka  çox  vaxt  axşam  qaranlıqlaşana  qədər  gəzərdi.  Gəzməkdən 

qayıdarkən Tatyana Petrovnaya rast gəlməkdən çəkindiyi üçün qorxaraq o yan-bu yana baxa-baxa 

öz həyətlərinə daxil olardı. 

Doğrudan  da  Tatyana  Petrovna  Pelageyanın  yanına  gəlmişdi.  Pelageya  Lyonkanın  məktəbə 

getmədiyini müəllimədən eşitdiyi zaman bu gözlənilməz işdən özünü itirdi, qızardı və cavablarını 

dolaşdıraraq oğlunu müdafiə edib dedi: 

 

O, mənə kömək edir... uşaqlar balacadırlar... Mən tək onların öhdəsindən gələ bilmirəm! 



Müəllimə başını tərpədərək dedi: 

 



Pelageya, sən haqlı deyilsən, hamının uşağı var... Lakin hamısı oxuyur. 

Müəllimə  getdikdən  sonra  anası  Lyonkanı  töhmətləndirib  ağladı,  o  isə  cavab  verməyib  susur 

və öz həyatı haqda acı-acı düşünürdü: bəlaların hamısı birdən onun üstünə enmişdi. Artıq heç bir işi 

düzəltmək  olmayacaqdı.  Hər  yerdə  o,  sıxılır  və  utanırdı,  özü  də  hamıdan  incik  olduğu  üçün  acıqlı 

gəzirdi. Belə yaşayışdan o, daima ağlamaq istəyirdi. O, öz işinin hər üzünü düşünürdü. 

Lyonka  öldürülmüş  dovşanları  götürüb  Tatyana  Petrovnanın  yanına  getmək  və  beləliklə  də 

özünün o zaman sinifdə yalan demədiyini və əbəs yerə veyllənmədiyini ona sübut etməkdən başqa 

çıxış  yolu  görmürdü.  Bu  dovşanlarla  da  o,  anası  ilə  münasibətini  yaxşılaşdırmağı  və  özünün 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə