F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

vedrələrlə gurultu salaraq çəlləyi su ilə doldurardı və anasının hər addımına diqqət yetirərdi. Onun 

etdiyi hər bir işə fikir verir və indiyə qədər onun nə qədər işi olduğunu görmədiyinə təəccüb edirdi. 

Tez-tez anası əlini belinə qoyaraq zorla belini düzəltdikdə o, anasının yanına yüyürər və diksinmiş 

halda deyərdi: 

 



Otur! Otur! 

O isə şikayət etmək əvəzinə mütəəssir olaraq: 

—  Yox,  əzizim,  yorulmamışam!..  Heç  bir  damcı  da  yorulmamışam,  —  deyə  cavab  verir  və 

işdən sərtləşmiş əli ilə Lyonkanın yanaqlarını sığallayardı. 

Gecələr ana ağır qüssə ilə ah çəkirdi. Lyonkanın məktəbdən ayrılması onu çox narahat edirdi. 

O, bu haqda danışmaq istəyirdi, lakin Lyonka susur və hirslənirdi. Odur ki, bəzən anası ona hiylə ilə 

təsir etmək istəyirdi. Səhər gözucu oğluna baxaraq: 

 



Ay  aman!  Vaxt  nə  qaçır!  Saat  doqquza  işləyir,  gəl...  —  deyərdi  və  içində  kitabları  olan 

çantanı da oğlunun qarşısına qoyardı. 

Lyonka  pəncərəyə  yaxınlaşar  və  hər  şeyi  unudar,  gözləri  yol  çəkərək  küçəyə  baxardı.  Bütün 

həyətlərdən məktəblilər çıxırdı. Lyonka barmaqlarilə pəncərəni tıqqıldadır, qaşlarını çatır, öz-özünə 

nə isə fikirləşirdi, amma məktəbə getmirdi. 

 



Oğul, — deyə anası onu çağırardı. 

Qəflətən çağırıldığına görə Lyonka diksinərdi. 

 

Oğulcan, getsənə Tatyana Petrovnanın yanına, yaxşılıqla ürəyini ona açıb üzr istəsənə! 



—  Üzr  istəyəsi  taqsırım  yoxdur,  —  deyə,  Lyonka  sərt  cavab  verər  və  danışıq  kəsilsin  deyə, 

daxmadan çıxıb gedərdi. 

Eqorka  qonşu  oğlanları  Styopa  və  Mitroşa  ilə  küçədə  addımlayarkən  «O,  məni  qovacaqdır» 

deyə həyəcanla düşünürdü. 

Mitroşa uca boylu və sağlam bədənli olduğundan o, öz gücü ilə tanınmışdı. Styopa isə arıq və 

uzun  idi.  Onlar  ayrılmaz  dost  idilər.  Hər  vaxt  və  hər  yerdə  birgə  olardılar.  Hər  ikisi  də  qızıl  əsgər 

ailəsinə kömək etməkdən boyun qaçırmazdılar. 

Lyonka evdə idi. O, masa arxasında oturmuşdu, anası isə sobanın yanında durub oda baxaraq 

atanın  son  məktubunu  xatırlayırdı.  Son  məktub  başqasının  əlilə  yazılmış  və  hansı  hərbi 

xəstəxanadandırsa  göndərilmişdi.  Ata  heç  bir  şeydən  şikayət  etmir  və  ancaq  kiçik  bir  qeyd  ilə 

özünün müvəqqəti olaraq sıradan çıxdığını və hərbi xəstəxanada yatdığını xəbər verirdi. 

Birdən  qapı  bərkdən  şappıldadı  və  daxmaya  üç  oğlan  daxil  oldu.  Lyonka  başını  qaldırıb 

Eqorkanı gördü. 

Eqorka papağını çıxartdı və ətrafa nəzər saldı. O, belindəki baltanı düzəltdi və gülümsəyərək 

dedi: 

—Polya xala, biz sizin qulluğunuza gəlmişik. Uşaqlar işsizlikdən darıxıblar. Bəlkə xırda-xuruş 



işlərinizə kömək edək? Özünü itirmiş Lyonkaya çevrilib əlavə etdi: 

 



Salam, ay ev yiyəsi! 

Pelageya sobaya qab qoymaq və çıxartmaq üçün olan tutqacı yerə qoydu və təşvişə düşdü: 

 

Əcəb... hələ de görüm, sizi bura kim göndərib? 



Eqorka şad bir halda cavab verdi: 

 



Biz özümüz gəlmişik! 

Başını qapı çərçivəsinin yuxarısına dayamış Mitroşa burunaltı söyləndi: 

 

Biz özümüz düşüncəliyik! 



Nazik burunlu, uzun Styopa cib dəftərçəsini çıxarıb əda ilə dedi: 

 



Deyin  görək,  nəyə  ehtiyacınız  var?  Söylə,  Polya  xala!  Mən  sənin  adından  ərizə  yaza 

bilərəm! Rayona da özüm apararam! 

Pelageya əllərini silkələyərək dedi: 

 



Yox,  yox,  sən  nə  danışırsan!  Nə  üçün  nahaq  yerə  adamları  narahat  edək?  Müharibə 

vaxtıdır. Bircə biz deyilik ki! 

Mitroşa özünü doğruldaraq təkbarmaq əlcəyilə burnunu sildi: 

 



İşə başlamaq lazımdır! Eqorka, soruş! 

 



Nə soruşum? Əvvəl damın qarını kürəyək, sonra da ambara baxarıq. 

Eqorka əlini Lyonkanın çiyninə vurdu və dostluqla ona göz elədi. 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 



Gedək həyətə! Kürəkləri ver! 

Pelageya tələsərək qeyd etdi: 

 

Hə, hə ambara, ambara bir əl gəzdirmək... 



Lyonka  anasına  acıqla  baxdı,  kürkünü  geyib  daxmadan  çıxdı.  O,  anasından,  uşaqlardan  və 

Eqorkadan  incimişdi.  Hamıdan  artıq  özünü  heç  bir  şey  olmamış  kimi  idarə  edən  Eqorkaya  qarşı 

acığı  tuturdu.  O,  bilmirdi  ki,  Eqorka  Tatyana  Petrovnanın  mürəkkəb  tapşırığını  yerinə  yetirərkən 

özünü  qətiyyətsiz  hiss  edir  və  bu  qətiyyətsizliyini  gizləməyə  çalışırdı.  Hər  ikisi  bir-birinə  gözaltı 

baxırdılar.  Lyonka  Eqorkanın  hərəkətlərinə  qərəzlə  baxırdı.  Eqorka  şadlıqla  fit  çalaraq  ambara 

yaxınlaşdı və divardakı yekə bir dəliyə Pelageya tıxadığı əski parçalarını çıxardıb oradan marıtlayan 

çoşqanın burnuna şappıltı ilə vuraraq dedi: 

 



Çoşqanız yəqin həyətin hər tərəfini dolaşıb kor qoyur? 

Pelageya təsdiq edərək: 

 

Sıçrayıb çıxır, bala, sıçrayıb çıxır.  



Eqorka ambardan bir taxta çıxartdı. O yan-bu yanına baxdı, ölçdü və yonmağa başladı. 

—Mismarınız varmı? 

Lyonka  kiçik  ambara  girdi.  Dəmir  dam  Mitroşanın  çəkmələri  altında  səslənirdi.  Styopanın 

uzun  gövdəsi  həyətdə  vurnuxurdu,  ambardan  şən  fit  səsi  və  baltanın  taqqıltısı  eşidilirdi.  Bunların 

hamısını  heç  bir  əziyyət  çəkmədən  Lyonkanın  özü  təkcə  icra  edə  bildiyi  halda  onun  həyətində 

çağırılmamış qonaqların başçılıq etdiklərindən Lyonkanın qəlbi hirs və həyadan sıxılırdı. 

O, mismar qutusunda xeyli eşələnərək acı-acı təkrar edirdi: 

 



Atam gələr, hamısını danışaram! 

Mitroşa qarın altında qalıb buz bağlamış tiri dartıb çıxartdı.  O, tirin çürümüş gövdəsinə balta 

ilə vuraraq Lyonkaya dedi: 

 



Bu, təmirdə işlətmək üçün yaramaz. Gəl bunu yandırmaq üçün doğrayaq. 

Lyonka  dişlərini  qıcıyaraq  baltanı  ürəklə  qamarladı  və  tirə  sancdı.  Mitroşa  bir  söz  demədən 

baltanı tirdən çıxartdı və səkiyə atdı. 

 



Mişar ver. 

Oğlanlar  işlərini  qurtardılar.  Keçə  ayaqqabılarında  və  kürklərində  olan  qarı  uzun  müddət 

silkələyib təmizlədilər. 

Eqorka Lyonkaya baxaraq sözləri uzada-uzada dedi: 

 

Hə, sənin üçün çətindir... Belə ailə zarafat deyil. 



Acığından Lyonkanın boğazı qurudu və sözləri tıxanıb boğazında qaldı. O, xırıltilə deyindi: 

 



Ailə  mənimdir!  Heç  kəsə  də  dəxli  yoxdur!  Mənəm  evin  kişisi!  Məni  atam  özü  təyin 

etmişdir. Mən də öhdəsindən gələrəm! — təngnəfəs halda uşaqları nəzərdən keçirdi. 

Mitroşa islanmış əlcəklərini bir-birinə vuraraq etinasızlıqla dedi: 

 



Öhdəsindən gələrsən gəl də!.. gedəkmi, uşaqlar? 

Styopa  Lyonkaya  gözucu  baxdı,  incik  halda  burnunu  çəkdi,  dəftərçəsini  cibinə  qoydu  və 

Mitroşanın dalınca addımladı. | 

Lyonka onların arxasınca: 

— Etdiyiniz köməyə görə isə çox sağ olun! — dedi. 

Eqorka eyvanın surahısına dirsəkləndi: 

 

Siz gedin! Mən sonra gələrəm, — deyərək başı ilə yoldaşlarına işarə etdi. 



Lyonka meydan oxuyan bir nəzərlə ona baxdı. 

Eqorka gözlənmədən ona dedi: 

 

Sənin bu hərəkətin düzgündür. 



Lyonka təəccüblə: 

 



Nə dedin? 

Eqorka onun sualına cavab vermədən fikirli halda dedi: 

— Mənim özümə də kömək edəndə xoşuma gəlmir .— O, başını bulayaraq gözlərini qıydı. 

— Ölüm qədər xoşa gəlməzdir! — deyə əlavə etdi. 

 

Bəs mənim yanıma niyə gəldin? — deyə Lyonka onu məzəmmətləyərək soruşdu. 



Eqorka tutuldu, söz tapmadı və Lyonkaya baxdı: 

 



Mən gəlmişəm... Sən həmişə... ova gedirsən, — dedi: 

 



Ova? — deyə Lyonka soruşdu və əllərini cibinə soxaraq yoldaşını başdan-ayağa süzdü. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə