F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 

18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq 

kitabxanada  bir sıra  tədbirlər - kitab sərgisi, kitab müzakirəsi, 

oxucu  konfransı,  rəsm  və  digər  müsabiqələr,  ədəbi-bədii  gecə 

keçirilə bilər.   

 

 

 



Kitab  sərgisinə  müxtəlif  başlıqlar  verilir:  “Tarixi  incilərin 

ilmələnmiş  nağılı  -  Xalça  muzeyi”,  “Zəngin  xəzinəmiz  - 

muzeylər”,  “Tarixin  güzgüsü”,  “Tarixi  yaşadan  ünvanlar”, 

“Milli-mənəvi  sərvətlər”,  “Tarixi  yaşadan  məbədlər”, 

“Keçmişə  güzgü  tutan  məkanlar”,  “Muzeylərimiz  tarix  və 

mədəniyyətimizi  təbliğ  edir”,  “Minilliklərin  yadigarları”, 

“Minilliklərə  boylanan  pəncərə”,  “Dünənimizdən  xəbər  verən 

bu  günümüz”  və  s.  Bundan  başqa,  sərgidə  dünya  və 

Azərbaycan  muzeylərindən  müxtəlif  fotoşəkillər  və  görkəmli 

insanların

 

Beynəlxalq  Muzeylər  Günü  ilə  bağlı    söylədikləri 



sitatlar  çəklində verilir. 

 Bayramla  bağlı  düzənlənən  tədbirlərdən  biri  də

  

tələbələr arasında keçirilən  “Tarixi yaşadan ünvanlar - dünya 



muzeyləri” adlı “dəyirmi masa”dır. Tədbirdə alimlər, tarixçilər, 

muzeyşünaslar,  folklorşünaslar,  müəllimlər,  ali  məktəb 

tələbələri  və  s.  qonaqlar  da  iştirak  edir.  Əvvəlcə  kitabxanaçı 



 

hər kəsi salamladıqdan sonra mövzuya uyğun çıxışa başlayır və 



dünya  muzeyləri  haqqında məlumat verir. 

Kitabxanaşı:  -  Bilirsinizmi,  muzeylər  necə  yaranıb?  Qədimdə 

müxtəlif  sənədlər,  şəhadətnamələr,  dəyərli  və  estetik  qiymətə 

malik  əşyalar  əsasən  saraylarda  qorunurdu.  İndiki  muzeylərin 

“əcdad”ları e.ə. XVI əsrdə Yunanıstanda, e.ə. XIII-XII əsrlərdə 

Çində  yaranmışdır.  Qədim  Romada    isə  maddi  və  mənəvi  

mədəniyyət abidələri e.ə. XIII-XII əsrlərdə məbədlərdə və bəzi 

şəxslərin kolleksiyalarında saxlanılırdı.  

 Hazırda  müxtəlif  ölkələrdə  yüzlərlə  muzey  fəaliyyət  göstərir. 

Məsələn,  gözəl  arxitekturalı  saraylarla  zəngin  olan  Madriddə 

(İspaniya) muzeylərin sayı 100-dən  çoxdur. Burada hər dövrü 

əks etdirən muzeylə rastlaşmaq mümkündür.   

I  iştirakçı:  -  Orta  əsrlərin  ən  əzəmətli  qalalarından  olan  Luvr 

uzun illər Fransa krallarının sarayı olub. Son 200 il ərzində isə 

o, muzeydir.  Binanın üzərində olan naxışlar onun  yaşının 800 

ildən  çox  olduğunu  göstərir.  Luvr  sarayı  XII  əsrin  axırlarında 

Filip  Avqust  tərəfindən  inşa  olunub.  Dövr  getdikcə  muzeyin 

binası öz görkəmini bir qədər dəyişib. Qəsrin indiki  görünüşü 

1871-ci  ildə  əldə  edilib.  Muzeyə  verilən  ilk  rəsmlər  I 

Fransiskonun  və  XII  Lyudovikin  yığdığı  kolleksiyalardan 

ibarət  olmuşdur.  Qalereya  10  avqust  1793-cü  ildə  açılıb  və 

muzey  adlandırılıb.  Kolleksiyaların  yığılmasına  I  Napoleon 

daha çox təşəbbüs göstərib. O, məğlub etdiyi ölkələrdən çoxlu 

incəsənət əsəri topladaraq Luvra göndərib. Hazırda bu muzeyin 

400.000 eksponatı olduğu bildirilir.  

Dünyada  məşhur  muzeylər  çoxdur.  Məsələn,  Vaşiqton  Milli 

İncəsənət  Qalereyası,  Nyu-York  Metropoliten  Muzeyi, 

Venetsiya  Akademiya  Qalareyası,  Drezden  Şəkil  Dalereyası, 

Moskva Tretyakov Qalereyası, Sankt-Peterburq Ermitajı və s.  



 

II  iştirakçı:  -  Qonşu  Rusiyada  ilk  muzey  1719-cu  ildə  Sankt-

Peterburqda 

açılmışdır. 

Rusiyanın 

dünya 


şöhrətli 

muzeylərindən olan Ermitaj 1764-cü ildə, Tretyakov Qaleriyası 

isə  1856-cı  ildə  yaradılmışdır.  Sankt-Peterburq  şəhərindəki 

Dövlət Ermitajı (“ermitaj”  fransız sözüdür, mənası “tənhalıq”, 

“tənha   yer” deməkdir) dünyanın ən iri muzeylərindən biridir. 

Ermitajın 350 zalında 3 milyonadək eksponat toplanıb. Muzey 

5  binadan  ibarətdir:  Qış  sarayı,  Kiçik  Ermitaj,  Köhnə

 

Ermitaj, 



Yeni  Ermitaj,  Ermitaj  Teatrı.  Bu  binalar  bir-biri  ilə  əlaqəli 

tikilib.  İlk  vaxtlar  eksponantlar  Qış  sarayının  otaqlarında 

yerləşdirilib.  

Öncə  qeyd  etdiyimiz  kimi,  Ermitaj  muzeyinin  fəaliyyətə 

başlaması  tarixi  1764-cü  ildən  götürülür.  Həmin  il  Sankt-

Peterburqa  Qərbi  Avropa  rəssamlarının  əsərlərinin  böyük 

kolleksiyası  gətirilib.  Həmin  kolleksiyanı  rus  çariçası  II 

Yekatirina  satın  alıb.  Ümumiyyətlə,  muzeyin  eksponatlarla 

zənginləşməsində II Yekatirinanın rolu böyük olub. 

 Ermitajda  Azərbaycanda  metaldan  düzəldilmiş  plastik  sənət 

nümunələri  ilə  yanaşı,  bir  çox  orijinal  formalı,  bəzəkli  məişət 

əşyalarımız da nümayiş etdirilir. Muzeyin zallarında ən qədim 

dövrlərdən  tutmuş  XX  əsrin  əvvəlinədək  Azərbaycan  ustaları 

tərəfindən hazırlanmış zərgərlik məmulatları, saxsı qablar, daş, 

taxta  üzərində  oyulmuş  sənət  əsərləri  və  müxtəlif  növlü 

toxuculuq  nümunələri  də  var.  Vaxtilə  Qarabağın  Xocalı 

kəndində  aparılan  qazıntı  işləri  zamanı  tapılmış  3  min  illik 

tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması ilə 

tamaşaçıların diqqətini cəlb edir. Təbriz və Şirvanda toxunmuş 

bənzərsiz 

Azərbaycan 

xalçaları 

muzeyin 

qiymətləri 

incilərindən  sayılır.  Qubanın  Pirəbədil,  Şamaxının  Mərəzə 

kəndində  toxunmuş  xalçalarımız  rəngi  və  zəngin    bəzək 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə