F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   ...   19

 

ünsürləri  ilə  göz  oxşayır.  Şamaxı  xalçalarının  üzərində  onun  



1881-1885-ci  illərdə  toxunduğunu  bildirən  yazı  var.  Bundan 

başqa,  Ermitajda  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin 

“Xəmsə”sinin  1430-cu  illərdə  üzü  köçürülmüş  nadir  nüsxəsi 

mühafizə olunur.   



III  iştirakçı:    -  Ankara  Etnoqrafiya  Muzeyi  Türkiyə 

Cümhuriyyətində  yaradılan  ilk  dövlət    muzeyidir.  Əvvəllər 

Arxeoloji  Muzey  kimi  istifadə  olunması  düşünülsə  də,  sonra 

Rəsm  və  Heykəl  Muzeyi  olması  ilə  bağlı  qərar  verilib,  rəsmi 

açılışından  sonra  isə  indiki  adını  daşımağa  başlayıb.  Türkiyə 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən 

muzeyin  maraqlı  tarixçəsi  var.  O,  həm  muzey,  həm  də  bir 

müddət  Türkiyə  Cümhuriyyətinin  qurucusu  Mustafa  Kamal 

Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət 

göstərib.  1925-ci  ildə    muzeyə  eksponatlar  toplamaq  və  satın 

almaq  üçün  xüsusi  komissiya  qurulub.  Bundan  sonra  satın 

alınan  1250    eksponat  1927-ci  ildə  inşası  tamamlanan  binada 

nümayiş  etdirilib.  15    aprel  1928-ci  ildə  buranı  ziyarət  edən 

Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyətə başlaması 

barədə  göstəriş  verib.  Beləliklə,  Türkiyə  Cümhuriyyətinin  ilk 

dövlət  muzeyi  kimi  Ankara  Etnoqrafiya  Muzeyi  xalqın 

xidmətinə  verilib.  Dövrünün  məşhur  memarlarından  biri  olan 

Arif  Hikmət  Koyunoğlunun  layihəsi  əsasında  tikilən  Ankara 

Etnoqrafiya  Muzeyi  binasının  maraqlı  quruluşu  var.  Bina 

dördbucaqlı olmaqla, təkqübbəlidir. Muzeyin binası önündə at 

üstündə  duran  Atatürkün  heykəli  olduqca  əzəmətli  görünür. 

Zalda  qoyulmuş  video-ekran  vasitəsilə  muzeyin  tarixinə 

səyahət  etmək  mümkündür.  Muzeydə  xüsusilə  Anadolu 

etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən 




 

kitabxana  da  var.  Muzey  Ankaraya  gələn  turistlərin  ən  çox  üz 



tutduğu məkanlardan biridir. 

IV  iştirakçı:  -  Dünyanın  ən  gənc  muzeylərindən  olan  olan 

NEMO-nun  (Milli  Elm  və  Texnologiya  Mərkəzinin)  çox 

maraqlı  tarixçəsi  var.  Muzey  1920-1930-cu  illərdə  fəaliyyət 

göstərmiş  Əmək  Muzeyinin  bazasında  yaradılmışdır.  Muzey 

1950-1960-cı  illərdə  Hollandiya  Sənaye  və  Texnologiya 

İnstitutu kimi fəaliyyət göstərsə də, 1980-ci illərin sonunda isə 

bu  təhsil  ocağına  ehtiyac  olmadığından  o  yenidən  muzeyə 

çevrilmişdir. Ancaq bu dəfə onun  ərazisi genişləndirilmiş və 6 

il davam edən tikinti işlərindən sonra -1997-ci ildə onun açılışı 

olmuşdur. İlk vaxtlar “Yeni metropol” adlanan muzey maliyyə 

çatışmazlığı  üzündən  bağlanmaq  təhlükəsi  ilə  üzləşəndə  onun 

yaradıcıları  muzeyin  yönümünü  dəyişmək  qərarına  gəlmişlər. 

Dənizə  açılan  panoramda  gəmiyəbənzər  tikilmiş  muzey 

binasında  yerləşdirilən  eksponatların  xüsusiyyətlərini  nəzərə 

alaraq, buranı Milli Elm və Texnologiya Mərkəzi adlandırsalar 

da,  daha    sonra  muzeyə  başqa  ad  verilməsi  zərurəti  yaranıb. 

Muzeyin  əsas  tamaşaçıları  məktəblilərdir.  Uşaqların  hər  şeylə 

maraqlanmasını əsas götürən muzey əməkdaşları eksponantlara 

əl ilə toxunmağa icazə verirlər, hətta bunu zəruri hesab edirlər. 

Maraqlıdır  ki,  eksponatların  demək  olar  ki,  hamısı  muzey 

əməkdaşları  tərəfindən,  əksər  hallarda  isə  tamaşaçının 

bilavasitə iştirakı ilə düzəldilir. Onlar bunu belə izah edirlər: 

Məqsədimiz hər hansı  tullantıdan düzəldilmiş  müəyyən  əşyanı 

yox, onun  necə düzəldiyini nümayiş etdirməkdir.  Ona görə də 

uşaqlar  muzeyə  daha  çox  gəlir  və  bu  prosesdə  iştirak  etməyə 

can  atırlar.  Bu  muzeyi  müasir  incəsənət  meydançası  kimi  də 

təsəvvür  etmək  olar.  Muzeydə  həmçinin  teatr,  sərgi  salonu,  

mühazirə  otağı    da  var.  Burada  da  iştirakçıların  əksəriyyətini 




10 

 

tamaşaçılar təşkil edir. Muzeyə gələnlərin çoxu 6-16 yaşlarında 



uşaq  və  yeniyetmələr,  onların  valideyinləridir.  Muzey 

məktəblilərin  dünyagörüşünün  artmasında,  məktəbdə  keçirilən 

dərslərin əyani  şəkildə  möhkəmlənməsində böyük rol oynayır. 

Bu  məkanin  gözəllikləri  və  möcüzələri  ilə  tanış  olmaq  üçün 

Amsderdama getmək o qədər də vacib deyil. Muzeyin internet 

saytına daxil olmaqla (www-e- nemo.n : GAMES bölməsi) çox 

şey  öyrənə  və  orada  keçirilən  tədbirlərin  iştirakçısı  ola 

bilərsiniz.    

        18  May  -  Beynəlxalq  Muzeylər  Günü  münasibəti  ilə 

görüləcək  işlərdən  biri  də  muzeylərin  təbliğatı  məqsədi  ilə 

kitabxana 

tərəfindən 

təşkil 

olunan 


ekskursiyalardır. 

Ekskursiyanın  müddəti  on  gün  ola  bilər.  Bu  müddət  ərzində 

oxucular 

kitabxana 

tərəfindən 

paytaxtımızda  yerləşən 

muzeylərə  səyahət  edirlər.  Bu  mövzuya  uyğun  kitabxanada 

sərgi keçirilməsi də məqsədə uyğundur. Sərgi “Keçmişə güzgü 



tutan  məkan”  adlana  bilər.  Sərgidə  bu  muzeylə  və  tarixi 

sərvətlərimizlə  bağlı  müxtəlif  kitablarla  yanaşı,  dövri  mətbuat 

nümunələri nümayiş oluna bilər.   

İlk  ekskursiya  Milli    Azərbaycan  Tarixi    Muzeyinə 

səyahətdir  və  bu  da  oxuculara  tariximizi,  keçmişimizi,  milli 

dəyərlərimizi, incəsənət və mədəniyyətimizi tanıtmaq  məqsədi 

daşıyır.  Muzeyin  əməkdaşı  oxucuları  salamladıqdan  sonra 

onlara  Milli  Azərbaycan  Tarixi  Muzeyi  haqqında  məlumat 

verir.  

      Muzeyin  əməkdaşı:  -  Azərbaycanda  ta  qədimdən  daş 

üzərində  müxtəlif  rəsmlərin  çəkilmə  ənənəsi  Qobustan, 

Şüvəlan,  Kəlbəcər,  Gəmiqaya  və  digər  yerlərdən  tapılmış 

qayaüstü  təsvirlərdən  (petroqiliflərdən)  məlumdur.  İlk  orta 

əsrlərdə  daş  üzərində  oyma,  bəzəkvurma  və    fiqur  həkk 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə