F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   ...   19

14 

 

 Muzeyin əməkdaşı: - Azərbaycan maddi-mədəni irsi və tarixi 

abidələri  ilə  də  tanınan  ölkədir.  Dünyada  tətbiqi  sənətin  nadir 

nümunələrindən  olan  xalçaçılıq  ölkəmizdə  qədim  tarixə 

malikdir.  Xalçalar  gözəl  sənət  incisidir.  Təsadüfü  deyil  ki, 

2010-cu 


ildə 

Azərbaycanın 

ənənəvi  xalçaçılıq  sənəti 

YUNESKO-nun  Bəşəriyyətin  Qeyri-Maddi  Mədəni  İrsinin 

Qorunması siyahısına salınıb. 

 Azərbaycan  xalçaları  yüksək  bədii  tərtibatı  və  toxunma 

texnikası  baxımından  özünəməxsus  keyfiyyətlərə  məxsusdur. 

Həqiqətən  də,  müxtəlif  böyük  rəmzi  məna  daşıyan 

kompozisiyası,  motivlərin  orijinallığı  və  milli  koloritliyi  ilə 

seçilən  Azərbaycan    xalçalarının  özü  kimi  nadir  bir  muzey 

binasında saxlanması və qorunması istəyi çox xoş bir niyyətdən 

və məramdan xəbər verir. Məlumat üçün bildirək ki, ölkəmizin 

nadir  incilərindən  olan  xalçaların  daha  geniş  və  səmərəli 

nümayişi  məqsədilə  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

sərəncamına  əsasən,  muzey  üçün  xüsusi  bina  tikilib.  Orijinal 

üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda 

muzeyin  sərgi  və  fondalarında  130  min  300-dən  çox  eksponat 

və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal 

məmulatlar,  parça,  geyim  və  tikmə,  keramika,  şüşə,  ağac, 

kağız,  zərgərlik  əşyaları,  kitablar,  fotoşəkillərdən  ibarət  nadir 

kolleksiya  mühafizə  olunur.  Bu  kolleksiyanın  ziyarətçilərə 

təqdimatı  üçün  binada  ideal  şərait  yaradılıb.  Xatırladaq  ki,

 

Azərbaycan    xalçalarının  qorunması  və  inkişaf  etdirilməsi 



haqda    müvafiq  qanun  da  qəbul  edilib.  Azərbaycan  dünyada 

Qarabağ, Gəncə, Qazax, Quba, Bakı, Şirvan və Təbriz xalçaları 

ilə  məşhurdur.  Bu  xalçalar  əsrlər  boyu  Azərbaycana  şöhrət 

gətirmişdir. Xalq sənəti əsərləri kimi xalçalarımızda Gəmiqaya, 

Qobustan, Kür-Araz mədəniyyətindən qaynaqlanan elementlər, 



15 

 

ünsürlər, yüz illər sonra da yaşaya bilmiş və bugünümüzə gəlib 



çatmışdır. Bu rəmzlər və simvollar Azərbaycanın qədim tarixi 

haqqında  çox  şey  deyir  və  təlqin  edir.  Ona  görə  də  görkəmli 

alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə 1960-cı 

illərin  sonlarında  Azərbaycan  Xalça  Muzeyi  açılıb.  Həmin 

illərdə    ulu  öndər  Heydər  Əliyevin  dəstək  və  təşəbbüsü  ilə 

muzeyin  fondlarının  zənginləşdirilməsi  üçün  vəsait  ayırıb. 

Xalça  Muzeyi  fəaliyyətini  müstəqillik  illərində  Muzey 

Mərkəzində davam etdirilib. 

  

 Xalça Muzeyininn yeni binası xalçanı dəyərləndirən xalqımıza 



ən  böyük  töhfədir.  Muzeyin  “qızıl  fondu”nu  xovlu  xalçalar 

təşkil  edir.  Bu  xalçalar  insanların,  heyvanların,  quşların 

üslublaşdırılmış  təsviri,  bitkilərin  ornametləri,  xalqın  həyatını 

təsvir  edən  sujetli  motivlərlə  zəngindir.  Muzeyin  kolleksiyası 

müxtəlif  növ  xovsuz  xalçaların  nadir  nümunələrini  də  əks 

etdirir.  Burada palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin 

xalça  məmulatları  –  məfrəşlər,  cullar,  xurcunlar,  corablar 

toxunma  texnikasına  və  rəngarəngliyinə  görə  seçilən  bir  çox 

eksponatlar  təqdim  olunur.  Muzeyin  kolleksiyasında  və 

ekspozisiyasında  digər  nadir  eksponatlar  -  bədii  naxış 

tikmələri,  parçalar  və  milli  geyimlər,  həmçinin  metal,  şüşə 

məmulatlarından  və  çini  qablardan  ibarət  əl  işləri  nümayiş  və 

mühafizə olunur. Bu eksponatlar bürünc dövründən başlayaraq 

bizim  günlərədək  olan  müddəti  əhatə  edir.  Əsas  eksponatlar-

 

xalçalar  qövsşəkilli  divarlardan  asılır.  XIX  əsrdə  Xızıda 



toxunmuş,  məişətdə  yer  süfrəsi  kimi  istifadə  olunan,  zili 

toxunuşlu  xovsuz    xalça  məmulatı  da  çox  maraqlıdır. 

Naxçıvanda  əldə  olunan  qədim  xovlu,  xovsuz  xalça 

məmulatları var ki, onların yan haşiyəsinin naxışları yazılardan 

ibarətdir.  Bu  hərflər  əsasən  ox  şəkillidir.  Xalq  yaradıcılığında 



16 

 

ənənəyə  çevrilmiş  bu  naxışlar  əsrlər  boyu  nəsildən-nəslə 



ötürülərək  mücərrəd  bəzək  elementinə  çevrilmişdir.  Təbriz 

xalçası  da  öz  kompozisiya  əlvanlığı,  kamil  bədii  quruluşu  ilə 

fərqlənir.  Xalının  ara  sahəsi  dördbucaq  formalı  damalar,  arası 

şaquli  və  üfüqi  istiqamətli  zolaqlar  üzərində  əski  əlifba  ilə 

“talik”  hüsnxət  üslubundadır  və  “Ey  badi-səba,  zülf-ü 

pərişanıma  dəymə”  misrası  toxunmuşdur.  Bu  sətirlər  xalça 

boyu  dəfələrlə  təkrarlanır.  Daha  bir  sujetli  xalça  Cənubi 

Azərbaycan  milli  azadlıq  hərakatının  başçısı  Səttarxana  həsr 

olunub.  Xalçanın  baş  tərəfində  medalyonun  içərisində 

“Səttarxan  sərdare-milli”  sözləri  toxunub.  Xalçanın  digər  bir 

surəti Azərbaycan Xalça Muzeyində muhafizə olunur. Bu xalça 

hicri  təqvimi  ilə  1326-cı  ildə  (1908)  toxunub.  Üzərində 

Səttarxanın  silahdaşlarının  da  obrazları  yaradılıb.  1916-cı  ildə 

Qarabağda  toxunan  orijinal  ü  sluba  malik  xalça  da  maraq 

doğurur.  Bütün  sənət  nümunələrində,  növlərində  dəst-xət 

deyilən  anlam  var.  Xalça  sənəti  də  istisna  deyil.  Xalçalar, 

onlardakı naxışlar da uzaq-yaxın keçmişimizdən süzülüb gələb 

nişan,  damğa  olmaqla  yanaşı,  tariximizin  yaddaşıdır.  Xalçalar 

zaman-zaman  öz  dəyərini  qat-qat  artıraraq  evin,  ailənin  ən 

qiymətli əşyalarından sayılıb. Bir sözlə, haqlı olaraq fəxr edirik 

ki,  xalçaçılıq  sənətimiz  bu  gün  də  yaşayır  və  yaşayacaqdır. 

Hesab edirəm ki,  mədəniyyətimizi, sənətimizi dünyaya təqdim 

etmək  üçün  xalça  xüsusi  yerə  malikdir.    Təəssüf  ki,  bu  gün 

maddi-mənəvi  sərvətlərimizin  xeyli  hissəsi  özümüzün  deyil, 

məhz  dünyanın    müxtəlif  muzey  və  sərgi  salonlarını  bəzəyir. 

Çünki  Azərbaycanın  maddi-mənəvi  sərvətləri  zaman-zaman 

xarici ölkələrə daşınıb.  Məsələn, dünyanın ən böyük və qədim 

xalçası XVI əsrdə toxunmuş “Şeyx Səfi” sayılır. Bu nadir sənət 

incisi orta əsr Azərbaycan xalçaçılığının şah əsəri hesab olunur. 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə