F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   ...   19

17 

 

Həmin  xalça  Londonun  Viktoriya  və  Albert  muzeyində 



saxlanılır. Xalının uzunluğu 10,51 metr, eni 5,34 metr, ümumi 

sahəsi  56,2  kvadratmetrdir.  Kitabxanaçının  oxucularla  birgə 

səyahət  etdiyi  muzeylərdən  biri  də  R.  Mustafayev  adına  

Azərbaycan  Dövlət  İncəsənət  Muzeyidir.  Səyahət  “İncə 

sənətlər 

məkanı- 


İncəsənət 

Muzeyi” 


adlanır. 

Bura 


respublikamızın əsas muzeylərindən biri, ölkəmizdə  dünya və 

Azərbaycan 

incəsənəti 

muzeylərinin 

toplandığı 

əsas 


mədəniyyət  müəssisəsidir.  Kitabxanaçı  oxuculara    muzey 

haqqında məlumat verir. 



Kitabxanaçı:  -İncəsənət  Muzeyi  1937-ci  ildə,  keçmiş 

Azərbaycan  Dövlət  Muzeyinin  incəsənət  şöbəsi  əsasında 

yaradılmışdır.  Ötən  illər  ərzində  muzeyin  ekspozisiya  fondu 

xeyli genişlənmiş, zənginləşmişdir. İncəsənət muzeyinin binası 

klassik  quruluşu,  təmtəraqlı  zahiri  görkəmi,  estetikliyi  ilə 

klassik  incəsənət əsərlərinin  nümayiş  etdirdiyi  muzeylər tipinə 

tam  uyğun  gəlir.  İncəsənət  Muzeyində  təsviri    və  dekorativ-

tətbiqi  sənət  əsərləri  ilə  yanaşı,  arxeloji  materiallar  da 

saxlanılır.  Bunlardan  üzəri  əski  əlifba  ilə  yazılı  qəbirqstü 

daşlar,  müxtəlif  ornamentli  sənduqələr,  kitabələr  daha  çox 

maraq doğurur. Arxeloji materiallar həm də etnoqrafik səciyyə 

daşıyır. 

Muzeydə 

dekorativ-tətbiqi 

sənət 

əsərlərinin 



əksəriyyətini Azərbaycanla bağlı materiallar təşkil edir. Burada 

ayrı-ayrı xalça məktəblərini təmsil edən xalçalar, müxtəlif bədii 

toxuculuq  məmulatları,  saxsı  qablar,  milli  geyim  nümunələri, 

zərgərlik  əşyaları  toplanmışdır.  Onların  bədii  və  tarixi  dəyəri 

böyükdür.  Əlbəttə,  muzeydə  təsviri  sənət  daha  geniş  təmsil 

olunmuşdur.  Burada  qiymətli  rəngkarlıq,  heykəltəraşlıq  və 

qrafika  əsərləri  toplanmışdır.  Eksponatlar  əsasən  dörd  qrupa 

bölünür ki, buraya da Azərbaycan, rus, Qərbi  Avropa və Şərq 




18 

 

incəsənəti nümunələri daxildir. Azərbaycan incəsənəti nümayiş 



olunan ekspozisiyalar muzeydə geniş sahə tutur.  Burada realist 

incəsənətin  klassiklərindən  tutmuş  son  dövrlərin  tanınmış 

rəssamlarına  qədər  müxtəlif  nəsillərə  mənsub  sənətkarların 

əsərləri  mühafizə  edilir.  Muzeydə  Şərq  incəsənəti  daha  çox 

dekorativ  sənət  nümunələri,  vazalar,  dekorativ  nimçələr,  çini 

qablarla  təmsil  olunmuşdur.  Digər  əsaslı  muzeylər  kimi, 

İncəsənət  Muzeyində  də  geniş  elmi  iş  aparılır.  Müxtəlif 

dövrlərdə muzey kataloqlar, buketlər nəşr etdirmişdir. Muzeyin 

bərpa  emalatxanası  da  vardır.  2013-cü  ilin  7  iyun  tarixində 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

xanımı  Mehriban  Əliyevanın  iştirakı  ilə  Azərbaycan  Dövlət 

İncəsənət    Muzeyinin  yeni  keçid  korpusunun  açılışı  mərasimi 

keçirilmişdir. Yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin 

sifarişi ilə inşa olunmuşdur.  

Dördüncü gün oxucular kitabxanaçının rəhbərliyi ilə Mülki 

Aviasiya Muzeyinə ziyarət edirlər. Ziyarət “Dəmir quşlar 



qəfəsdə” başlığı altındadır. Muzey işçisi oxucuları 

salamladıqdan sonra Mülki Aviasiya Muzeyi haqqında 

məlumat verir.

 

  



Muzeyin  əməkdaşı:  -  Dünyada  muzeylər  o  qədər  çoxdur  ki, 

hətta  beynəlxalıq  muzey  təşkilatları  da  onların  dəqiq  sayını 

müəyyən etməkdə çətinlik çəkirlər. Lakin bu sıxlıq cərgəsində 

elə  muzeylər  də  vardır  ki,  onlar  barmaqla  sayıla  biləcək 

dərəcədə azdır. Aviasiya muzeyləri belələrindəndir. “Aviasiya” 

anlamı  latınca  “quş”  mənası  verən  “avis”  sözündən 

yaranmışdır. Fransadakı Le Burje muzeyi həm  yaşına, həm də 

eksponatlarının qədimiliyinə  görə ən qocaman aviasya muzeyi 

hesab  olunur.  Yaranma  tarixi  1879-cu  ilə  aid  olan  “Massia-

Biot” planeri  muzeyin qədim eksponatları arasında xüsusi yer 




19 

 

tutur.  Le  Burje  Aviasiya  Muzeyi  Paris  şəhəri  yaxınlığındakı 



keçmiş  aerovağzal  kompleksində  yerləşir.  Amerika  Birləşmiş 

Ştatlarının  Arizona  ştatında  Hərbi-Hava    Qüvvələrinə  məxsus 

olan “Bone Yard” dünyanın ən nəhəng aviasiya muzeyi sayılır. 

Burada  müxtəlif  ölkələrdə  istehsal  olunmuş,  aviasiya  əsrinin 

ayrı-ayrı  mərhələlərində  istifadə  edilmiş  uçan  aparatların  

nümunələri  nümayiş  etdirilir.  Muzeydə  bir  sıra  nadir 

eksponatlar,  o  cümlədən  Birinci  və  İkinci  Dünya 

müharibələrində  istifadə  olunan  təyyarələrin  nümunələri 

diqqəti  çəkir.  Dünyada  örtülü  şəraitdə,  başqa  sözlə,  tavan 

altında  fəaliyyət  göstərən  aviasiya  muzeyləri  çox  deyil.  Belə 

muzeylərin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  ekspozisiyada 

aviasiyanın  texniki  potensialına  deyil,  tarixinə  dair 

eksponatlara üstünlük verilir. 

  Azərbaycanda  yaradılmış  Mülki  Aviasiya  Muzeyi  də  bu 

qəbildəndir.  Onun  ön  bölmədə  yerləşdirilmiş  ekspozisiyası 

Azərbaycanda 

aviasiyanın 

yaranmasından 

və 

inkişaf 


mərhələsindən  bəhs  edir.  Bu  muzey  struktur  cəhətdən  Sankt-

Peterburq  Mülki  Aviasiya  Muzeyinə  bənzəyir.  Həmin  muzey 

də  örtülü  məkanda  (bəzi  bölmələri  istisna  olmaqla)  fəaliyyət 

göstərir, əsasən Rusiya aviasiyasının tarixini əks etdirir. Sankt-

Peterburq  Mülki  Aviasiya  Muzeyi  Aviasiya  Akademiyası  ilə 

“Pulkovo”  aviamüəssisəsinin  bazasında  yaradılmışdır.  Başlıca 

missiyası  akademiyanın  müdavimlərinə  xidmət  göstərməkdir. 

Bizim  muzey  isə  “Azal”-ın  və  Azərbaycan  Milli  Aviasiya 

Akademiyasının  törəməsidir.    Təməli  2005-ci  ildə  qoyulub, 

2008-ci  ildə  istifadəyə  verilib.  Hazırda  fond  ehtiyatı  7,5  mini 

ötən Mülki Aiasiya Muzeyi tələbə-tədris ocağına çevrilmişdir.  

    Kitabxanaçının  rəhbərliyi  altında  oxucuların  beşinci 

ziyarət  etdiyi  muzey  İstiqlal  Muzeyidir.  “Qürur  qapısı  - 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə