F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   2   3   4   5   6   7   8   9   10   ...   19

20 

 

İstiqlal Muzeyi” adlanan bu ziyarət uşaqlar tərəfindən sevinclə 

qarşılanır.  Maraqlı  tarixçəsi  və  özəllikləri  olan  Azərbaycan 

İstiqlal Muzeyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Muzeyin 

yaranması  və  fəaliyyəti  ilə  əlaqədar  kitabxanaçı  məlumat 

verməyə başlayır.  



  Kitabxanaçı:  -  Əslində  bu  muzeyin  tarixi  1919-cu  ilə  gedib 

çıxır.  Çünki  Azərbaycanın  ilk  dövlət  muzeyi  məhz  İstiqlal 

Muzeyi  olub.  1919-cu  il  dekabrın  7-də  Azərbaycan  Xalq 

Cümhuriyyəti  parlamentinin  qurulmasının  birinci  ildönümü 

münasibətilə  elə  parlamentin  binasında  təşkil  olunan  İstiqlal 

Muzeyi 


cəmisi 

bir  neçə  ay  fəaliyyət  göstərmişdir.  

Azərbaycanda    sovet  hakimiyyəti  qurulduqdan  sonra    muzey 

bağlanmış, öz fəaliyyətini 71 il sonra  bərpa etmişdir. Beləliklə, 

1991-ci  il  yanvarın  9-da  İstiqlal  Muzeyi  yaradılmışdır.

 

20  il 



əvvəl  7  minədək  eksponatla  fəaliyyətə  başlayan  muzeydə 

hazırda 20 minə yaxın ekponat var. Muzey 6 zaldan ibarətdir. 

Birinci  zalda  Azərbaycanın  dövlət  rəmzləri  -  ölkəmizin 

üçrəngli  bayrağı,  Dövlət  gerbi,  Dövlət  himni  və  Dövlət 

Konstitusiyasınını  əks  etdirən  sənədlər  nümayiş  olunur.  Bu 

zalda  XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanın    xanlıqlara 

bölünməsinə,  Vətənimizin  işğalı  uğrunda  Rusiya  ilə  İran 

arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və 

Türkmənçay  (1828)  müqavilələrinin    bağlanmasına    dair 

materiallar da yer alıb. Ermənistanın Azərbaycana qarşı işğalçı 

siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizindən çoxu zəbt 

olunub.  Həmin  ərazilərdə  digər  mədəniyyət  müəssisələri  ilə 

yanaşı, 22 muzey də qalıb və onların zəngin eksponatları qarət 

olunub.  Bu  muzeylərdən  yalnız  Cəbrayıl  və  Füzuli 

rayonlarındakı  tarix-diyarşünaslıq  muzeylərinin  xilas  olunmuş 

eksponatları  bizim  muzeydə  nümayiş  olunur.  İkinci  zal  XIX  




21 

 

əsrin ikinci  yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə 



edir.  Bu  dövr    Azərbaycan  üçün  tarixi  baxımdan  qısa,  lakin 

mahiyyətinə  görə  çox  zəngin  dövr  olub.  Bu,  mədəniyyət    və 

elmin, neft sənayesinin inkişafı, H. Z.Tağıyev, M.Nağıyev,  M. 

Muxtarov  kimi  neft  milyonçuları    tərəfindən    yeni  binaların, 

məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövrdür. Həmin 

dövrü  əks  etdirən    materiallar  bu  zalda  əks  olunub.  Burada 

həmçinin    A.A.  Bakıxanovun,    milli  mətbuatımızın  əsasını 

qoyan    H.  B.    Zərdabinin  və  digər    ədib  və  ziyalıların 

fəaliyyətini  əks  etdirən  materiallar  toplanıb.  Zalın  digər 

bölməsində  1918-ci  il  31  mart  soyqırımına  həsr  olunmuş 

fotofaktlar,  arxiv  materialları,  sənədlər  nümayiş  etdirilir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  rəhbərlərindən  olan  M.Ə. 

Rəsulzadə,  F.X.  Xoyski,  Ə.  B.  Topçubaşov  və  digər  görkəmli 

şəxsiyyətlərin fotoları, o zamanın pul vahidləri, poçt markaları, 

həmin dövrün müxtəlif hadisələrini  əks etdirən  materiallar  yer 

alıb.Tarixdən  bəllidir  ki,  1828-ci  ildə  Türkmənçay 

müqaviləsinin bağlanması  ilə Azərbaycan   2 hissəyə bölünüb: 

Şimali  Azərbaycan    çar  Rusiyasına,  Cənubi  Azərbaycan  isə 

İrana  birləşdirilib.  Muzeyin  üçüncü  zalı  bu  tarixi  hadisələrə 

həsr olunub.  

    Dördüncü  ekspozisiya  zalı  iki  hisssədən  ibarətdir.  Birinci 

hissəsində  ötən  əsrin  20-30-cu  illərində  Azərbaycanda 

repressiyaya  məruz  qalan  görkəmli  şəxsiyyətlər  haqqında 

məlumat  verilir.  Zalın  digər  bölməsi  isə  II  Dünya  müharibəsi 

zamanı (1939-1945) ölkəmizin qəhrəman oğul və qızlarının ön 

və arxa cəbhədə göstərdiyi şücaətləri əks etdirir.  

    Beşinci zal Qarabağ müharibəsinə həsr olunub. 1988-ci ildən  

başlayaraq  Ermənistanın  ölkəmizə  qarşı  işğalçılıq  müharibəsi 

nəticəsində  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsi  və  onun 



22 

 

ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, 



Zəngilan  rayonları  zəbt  olunub.    Bu  dövrdə  Ermənistan  

ərazisindəki  tarixi  yurddaşlarımızdan,  habelə  Dağlıq  Qarabağ 

və  ətraf  bölgələrdən  1  milyona  yaxın  azərbaycanlı  qaçqın  və 

məcburi  köçkün    vəziyyətinə  düşüb.  Bu  mövzuya  muzeydə 

böyük yer ayrılıb. Burada 1990-cı ilin 20 Yanvar hadisələrini, 

Xocalı  faciəsinin  dəhşətlərini  əks  etdirən  fotolar,  müxtəlif 

sənədli materallar da nümayiş etdirilir.  

 1993-cü  il    iyunun  15-də  ümummilli  lider  Heydər  Əliyev  

xalqın  tələbi  ilə  Bakıya  dəvət  edilib  və  həmin  gün  tariximizə 

Milli  Qurtuluş  Günü  kimi  daxil  olub.  Bu  tarixdən  başlayaraq 

ölkəmizin  keçirdiyi  inkişaf  yolu  haqqında  məlumatı  muzeyin 

ziyarətçilərinə  6-cı  zalda  geniş  məlumat  verilir.  Muzeyin 

fəaliyyəti  bunlarla  məhdudlaşmır.  Gənclərin  vətənpərvərlik 

ruhunda  tərbiyə  olunması,  Azərbaycan  dövlətçiliyinin  təbliği, 

tariximizin  şanlı  səhifələrini  daha  dərindən  öyrənmək 

məqsədilə 

muzeydə 

Azərbaycanın 

tarixinin 

müxtəlif 

hadisələrinə həsr olunmuş tədbirlər, sərgilər keçirilir.  

 Beşinci  gün  oxucular  kitabxanaçının  rəhbərliyi  ilə 

N.Gəncəvi  adına  Azərbaycan  Ədəbiyyat  Muzeyini  ziyarət 

edirlər.  Ziyarət  “Söz  məbədinə  səyahət”  başlığı  altında 

keçirilir. Kitabxanaçı bu haqda oxuculara məlumat verir.   

 Kitabxanaçı:  -  Muzeylər  hər  bir  xalqın  maddi-mənəvi 

xəzinəsidir.  Unudulub,  yaddan  çıxan  tariximizin  özümüzə 

qaytarılmasında  muzeylərimizin  xidmətləri  əvəzsizdir.  Çünki 

muzeylər tarixin müəyyən dövrlərində yaşayan insanların həyat 

tərzi,  məşğul  olduğu  qiymətli  sənət  əşyalarını  qoruyub 

saxlayan müəssisədir. Muzeylər gənc nəslə çox şey öyrədir və 

tarixi  onlara  çatdırır.  Ədəbiyyat  təmayyülü  olaraq,  bütöv 

ədəbiyyatın bir neçə yüzillik tarixini əks etdirməsi baxımından 




Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə